Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Nəsimi rayonunun "Kubinka" adlanan ərazisində - Cəlil Məmmədquluzadə küçəsi, 2 ünvanında yaşayan sakinlər başıalovlu redaksiyamıza zəng etdilər: "Evimizi başımıza uçururlar, bizi küçəyə atmaq istəyirlər, gəlin, çəkin". Sakinlərin əlində benzin şüşəsi ilə "özümüzü yandıracağıq" deyib söküntünü aparanlara müqavimət göstərdiyini əks etdirən görüntüləri görəndən sonra adıçəkilən məhəlləyə yollandım. Məni məhəllənin girəcəyində qarşılayan sakin danışmağa başladı: - İndicə getdilər, bayaqdan burada idilər. Məhkəmə qərarına əsasən, bu evləri sökə bilməzlər. Bunlar bizim şəxsi mülkümüzdür, onlara satmamışıq, – Məhəllə sakini həyəcanlı bir şəkildə bir neçə cümlə ilə bütün məlumatı verməyə tələsdi, – Verdikləri kompensasiya isə çox azdır. Biz buna etiraz edirik… Məhəlləyə girməzdən əvvəl problemi lap əvvəldən danışım. "Vialon" MMC-nin həyata keçirdiyi söküntü işləri zamanı bəzi sakinlərin mülklərinə ciddi ziyan dəyib. Şirkət təklif etdiyi kompensasiya ilə razılaşanları köçürüb, lakin kompensasiyanın azlığındna şikayət edən və evini tərk etməyən sakinlərə təzyiq göstərilib. Söküntü zamanı şikayətçilərin evinə ciddi zərər yetirilib - kiminin divarı çat verib, kiminin damı üçurulub, kiminin də həyətindəki ağacları məhv ediblər. Şikayətçilər deyirlər ki, sentyabr ayında söküntü işləri daha da intensivləşib və onlara evlərini tərk etmək üçün təzyiqlər artıb. Sakinlər dəfələrlə polis çağırsa da, şirkət işlərini davam etdirib. Məhəllənin ortasındakı nəhəng buldozer, sakinləri nağıllardakı div kimi dərin bir səksəkədə əsir saxlayır. Yaxınlaşıb sakinlərlə maraqlanıram. Hərəsi öz evinin düşdüyü bərbad vəziyyətdən danışır. Cəlil Məmmədquluzadə küçəsi, ev 6 ünvanında yaşayan Yurşimova Milka Lalə qızı “Vialon”un dağıtdığı damından evinə yağış sızdığını bildirir. Evin yan tərəfinə keçirəm. Damın bir hissəsi uçub. Divarda isə böyük çatlar var. Dağıntının fotolarını çəkirəm. M.Yurşimova bildirir ki, çanaq antennasını da onlar qırıb. - Siz burada necə yaşayırsız? Divar təhlükəli vəziyyətdədir, hər an uça bilər. - Neçə vaxtdır bu qorxuyla yaşayırıq. Bilmirik nə edək, hara şikayət edək… Keçin içəridən baxın hələ. Bir az yağış yağan kimi evi su basır. Ayyaqabımı çıxarıb içəri keçmək istəyirəm. - Çıxarma ayaqqabını, onsuz bütün ev toz-torpaqdır. Söküntünün hamısı başımıza tökülüb. İçəri keçirəm. Həqiqətən, ev torpaq və söküntü qalıqlarıyla doludur. İçəridən baxanda divardakı çatın nə qədər təhlükəli olduğunu daha aydın görürəm. Vəziyyətin ağırlığını bir az da M.Yurşimovadan dinləyək: - Görün evimi nə günə salıblar. Qonşunun evini sökmək adıyla qəsdən bizə təzyiq göstərmək üçün evlərimizə də zərər verirlər. Bunlara kim ixtiyar verib ki, milləti bu günə salsınlar? Daha çox gecələr gəlirlər. Buldozerlə sökməyə çalışırlar evlərimizi. Mən saatlardır Fövqəladə Hallar Nazirliyinə, polisə zəng edirəm. İndiyə kimi bir nəfər gəlib baxmadı ki, bəlkə, bu ev uçub, camaat altında qalıb. Bu gün “Vialon” MMC-nin sahibi Ramil Qasimov mənə ağır söyüşlər söyüb, təhqirlər edib, mənim kimi yaşlı qadınla əlbəyaxa olub. Məni təhdid edir. Adlarını da deyirəm: Ramil Qasımov, Xalid Qasımov, bir də Orxan Şirinov. Deyirlər, kimə istəyirsiz, şikayət edin. 58 ildir ki, mən bu məhəllədə yaşayıram. Görün, mənim evimi nə hala salıblar?! Qonşu həyətə keçirəm. Daha doğrusu, keçmək istəyirəm. Çünki buldozerlə hasarı söküb qalıntılarını M.Yurşimovanın həyətinə töküblər deyə, hərəkət etməkdə çətinlik çəkirəm. Burada dibindən qopardılmış ağaclar var. Məhəllə sakini Gülşən Ağayeva deyir: - Bu səhər həyətimdə 50-ə yaxın ağac qopardıblar. O ağaclar hamısı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alınmışdı. Bu həyət 1927-ci ildən bizim mülkümüzdür. Bizə təklif etdikləri kompensasiya isə buranın bazar dəyərindən çox aşağıdır. M.Yurşimova isə deyir ki, iki il əvvəl “Vialon” MMC şirkətinin işçiləri xoş üzlə gəldi, sakinlərlə mülayimliklə danışıb tanış oldular: - Sonra bir-bir insanlara yaxınlaşıb, onlara müəyyən qədər vəsait verəcəklərini bildirdilər. Kimlər ki o ünvanda yaşamırdı, şirkətin verdiyi vəsaitlə razılaşıb evini satdı. Hər kvadratmetrə görə 1700-1800 manat verildi. Onlar razılaşıb çıxdılar. İndi isə qalıb bizim evlər. Qonşular evdən çıxan kimi dərhal söküntüyə başladılar. Biz hazırda şəhərin mərkəzində yaşayırıq. Onların verdiyi kompensasiya ilə biz ancaq şəhərdən uzaq yerlərdən ev ala bilərik. Üstəlik, həyətə görə pul vermirlər. Kompensasiya ancaq evin kvadratmetrinə görə verilir. Güşən Ağayeva isə deyir ki, çarəsizlikdən özünü yandırmaq istəyib: - Bayaq evimi yıxmaq istəyirdilər. Bir əlimdə neft, bir əlimdə uşaqla qarşılarına çıxdım. Özümü öldürmək həddinə gəlmişəm. Bütün aidiyyatı qurumlardan kömək istəyirəm. Məhəllə sakini Ofeliya Hacıyeva da öz evini göstərir. Evin bir tərəfi ciddi zərər görüb. O deyir ki, əslində, damın bir hissəsini tamamilə uçurmuşdlar: - Mənim evdə xəstə anam var. Hər dəfə təzyiqi qalxır. Evin bir hissəsini tam uçurmuşdular, sonra biliblər ki, mətbuatdan gələcəkər, tez gətirib bir taxta qoydular ora. -O taxtanı özləri qoyub? – Evin dam hissəsinə qoyulmuş çürük taxtaya baxıb soruşuram. - Bəli, onu da qoymazdılar, əslində, mətbuat çəkiliş edir, yazır deyə, qoyublar… Sakinlərin şikayəti ilə bağlı “Vialon” MMC şirkətinin rəsmi nümayəndəsi Ramil Qasımovdan da dinləmək üçün ona zəng edirəm. Telefona cavab verən R.Qasımov mətbuatdan olduğumu öyrənincə, heç bir söz demədən zəngi bağlayır. Yenidən zəng edirəm. - Alo, bəli. - Ramil bəy, eşidirsiz məni? - Qardaş, Ramil müəllim deyil e. Ramil müəllim kimdir?... Məsələ ilə bağlı FHN-in mətbuat xidməti ilə əlaqə saxladım. Oradan bu məsələnin onların səlahiyyətinə aid olmadığı bildirildi. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdlərim isə baş tutmadı, zənglərə cavab vermədilər. BakuPost
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
|