“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                 

"Kinonun problemləri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, şəxslərə narahatlığımızı çatdırmışdıq"
Tarix: 22-04-2022, 09:11 | Çap et
"Kinonun problemləri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, şəxslərə narahatlığımızı çatdırmışdıq"
Teleqraf.com-un müsahibi Azərbaycan Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyevdir.

DİA.AZ müsahibəni təqdim edir:

- Hüseyn müəllim, ötən gün ölkə başçısı Azərbaycanda Kino Agentliyinin yaradılması barədə fərman imzaladı. Azərbaycan kinosunun inkişafı üçün çalışan gildiya sədri və kinematoqrafçı olaraq bu addımı necə qiymətləndirirsiniz?

- Kino Agentliyinin yaradılmasını çox yüksək qiymətləndirirəm. Çünki illərdir bunu gözləyirdik. Kinonun problemləri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, şəxslərə narahatlığımızı çatdırmışdıq.

Bu gün milli kinematoqrafiyada pərakəndəlik, dağınıqlıq hökm sürür: istiqamətverici, nəzarətedici peşəkar idarəetmə sistemi yox idi. Bildiyiniz kimi, Mədəniyyət Nazirliyi yanında kinematoqrafiya şöbəsi fəaliyyət göstərirdi. Bu qurum çox əngəllər törədirdi. Biz istəyirdik ki, kinonun müəyyən dərəcədə sərbəst fəaliyyətinə şərait yaradılsın.

- Fərmanda Agentliyin konsepsiyası barədə məlumat yoxdur. Sizcə, uğurlu nəticə üçün Agentlik hansı mexanizm əsasında fəaliyyət göstərməlidir?

- Doğrudur, fərmanda konsepsiya qeyd olunmayıb. Amma mənə elə gəlir ki, həmin Agentliyin nizamnaməsində əks olunan fəaliyyət istiqamətləri Mədəniyyət Nazirliyinin kinematoqrafçılarla birgə tərtib etdiyi konsepsiyaya uyğun məzmundadır.

- Bu, hansı konsepsiyadır?

- Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl Prezidentin sərəncamına əsasən “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası”nın nazirliyinin nümayəndələri və kinematoqrafçılarla birgə geniş müzakirəsi baş tutdu. Təkliflər də, iradlar da bildirildi, son nəticədə konsepsiya kino ictimaiyyəti tərəfindən bəyənildi və qəbul olundu. O konsepsiyanın həyata keçirilməsini təmin etmək üçün Kino Agentliyi yaradılmalı idi. Yəni mən düşünürəm ki, Agentliyin fəaliyyətində məhz həmin konsepsiya əsas götürüləcək.

Hesab edirəm ki, Agentliyin fəaliyyəti üçün qeyri-müəyyən məqamlar yoxdur. O konsepsiyada kinematoqrafiyamızın problemlərini həll etməyə yönəlik bütün addımlar, məqsədlər, hədəflər aydın göstərilib.

Sizə deyim ki, hazırda kinomuzda həll olunmalı həddən artıq çox problemlər var. Bu işi bilməyən kənar adamlara elə gəlir ki, kinodur da çəkirlər, göstərirlər, bu qədər... Amma elə deyil. Bu, çox qəliz, mürəkkəb və spesifik sahədir.

Yenə deyirəm, artıq bütün problemləri həll etməyə istiqamətlənmiş bir mexanizm yaradılıb. Bu, ilk mexanizmdir və digər mexanizmlərin qurulmasına zəmin yaratmalıdır. Ki, problemlər təcili həllini tapsın.

Kinonun gələcəyini, onun mənalı inkişafını arzulayan, istəyən hər bir peşəkar üçün bu, yaxşı şansdır. Şansı bir dəfə əlimizdən qaçırmışıq.

- Nəyi nəzərdə tutursunuz?

- “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” kinonun inkişafı üçün həqiqətən çox böyük şans idi. Təəssüf ki, proqramı realizə etmədilər, sadəcə məhv etdilər. Elə imkan bəlkə də heç vaxt olmayıb, amma istifadə edilmədi. Yaradıcı İttifaqlar bunun qarşısını ala bilərdilər. Demədilər, təndiq etmədilər, görünür, qorxdular.

Səbəbini bilmirəm, heç kimi də ittiham etmək istəmirəm. Rejissorlar Gildiyası olaraq biz dedik, hayqırdıq, dəfələrlə tənqid etdik və son nəticədə nə oldu? Bütün bunlar gildiyanın ziyanına işlədi.

Yaradılması nəzərdə tutulan Kino Agentliyi ilə bizə ikinci şansı verdilər. Bu şansdan gərək kinematoqrafçılar çox yaxşı istifadə etsinlər.

- Əslində Kino Agentliyinin formulu ilə illər öncə sizin də direktor müavini olduğunuz “Azərkinovideo” İstehsalat Birliyini xatırladıq. Sizin birlik nazirliyinin tabeliyində deyildi. Bu formul qismən yenidən qayıdır və ümid edək ki, kinomuzun bütün sahəsinə yeni nəfəs gətirəcək...

- Müsahibələrimin birində məndən “Azərkinovideo”nun Azərbaycan kinosuna xidmətlərini soruşdular. Dedim, bu gün kinoda nəyimiz varsa, “Azərkinovideo”ya borcluyuq. “Azərkinovideo” dövlətdən maliyyələşmirdi və tam təsərrüfat hesablı təşkilat idi. Sadəcə, dövlət filmlərin istehsalına müəyyən vəsait ayırırdı və o vəsait hesabına da bədii, cizgi, sənədli filmlər çəkilirdi. Biz müstəqil təşkilat kimi kinoda idarəetmə sisteminin əsasını qoymuşduq.

Elə sistem yaratmışdıq ki, o biri respublikalarda bu yox idi. Nümunə üçün deyim, Dövlət Film Fondunu “Azərkinovideo” yaradıb. Çətinliklə, əziyyətlə kino materialları toplayıb, təmizlətdirib, onları qoruyub, saxlamaq məqsədilə Film Fondunu yaratdıq. Xaricdəki həmkarlarımız indiyə kimi öz dillərində film nüsxələrini, fonoqramlarını tapa bilmirlər. Hamısı dağılıb, məhv olub.

Mənə elə gəlir ki, “Azərkinovideo” çox müsbət istiqamətdə fəaliyyət göstərirdi. O baxımdan düşünürəm ki, vaxtım, zamanım hədər getməyib.

O dövrdə Rusiyada Kinematoqrafiya Komitəsi var idi. O Komitənin fəaliyyəti ləğv olunanda bizdə də “Azərkinovideo” ləğv edildi. Bununla kinoda hansısa sistem mövcud idisə, tamamilə sıradan çıxdı.

Hər halda düşünürəm ki, vəziyyəti yaxşılaşdırmaq üçün indi də gec deyil. Bu mənada Kino Agentliyinə ümidlərimiz böyükdür.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru