Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                     Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır .....                     Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə .....                     Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi .....                     Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub .....                     Asiya İnkişaf Bankına yeni prezident seçilib .....                     Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” .....                     Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, .....                     Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb .....                     Bayden Putini “qızıl nimçədə” Trampa verdi .....                     Qərbin radikal anti-Azərbaycan bəyanatlarının .....                     "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" .....                     Şimali Kipri tanıya bilərik? .....                     FHN-nin idarə rəisi cərimələndi .....                     Azərbaycanda sabiq deputat .....                 

"Amma heç kəs gedib cənab nazirə təklifini vermir"
Tarix: 15-02-2021, 15:10 | Çap et
"Amma heç kəs gedib cənab nazirə təklifini vermir"
Əfsanəvi "Bakılı oğlanlar" KVN komandasının üzvü, aktyor, publisist, Əməkdar artist Bəhram Bağırzadənin Yenisabah.az-a müsahibəsi:

- Bəhram müəllim, hazırda nə işlə məşğulsunuz? Pandemiya yaradıcılığınıza necə təsir edib?

- Pandemiya anlayışı mənim işimə aid olmadı, məndə belə bir anlayış yoxdur. Çünki mən pandemiya vaxtında da virtual işləmişəm, işimi internet üzərində qurmuşam. Buna görə də digər sənət adamları kimi özümü itirmədim. “İnstagram”da canlı yayımı açdım, hər axşam azı 20 min adam məni görürdü. Izləyicilərlə daim ünsiyyətdə idim. Bundan əlavə karantin müddətində uşaq kitabları yazırdıq, bu yaxınlarda çap olundu. “Qarabağ Azərbaycandır”, “Yerusəlim”, “Moskva” kimi kitablarım nəşr olundu. Bir neçə gün sonra da Novruz bayramı ilə bağlı kitabım işıq üzü görəcək. Qısası, bütün karantin dövrünü fəaliyyətdə olmuşam. Bundan sonra da nə qədər pandemiya, karantin olsa mən fəaliyyətdə olacağam. Bəzi vətəndaşlar çıxıb efirlərdə ağlayırlar ki, iş yoxdur, mən elə insanlardan deyiləm. İşi özün tapmalısan. Belə vəziyyətlərdə özünü itirməməlisən. Əgər sən işləyən adamsansa, hər zaman fəaliyyətdəsənsə bunu etməlisən.



- Sənət adamları karantin dövründə daha çox motivasiya olmadığını bildirirdilər. Bəs siz bu qədər işi görəcək motivasiyanı özünüzdə necə tapırdınız?

- Motivasiya Allahdandır. Ən böyük motivator məhz Allahdır. Əgər sən Allaha inanırsansa, o sənin üçün qapı açır, yol göstərir. Mən bilsəm ki, sabah heç yerdən gəlirim yoxdur, oturub fikirləşərəm və ağlıma çörək gələr. Hər insan gündə çörək yeyir, mən də çörək zavoduna, çörəkbişirmə sexinə gedəcəkdim, yaxud bir təndir qalayıb, təndir çörəyi bişirib satacaqdım. Pul qazanıb, evimə çörək aparacaqdım. Fikirləşməyəcəkdim ki, mən bu boyda aktyor, rejissor, yaradıcı insanam, əsrin çempionuyam, amma çörək bişirirəm. Lazım gələrsə kişi hər işlə məşğul olmalıdır. Sadəcə cəhd etməlisən. Rəhmətlik anam həmişə deyərdi ki, “lömbəni” qaldırıb işləmək lazımdır. “Lömbə” nədir bilmirəm, amma onu qaldırıb işləmək lazımdır (gülür).

- Əbülfəs Qarayevin vəzifədən azad olunmasından sonra mədəniyyət sahəsində də çoxlu problemlərin olduğu üzə çıxdı. Mütəxəssislər hesab edirlər ki, mədəniyyət sahəsində də köklü islahatlara ehtiyac var. Sizcə, islahatlara nədən başlamaq lazımdır? Nələr dəyişməlidir?

- Mədəniyyət sahəsində, artıq islahatlar başlayıb. Əgər belə olmasaydı cənab nazir məni – sıravi KVN-çini yanına dəvət etməzdi. Dəvət edibsə deməli, artıq iş gedir. Mən bunu hiss etdim və düşünürəm ki, hər şey yaxşı olacaq. Amma bu məsələlər tək nazirdən asılı deyil, əfsuslar olsun ki, bizim yaradıcı insanlarımız oturublar, “lömbə”lərini tərpətmək istəmirlər və öz təkliflərini nazirliyə vermirlər. Hər şeyi tək mən deməliyəm? Balaban çalana deyirəm ki, sən ermənidən daha yaxşı ifa etməlisən. Onlar iddia edir ki, bu alətin adı “duduk”dur, sənsə sübut etməlisən ki, bu balabandır. Bu tək musiqidə yox, teatrda, kinoda və digər sahələrdə də belə olmalıdır. Hamısı oturub ağlayır ki, necə olacaq, nə olacaq? Amma heç kəs gedib cənab nazirə təklifini vermir. Mən öz təklifimi verdim və təklifim də həyata keçdi. Bax, problem budur, oturub hər şeyi dövlətdən gözləyirlər ki, onlar edəcək. Kapitalizm istəmirdinizmi? Kapitalizmdir, indi zəhmət olmasa, kapitalizm qayda-qanunları ilə işləyin.



- Fəxri adlarla bağlı problem yenə aktualdır. Vaxtilə layiq olmayan adamların Xalq artisti, Əməkdar artist titullarına yiyələndiyini iddia edənlər var. Bu ittihamlarla razısınızmı?

- Məndə fəxri adla bağlı problem yoxdur. Görüşəndə də cənab nazirə dedim ki, heç vaxt fəxri ad istəməmişəm, istəmirəm, bundan sonra da istəməyəcəyəm. Onsuz da bu adlar sovetdən qalma şeylərdir, heç kimə lazım deyil. Bəlkə də 44 gün bundan əvvəl – anam sağ olanda istəyərdim, amma o dünyasını dəyişəndən sonra lazım deyil. O, dünyasını dəyişməmiş almaq istəyərdim, sevinsin ki, oğlu Xalq artisti adını aldı, amma indi nəyimə lazımdır? Məgər xalq məni tanımır, sosial şəbəkələrimi, “YouTube” çıxışlarımı izləmir? Yaxud 7 gün Heydər Əliyev sarayında konsert verdikdə bilet alıb gəlmir? Demək ki, xalq məni istəyib gəlir, onları məcbur etmirlər ki... Mən özümü çoxdan xalqın artisti hiss edirəm və o ad mənə lazım deyil.

- Bəhram müəllim, son illər çəkilən filmləri izləyirsinizmi? Həmin filmlərin səviyyəsi sizi qane edirmi?

- Əgər söhbət kinodan gedisə, bəli, məni qane edir. Son illər rejissorlar tərəfindən çox yaxşı kinolar çəkilir. O ki, qaldı filmlərə, hansı bir günlük göstərilir, tamaşaçı gəlib baxır, sonra yaddan çıxıb gedir, onlara fikir bildirə bilməyəcəyəm. Çünki mən elə filmlərə getmirəm. Son illərdə çəkilən filmlər arasında Emil Quliyevin “Pərdə” filmi çox xoşuma gəlib. Mənim imkanım olsaydı ona sponsor olardım, ildə bir-iki film sifariş edərdim və bilərdim ki, həmin filmin, rejissorun gələcəyi var.

- Bəs serial sənayesinin durumunu necə qiymətləndirirsiniz? Sizcə, yerli seriallarımız niyə az izlənilir?

- Açığı mən serialları izləmirəm. Ona görə çalışıram ki, bu haqda danışmayam. Rəhmətlik atam həmişə deyərdi ki, Bəhram, o şeydən danış, hansı ki, o mövzunu bilirsən, başın çıxır. Mən nə Amerika, nə Braziliya, nə Meksika seriallarına o vaxt – 30 il əvvəl SSRİ-də yeni göstəriləndə baxmamışam, indi də baxmıram. Mənə bu sahə maraqlı deyil. Bəlkə də peşəkar rejissoram deyə baxmıram, onu anlamıram. Mənim zənnimcə, onlar işi-gücü olmayan adamlar üçün çəkilmiş ekran işidir. Mənim hər gün seriala baxmağa vaxtım yoxdur. Amma bu o demək deyil ki, Bəhram Bağırzadənin xoşuna gəlmirsə, seriallar çəkilməməlidir. Xeyr, olmalıdır, çəkilməlidir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru