“Uşaq psixologiyasını bilən aparıcılar, müəlliflər, ssenaristlər, rejissorlar, prodüserlər lazımdır” - Qulu Məhərrəmli
Tarix: 20-06-2023, 08:37 | Çap et
Məlum olduğu kimi, məktəblilər artıq yay tətilinə buraxılıblar. Onlardan bəziləri rayon və kəndlərə dincəlməyə getsə də, bir qismi bu cür şansdan məhrumdur. Çünki ya valideynləri çalışır, ya rayon və kəndlərdə qohumları yoxdur, ya da ki, valideynlərinin istirahət imkanları yoxdur. Nəticədə həmin uşaqlar günlərini həyətdə oynamaqla, ya da televiziya qarşısında keçirirlər. Lakin televiziya qarşısında vaxt keçirən uşaqların da sayı azlıq təşkil edir. Bəziləri bunu müasir texnologiyaların inkişafı ilə əlaqələndirsə də, təbii ki, əsas səbəblərdən biri yerli televiziyalarda uşaq verilişlərinin sayının çox az olmasıdır.
Ekran qarşısında olanlar da daha çox Rusiyanın, Türkiyənin müxtəlif uşaq kanallarını seyr etməyə üstünlük verir. Çünki yerli uşaq verilişlərinin səviyyəsi o qədər də qənaətbəxş və yaxud cəlbedici deyil. Əlbəttə ki, bu da uşaqların dünyagörüşünün, danışıq tərzinin formalaşmasına, düşüncə tərzinə öz təsirini göstərir. Bu kanalların hər biri həmin ölkələrin öz auditoriyasına hesablandığından onların təbliğ etdikləri dəyərlər də bu xalqların mentalitetinə və maraqlarına uyğun formalaşıb.
Qeyd edək ki, əksər dünya ölkələrində uşaq verilişlərinə xüsusi diqqət ayrılır. Məsələn, 1971-ci ildən Almaniyada 4-10 yaşlı uşaqlar üçün nəzərdə tutulan, ən müxtəlif mövzulardan bəhs edən “Telesiçan” verilişi “millətin məktəbi” adlandırılır. 1969-cu ildə yaradılan, 3-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan Amerika istehsalı “Sezam küçəsi” dünyada ən populyar uşaq verilişlərindəndir. Burada uşaqlar yazıb-oxumağı, dünyanın dərki yollarını, ünsiyyət qurmağı, konfliktin sülh yolu ilə həllini öyrənirlər. Balacaları həyata hazırlayan verilişin Avropadan tutmuş Latın Amerikasınadək hər yerdə yerli versiyası hazırlanır. Veriliş ilk illərdə kasıb ailələlərin uşaqlarının təhsilinə kömək məqsədilə yaradılıb.
Ölkəmizə gəldikdə isə xatırladaq ki, köhnə sovet dövründə Azərbaycan televiziyasında “Biləyən”, “Piri babanın nağılları”, müstəqillik illərində isə “Sehrli güzgü”, “Hər birimiz bir çiçək” adlı verilişlər populyarlıq qazanmışdı. 2015-ci ildən isə ölkədə “ARB Günəş” televiziyası yayımlanmağa başladı. Qeyd edək ki, “ARB Günəş” Azərbaycanda fəaliyyətə başlayan ilk uşaq televiziya kanalıdır. Burada uşaqlar üçün müxtəlif əyləncəli verilişlər, əsasən əcnəbi cizgi filmləri yayımlanır.
“Xəzər” kanalında isə rəqqasə-aktrisa Oksana Rəsulovanın təqdimatında həftədə bir dəfə “Xoşbəxt sabahlar” verilişi yayımlanır. Proqram həm valideynlər, həm uşaqlar üçün nəzərdə tutulub. Lakin proqramın böyük hissəsi daha çox böyüklərə məsləhətdən ibarətdir.
ATV kanalında “Bir balaca oyun” adlı əyləncəli maarifçi proqram yayımlanır. Bu proqram da nisbətən yuxarı yaş qrupu üçün nəzərdə tutulub. Dinamik, əyləncəli proqramda böyüklər uşaqlar tərəfindən sınağa çəkilir və onlara suallar ünvanlanır. Qonaqlar əsasən televiziya, incəsənət sahəsində tanınan şəxslər olur.
“Mədəniyyət” kanalında isə Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Səriyyə Mansurovanın aparıcılığı ilə həftəiçi hər gün “Nağıl vaxtı” verilişi yayımlanır. Bu proqramı format etibarilə klassik verilişlərdən biri hesab etmək olar. Verilişdə uşaqlara nağıl oxunur, sonra isə cizgi filmi göstərilir.
İctimai Televiziyada uşaqlar üçün iki - “7 şüşə” və “Biləndər” verilişləri yayımlanır. “7 şüşə” hərəkətli, uşaqların fiziki imkanlarını, çevikliyini ortaya çıxaran yarışmadır. Geniş yayılmış bu komanda oyunu uşaqlarda rəqabət hissini, mübarizliyi gücləndirir. Fərid Rzayevin aparıcılığı ilə yayımlanan “Biləndər” verilişində isə uşaqlara həyat, fəlsəfə, məişət haqda suallar verilir.
Digər televiziya kanallarında isə uşaq verilişlərinə rast gəlmək mümkün deyil.
DİA.AZ bildirir ki, mövzu ilə bağlı tele-tənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “Hesab edirəm ki, Azərbaycanda tədris, mədəniyyət və xüsusən də uşaq verilişlərinə hər zaman ehtiyac var. Əgər yenisini açmaq mümkün deyilsə, olanları yaxşılaşdırmaq lazımdır.
Məsələn, diqqət edək, bizdə hansı populyar uşaq verilişi var ki, valideynlər və uşaqlar ona maraqla baxırlar və yaxud uşaqlar ondan nəsə öyrənirlər? Fikrimcə, indiki halda xüsusi olaraq uşaq kanalının açılmasına ehtiyac yoxdur, lakin müəyyən, xüsusən də büdcədən maliyyələşən televiziyalar ekranlarında uşaq saatı ayırsınlar. Məsələn, bir və ya saat yarımlıq uşaq verilişi edə bilərlər.
Lakin qeyd edim ki, uşaq verilişlərini hazırlamaq elə də asan deyil, burada çox sayda təşkilati işlər, xüsusi heyət tələb olunur. Yəni uşaq psixologiyasını bilən aparıcılar, müəlliflər, ssenaristlər, rejissorlar, prodüserlər lazımdır.
AzTV-nin və yaxud bir sıra bağlanmış kanalların, o cümlədən ANS TV-nin xeyli maraqlı uşaq verilişləri olub. Həmçinin vaxtilə uşaqlara bilik verən, əyləndirən radio verilişləri olub, uşaqlar da məmnuniyyətlə onları izləyib. “7-dən 77-yə” kimi maraqlı müsabiqələr olub. Hesab edirəm ki, ən yaxşı yenilik unudulmuş köhnəliyi bərpa etməkdir.
Əgər televiziyalar bunu edə bilmirsə, istehsal studiyaları var, hansı ki biz onlara prodakşnlar deyirik, həmin prodakşnlarla müqavilə bağlayıb, uşaq verilişlərini hazırlayıb, televiziyaya sata bilərlər. Yəni məsələnin yolunu tapmaq, olan büdcədən səmərəli istifadə edib, maraqlı uşaq verilişləri hazırlamaq mümkündür".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|