Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                 

“Onlar səhnəyə unitaz qoyublar”
Tarix: 31-08-2022, 08:32 | Çap et
“Onlar səhnəyə unitaz qoyublar”
«İllərdir danışırlar ki, teatr belə olmalıdır, bütün məsələlərdən danışırlar, amma teatrın azadlıq məsələsinə heç kim toxunmaq istəmir. Sanki onun yanından ötüb keçirlər. Halbuki birinci növbədə teatra azadlıq verilməlidir”, – Azərbaycanda ilk və hələ ki yeganə müstəqil teatrın yaradıcısı, aktyor və rejissor Elmin Bədəlov deyir.

ADO teatrı 2013-cü il iyulun 15-i, düz 9 il əvvəl yaradılıb. Elmin ətrafına özü kimi gənc, istedadlı və cəsur gənclər toplayır. Onlar Azərbaycan cəmiyyətinin ənənəvi dəyərlərinə meydan oxumaqdan qorxmur. Teatr ilk əvvəl ODA adlanıb. İlk tamaşaları məhz balaca bir odada tamaşaçıların ixtiyarına verib.

“Onlar səhnəyə unitaz qoyublar”

Teatrın 2015-ci ildə baş tutan «MimODA» adlı ilk tamaşasında əsas qəhrəman qız səhnəyə yarıçılpaq vəziyyətdə çıxıb. Bu rolu oynamağa və səhnəni Elmin Bədəlovla paylaşmağa fransız aktrisa Elsa Furtado razı olub. Tamaşanın azərbaycanlı tamaşaçılar tərəfindən birmənalı qarşılanmadığını söyləmək artıq olardı.

Elmin özü hesab edir ki, onun tamaşaları sadəcə təsəvvürü həyəcanlandırmır, həm də müalicə edir.

«Bir qadın psixoloq vardı, o, demək olar ki, bütün pasiyentlərini “Göydən üç banan düşdü” tamaşasına göndərirdi. Çünki yaşam və insanın problemləri, həyatın çətinliyindən dolayı yaşamama istəyi, intihardan necə xilas olmaq və düşdüyü tələdən necə çıxmaq yolu göstərilirdi o tamaşada. Düzdür, tamaşanın bəzi nüansları, fotoları bəzən insanlarda, xüsusilə dövlət teatrları əməkdaşlarında qıcıq yaradırdı ki, onlar unitaz qoyublar səhnəyə, ADO teatrı səhnəni, incəsənəti murdarlayır, Mədəniyyət Nazirliyi hara baxır? Bu teatr bağlanmalıdır – xalq artistləri belə ifadələr işlədirdilər».

Teatr bir neçə il sonra öz adını dəyişdi və ADO oldu. Abbreviatura açılışı Azərbaycan Dağınıq Oda Teatrı olan, klassik teatral incəsənətinin sərhədlərini aşan, – KİV-də onu tez-tez bu cür xarakterizə edirlər, – ADO bu adla da uzun müddət mövcud ola bilmədi. Düzdür, teatr bağlanmadı, lakin öz “dağınıq oda”sından məhrum qaldı.

Pandemiya dövründə teatrın maliyyə problemləri yarandı, məkanın icarə haqqını ödəmək mümkün olmadı. Bir müddət aktyorlar və dostları öz aralarında pul yığıb icarə haqqını ödəməyə çalışdılar, amma yığılan məbləğ kifayət etmədi.

“Polis dedi ki, rəqs etmək olmaz”

Elmin teatrın bağlanıb-bağlanmaması ilə bağlı sualı qıcıqla qəbul edir. Deyir ki, jurnalistlərdən daima bu sualı eşitdiyini heç cür anlamır.

«Bəzi insanlar elə bilir ki, teatr məkandan ibarətdir. Onlar düşünürlər ki, teatr məkan varsa açıqdır, məkan yoxdursa bağlıdır. Amma biz bir az geniş baxa bilərik teatra. Mənə elə gəlir ki, teatr məkandan ibarət deyil. Və ona görə də məkan bağlandı, hə. Məkan bağlıdır, məkan yoxdur. Amma teatr bağlanmayıb, teatr bağlı deyil», – Elmin deyir.

Məkandan məhrum olan teatr küçədə çıxış etmək qərarına gəlir. Lakin paytaxt Bakının küçələrində, bu, o qədər də asan məsələ deyil.

Aktyorlar xüsusi icazə olmadan küçədə çıxış edə bilməyəcəklərindən xəbərdar olduqları üçün rəsmi qurumlardan icazə almaq qərarı alırlar.

«Meriyaya yazdıq, üstəlik meriyaya yazanda həm də Mədəniyyət Nazirliyinə yazdıq. Biz təxmin elədik ki, meriya bu məsələyə Mədəniyyət Nazirliyinin baxdığını deyəcək. Bu səbəbdən qərara gəldik ki, öncədən Mədəniyyət Nazirliyinə də məktub yazaq, ümumiyyətlə, eyni anda ikisinə də yazaq, görək nə cavab gəlir. Və ikisi də eyni anda cavab verdi. Mədəniyyət Nazirliyi dedi ki, bu işə meriya baxır, meriya da dedi ki, bu işə Mədəniyyət Nazirliyi baxır. Hekayə belə başladı», – Emin deyir.

Belə olan təqdirdə onlar məhkəməyə müraciət etməyi qərara alırlar. Qoy məhkəmə küçə tamaşalarına kimin icazə verməli olduğunu aydınlaşdırsın. Birinci instansiya məhkəməsi icazəni Bakı meriyasının verməli olması qərarını alır. Apelyasiya əks-qərar çıxardır və sadəcə qərarı ləğv edir.

“İndi yenə də sual açıq qaldı, bəs kim baxır. Milli Məclis də deyir ki, boşluq var, biz onu düzəldəcəyik. Amma necə və nə vaxt düzəldəcəklər, hələ də düzəltmirlər. Dörd il keçir. Mən də dedim ki, tamam, mən baxıram, mən çıxıb oynayıram, görək nə olur. Beləcə, mən çıxdım və oynadım”.

O, düz Respublika Sarayının önündə çıxış edir.

“Heydər Əliyev Sarayının “oxranası” gəldi ki, bəs olmaz. Ondan sonra da ayın 15-də Qış parkında çıxış etdim. Onda da polis gəldi ki, olmaz, apardılar bölməyə. Hətta bir tamaşaçını da tutub apardılar bölməyə ki, bəs olmaz. Sonra da ertəsi gün Bakı Şəhər Baş Polis İdarəsinə çağırdılar ki, bəs, yəni… olmaz da. Ol-maz”.

– Nəyə əsaslandılar ki?

– Ona əsaslanırlar ki, guya adamlar yığışır, gəlir baxmağa. Sonra da deyirlər, onlar orada polis maşının qabağını kəsdilər, polislə əlbəyaxa… Mən də dedim ki, bu sizə görə oldu da, siz gəlib məni tutmasaydınız, tamaşaçı… Onlar da deyir ki, sənə görədir, sən çıxırsan rəqs edirsən, biz gəlib səni tutanda tamaşaçı mane olmağa çalışır və problem yaranır. Mən də deyirəm ki, bu sizə görədir, çünki siz məni tutmaq istəyirsiniz, tamaşaçı da deyir ki, bu adam rəqs etmək istəyir, siz bu adamı niyə tutursunuz. Ona görə əsəbiləşir tamaşaçı. Mən vətəndaşam, öz küçəmdə rəqs etmək istəyirəm, o da baxmaq istəyir. Sən də deyirsən ki, olmaz.

Elmin küçə tamaşalarına qadağa məsələsini bu dəfə də özünəməxsus şəkildə çözür: vitrində çıxış edir.

«Şüşəli vitrin idi, oradan küçədən keçənlər görürdü. Onlar dedi ki, içəri olsun, çöl olmasın. Və bir müddət belə oynadım, amma maraqlı idi, kompozisiya kimi maraqlı idi. Vitrin, gəlin paltarında. O hissə də maraqlıydı”, – Elmin xatırlayır.

“Teatr belə olmalıdır” deyə bir ifadə yoxdur, teatr hər cür ola bilər, bura teatrdır. İndi hal-hazırda teatr gedir”, – Elmin müsahibə zamanı öz fikirləri ilə paylaşır.

Yəni onda səhnə anlayışı da yoxdur?
Səhnə… məsələn, mən Bakıda oynadım, Akademik Dram Tetarını özüm üçün dekorasiya elədim. Akademik Teatrın binası dekorasiyam oldu və mən onun qarşısında oynadım. Çox rahat və çox sadə baxmaq lazımdır buna.

“Mən özümə teatr hədiyyə etdim”

Elminlə Tbilisidə görüşdük. O, gürcü həmkarlarının dəvəti ilə gəlib və oktyabr ayınadək Gürcüstanın paytaxtında qalmağı planlaşdırır. Yeri gəlmişkən, ADO teatrı Gürcüstanda bir neçə dəfə küçə performansları ilə çıxış edib.

«Burada da meriyaya müraciət etdik. Onlar da öz növbəsində polisə yazdılar ki, aktyorlar çıxış edəcək, onların təhlükəsizliyini təmin etmək lazımdır. Onlar gəldilər, biz oynadıq, sonra tamaşaçılar dağılışdı. Biz də əşyalarımızı götürüb getdik, ən axırda da polis ərazini tərk etdi. Burda belədir, bizdə başqa cür, – Elmin gülə-gülə deyir və əlavə edir: – Bizdə də düzələr. Sadəcə bunun üstündə işləmək lazımdır. Hamımız bunun üstündə işləməliyik”.

Bu il, iyulun 15-i ADO teatrının 9 yaşı tamam oldu.

– Bir də mənim 33 yaşım tamam olur.

– Və siz bu tarixi Tbilisidə qeyd edirsiniz.

– İlk dəfədir. Hər il Bakıda, Azərbaycanda qeyd olunub, ADO-nun yaşı kimi qeyd edilib.

– Amma bu dəfə qapalı məkan seçdiniz.

– Bəli. Bu performansın mövzusunu mən anamın paltarına həsr eləmişəm. Və burada bir doğuş prosesindən söhbət gedir. Pandemiya düşəndən bəri, son iki ildir, özümü sanki ana bətnindəki kimi hiss edirəm. Həyatımda ilk dəfədir ki, yenidən doğulacağımı duyuram.

«Özünə hörmət elə»

Elmin hələ ki Bakıda son küçə performansını bu yayın əvvəlində nümayiş etdirib. Tamaşanın adı “Yay pozaları”dır.

«O performans elan olunmamışdı. Amma həmin vaxt müdaxilə olmadı, polis olmadı, saxlamadılar, mən ətrafda polis görmədim», – Elmin deyir.

Əvəzində çoxlu tamaşaçı yığıldı və bunun nə cür sənət olması ilə bağlı xeyli şərh yazıldı. Bütün bu reaksiyalar və ətrafdakı tamaşaçıların üzlərindəki emosiya palitrası Elminin xoşuna gəlir. Üstəlik bu emosiyaların müsbət və ya mənfi olması mühüm deyil.

“Bütün reaksiyalar, bütün baş verənlər – hamısı çox maraqlıdır, – Elmin həvəslə danışır. – Çünki sən onu planlaşdırmamısan. Qabaqcadan planlaşdırılmamış bir şeydir. Öncədən müəyyən şeylər planlaşdırılır – performansın texniki tərəfləri və sairə. Lakin hadisə yerində nə baş verəcək, nələrin olacağını sən planlaşdırmamısan deyə, bu, çox maraqlıdır. Mənim yerimdən çox maraqlı görünür. Çox şey baş verir, yəni onu izah etməkdə bir az çətinlik… gərək mənim yerimdə olasınız, ora gedəsiniz, o hissi yaşayasınız, o insanlar sizə o reaksiyanı verələr. Biri gələ, məsələn, “McDonalds”ın qabağında sizə deyə ki, özünə hörmət elə”.

“Mən bir fotoya baxırdım, düz “McDonald”sın qarşısında insanlar dairəvi şəkildə dayanıb, mən də oradayam, özümə yox, şəkli yaxınlaşdırıb insanların üz ifadələrinə baxırdım. Hər insanın üzündə çox maraqlı bir ifadə var. Bu şəkil özü ifadə edir bu ölkəni, bu cəmiyyəti ifadə edir, hər şeyi”.

Elminin bütün performansları təsəvvürü həyəcanlandırır, onu öz cəsurluğu və kreativliyi ilə heyrətləndirir, amma bu, sənətdirmi? – Elminin sonuncu performansından sonra sosial şəbəkələrin Azərbaycan seqmentində məhz bu sual xeyli müzakirəyə səbəb olub. “Buna nə cür istəyirsiniz, o cür də ad verin, bircə sənət deməyin”, – biriləri yazır. “Yaxşı, o zaman, sizcə, sənət nədir?” – digərləri sual edir.

Elmin özü bu cür cavab verir:

“Müzakirələri izləyirəm, yəni tam izləmirəm, onların hamısını izləməyə fiziki cəhətdən gücüm çatmaz, çünki çox yazılır. Hələ indinin özündə son performansın müzakirələri gedirdi. Onların hamısına baxmağa imkanım yoxdur. Amma ümumilikdə baxıram, maraqlıdır: sən bir əməliyyat edirsən, bir proses gerçəkləşdirirsən və onun nəticələrinə baxırsan. Növbəti prosesdə o nəticələri nəzərə alırsan. Amma tam buna da köklənməməlisən, çünki buna köklənib, özünü ora verəndə digər istiqamət qalır – sənin özünü rahat hiss etməyin və yaratmağın. Misal üçün, insanlar mənim küçə tamaşalarımın sənət olmadığını iddia edirlər və onlar çox haqlıdırlar bu məsələdə. Bu, sənət deyil, amma həm də sənətdir və onun genişliyi də ondadır ki, o, həm sənət deyil, həm də sənətdir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru