Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə .....                     Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... .....                     Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı .....                     Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı .....                     Hərbi pilotların peşəkarlığı artırılır .....                     Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir .....                     Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... .....                     Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı .....                     Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! .....                     Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib .....                     Ermənistanda xarici borcun azalması deyil, .....                     Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması .....                     TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib .....                     Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı .....                     Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR .....                     “Başqa xalqların mahnılarını sırıyırlar” .....                     İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat .....                     Şuşa RMX-nin mebel və inventarla təchizatı .....                     Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib .....                     Uşaqpulu buna görə verilmir .....                     Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir .....                     Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir .....                     ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: .....                 

“Serial çəkənləri özbaşına buraxmaq olmaz” - Eksperdən HƏYƏCAN TƏBİLİ
Tarix: 14-02-2023, 08:39 | Çap et
“Serial çəkənləri özbaşına buraxmaq olmaz”
Azərbaycanda son zaman çəkilən serialların sitahısını istənilən qədər uzatmaq olar, mahiyyəti bir şey olmasa da.

Bir neçə il bundan əvvəl, yerli seriallar çəkək, deyə xarici serialların yayımı qadağan edildi. Və bundan sonra arxa-arxaya çəkilən serial bənzətmələrinin içindən, bir neçəsini çıxmaq şərtilə qalanlarının nə demək istədiyini başa düşmək belə mümkün olmadı. Təəssüf ki, bu gün efiri başına alan bu seriallarda nə süjet xətti, nə normal danışıq üslubu, nə də ki, ötürmək istədiyi mesaj var. O seriallardan bir örnək - “Bir qadın” adı verilən “seriala” baxanda nə görürük? Hamı bir-birinə qışqırır, ailədə nə böyük bilinir, nə kiçik. Heç kim bir-biri ilə normal ünsiyyətə girmir.

Evin anası, yaşlı-başlı xanım özvladları ilə danışanda ən yaxşı halda “Yaxşı edirəm, azz. Əcəb edirəm.

Nə istəyirəm onu da edirəm...”, “O restoranı sənin gözüvə soxaram...” kimi ifadələrlə danışır. Ümumiyyətlə, ana balaya, gəlin qaynanaya, qardaş bacıya, oğul anaya ağzına və ağlına gələni deyir. Əvvəldən axıra gərgin musiqi fonunda çığır-bağır, vəssalam.

Çoxumuz bu mövzulardan söz düşən kimi “Azərbaycan televiziyalarını izləmirik”-deyib yaxasını kənara çəkir. Amam yalandır, bu seriallarla kifayət qədər beyni, əxlaqı zəhərlənən kütlə yaranıb artıq.

Audiovizual Şurasından qurumun Aparat rəhbəri Fazil Novruzov məsələyə müansibət bildirib. dia-az.life-ın məlumatına görə, Bizim.Media-nın bu gün efirdə yayımlanan serialların vəziyyəti ilə bağlı ünvanladığı suala Novruzov cavab olaraq bildirib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir:

“Yəni, audiovizual yayımçılar hər hansı bir mövzuda proqram (o cümlədən, serial, film və s.) hazırlayarkən və ya sifariş edərkən redaksiya müstəqilliyi prinsiplərinə uyğun olaraq onun mövzusunu, üslubunu və digər xüsusiyyətlərini müəyyənləşdirməkdə sərbəstdirlər. Qeyd olunan proqramlarda (o cümlədən, serial, film və s.) sanksiya nəzərdə tutulmuş qanun pozuntusu faktı halı aşkarlandıqda Şura tərəfindən qanunla müəyyən edilmiş səlahiyyətlər daxilində müvafiq tədbirlər görülür”.

Bəs, bu məsələ ilə bağlı ekspertlər nə düşünür?

Sosioloq, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu bizə açıqlamasında bir sıra məqamlara toxunub:

“Təəssüf ki, bizim serial yaradanların əksəriyyəti onun mahiyyəti, yaradılma səbəbi ilə bağlı məlumatsızdırlar. Vaxtilə serialların yaradılmasında psixoloq və sosioloqların çox ciddi rolu olub. Əvvəllər filmlər uzağı 3 serialı olurdu. Sonradan seriallar meydana çıxdı. Mütəxəssislər-sosioloq, psixoloqlar düşündülər ki, əhalinin arasında elə adət-ənənələr, vərdişlər var ki, onu dəyişməyə ehtiyac var.

Yəni, elə mənfi şeylər var ki, onu ortadan çıxarmaq, ya da müsbət nələrisə yaratmaq lazımdır. Və bu teleseriallar ona görə çoxserialı olur ki, əhali arasında ideyaları gündə bir qədər və damcı-damcı yayır. İnsanlarda neqativ mentalitet, davranış, hər hansı hadisəyə münasibət dəyişir. Bu amil teleserialın yaranmasının əsas fəlsəfəsidir. Amma bizdəkilər elə bilir ki, caamatın başını qatmaq üçün serialları uzatmaq lazımdır”.

Ekspert qeyd edib ki, serial çəkənlərimiz bu işin fəlsəfəsini yaxşı bilmədiklərindən bir az Türkiyədən, bir az Venesuela, Kolumbiya və Amerikadan köçürür, guya maraqlı nəsə edir, gərginlik yaradırlar və s.

Əslində onların etdiklərinin teleseriala dəxli olmadığını deyən Əhməd Qəşəmoğlu serialın dərman kimi təsirindən bəhs edib:

“Serial dərman kimi bir şeydir. Dediyim kimi, serallar insanların psixologiyasında xüsusi olaraq davranışların dəyişdirilməsi üçün nəzərdə tutulub. Seriallardan əhali arasında düşməncəsinə də istifadə etmək olar, ya da əksinə. Hər bir xalq dərindən düşünməlidir və elə seriallar yaratmalıdır ki, əhalinin xarakterində olan mənfi halları dəyişdirsin. Seriallar o qədər bədiiləşmiş şəkildə olmalıdır ki, insanların xarakterinə təsir edə bilsin”.

Teleserialı yalnız kino işçiləri yarada bilməz...

Müsahibimiz deyir ki, “Mən yaxşı rejissoram, gözəl serial çəkəcəyəm” düşüncəsi yanlışdır.
Onun sözlərinə görə, rejissor serial yaradanda psixoloq, sosioloq, sosial işçi ilə, ən azından məsləhətləşməli, birlikdə iş aparmalıdır:

“Teleserialı yalnız kino işçiləri yarada bilməz. Bizdə isə belə deyil. Ona görə serial yaradanlar özləri də axıra kimi nə etməli olduqlarını bilmirlər. Bu xaotiklik də ona görə yaranır. Bu istiqamətdə çox ciddi iş aparılmalıdır”.

Şuranın qarışmaması doğru deyil...

Sosioloq bildirib ki, Şuranın yaradıcılıq işlərinə qarışmamaqla bağlı səsləndirdiyi fikir doğru deyil:

“Mənim adımdan bunu səsləndirə də bilərsiniz ki, sosioloq qurumun səhv etdiyini deyir. Yaradıcılığa qarışmıram nə deməkdir? Bu əhalinin mənəviyyatına təsir edən bir vasitədir. Elə bil ki, kimsə havanın ekologiyasını çirkləndirsin, əlaqədar nazirlik də desin ki, yox mən bu işə qarışmıram. Bu iş ümumxalq işidir və ciddi əhəmiyyət daşıyır.

Ona görə də Mədəniyyət Nazirliyinin də, Şuranın da, humanitar siyasətlə məşğul olan idarələrin də bu işlə maraqlanmaq, doğru olmayana qarışmaq borcudur. Bu diqqət mərkəzində olan məsələ olmalıdır.

Kimin kefi necə istədi, mən yaradıcıyam, rejissoram belə bir şey yaratmışam, belə olmaz. Yaradırsan, get nəsə maraqlı bir şey yarat. Mənə təsir edən bir şey var ki, son vaxtlar Orta Asiya ölkələri, elə qonşularımız özləri də bizdən daha yaxşı seriallar yaradırlar. Təəssüf ki, bizə bu işlər başlı-başına buraxılıb”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru