"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" .....                     Azərbaycan güləşçisi dünya çempionu olub .....                     Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? .....                     "Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" .....                     Şarl Mişel Azərbaycanı haqlı çıxardı .....                     Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək .....                     “Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” .....                     Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir .....                     Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib .....                     “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” .....                     Şoltsun Putinlə gizli ittifaqı? .....                     Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir .....                     Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! .....                     Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU .....                     Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? .....                     Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib .....                     Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini .....                     Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub .....                     Ararat Mirzoyan COP29-a dəvət alıb .....                     "MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... .....                     Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” .....                     Bakıda şirkət rəhbəri həbs edildi .....                     QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR .....                     "Qısa zamanda sülh müqaviləsi imzalana bilər” .....                     Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir .....                     Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? .....                     Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! .....                     Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir .....                     Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb .....                     Paşinyan COP29-da iştirak üçün dəvət alıb .....                     ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... .....                     DEM partiyasının baş ofisinə hücum olub .....                     Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir .....                     Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib .....                     “Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" .....                     DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? .....                     “Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? .....                     Sülh sazişini bu formada imzalamağa hazırıq .....                     "COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" .....                 

"Sənətinə də söz yox idi, insanlığına da..." - ANIM
Tarix: 14-11-2022, 09:54 | Çap et
"Sənətinə də söz yox idi, insanlığına da..."
Görkəmli sənətkar Rübabə Muradovanın bacısı Tahirə Muradova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Tahirə xanım, ailədə neçə övlad olmusunuz?

- Ailədə 7 övlad olmuşuq, iki qardaş, beş bacı. Ən axırıncı övlad mən olmuşam. Rübabə baxım bizə tərbiyə, təhsil və çörək verib. Elə humanist insan idi ki. Mən hələ onun kimi adam görməmişəm. Sənətinə də söz yox idi, insanlığına da. Ağzımızdan bir söz çıxan kimi həmin şey o dəqiqə hazır idi. Onun Leylisindən, Əslisindən, Ərəbzəngisindən doymaq olmurdu.

- Siz də ifaçı olmusuz, amma gəlin etiraf edək ki, Rübabə xanımın səsi fərqli idi, heç bir səsə oxşamırdı.

- Əlbəttə! Nəinki biz bacıların səsi, onun səsinə incəsənət aləmində bənzər səs yoxdur. Bəzən mənə tərif kimi deyirlər ki, səsin Rübabənin səsinə oxşayır. Mən bu sözdən çox hirslənirəm. Xahiş edirəm ki, elə deməyin. Özüm üçün oxuyuram, amma mən Rübabə ola bilmərəm. Xarici görkəmimi oxşadırlar. Buna bir söz deyə bilmərəm. Çöldə məni görəndə deyirlər ki, Rübabə gəlir.

- Rübabə xanım Ərdəbildə doğulub. Oranı necə tərk etdiyini sizə danışıb?

- Atamız Mirzə Xəlil Şiraqi həkim, din xadimi olmaqla yanaşı, gözəl ney çalmağı, İran və Azərbaycan muğamlarını yüksək səviyyədə oxumağı bacarırdı. Ailəmiz 1946-cı ildə Azərbaycana mühacirət edib, bu zaman Rübabənin 14 yaxud da 15 yaşı olub. 10 dəqiqə gec keçsəydilər hamısını güllələyəcəkdilər. İrandan gəlib Astarada məskunlaşıblar. Qaçqın necə olar? Evsiz-eşiksiz! Sağ olsun millətimiz onlara köməklik edib. Salyana köçəndən sonra Rübabə oxumağa başlayıb. Mən və Pərvanə bacım Salyan rayonunda doğulmuşuq. Rübabə müğənni olandan sonra onu Opera və Balet teatrına dəvət ediblər. Rübabə Leyli obrazını ağlaya-ağlaya oxuyurdu, amma səsi qəhərlənmirdi. Raç Kapur hətta gəlib görüb onu Hindistana dəvət etmişdi, çünki hindlilərə oxşadırdı Rübabəni. Amma Rübabə getməmişdi.

- Vətən həsrəti Rübabə Muradovanın yaradıcılığında və ifalarında xüsusi yer tutur. Vətənini, doğma torpağını çox sevməsi heç kimə sirr deyildi.

- Rübabə qədər vətənini sevən, onun üçün qurban-sadağa gedən ikinci adam görməmişəm. O elə vətən hərsəti ilə də dünyasını dəyişdi. Deyirdi ki, iməkləyə-iməkləyə gedib həyətimizi taparam, o həyətdə qızıl gülləri iyləyərəm. Tez-tez yadına düşürdü, deyirdi və ağlayırdı. O vaxt axı sərhədlər bağlı idi. İndiki kimi olsaydı bəlkə də Rübabə ölməzdi.

- Onun doğma vətəni ilə görüşü də ürəkləri dağlayan bir hadisədir. O necə baş vermişdi?

- Astaraya qastrol səfərinə gedəndə sərhəddə dayanıb ağlayıb. Deyib ki, sərhədi açın, 5 dəqiqə də olsa gedim torpağımı görüm. O vaxt belə bir qanun yox idi ki, sərhəd açılsın. Amma sağ olsunlar Rübabənin xətrinə bunu ediblər. Sərhədi keçən kimi ürəyi gedib, torpağın üstünə yıxılıb. Sonradan özünə gəlib, torpağı əlinə götürüb iyləyib. Baba Mahmudoğlu da onunla birlikdə olub. O danışırdı ki, Rübabə necə qəhərlənmişdi, necə ağlayırdı!

- Səhv etmirəmsə Rübabə xanım doğma torpağı ilə bağlı sizə vəsiyyət də etmişdi. O nə vəsiyyət idi və yerinə yetirdinizmi?

- Mənə demişdi ki, mən ölsəm sən sağ qalsan gedib ordan torpaq gətirib, məzarım üstə tökərsən. Mən onun bu arzusunu, vəsiyyətini yerinə yetirdim. Ərdəbilə gedib, evimizi tapdım. Evimiz Alatava məhəlləsində, Şah məscidinin yanında idi. Gedib gördüm ki, orada başqa adamlar yaşayır. Dedim ki, qorxmayın, mən filankəsəm, bu evin sakini olmuşam. Orada ağaclar da var idi, quyu da. Torpağı gətirib Rübabənin məzarının üstünə tökdüm. Elə rahat oldum ki.

- Rübabə xanımı bu gün necə yad edirsiz?

- Doğum və anım günlərində hər zaman məzarının üstünə gedirik, dualar oxuyuruq. Rübabə bu günki günə qədər sevilir, hər zaman fanatları olub. Onun mahnılarını nəinki yaşlı və orta nəsil, cavan nəsil də sevir. Bir misal çəkmək istəyirəm. Bizim bir tanışımız var idi, o vaxt Müslüm Maqomayevlə görüşüb. Müslüm öz maşınında onları gəzdirib. Görüb ki, Müslümün maşınında Rübabənin diski var. Ona sual veriblər ki, siz rus dilində müasir mahnılar oxuyan sənətkarsınız, nə yaxşı muğama qulaq asırsınız? Deyib ki, siz nə danışırsınız?! Mən Rübabənin mahnıları ilə yaşayıram, hər gün oxutdururam. Rübabə əvəzedilməz müğənni idi. Bu gün fikir vermisinizsə müğənnilər 2-3 mahnı oxuyur, sonra unudulur. Nə özləri yadda qalır, nə də ki, mahnıları. 1 əsr keçəndən sonra da Rübabə elə Rübabə olaraq qalacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" - deputat
Bu gün, 21:38
Azərbaycan güləşçisi dünya çempionu olub
Bu gün, 21:34
Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? - AKTUAL
Bu gün, 19:00
"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" - deputat
Bu gün, 18:56
Şarl Mişel Azərbaycanı haqlı çıxardı - DETALLAR
Bu gün, 18:10
Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var
Bu gün, 18:08
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” - GƏLİŞMƏ
Bu gün, 18:05
Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir - Rusiyalı eksperti
Bu gün, 18:03
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib - KİV
Bu gün, 17:43
“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” - Fəzail Ağamalı
Bu gün, 17:39
Şoltsun Putinlə gizli ittifaqı? – Rusiya Avropanı belə parçalayır
Bu gün, 17:36
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Bu gün, 17:29
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Bu gün, 17:15
Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU - ÖZBAŞINALIĞA ACİL MÜDAXİLƏ...
Bu gün, 17:12
Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:06
Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib - RƏSMİ
Bu gün, 17:04
Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 17:01
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini İŞDƏN ÇIXDI
Bu gün, 17:00
Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:57
Ararat Mirzoyan COP29-a dəvət alıb - KİV
Bu gün, 16:55
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... - Sabirabad sakini nəvələrinin qəyyumluğunun oğluna verilməsini istəyir...
Bu gün, 16:50
Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” - TƏFƏRRÜAT
Bu gün, 16:48
Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq fırıldaq
Bu gün, 16:46
QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR - Atası səlahiyyətli şəxslərdən kömək istəyir
Bu gün, 16:41
"Qısa zamanda sülh müqaviləsi imzalana bilər” - deputat
Bu gün, 16:37
Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir - BARIŞIQ İSTƏMİRLƏR...
Bu gün, 16:34
Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? - AKTUAL
Bu gün, 16:33
Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:31
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir - FOTO
Bu gün, 16:27
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb - FOTO, VİDEO
Bu gün, 16:21
Paşinyan COP29-da iştirak üçün dəvət alıb - Ermənistan XİN
Bu gün, 16:19
ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... - FOTO
Bu gün, 16:17
DEM partiyasının baş ofisinə hücum olub
Bu gün, 15:04
Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir - Başqa yolu yoxdur...
Bu gün, 14:00
Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib
Bu gün, 13:58
“Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" - Rusiyalı politoloq
Bu gün, 13:56
DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? - Ekspert AÇIQLADI
Bu gün, 13:50
“Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? - FOTOLAR
Bu gün, 13:42
Sülh sazişini bu formada imzalamağa hazırıq - Qriqoryan
Bu gün, 13:39
"COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" - Vüqar Oruc
Bu gün, 13:33
“İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” - NARAZILIQ VAR...
Bu gün, 13:30
Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb - SƏBƏB
Bu gün, 13:16
Həm maaş, həm də pensiya alan deputatlar - SİYAHI
Bu gün, 13:09
Qonşu ölkədə dollar kəskin bahalaşdı – Azərbaycanı nə gözləyir?
Bu gün, 13:01
Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” - "Bir müddətdir anamla danışmırdım"
Bu gün, 12:59
Bakıya getməyə məcburuq - Erməni jurnalist
Bu gün, 12:57
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:55
Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir - VİDEO
Bu gün, 12:53
"Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB - cəzasız qalmadı...
Bu gün, 12:51
BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər - İndoneziya xarici işlər naziri
Bu gün, 12:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru