Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına PRoMete-dən REAKSİYA - FOTO
Tarix: 7-11-2023, 12:42 | Çap et
"Bir neçə gündür ki, sosial şəbəkələrdə və televiziyalarda orta məktəb imtahanlarında olan testlərin təhsil sisteminə verdiyi zərərdən danışılır. Məsələn: "Evə gələndə çörəyi kim alır?" sualı ilə bağlı süjeti gördüm. Məncə də bu bizim bir çox hallara uyğunlaşaraq yanaşmamağımızın fəsadlarındandır".
Bu sözləri rep ifaçısı PRoMete (Pərviz İsaqov) öz instaqram hesabında bildirib. O, sön günlər müğənni Hissin mahnısının imtahana salınmasından sonra yaranan qalmaqala aydınlıq gətirib. PRoMete şərhlərdə müzakirə zamanı bildirib ki, bu sual Hissin gündəlik həyatı və ya nə geyindiyi ilə bağlı deyil. Bu, Hissin mahnısından bir cümlənin qrammatik normalarla təhlilidir:
"Yəni şəhid övladlarımız digər uşaqlarla bərabər təhsil alırlar. Bunu necə testə salanda düşünməmək olar ki, bu sual onların qarşısına çıxanda aqibət necə olacaq. Nümunə kimi deyirəm, qərbdə qeyri-ənənəvi oriantasiyası olan şəxslərin hisslərinə toxunmamağa görə, bir çox yerlərdə "hörmətli xanımlar" və "hörmətli cənablar" sözünü "hörmətli sərnişinlər", "hörmətli istifadəçilər"lə əvəz ediblər. Çünki insanın mənəvi əzilməmə faktoru hər şeydən üstündür. İnsanları sevən cəmiyyətdə bax belə olur. Biz isə şəhidlərimizin övladlarını belə testlərdə nəzərə almırıq. Son günlərdə televizyalarda analitik verilişlərdə müzakirə olunan mövzulardan biri də Hissin "Mars" mahnısından "mahnılarım qızıldır, paslanmır" cümləsinin testlərə daxil edilməsidir. Diqqət edirsinizsə, analitik verilişlərdə. Hansında ki, jurnalist məsələnin mahiyyətinə varmalıdır. Amma təəssüf ki, Aytən Səfərovalarımız efirlərdə azdır. Bəzən o məsələnin mahiyyətinə baxmağa dəvət etsə də Mehman Rəsulov kimi aparıcılar "Mənim uşağım bu sualın cavabını haradan bilməlidir? Mütləq Hissə qulaq asmalıdır?" sualını verir. Orada Hissin adının olması heç bir mahiyyət daşımır. Əsas məsələ, Mehman bəy, sizin uşağınızın Azərbaycan dilinə nə qədər hakim olmasıdır. Çünki o uşağının atasının yanaşması məntiqinə varmadan, sadəcə "küyə" gedən yanaşmadır. Yanınızda Aytən Səfərova dərinlikdə bir jurnalist var. Heç olmasa onun dediklərinə axıra kimi qulaq assanız, anlayaqcaqsınız ki, məsələnin mahiyyəti nədir. Bu sözləri sujetlərin əvvəli ilə axırı uzlaşmayan "Atv news" kollektivinə də aid edirəm. Siz material hazırlayanda bir az diqqətli olsanız sizin də çalışdığınız televiziyanın xeyrinə olar. Bu sözləri Hissin meneceri olduğuma görə demirəm. Qətiyyən, hamı bilir ki, olduğum sektorda xoşuma gəlməyən nəsə olubsa, daim bildirmişəm. O ki, qaldı o testləri hazırlayan pedaqoqlara, onlara sadəcə alqış düşür".
Qeyd edək ki, özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahanında Hissin "Mars" adlı mahnısındakı "mahnılarım qızıldır, paslanmır" sözləri yer alıb. Sözügedən sual ictimaiyyətdə birmənalı qarşılanmayıb. Tanınmış sənətkarların klassik ifalarından yox, məhz Hissin mahnısından test tərtib edilməsi müzakirələr yaradıb. Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Bu gün, 13:49 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
|