"SOCAR "Azneft" İstehsalat Bisrliyinin idarələrində istifadə olunan avtomobillərin təkərləri bu vəziyyətdə hansi standarta uyğun istismar olunur?" "DİA-AZ" xəbər verir ki, bu sualı SOCAR rəhbərliyinə ünvanlayan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "uyğun standart tapılmadığı üçün cavab əvəzi" deyərək aşağıdakı əlavəni də açıqlamasında qeyd edib:
"SOCAR strukturuna daxil olan bütün idarə və müəssisələrdə (ilkin olaraq mütləq Baş ofisdə) çoxlu sayda olan bahalı xidməti maşınların sayı azaldılsın.
Qənaət olunmuş vəsait isə SOCAR neft-qaz hasilatı sektorunda istifadə olunan köhnə, istismar müddəti sona çatmış xüsusi texnika, kran, aqreqat, yük maşınları, və s. alınmasına yönəldilsin.
Hal-hazırda istehsalatda istifadə olunan köhnə maşınların və vəzifəli şəxslər (həm də ailələri) üçün "xidmət edən" çoxlu sayda təzə, xidməti maşınların şirkət büdcəsinə və ətraf sosial mühitə vurduğu ciddi ziyanı isə "halal" audit tərəfindən hesablanması məqsədə uyğundur..."