"Niyə qardaş Türkiyədə olduğu kimi, bizdə də dəyərli sənətkarlar haqq etdikləri yaxşı şəraitlə təmin oluna bilmirlər?" - ETİRAZ
Tarix: 4-08-2023, 08:57 | Çap et
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimli 2 Avqust Milli Kino Günündə Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədovanı nazirliyin fəxri diplomları ilə təltif edib. “Yeni Müsavat” bu və digər mövzular ilə bağlı Rasim Balayevin təəssüratlarını öyrənməyə çalışıb. DİA.AZ həmin müsahibəni təqdim edir:
- Rasim müəllim, təltif olunduğunuz üçün sizi təbrik edirik. Daha bir kino gününü geridə qoyduq. Bir aktyor kimi özünüzə, kinematoqrafçılara, ümumilikdə milli kinomuza nə arzulayırsınız?
- Bu, reallıqdır ki, bu gün kinomuz günün tələblərinə, tamaşaçıların zövqünə uyğun deyil. Amma belə başa düşürəm ki, o demək deyil ki, artıq Azərbaycan kinosu artıq bitib. Olur ki, hər bir sənətin müəyyən səbəblər üzündən tənəzzül dövrü olur. Fikrimcə, kinomuz indi həmin dövrü yaşayır. Lakin inanıram ki, istedadlı gənclərimiz var, yaxşı filmlər çəkiləcək və Azərbaycan kinosu öz yolunu davam etdirib tamaşaçıları sevindirəcək.
- Bu gün televiziyalarda yayımlanan filmləri izləyəndə, bir tamaşaçı və aktyor kimi, sizdə hansı təəssüratlar yaranır?
- Mən, ümumiyyətlə, o filmlərə baxmıram, izləmirəm...
- Bir ağrılı məqamımız da var. Ermənilər bu günlərdə daha bir film çəkib, dünyaya öz uydurmalarını sırımağa çalışırlar. Filmdə guya xəstə erməni uşağı müalicə almaq üçün Qarabağdan çıxa bilmir, səbəb isə, guya ki, Azərbaycanın onları blokadada saxlamaqlarıdır. Kadrlardan da anlaşılır ki, bu dəfə də keyfiyyətli film ortaya qoyacaqlar. Bəs niyə qalib Azərbaycan öz həqiqətləri, qalibiyyəti, Qarabağ müharibəsi haqqında hələ də ortaya bir film qoya bilmir? Səbəb nədir?
- Səbəb çoxdur. Əsas səbəblərdən biri budur ki, yaxşı ssenari yoxdur, kifayət qədər vəsait lazımdır və sairə. Ümumiyyətlə isə, adətən müharibə filmləri müharibədən bir neçə il sonra yaranır. Məsələn, İkinci Dünya müharibəsindən illər sonra ortaya sanballı müharibə filmləri çıxmağa başladı. Əslində biz ön cəbhəyə operatorlar göndərməli idik ki, xronikalar çəksinlər. Çəkdilərmi? Bizim igid oğlanlarımızın müharibədəki şücaətlərini həmin xronikalardan götürmək olardı.
Qeyd etdiyim kimi, müharibə ilə bağlı bədii filmlər illər sonra yaranır, yəqin ki, bir neçə ildən sonra, bəlkə də bu ildən və yaxud gələn ildən filmlər çəkilər. Gördüyünüz kimi, bizim Qarabağ məsələmiz hələ də həll olunmamış qalır, həlli daima uzanır. Sülh müqaviləsi ətrafında siyasi oyunlar, təxribatlar gedir. Ona görə də hələ vaxt lazımdır ki, ssenaristlər bir qədər fikirləşsinlər, yazsınlar. Yəni müharibə filmi o dəqiqə yaranmır.
- Rasim müəllim, siz “Dədə Qorqud”, “Babək” filmlərində döyüş səhnələrində iştirak etmiş aktyorsunuz. Ona görə bu sualı vermək istərdim ki, indi ona bənzər döyüş səhnələrini Şuşada çəkmək, vətən oğullarımızın orada göstərdikləri şücaəti kinolaşdırmaq məgər bu qədər çətindir?
- Əlbəttə ki, döyüş səhnələrinin çəkmək öncə fiziki cəhətdən çətindir... Şuşada olanda mənə göstərdilər ki, igidlərimiz ağır yüklərlə keçilməz sıldırım qayaları keçib, düşmənə qalib gəliblər. Təsəvvür edin, adam adi halda, yüksüz o sıldırım qayaları çıxa bilməz, amma əsgərlərimiz silah-sursatla qayaları fəth edib, düşmənə qalib gəlib. Bu, ağlasığmaz, böyük qəhrəmanlıqdır! Bizim indi borcumuzdur ki, bunu çəkək, ekranlara daşıyaq.
- Arzulayırsınızmı ki, yenidən qəhrəmanlıq filmi çəkilsin, siz də dəvət alasınız, aktyor kimi öz obrazınızı yaradasınız?..
- Əlbəttə ki, indi mənim elə bir yaşımdır ki, əsgər obrazını yarada bilmərəm. Amma hansısa rəhbər, komandir rolunu oynaya bilərəm. O ki qaldı arzuya, bəli, çox arzulayıram ki, nə qədər ki, sağam, Qarabağ mövzusunda film çəkilsin, mən də o filmdə oynayım.
- Artıq kino ittifaqları da birləşdi. Bununla da ümidlər var ki, bəlkə bundan sonra milli kinomuz yenidən dirçələ bilsin.
- Mən də buna güman edirəm. Ümumiyyətlə, kino ittifaqlarının birləşməsi, bir olması yaxşı əlamətdir. Lap əvvəldən deyirdim ki, ölkədə bir dənə kino ittifaqı olmalıdır. Kiçik bir ölkədə iki kino ittifaqının olması absurd idi. O ki qaldı filmlərə, qeyd edim ki, film çəkilişləri ilə birbaşa Mədəniyyət Nazirliyi məşğul olacaq. Və təbii ki, kino ittifaqımız çəkiləcək filmlərə öz töhfələrini verəcək.
- Sizin də qeyd etdiyiniz kimi, hər kəs bildirirdi ki, ölkədə iki kino ittifaqının olması absurddur və nəhayət ki, hər kəs bir ittifaq ətrafında birləşdi. İndi isə hər kəsi bir sual düşündürür - bəs ittifaqa rəhbər kim olacaq? Rasim Balayev bu vəzifəni sona qədər daşıyacaq, ya yeni seçim olacaq?
- Hələ ki, bu barədə bilmirəm. Yəqin ki, yeni seçki olacaq. Ümumiyyətlə, bizim nizamnamədə Kino İttifaqının ali orqanı qurultaydır. Yəni rəhbərliyin dəyişməsi və sairə, qaydalar çərçivəsində keçirilir. Bir daha qeyd edirəm, bu məsələnin hansı şəkildə olacağını indidən deyə bilmərəm, amma mənə elə gəlir ki, seçki yolu ilə həll ediləcək. Bunu gələcək göstərəcək.
- Xeyli sayda aktyor və aktyorlarımızın dünyasını dəyişərkən yaşayış şəraitlərinin yaxşı olmadığını gördük. Və yaxud hansısa dəyərli sənətkarımızın nimdaş paltarda, amma heç bir istedadı olmayan şou-biznes nümayəndələrinin bahalı geyimlərdə, maşınlarda gəzdiyinə, villalarda yaşamasına şahidlik edirik. Sizcə, səbəb nədir? Niyə qardaş Türkiyədə olduğu kimi, bizdə də dəyərli sənətkarlar haqq etdikləri yaxşı şəraitlə təmin oluna bilmirlər? Səbəb özlərindədir, yoxsa...
- Mən də bunun səbəbini bilmirəm. Bizim kütlə şou-biznesdə olan adamları məclislərinə çağırıb, başına 4-5 min manat pul səpir, onlar da qudurur, elə bilirlər ki, sənətkardırlar. Halbuki sənətin heç qapısını açmayıblar, bilmirlər nədir sənət, bunu görməyiblər. Doğrudur, son vaxtlar aktyorların maaşları artırıldı. Amma maaşla birgə bazarda qiymətlər, bahalıq da artdı. Əksəriyyət də olmasa, bir sıra teatr aktyorları Prezident təqaüdü və sairə alır, amma bu, yetərli deyil.
Seriallara çəkilən aktyorlara da simvolik pullar verilir. Hər kəs bilir ki, serialı təşkil edən təşkilatçılar, prodüserlər sponsorlardan kifayət qədər yaxşı pul alır, villaları, yaxşı şəraitləri var, amma aktyorlara 50, uzağı 100 manat pul verirlər. Problemin səbəblərindən biri də budur. Sənətə gərək qiymət verilsin.
- Sağlamlığınız necədir? Özünüzü hazırda necə hiss edirsiniz?
- Yaxşıyam, çox sağ olun. Bir az ayağımda problemlər var, həkimlər evə gəlib onun müalicəsi ilə məşğul olurlar. Deyim ki, yavaş-yavaş düzəlməyə doğru gedir. O vaxt atdan yıxılmışam, ona görə də belimdə problemlər yaranıb və sol ayağıma təsir edir.
- Filmdə, ya real həyatda atdan yıxılmışdınız?
- Əlbəttə ki, filmdə. Real həyatda ata minməyi neynirəm ki. Doğrudur, kadrlarda yoxdur, amma “Dədə Qorqud”, “Babək” filmlərində, hətta Türkiyədə filmə çəkilərkən atdan yıxılmışam. Həmin vaxtlar problem özünü büruzə vermirdi, ara-sıra ağrılar olsa da, keçib gedirdi. Lakin 60 yaşdan sonra problemlər özünü ciddi şəkildə göstərməyə başladı. Qeyd etdiyim kimi, müalicələr gedir, fizioterapiya aparılır, görək nə olur...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
23-11-2024, 13:52 |
|
|
|
|