Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                 

“ANS açılsa, heç vaxt ora qayıtmaram” - Tanınmış aparıcı
Tarix: 30-09-2022, 11:14 | Çap et
“ANS açılsa, heç vaxt ora qayıtmaram”
DİA.AZ tanınmış teleaparıcı Turan İbrahimovun Modern.az saytına müsahibəsini təqdim edir:

- Turan bəy 5 illik fasilədən sonra yenidən televiziyaya qayıtdınız. Siz bəzən yerli telekanalların fəaliyyətini tənqid edirdiniz. Bununla belə efirə qayıdışınızın səbəbi nə oldu?

- Bildiyiniz kimi, 2017-ci ildə apardığım "Səhər xəbər" verilişinin yayımı dayandırıldı. Buna səbəb kanal rəhbərliyinin dəyişdirilməsi idi. Sözün açığı mən yeni rəhbərliklə çalışmaq istəmədim. Bununla da televiziya yayımını dayandırdım. Buna paralel olaraq mənim öz işlərim var idi. Media və piar məsələləri üzrə müxtəlif yerli və xarici şirkətlərə konsultant xidməti göstərirəm. Bu istiqamətdə işimi davam etdirdim. Əslində yenə media sahəsində idim. Ancaq bir müddət sonra sırf aparıcı, jurnalist, layihə rəhbəri kimi televiziyaya qayıtmaq haqqında düşünmədim. Bir il bundan əvvəl “Space” TV-də ana xəbərləri 4 ay fərqli formatda öz istədiyim stildə apardım. Yəni ana xəbərləri müəllif şərhi ilə təqdim edirdim. Bu özü də yenilik idi. Ancaq bundan sonra anladım ki, mən televiziyada işləmək istəmirəm. Artıq televiziyada işləmək üçün həvəs də yox idi. Öz işimlə, kiçik bizneslə həyatımı davam etdirmək istəyirdim.

Mənim “Space” TV-dən getməyim rəhbərlik dəyişən dövrə təsadüf etdi. Müşfiq Hətəmov “Space”nin yeni rəhbəri oldu. Elə bu mövsümdən etibarən bizim televiziyalardan mənə təkliflər gəlməyə başladı. Bundan öncə də təkliflər olurdu. Ancaq təkid etmirdilər. Bu mövsüm 3 telekanal mənə iş təklifi göndərdi. Dedilər ki, gəl, ürəyin nə istəyir, onu da et. Mənim isə ümumiyyətlə bu sahəyə gəlməyə istəyim yox idi. Televiziya dövrünün qapandığını, bir daha bu sahədə çalışmayacağımı düşünürdüm. Şirnikləşdirici təkliflər edilirdi, düşündüm ki, bu qədər təkidlə təkliflər gəlirsə, deməli, ehtiyac var. Müxtəlif səbəbləri götür-qoy edəndən sonra “Space” TV-ni seçdim. Fikirləşdim ki, qayıdıramsa, qoy zəif olana qayıdım. Əldə edəcəyim uğur da birbaşa özümlə bağlı olsun. Çünki hansısa loqotipin altında hər baxımdan oturuşmuş kanalda uğur qazanmaq asandır. Fikirləşdim ki, bura gəlib özüm üçün eksperiment də edə bilərəm. Özümü sübut etmək istəyirdim. Mən çox gözəl bilirəm ki, televiziyaya maraq 5 il bundan öncəki kimi deyil və 5 ildən sonra bu maraq daha da zəif olacaq. Hazırda telekanalların izləyiciləri əsasən 55 və daha yuxarı yaşda olanlardır. Onların xəbər izlədiyini nəzərə alaraq, vaxtilə ATV-də etdiyim proqramı “Space”də tətbiq etsəm, uğur qazana biləcəyimi düşündüm.

- “Space” TV zəif olduğuna görə bu kanala gəldiyinizi deyirsiniz. İddialı fikirlər səsləndirdiniz. Amma etiraf edək ki, zəif dediyiniz kanalın reytinqini bir aparıcının təkbaşına qaldırması o qədər də asan məsələ deyil.

- Mən hələ ki ikicə dəfə efirə çıxmışam. Onu deyim ki, “Space” il yarım bundan əvvəl müflis olmuşdu. Hətta yayım tezliyi əlindən alınacaq vəziyyətdə idi. Hamı “Space” telekanalının bağlanacağını gözləyirdi. Həm iqtisadi, həm də peşəkar televiziya nöqteyi-nəzərdən baxanda da bu labüd idi. Vaqif Mustafayev gedib, yerinə Müşfiq Hətəmov təyin olunanda da yenə hər kəs, bütün peşəkarlar düşünürdü ki, Müşfiq Hətəmov da kanalı müflis vəziyyətindən çıxara bilməyəcək. Tam əksi oldu. Müşfiq Hətəmov hansısa formada kanalın bütün borclarını ödəyərək, müflis olmaqdan qurtardı. Belə deyək, “Space” mənfidə idi, Müşfiq Hətəmov onu sıfıra gətirib çıxardı. Ümumi olaraq texniki təchizatda tam dəyişiklik edə bilmədi. Ancaq efirin ümumi rebrendinq olunmasını həyata keçirdi. Yeni layihələr ortaya qoydu. Düzdür, reytinq qalxmadı. Ancaq nəticə olaraq ortaya çıxan məhsul onu göstərdi ki, büdcəsi milyonlar olan özəl televiziya kanalları nələri istehsal edirsə, müflis olmaq üzrə olan “Space” də onları istehsal edə bilir. Nəticə etibarilə, müqayisədə elə də böyük fərq yoxdur. Artıq “Space” TV-nin inkişaf dövrü başlayır. Ümumiyyətlə, mən kanalın çox aşağılarda olduğu dövrdə gəlmişəm. Gəlişimlə hələ heç nə dəyişilməyib. Nələrin dəyişəcəyini növbəti mövsümün əvvəlində görə bilərik. Ən yaxşı halda 6 ay sonra.

- 5 il az müddət deyil. Bu vaxt ərzində teleməkandan kənarda qalmaq maddi durumunuza təsir göstərdimi?

- Xeyr. Mən heç vaxt maddi baxımdan televiziyadan asılı olmamışam. Erkən yaşlarımdan öz alternativ işimi qurduğum üçün problemim olmayıb. Televiziya mənim üçün hər zaman ikinci iş olub.

- Görünür ki, efirə qayıtsanız da, əvvəlki kimi həvəsli deyilsiniz...

- Tam səmimi deyirəm ki, mənim əvvəlki kimi həvəsim yoxdur. Ancaq "Bismillah" deyib, bu işə başladımsa, deməli, məndə həvəs get-gedə artacaq. Misal var, deyirlər, iştah yemək yeyəndə gəlir. Bəli, artıq məndə o ehtiras yaranıb. İstəyərəm ki, reytinqlər yaxşı olsun. Daha yaxşı kontent ortaya qoyaq. Çox cüzi imkanlarla böyük işlər ortaya qoyaq.

- Yeri gəlmişkən, sizin apardığınız verilişlərdə hər zaman tənqidi fikirləriniz diqqət çəkirdi. “Space” TV-də bu ənənəni davam etdirmək üçün sizə icazə verilibmi?

- Ümumiyyətlə, konstruktiv tənqid mənim xarakterimdən irəli gəlir. Etiraza meyillilik məndə həmişə olub. İndi də bu xüsusiyyət məndə var. Gələcəkdə də olacaq. Ayın 26-sı efirə ilk çıxan kimi təhsillə bağlı ,sosial müavinətlərlə bağlı sərt materiallarımız, tənqidlərimiz olub. Mən buyam. Mən necə dəyişim? Hərə öz ampluasındadır.

- Turan bəy, nədənsə siz qalmaqallı jurnalist kimi tanınırsımız. Həqiqətən belədirmi?

- Qalmaqal anlayışı bir az fərqlidir. Mən 22-23 yaşımdan televiziyada fəaliyyətə başlamışdım. Onda telekanallara maraq yüksək idi. Buna görə də o vaxt qalmaqal yaradaraq populyarlaşmaq tendensiyası var idi. Biz də bu yola əl atırdıq. Ancaq sonra jurnalistik fəaliyyətim və apardığım tok-şoularla bağlı ictimai-siyasi məqamlarla bağlı mənim guya qalmaqallı olmağım haqqında süni imic yaradırdılar. Hər kəlməmi götürüb yozaraq, onun haqqında məqalələr yazıb, müzakirələrə çıxarırdılar. Düşünürəm ki, vəziyyət beləydisə, deməli, burada kimlərinsə marağı var. Mən isə özümü qalmaqallı hesab etmirəm. Mən nəyi nə üçün etdiyimi dərk edirəm .Heç vaxt problem olacaq səviyyədə hansısa səhvlərə yol verməmişəm. Səhvlər, nöqsanlar olur. Amma bunlar hamısı yaradıcılıq çərçivəsindədir. Yenə deyirəm bu süni yaradılmış imicdir.

- Sizin bir sıra tanınmış şəxslərlə dostluğunuz olub. Səhv etmirəmsə, bunlardan biri də Mirşahin Ağayevdir. Maraqlıdır, işsiz olduğunuz dönəmdə Real TV-dən sizə iş təklifi oldumu?

- Mənim Mirşahinə peşəkar kimi hörmətim var. Dəyişməyən mövqeyi olduğu üçün onunla şəxsi zəmində münasibətim yaxşıdır. Real TV-də ekspert kimi verilişlərə çağırırdılar. Deyirdilər ki, ürəyin nə vaxt istəyir, gəl bizimlə çalış. Amma mən istəsəydim, istənilən kanalda çalışardım. Sadəcə marağım olmayıb.

- Demək olar ki, fəaliyyətiniz müddətində bir neçə telekanal dəyişmisiniz. Bu, sizin reputasiyanıza mənfi təsir göstərməyib?

- Mən ilk gündən demişəm ki, əgər televiziya adamı olacamsa, televiziyaya məhkum olmayacam. Mən televiziyada ağırlıq, auditoriya qazanmışamsa, bu, mənim öz uğurumdur. Mən ATV-də, ANS-də də öz auditoriyamı qazanmışam. İndi “Space”də öz auditoriyamı yığacağıma inanıram. Mən digər həmkarlarım kimi bir televiziyaya məhkum olub, bir loqotipin altında mövcud olmaq fikrində deyiləm. Bu isə mənim reputasiyama ancaq üstünlük gətirib. Yəni artıq fikir formalaşıb ki, Turan hara gedirsə, ora uğur gətirəcək.

- Gəlin, yerli telekanallarda yayımlanan sosialyönümlü verilişlərdən danışaq. Geniş tənqidə məruz qalmasına baxmayaraq, bu verilişlər reytinqdə ön sıralarda dayanır. Sizcə bunun səbəbi nədir?

- Bəli, sosial-məişətyönümlü verilişləri çox tənqid edirlər. Ancaq ən çox izlənilən verilişlər də onlardır. Bu, bir paradoksdur. Ümumiyyətlə, bizim cəmiyyətdə ikifikirlilik, bir az qeyri-səmimilik var. İnsanlar adətən ən çox baxdıqları, gördükləri şeyi tənqid edirlər. Nə qədər çox tənqid olunursa, bir o qədər baxılır. Baxılırsa, niyə tənqid olunur? Dərinə gedəndə aydın olur ki, həmin verilişlər ona görə çox baxılır ki, auditoriyası yaşı 55 və daha yuxarı olan şəxslərdir. Onlar isə belə verilişləri tənqid etmirlər. Tənqid edənlər gənclərdir ki, onlar ümumiyyətlə, nəinki o verilişlərə, heç televiziyaya baxmırlar.

- Bəs insanların şəxsi həyatlarının bütün çılpaqlığı efirdə müzakirə olunmasına münasibətiniz necədir?

- Mənim belə verilişlərə izləyici kimi münasibətim yoxdur. Çünki həmin verilişlərə baxmıram. Peşəkar kimi isə düşünürəm ki, özəl televiziyalar üçün o verilişlər lazımlıdır. Çünki o verilişlər olmasa, özəl telekanallar batar. Yəni bu cür verilişlərin sayəsində özəl kommersiya telekanalları hələ də ayaqüstə dururlar. Televiziyaya baxan auditoriya daha çox həmin verilişlərə baxır. Həmin izləyicələrə də nəsə satmaq istəyən şirkətlər, firmalar reklam verirlər. Ondan gələn gəlirlə televiziya özünü saxlayır.

- Bəzən tənqidlər səsləndirilir ki, telekanalların verilişləri monotondur. Deyilənlər razısınızmı?

- Özəl televiziyalarda monoton verilişlər ola bilməz. Veriliş reytinq gətirmirsə, rentabelli deyilsə, dərhal bağlanır. Çünki bu verilişlər telekanal üçün sərfəli deyil. Məhz buna görə də, yəni sağ qalmaq üçün tənqid olunan sosialyönümlü verilişlərə üstünlük verilir. İctimai televiziyada da belə verilişlərin olduğuna inanmıram.

Hətta deyərdim ki, dövlət televiziyası (AzTV) da çox dəyişib. Hazırda avanqard televiziya kanalıdır. Bu mövsümdə AzTV-nin reytinqi çox yüksəkdir. Düzdür, bu, Türkiyə seriallarının hesabınadır. Ancaq fakt faktlığında qalır. AzTV-nin reytinq göstəricisi yüksəkdir. Artıq rəqabət güclənib. Dövlət telekanalı anlayır ki, o Türkiyənin dövlət kanalı ilə, Rusiya TV-ləri ilə rəqabətə girməldir.

- Bəs, bu gün telekanalların simaları kimlərdir?

- Bu gün ATV kanalı deyəndə ilk olaraq ağla gələn sima Zaur Baxşəliyevdir. O, ATV-nin gəlirlərinin böyük bir hissəsinin təmin olunmasında iştirak edir. ARB-dən danışırıqsa, bu gün kanalın adını çəkəndə ilk yada düşən Xoşqədəm Hidayətqızıdır. Orada digər tanınmış sima Elgizdir.

- İndiki dövrdə jurnalist kimi çalışmaq istəyənlər daha çox televiziyaya maraq göstərirlər, sizcə bunun səbəbi nədir?

- Ümumiyyətlə, televiziya həmişə cəlbedici olub. Həm də televiziya ən çox təsiretmə imkanı olan KİV-dir. Ancaq indi elə deyil. Yenə televizyanın ağırlığı var. Ancaq televiziya əvvəlki deyil. Gənc jurnalistləri digital mediaya yönəlməyə çağırıram. Ənənəvi televiziyalarda gələcək yoxdur. Mənim fikrimcə, Azərbaycanda ənənəvi televiziya özünün son illərini yaşayır. 10 ildən sonra kommersiya telekanalları kommersiya subyekti kimi imkanlarını itirəcək. Ancaq dövlət və ictimai televiziyanın olması üçün əsas olacaq. Çünki onlar həm dövlətdən maliyyələşir, həm də onların üzərində bir funksiya var. Özəl televiziyalar kommersiya gəliri əldə edə bilməyəndən sonra dotasiya ilə yaşayacaq. Bu isə mənasız olacaq. Ona görə də, bir daha qeyd edirəm, gələcək internet üzərindən yayımlanan kanallarındır. Əgər gənc jurnalistlər televiziyanı istəyirlərsə, bu sahəyə yönəlsinlər.

- Turan bəy, gənclərə internet televiziyasını məsləhət görürsünüz. Özünüz gələcəkdə internet kanalda çalışmaq, yaxud da internet kanal yaratmaq fikriniz varmı?

- Xeyr mənim mediada xüsusilə də bu formada fəaliyyət göstərmək fikrim olmayıb. Ancaq hansısa televizya kanalının birinə dəvət edib kanalın rəhbəri ol deyə təklif olsaydı, düşünərdim. Menecer kimi məmnuniyyətlə işləyərdim. Siz dediyiniz kimi digital kanala rəhbərlik etmək fikrim olmayıb.

- Gəlin, etiraf edək ki, tamaşaçılar sizi daha çox ANS-dən tanıyırlar. Yerli telekanallar ANS-i əvəz edə bildilərmi? Eyni zamanda bu gün ANS-in yenidən açılmasını istəyərsiniz?

- Ümumiyyətlə, düşünürəm ki, ANS bu gün mövcud olsa, digərlərindən ciddi şəkildə fərqlənəcəyini düşünmürəm. ANS olsaydı, bəlkə, sırf xəbərə yönələrdi. O baxımdan yaddaqalan olardı. ANS mövcud olsaydı, digər telekanallardan müharibə dövründə fərqlənərdi. Bu baxımdan üstünlük qazanardı. Xəbəryönümlü kommersiya kanalı olardı.

Müəyyən dövrlərdə ANS yayım siyasətində korrektələr edib. Amma istənilən halda ANS bu gün olmasını istəyərdim. Təbii ki, orada çalışmazdım. Əgər ANS-ə Vahid Mustafayev rəhbərlik edərdisə, mən orada olmazdım.

- Vahid Mustafayevlə münasibətinizin yaxşı olmadığı görünür. Bilmək olar, səbəb nədir?

- Ümumiyyətlə, Vahid Mustafayevin insani keyfiyyətləri, peşəkarlara münasibəti mənim xoşuma gəlmir. Bunu ANS-də işləyənlər yaxşı bilirlər. Bu səbəbdən mən ANS-lə yollarımı ayırmışdım. Vahid Mustafayev müəyyən proseslərdən keçib. Dəyişibmi, bilmirəm.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru