"Biz aktyorlar muğənnilər kimi yaxşı pullar qazanmırıq"
Tarix: 3-01-2023, 09:30 | Çap et
Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktrisası, Əməkdar artist Mələk Abbaszadə Bizim.Media-ya müsahibə verib.
DİA.AZ həmin müsahibəni sizə təqdim edir:
- Uzun zamandır səhhətinizdə yaranan problemlər səbəbindən sizi teatr səhnəsində və efirlərdə görmürük. İndi necəsiniz?
- Şükür Allaha, indi hər şey yaxşıdır. Demək olar ki, gündəlik normal həyatın axarına qayıtmışam. Və ilk dəfə olaraq, bu yayda Bakıdan kənara çıxmadım, şəhərdə qalmaq mənə daha güvənli göründü. Evlə məşğul oldum, müxtəlif online kurslara yazıldım. İngilis dilimi dərindən öyrənmək üçün dərs aldım. İndi özümü daha gümrah hiss edirəm, enerjiliyəm, həvəsliyəm. Əslində iş sənət adamları ücün dərmandır, amma artıq görəcəyim işin keyfiyyəti daha vacibdir.
Pandemiyadan 2 -3 il əvvəl sənətimdə keyfiyyət baxımından ciddi seçim edirdim. Artıq fikirləşirəm ki, biz o qədər enerji sərf edirik, bəzən gecələr çəkilişlərə görə yatmırıq, gecəmiz gündüzümüzə qarışır. Ona görə ğördüyümüz iş buna dəyməlidir. Cünki bəzən gördüyün işi sonradan izlədikdə anlayırsan ki, bundan da gözəl alına bilərdi və bəzi zəif məqamlar sənin səhfin deyildi. Və onlar gözlədiyin nəticəni və effekti etkiləyir. Və istər-istəməz təəssüflənirsən.
Mənim əvvəllər də hər yerdə olmaq və hər layihədə iştirak etmək niyyətim və istəyim olmayıb. Amma son vaxtlar həddindən artıq ehtiyatlı davranıram (gülür). Az olsun, amma gözəl və yaddagalan olsun. Qürurla deyə bilim ki, bu layihədə adım var, peşəkarlığıma və potensialıma uygundur.
- Çalışdığınız teatrda sizin iştirakınızla bu yaxın ərəfələrdə hansı yeni tamaşalar təqdim olunacaq?
- Teatrımızda istedadlı gənclər artıq çoxdur. Böyük axın var. Kecən mövsümün başında görüb çox təəccübləndim. Onların bir hissəsi Moskvada Boris Şukin adına Teatr İnstitutunu bitirib gəliblər, bir hissəsi də Mədəniyyət və İncəsənət Universitetimizin məzunlarıdır. Onları görüb fikirləşdim ki, mən artıq gənc deyiləm (gülür). İçimdə ilk dəfə qorxu hissi yarandı. Yeni bir dalğa gəlir. İllər əvvəl də bizdə Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirib Moskvadan teatra daxil olanda belə idik. Bu, həyatın qanunudur.
Bir gənc nəsil gedir, onları yeni gənc nəsil əvəz edir. Amma teatrda tamaşalar elə qurulmalıdır ki, həm gənclər, həm orta yaşlı, həm də yaşlı aktyorlara tələbat olsun. Onlar bir-biri ilə qaynayıb, qarışsınlar. Çünki hər kəsin öz yaşa uyğun psixofizikası, həyat təcrübəsi və peşəkarlığı var. Aktyorun isə ən böyük qorxusu zamandır. Vaxt çox tez ötüb keçir. Dünən oynaya biləcəyimiz rolu artıq bu gün oynaya bilmirik. O ki qaldı, yeni tamaşalara, Aleksandr Şarovskinin pandemiya sonrası artıq bir neçə yeni tamaşaları səhnəmizdə gedir.
Teatr aktiv fəaliyyət göstərir. Mən də bu gün-sabah rəhbərliklə danışıb yeni rollara hazır olduğumu bildirəcəyəm (gülür). Təəssüflər olsun bu mövsüm oynadığım iki tamaşa daha repertuardan cıxarılıb və sadəcə iki tamaşam qalıb. Amma yeni işlər üçün daha əvvəl dediyim kimi həvəsliyəm. Ümüd edirəm ki, qismət olsa, növbəti tamaşalarda məni də görə biləcəksiniz.
- Aktyorların ən ağrılı yeri maaşlarıdır. Çalışdığınız teatr ocağından aldığınız məvacib sizi qanə edir?
- Aktorların onsuz da böyük qazancları yoxdur (gülür). Biz aktyorlar muğənnilər kimi yaxşı pullar qazanmırıq. Çünki biz, teatr və əsl kino sənətinin peşəkarları qəribə şəkildə xəstəyik. Sənət xəstəsi. Bu isə virus kimidir. Əgər sən bu virusa yoluxmusansa pullu, qazanclı olmasa da, yenə sən bu xəstəliyi özündə daşıyacaqsan və gözəl peşəkar layihənin az puluna “yox” deməyəcəksən.
Əsası odur ki, heç olmasa səni sənət tərəfdən bu layihə qanə eləsin, sənin aktor ruhunu bəsləsin. Amma teatrımızın yüz illiyi tamam oldu. Bu münasibətlə Cənab Prezident teatrımıza Akademik adını verdi. Bu da teatrımıza olan böyük diqqətdir. Və Teatrımızın yeni statusunun bizim maaşlarımıza təsiri oldu. Bundan əvvəl aktyorlar məcbur olurdular bir neçə yerlərdə “xaltura” sözü ilə adlandırdığımız işlərə əl atsınlar, ailələrini dolandırmaq ücün. Aktyorun da qazanc üçün fərqli korporativ işlərdə pul qazanmagı həm sənətdən uzaqlaşdırır, həm də mənəvi yorur. Artıq sənətlə məşğul olmağa nə həvəsi, nə də ki, taqəti qalır. Amma teatr maaşlarımız qalxdığından aktyor ailəsinin ilk ehtiyaclarını qarşılaya bilir və daha cox sənət işlərinə vaxt ayırır.
- Ən çox tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanan çəkildiyiniz “Xosrov və Şirin” adlı serial oldu. Ekran işində aktyorluq sənətinə ilk addımlarını atan bir sıra gənclər vardı. Sizin kimi bir peşəkar və sözünü demiş bir aktrisa üçün onlarla işləmək çətin yoxsa asan oldu?
- Nizami Gəncəvinin klassik əsəri olduğu üçün özünə məni çəkdi. Sonra serialın rejissoru Xəyyam Abdullazadə və Elməddin Aliyev ilə danışdım. Onların əsərə yanaşması, düşüncələri mənə çox xoş gəldi. Tamamilə serial rejissoru kimi deyil, kinorejissor fikirləri ilə yanaşıldı bu işə. Xəyyam mənə söylədi ki, “Xosrov və Şirin” serial olsa da tamamilə kino estetikası ilə cəkiləcək”.
Biz bu əsəri əfsanə kimi bilirik. Amma əfsanənin ətrafında xəyal gücü ilə yazılan ssenari İlqar Fəhmiyə aiddir. Gerçək incəlikləri, əlbəttə bilmirik, bilə də bilmərik. Amma sənət həm gözəl və estetik olmalıdır. Həm də gördüyünüz hadisələrin sizin də başınıza gələ biləcəyinə inanmalısınız. Tamaşaçılar personajlarda özünə məxsus kiçik bir şey da olsa, tapmalıdırlar.
Rejissordan soruşdum ki, seriala məndən başqa hansı aktyorlar çəkiləcək. Və biləndə ki, serialda peşəkar aktyor azdır, tərrəddüd və şübhə etdim. Sonra bəlli oldu ki, serialın büdcəsi də məhduddur. Amma ssenarini oxuduqdan sonra Məryəm obrazını cox bəyəndim. İnsanlarda, əvvəla təbiətən zərif və mülayim təəssüratını bağışlayıram.
Amma Məryəm obrazında qəddarlıq var. Qısqanclıq üzündən ərini öldürən qadın. Bu elə bir xarakterdir ki... Hər kəs buna qadir deyil! Bu rol mənim üçün buna görə maraqlı oldu. Rejissor məni hər bir şeydə inandırdı. Son vaxtlar sıx rastlandığı kimi, çəkdikləri seriala sırf qazanc mənbəyi kimi deyil, sevdiyi və can qoyduğu iş kimi yanaşdığını bildirdi və mən ona inandım. Keyfiyyətli məhsul hazırlamaq arzularına inandım.
Mənimlə bərabər serialda rol alan gənclərlə bir araya gəldiyimdə onların da məsuliyyətlə yanaşması məni rahatlatdı. Onların hörmət və nizam-intizamla işə yanaşmaları xoşdu. Serial çox dubllara çəkilmədi. Bəzən Xəyyama deyirdim ki, gəl, bu səhnəni bir daha çəkək. Cavab olaraq söyləyirdi ki, sən elə bir aktrisasan ki, cox dubl eləsək, sonra içindən ən yaxşısını seçmək qalanda, çətinlik çəkəcəyəm (gülür). Bir-iki dubl çəkməyimiz kifayətdir. Sənə söyləyim ki, aktyor heç bir zaman deyə bilməz ki, rolunun öhdəsindən əla gələ bildi. Mən də hər zaman cəkdiyimiz səhnəni bir başqa cür oynamaya cəhd etmək istəyi var. Buna ehtiyyac olmasa da. Ümumiyətlə, həm özümə, həm serialda digər aktyorların oyununa tənqidi yanaşıram. Çünki hər zaman hər aktor yaratdığı obrazda daha inandırıcı, daha incə, daha mükəmməl ola bilər.
- Bu serialdan sonra sizin səhhətinizdə ciddi problemlər yarandı. Hətta dedilər ki, Mələk xanım xərçəngə yoluxub. Bəs əslində Mələk xanım hansı xəstəliklə mübarizə apardı?
- “Xosrov və Şirin” serialından sonra oktyabr ayında xəstələndim. Son ilim çox stresli kecmişdi. Səbəb həm böyük oğlumla əlaqədar idi. Onunla aramda təhsili ilə bağlı bəzi münaqişələr yarandı. Xaricdə təhsil alırdı. Son il isə artıq oxumaq istəmədiyini söylədi. Bu isə onun səhhəti ilə əlaqədar idi. Akademik məzuniyyət belə almağa razılıq vermədi. Sonuncu dördüncü kursa başlamadan təhsilini buraxdı. Sonra da anam infarkt kecirdi. Onu o dünyadan qaytardıq.
Mərdəkanda bağ evində idik və pandemiya dövrü tam bitməmişdi. Təcili yardım güc-bəla ilə gəlib cıxanda dedilər ki, xəstəxanaya aparmağı çatdırmayacağıq. O dərəcə də pis idi vəziyyəti. Möcüzə nəticəsində onu xəstəxanaya çatdıra bildik. Əvvəlcə dərhal bir stend goyub, sonra da başa saldılar ki, 4 damarı deyişməlidir və sadəcə açıq ürək əməliyyatı olunmalıdır. Allah hər kəsin valideyinlərinə uzun ömür versin. Anamın artıq 87 yaşı var. Amma iki il əvvəl açıq əməliyyata razılıq verib anamı da inandırdığımda, bunun çox riskli olduğunu bilirdim. Bir neçə əzab çəkdiyim günə ala bildiyim qərar hayatımda verdiyim ən ağır qərarlardan idi.
Yaxınlarımla bağlı olduqca emosional cəhətdən stresli bir il keçirdim. Bu baxımından xəstəliyimin səbəbini yaşadığım həyəcanlara bağlayıram. Əvvəlcə xəstəliyimin ciddi olmasını başa düşə bilmirdim. Yayın sonunda Bodrumdan iki həftədir ki, qayıtmıştım. Təsadüfən gızdırmamın olduğunu hiss etdim.
İki gün sonra halsızlığım da başladı. Və hərarətim gündən-günə yüksəlirdi. Səbəbini həkimlər təyin edə bilmirdilər. Lazım olan bütün analizləri və muayinələri etdiyim halda, xəstəliyin nə olduğu bilinmirdi və fərqli mualicələr təyin edilirdi. Bir ay sonra artıq məcbur qalıb ağır vəziyətdə İstanbula getdim. Оrada kiçik əməliyyat keçirdim. Biopsiya olundu və cavabı təmiz çıxdı. Lakin buna rəğmən yenə də diaqnozu düzgün qoya bilmədilər. Düşündük ki, bəlkə bu əməliyyatdan sonra rahatsızlığım yoxa çıxar. Dedilər ki, heç bir onkoloji problem yoxdur. Amma heç nə dəyişmədi. İki həftə sonra Bakıya qayıtdım, amma bir müddət sonra artıq ayağa qalxmağa belə gücüm yox idi.
Çox sayda vurulan antibiotik iynələrə baxmayaraq heç nə yeyə bilmirdim. Bütün sümüklərim və oynaqlarım ağrıyırdı. Nahayət yeni yüklü növ analizləri verdikdən sonra bir ip ucu tapıldı və nəticəsində autoimun xəstəliyi ilə əlaqədər olduğu aydınlaşdı. Təkrar ən yaxşı bu ixtisas üzrə həkimin yanına yola cıxmaq üçün bir həftə Bakıda Mərkəzi Klinik xəstəxanada yatdım. Və artıq doğru başlanan mualicədən sonra az da olsa güc toplayıb Ankaraya uça bildim.
10 gün ərzində doğru davam edilən mualicə mənə təkrar Mələk olduğumu hiss etdirməyə başladı. Və bu mualicə tam 8 ay davam etdi. Hazırda hələ də dərmanların yarısını almağa davam edirəm və ən az yarım il daha almağa davam etməliyəm. 3-6 ay arası da kontrol üçün həkimimin yanına getmək lazımdır.
Amma ilk dəfə ətraflı danışdığım xəstəliyimə baxmayaraq, Allahıma bu yaşadığım günlərə görə şükür edirəm. Çünki bu, ən qiymətli sınaqdır. Ölə bilmək və ölməmək. Sına bilmək və sınmamaq. Və o arada çox şeyləri dərk eləyib gözdən keçirmək.
Həyatın dəyərini anlamaq. Düşünmədən qəbul etdiyimiz sahib olduqlarımızı, hədiyyə kimi artıq aydın görə bilmək. Tam bir il əvvəl bu vaxt yeni il ərəfəsində xəstəxanada yatanda mən üzümü sadəcə ona tutdum və güvəndim və hiss etdiklərimi sadəcə onunla paylaşdım.
- Aylar əvvəl sizin və bir sıra digər tanınmış aktyorların çəkildiyi “Banu” ekran əsəri Venesiya Film Festivalında təqdim olundu. Siz də həmin qala gecədə iştirak etdiniz. Film və nüfüzlü festival ilə bağlı təəssüratlarınız necədir?
- Xəstəlikdən və müalicədən sonra ilk işim “Banu” filmi oldu. Bilirsiniz ki, sözügedən filmin rejissoru və ssenarisi Təhminə Rafaellaya məxsusdur. O filmdə baş rolu da canlandırıb. Mən isə onun anası obrazını yaratmışam. Onu da deyim ki, mualicəmin üçüncü ayında bu təklifi aldım. Daha heç bilmirdim fiziki olaraq öhdəsindən gələ biləcəyəm ya yox. Filmin direktoru söz verdi ki, qrafiki elə quracaqlar ki, mənə nisbətən asan olsun.
Film Bakıda lentə alınıb. Filmin texniki heyəti İrandan idi. Çox peşəkardılar. Ayrıca filmin montaj ustası peşəkar idi. Təhminə söylədi ki, filmin ssenarisini Azərbaycanda hərbi əməliyyatlar başlamazdan əvvəl yazıb.
Maliyyə ayırdıqdan bir müddət sonra 44 günlük Qarabağ müharibəmiz başladı. Təhminə qərar verdi ki, bu 44 gün ərzində baş verən hadisələr qəlbimizdəki kimi “Banu” filmində də öz əksini tapsın. Hesab edirəm ki, bunu etməklə filmin məzmunu daha da zəngilləşdi və dərinləşdirdi. Öncə filmin ssenarisi qadın, ailə problemləri üzərində qurulmuşdu, amma daha sonra ssenariyə ölkəmizdə topraqlarımızın azadlığı uğrunda apardığımız muharibə mövzusu qoşuldu. Ana, qadın, itki, sevgi mövzuları... Və bu, bir çox səbəbdən, bu ekran əsəri uğurlu və təsirli alındı.
Film qlobal xarakter və məzmun aldı. Əsərimizin Venesiya Film Festivalında təqdim olunması öncədən bizə deyilmişdi. Filmi ərsəyə gətirmək üçün çox az zamanımız vardı. Film tez çəkilirdi.
Bir aya bütün çəkilişlər yekunlaşdı. Və tam 3 ay sonra film “La Biyennale di Veneziya” festivalına qatıldı. Onu da söyləyim ki, filmin ssenarisi daha əvvəl “Biyennale College Cinema” müsabiqəsində seçilib, qalib olub və ekran əsəri Venesiya film festivalı tərəfindən maliyyələşmişdi. Festival hamımıza unudulmaz təəssuratlar bağışladı. Dünya şöhrətli ulduzlar ilə eyni festivalda səhnədə yer almaq çox fərqli, həyəcan bəxş etdi. Və ən maraqlısı odur ki, sən dünya səviyyəsində uğurun heç də əlcatmaz olmadığını dərk edə bilirsən. “Banu” filmi daha bir neçə başqa film festivallarında da təqdim olunacaq. Və ümüd edirəm 3-4 aya premyerası daha geniş tamaşaçı kütləsi üçün Bakıda da nümayiş olunacaq.
- Son zamanlar məşhurlar arasında bıçaq altına uzanmaq geniş füsət alıb. Gözəlləşmək üçün istər gənc, istərsə də yaşlı sənətçilər plastik və estetik əməliyyatlara üz tuturlar. Mələk xanım plastik əməliyyat keçirib?
- Əgər bir insan xarici görünüşündən özündə kompleks yaradıbsa, əlbəttə özünə əl gəzdirə bilər. Amma bunu elə etməlidir ki, özünə məxsus simasını itirməsin. Aktorlardan söz etsək, bu, daha çox məsullyətli qərardır. Çünki aktyorun üzü onun alətidir və onun həmən görünən şəkildə dəyişməsi mənim fikrimcə böyük bir səhfdir. Şəxsən mən indiyə qədər aparat kosmetologiyası, mezoterapiya və masajlar ilə özümə qulluq edirəm. Amma dolğu, gellər və botoksdan ehtiyat edirəm. Ona görə ki, donmuş üz cizgiləri olur. Belə olan halda tamaşaçıya üz ifadəmlə təbii emosiyaları ötürə bilməyəcəyəm.
Fransız aktrisaların üzlərinə diqqətlə baxsanız görərsiniz ki, onlar üz qırışlarını açdırmayıblar. Hər şey təbii olaraq qalıb. Qadının hər yaşındakı gözəlliyi onun özünə məxsusdur və dəyərlidir. Demirəm ki, plastik və estetik əməliyyatlara qətiyən qarşıyam. Bir az yaş artdıqca, özümüzə əl qəzdirmək normaldır. Amma özünü əməliyyatla tanınmaz hala salmağı qəbul etmirəm. Belə olan halda hələ bir ekrandan əlinə plakat tutub bağırırsan ki, mən əməliyyat etdirmişəm, öz simamı dəyişdirmişəm (gülür).
Bu, məncə kənardan çox qəribə və suni görsənir. Bir neçə ay əvvəl Nyu-Yorkdan bir qohumum gəlmişdi. Mənə “Mələk, niyə bunlar bu qədər bir-birinə oxşar və maraqsızdılar” söylədi. Əslində daha sərt ifadələr işlətdi.
Mən yumşaltdım. Cavab olaraq söylədim ki, artıq alışmışam, sənin qədər onlar gözümə batmırlar. Şəxsən mən bu günə kimi təbiliyimi qorumaq üçün əlimdən gələni eləmişəm. Bundan sonra başqa bir yola əl atsam da bunun hiss edilməz yolunu seçərəm. Amma üzümü nə şişirdərəm, nə də ki, dəyişərəm. Öz görünüşümdən hələ ki, razıyam (gülür). Güzgüyə baxanda görürəm ki, zaman mənə qarşı qayğı ilə yanaşır və mənə möhlət verir. Amma zaman bizə nə qədər möhlət versə də həyatda yaşadıqlarımız simamızda öz izini qoyur və bu izlər bizim qazancımızdır. Bu izlər isə yaşadıqlarımızın aynasıdır və gözlərimizin dərinliyində yaranan işığın parıltısıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
|