"Qızlardan Kamal müəllimin siqaretini oğurlayıb bizə verməyi xahiş edirdik"
Tarix: 4-05-2022, 09:36 | Çap et
Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür. DİA.AZ kulis.az-a istinadən aktyor haqqında maraqlı faktları təqdim edir.
Kamal Ağahüseyn oğlu Xudaverdiyev 3 may 1938-ci ildə Bakıda doğulub. Bir il sonra onun atası dünyasını dəyişir, üç il sonra isə müharibə başlayır. O, yeddinci sinfə qədər gündüz oxuyub. Səhərlər saat beşdə yuxudan oyanıb dəri sexinə qaçırmış. Orda dəri təmizləyir, müxtəlif xırda-para işlər görür, saat səkkiz olan kimi isə məktəbə gedərmiş. Orta təhsilini 6 saylı fəhlə-gənclər məktəbində başa vurub.
İnqilabdan əvvəl babasının - Hacı Məmmədhəsənin neft mədənləri olub. Kamal Xudaverdiyevin yaşadığı bina əslində bütünlüklə onun ata-baba mülkü imiş. Sovet hakimiyyəti qurulandan sonra hər şey əllərindən çıxıb. Dövlət o binada aktyorun atasına 13 kvadrat metrlik mənzil verib.
*** Uşaqlığı Böyük Vətən Müharibəsi illərinə təsadüf edib. Özü də deyirmiş ki, - "Bizim Cəbiş müəllim” filmində təsvir olunan həyət, həyat mənim yaşadığım həyətlə və həyatla eynidir. Anam işə gedəndə mənim üçün 300 qram çörək qoyardı ki, yeyib məktəbə gedərəm. Anam gedən kimi o çörəyi yeyir, bir də axşama qədər ac qalırdım”.
Yarı-ac, yarı-tox uşaqlıq və məktəb illəri başa çatdıqdan sonra çilingər kimi qaz idarəsində işə düzəlir. Müharibədən sonra o, Qazaxıstana xam torpaqlara işləməyə gedir. Dostu Eldəniz Zeynalov deyirmiş ki, Kamal burdan ora basanoşkalarda getdiyindən, Qazaxıstanın sərt iqliminə düşən kimi ayaqlarını don vurur. Zillətlə işləyib ayaqları üçün məlhəm alır və özü özünü müalicə edir. 21 yaşı olanda ordan qayıdır. Qayıdandan sonra isə 10 il çilingər işləyir. Bütün bu illər ərzində ən çox sevdiyi məşğuliyyəti hər həftəsonu teatra getmək olur. Bileti də həftənin əvvəlindən alırmış.
Kamal Xudaverdiyev 1960-cı ildə sənədlərini İncəsənət İnstitutuna verir. Rus dilini bilmədiyi üçün imtahandan kəsilir. İkinci il bir də ondan imtahan götürən Adil İsgəndərov ondan soruşur ki, axı sən ötən il qəbul olunmalı idin, mən səni xatırlayıram. Kamal Xudaverdiyev rus dilindən kəsildiyini deyir. Adil İsgəndərov onu öz kursuna qəbul edir. Kamal onun sevimli tələbələrindən olur. Qüdrətli sənətkarlar Mehdi Məmmədovdan və Rza Təhmasibdən də ixtisas təhsili alır. 1965-ci ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülür. Qısa fasilələri çıxmaqla ömrünün sonuna qədər dram teatrında işləyib.
O, "Almaz”, "Aydın”, "Kral Lir", “Antoni və Kleopatra”, “Kəndçi qızı”, “Hamlet”, “Dar ağacı”, “Kəllə”, “Vaqif”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs”, “Yollara iz düşür”, “Ah Paris... Paris”, “Şah Edib", "İblis”, “Atayevlər ailəsi”, “Alov” tamaşalarında xarakterik rolların ifaçısı olub.
***
İlk çəkildiyi film isə “İstintaq davam edir” filmi olub. Əlisəttar Atakişiyev baş rola - Çingizov obrazına çəkilmək üçün xaricdən aktyor dəvət etmək istəyirmiş Adil İsgəndərov kinostudiyanın direktoru kimi bu fikrin əleyhinə çıxıb və təkidlə həmin rola Kamal Xudaverdiyevi təklif edib. Ondan sonra da aktyor başqa filmlərə çəkilib.
37 yaşı olanda dostunun toyunda gəlinin bacısını görür və ondan xoşu gəlir. Elçi gedəndən sonra ailə quran aktyorun iki oğlu dünyaya gəlir. 25 ildən artıq mənzil növbəsində olsa da bir neçə dəfə öz növbəsini evsiz olan aktyorlara verib. Aktyor xəstələnəndən sonra ona ev verilir.
***
Televiziyada son rolu Elçin Mehrəliyevin «Yurd yeri» film-tamaşasında Mahal kişi oldu. Aktyor ev-eşiyindən, doğma yurd yerindən didərgin düşmüş milyonların ümumiləşdirilmiş obrazı Mahal kişi ilə vətənsiz qalmağın necə ağır olduğunu anlamayanlara da anladıb.
Kamal Xudaverdiyev uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub. Deyilənlər görə zəhmli adam olduğu qədər də qəribəlikləri olub. Onun tələbəsi olan Mehman Piriyev Kamal Xudaverdiyevlə bağlı bir əhvalatı belə xatırlayır: “Universitetin ikinci, ya da üçüncü kursunda oxuyurdum. Mərhum Xalq artisti, böyük sənətkarımız Kamal Xudaverdiyev bizim sənət müəllimimiz olub. Bir dəfə Kamal müəllim üzü səhnəyə, arxası auditoriyaya tərəf dayanıb bizə tamaşa başa salırdı. Rol üzərində işdən danışırdı. Siqareti də stolun üstündə qalmışdı. Biz də qrupumuzda olan qızlardan Kamal müəllimin siqaretini oğurlayıb bizə verməyi xahiş edirdik. Bir neçə dərs belə olmuşdu. Bir dəfə qızlarımızdan biri siqaret qutusundan siqaret götürüb bizə uzadanda, Kamal müəllim gördü. Qız əlində siqaret, sakitcə Kamal müəllimin üzünə baxır, biz də heç nə olmamış kimi davranırıq. Guya xəbərimiz yoxdur. Ondan sonra Kamal Xudaverdiyev bir neçə dərs bizim gözümüzün qabağında siqaret qutusunu açardı, üstündən bir-iki dənə çəkərdi, ya çəkməzdi, dərsin sonunda siqareti həmişə stolun üstündə qoyub gedərdi. Bu hadisə dəfələrlə təkrarlanırdı. Elə edirdi ki, guya yadından çıxıb. Bu mövzuda bizə heç nə demədi. İndiyə qədər onun niyə belə etməsi mənə müəmmalı qalıb”
Qarabağ qazisi Rey Kərimoğlu Kamal Xudaverdiyev və Səyavuş Aslanla bağlı maraqlı xatirəsini belə nəql edib: "1992-ci il avqust ayının 9-da düşmən arxasında kəşfiyyat tapşırığını yerinə yetirərkən yenidən minaya düşdüm və ayağımdan yaralandım. Travmatologiya institutuna yerləşdirilmişdim. Yaralarım hələ sağalmamışdı, ancaq xəstəxanada qala bilmirdim. Yoldaşlarıma kömək etmək üçün həkimləri məcbur razı saldıq ki, bizə çıxmağa icazə verilsin və biz cəbhə bölgəsinə geri qayıdıb yoldaşlarımıza kömək edək. Razılıq alıb xəstəxanadan çıxdıq. Bakıda heç kimim yox idi, döyüşçülərlə birlikdə oturub “Mirvari” restoranında yemək yeyirdik, gördük, Səyavuş Aslan və Kamal Xudaverdiyev həmin ərazidə gəzirlər. Bizi görüb yaxınlaşdılar və xeyli söhbət etdik. Böyük sənətkarlar bildirdilər ki, bizimlə fəxr edirlər"
Oğlu Hüseyn Xudaverdiyev müsahibələrinin birində deyir. “Atam sənəti çox yüksək tuturdu. Çox da şəxsiyyətli insan idi, çətinliklərlə yaşamışıq, amma heç vaxt heç kimdən özü, ailəsi üçün nə isə xahiş etməyib. Yalnız teatrın düşdüyü vəziyyət onu çox incidirdi. Təsəvvür edin ki, Moskvada xəstəxanada yatanda teatr üçün çox darıxırdı. Əməliyyat olunacağını biləndə isə həkimə sualı bir bu oldu ki, mən səhnəyə çıxa biləcəm? Həkim söylədi, hə, dedi, onda nə edirsiz edin. Əməliyyatdan sonra səsini itirdi. Dedi, görürsən həkim məni aldatdı. Ağ ciyərində olan problemə görə ciyərin bir hissəsini kəsib götürdülər. Ondan əvvəl isə ürək fəaliyyətini artırmaq üçün ürəyini əməliyyat etmişdilər. Xəstəxanada diaqnozunu özü bildi, amma qətiyyən sınmadı. Onu sarsıdan yalnız teatra gedə bilməməsi idi. Sonra bir az düzələndə gedirdi. Altı ay sonra müayinə olundu. Bu müayinədə ciyərində yenidən yaranan işartıları həkimlər tikiş yerləri kimi qəbul ediblər. Sonra da Moskva həkimi “artıq gecdir” dedi. Dəfn günü ömür boyu onu izləyən ədalətsizliyi bir daha hiss etdim.
Sonuncu dəfə çox xəstə olsa da “Mesenat” tamaşasında oynayır. Tamaşaya yüksək qızdırma ilə gedir. Həmin gün həyat yoldaşına deyir ki, ola bilsin, bu, onun son tamaşasıdır.
***
Xalq artisti 70 yaşının tamam olmasına 10 gün qalmış 2008-ci 23 apreldə dünyasını dəyişdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
|