Buzovnada vətəndaşın evini su basıb: .....                     “Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... .....                     Nəsimidə ağacəkmə aksiyası davam edir .....                     "Mənə qarşı çox haqsızlıq edilib" .....                     "Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" .....                     Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA .....                     Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? .....                     Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Nazirlikdən Samuxa getdi: O DA BELƏ... .....                     “Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” .....                     Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası .....                     `Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... .....                     Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... .....                     Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq .....                     “Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur .....                     İrəvandan sülh açıqlaması: .....                     “Bunlar nə yeyir, nə içir, görəsən?!” .....                     "Əminəm ki, bu terror aktını törədənlər... .....                     Ermənilər Hindistan vətəndaşlarından bezdilər .....                     İran Azərbaycandan xahiş etdi .....                     "Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." .....                     Astana sanksiyalardan yan keçməyin əleyhinədir .....                     Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər .....                     “Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir .....                     Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb .....                     Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var .....                     Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi .....                     Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! .....                     Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi .....                     Dolu düşəcəyi ehtimalı var .....                     “EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? .....                     Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu .....                     Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? .....                     ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı .....                     Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı .....                     “Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı” .....                     Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR .....                     "Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." .....                     Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək .....                 

Tamaşaçının həsrətlə gözlədiyi “o kinolar” indi niyə çəkilmir? - HƏQİQƏTƏN DƏ...
Tarix: 9-12-2023, 07:12 | Çap et
Tamaşaçının həsrətlə gözlədiyi “o kinolar” indi niyə çəkilmir?
“Hardadı o köhnə kinolar?”… “Heyif deyildi əvvəlki filmlər, dadı-duzu yerində, aktyorlar da ki, ayrı aləm…”

Bəzən qınaq, bəzən də yanğı ilə deyilən bu sözləri yəqin ki, hamımız eşitmiş, az da olsa, hələ işlətmişik də. Səbəbi odur ki, son illər Azərbaycanda çəkilən filmlər sovet dövrünün, xüsusilə də son illərinin məhsulu olan filmlərlə nəinki müqayisəyə gəlmir, hətta tərəziyə belə qoyulası deyil. Bəzi istisnalar var, əlbəttə, lakin bu ümumi vəziyyəti dəyişmir. Kino sənayemiz, xarici auditoriya bir yana, heç daxildəki tamaşaçı kütləsini belə qane edən məhsullar yaratmır.

Niyə? Ənənə var, istedadlı aktyorlar, insafən, yetərincə. Kino infrastrukturu pis-yaxşı elə sovet dövründən qalan studiyalar və idarələrdir. Üstündə də müasir texnologiyaların vasitəsilə yeniləri qurulub. Bəs, məşhur filmdə deyildiyi kimi, “o əjdahadan” indi niyə çəkilmir? Niyə son illərdə çəkilən filmlərimiz tamaşaçıda sövt Azərbaycanının kino məktəbinin məhsulları qədər zövq və emosiya yaratmır?

Söz yox ki, günümüzdə kinoşünaslar, kino mütəxəssisləri və bu sahədə əlindən gələni əsirgəməyən istedadlı insanlarımızın işləri izlənilir, lakin kinonu yaradan rejissordursa, yaşadan da tamaşaçıdır. Sözsüz ki, tamaşaçının istənilən sənət əsərindən, o cümlədən də kinodan gözləntiləri həmişə yüksək olub. Elə bunu nəzərə alaraq, xalqın dilindəki suallarla kino mütəxəssislərimizə müraciət etdik.

Əvvəllər teatr tamaşalarını və kinoları kinoteatrlarda, başqa mədəniyyət obyektlərində izləmək olurdu. İndi isə internet var, Youtube, çoxsaylı kino saytları, müxtəlif resurslar fəaliyyət göstərir. Bu qədər imkanların içərisində Azərbaycan kinosunu necə baxımlı etmək olar? Necə edək ki, bizim də “imzalar içində imzamız olsun”?

“Bu gün Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti milli kino və televiziyalarımızın istehsal etdiyi keyfiyyətsiz mənəvi qidalarla qane olmadığından Amerika, Qərbi Avropa ölkələri Çin, Rusiya kimi super dövlətlərin kino və televiziya məhsullarına üz tutur”.

Bu sözləri Pressklub.az-a açıqlamasında rejissor, kino mütəxəssisi Eltən Törəçi deyib. O, hesab edir ki, elə bunun da nəticəsində Azərbaycanın milli kimliyi məhv olur və beyin dizaynı, düşüncə tərzi, həyata baxışı dəyişir.

“Müxtəlif yad kultlar, fəlsəfi düşüncə tərzi, ideologiyalar beyinləri işğal edir və xalqın milli kimliyi tədricən yoxa çıxır. Azərbaycan tamaşaçısı da amerikan, çinli, rus, italyan, fransız kimi düşünməyə başlayır” – Eltən Törəçi deyir.

Bəs, problemin həlli yolu? Bunun qarşısını almaq üçün nələr edilməlidir? Eltən Törəçinin fikrincə, problemin həlli bir neçə mərhələdən ibarətdir:

“Birincisi, Azərbaycanda piratlıq qadağan olunmalı, müəllif hüquqları ilə məşğul olan qurumlar öz fəaliyyətlərini gücləndirməlidir . Video və audio portallar bağlanmalı, televiziyalarda yayımlanan proqramlardakı ideya oğurluğuna son qoyulmalı, plagiat musiqilərin istifadəsi qadağan edilməlidir.

İkincisi, Azərbaycanın bütün bölgələrində müasir tələblərə cavab verən kinoteatrlar açılmalıdır.

Üçüncüsü, milli kinomuzu formalaşdırmaq üçün xarici ölkələrdən, o cümlədən də Türkiyədən kino və televiziya mütəxəssisləri dəvət olunmalı, Azərbaycan dövlətinin daxili siyasətinə uyğun kino və televiziya layihələri həyata keçirilməlidir. Bu layihələri icra edən xarici mütəxəssislərin yanında milli təfəkkürlü kadrlar yerləşdirilməli və onlara həmdə bu layihə çərçivəsində praktiki dərslər keçilərək, kadrlar ixtisaslaşdırılmalıdır.

Dördüncüsü, dövlət kino, televiziya və digər incəsənət sahələrində işləyən şəxslərlə ardıcıl olaraq iş aparmalı, onlar lisenziya ilə təmin edilməli və vaxtaşırı sertifikatlaşdırılmalıdır.

Beşincisi, KİV-də reklam qiymətləri tənzimlənməlidir.

Altıncısı, reytinq ölçən şirkətlərin fəaliyyətinə nəzarət olunmalı, texniki bazaları gücləndirilməli və reytinqlər hər kəs tərəfindən rahatlıqla izlənilə bilən olmalıdır”.

Mövzunun davamını kinorejissor Fərid Kərimovla müzakirə edirik. Bu dəfə başqa suallarla: Azərbaycanın müharibədəki qələbəsi ilə bağlı filmlər niyə çəkilmir? Bəlkə “bunun üçün müəyyən qədər zaman keçməlidir” deyənlər haqlıdırlar?

Müsahibimiz deyir ki, əvvəla, bu mövzuda 2-3 film artıq var və təbii ki, uğursuz olduğu üçün çox nümayiş olunmur. İkincisi də bu elə bir mövzudur ki, ya yeri gəldi-gəlmədi vətənpərvərlik etməlisən, ya da kim nə deyirsə, onu: “Düşünürəm ki, gərək Mədəniyyət Nazirliyi özü belə mövzuda filmlərin çəkilməsində maraqlı ola və buna uyğun addımlar ata”.

Bəs, Azərbaycanda kinoya maraq oyatmaq üçün nələr edilməlidir?

Fərid Kərimovun fikrincə, təəssüf ki, Mədəniyyət Nazirliyi kinonu çox da önəmsəmir, maraq dairələrində deyil: “Kino Agentliyi (ARKA –red.) adlı qurum yaratdılar ki, kinoya dəstək verilsin. Təəssüf ki, ARKA da bizi irəliyə yox, arxaya apardı. Nə qədər ki, bizdə qohumbazlıq, dost-tanışa dəstək çox olacaq, kino sahəsi inkişaf etməyəcək . İlk növbədə gənclərə dəstək verilməlidir. Köhnə sovet düşüncəsi artıq kinodan getməlidir, eyni zamanda kinoya biznes kimi yanaşmamaq lazımdır. Qısası, öz yağında bişməsi üçün şərait yaradılmalıdır. Bundan sonra kino inkişaf edəcək”.

Azərbaycan tamaşaçılarının hansı filmlərə daha çox ehtiyacı var? Hansı filmləri indi çəkmək daha vacibdir?

Bu suallarımıza isə tanınmış jurnalist, mədəniyyət yazarı Ramilə Qurbanlı cavab verir. O, Pressklub.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycanda, eləcə də dünya kinosunda bəşəri filmlərə daha çox ehtiyac var. “Qarabağ müharibəsindən filmlər çəkilməlidir, amma xırda, cılız hisslərə yox, bəşəri duyğulara xidmət edən filmlər. O film ki, mərkəzində insan olsun. Onun mənəvi dünyası, taleyi, insan amili əsas götürülsün. Alman, ingilis, azərbaycanlı, erməni yox, məhz insan əsas olsun. Hər hansı ölkədə istənilən millətin nümayəndəsi o insanı özü kimi bilsin, onun barəsində çəkildiyini düşünsün. Amma həm də Azərbaycan kinosu olsun. Azərbaycan kinosunun öz imzası olmalıdır. Ümumilikdə bunu anlamalıyıq ki, kinodan olan gözləntilərimizi yaratmaq və yaşatmaq üçün tələbkar və doğru baxışı seçməliyik” – Ramilə Qurbanlı deyib.

Kino onu istehsal edən cəmiyyətin dəyərlərini daşıyan mənəvi məhsul olmaqla yanaşı, həmkarımızın dediyi kimi, həm də bəşəri dəyərləri ehtiva etməlidir. Çünki biz çəkdiyimiz filmlərə təkcə özümüz yığışıb baxmalı deyilik, həm də onu dünyaya təqdim etməli, Azərbaycan mədəniyyətinin kinosunun nümunəsi kimi tanıtmalıyıq. Bunun üçün isə həm maddi zəmin, həm də mənəvi tələblər – istedad, baxış, yanaşma, innovasiya tələb olunur. Dövlətin və kino sahəsində çalışan insanların bu amilləri nəzərə alaraq, yeni, daha sanballı sənət nümunələri yaradacaqlarına böyük inamla…

Müəllif: İlahə Mirzəyeva - Mənbə: Pressklub.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Buzovnada vətəndaşın evini su basıb: - “Kömək istəyirik“
Bu gün, 15:14
“Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... - AXI NİYƏ?..
Bu gün, 15:09
Nəsimidə ağacəkmə aksiyası davam edir - FOTO
Bu gün, 15:01
"Mənə qarşı çox haqsızlıq edilib" - FHN-lə məhkəmə çəkişməsi olan polkovnik-leytenant
Bu gün, 14:59
"Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" - Armen Rüstəmyan
Bu gün, 14:58
Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA - "...həmin təklif olunan vəzifələrdən imtina edib"
Bu gün, 14:54
Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? - Bahəddin Həzi yazır...
Bu gün, 14:48
Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 14:45
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:39
Nazirlikdən Samuxa getdi: O DA BELƏ... - Dövlətin puluna XOR BAXANLAR...
Bu gün, 14:27
“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 14:23
Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:08
`Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... - GİLEY
Bu gün, 14:06
Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... - "1 almanın 2 yarısı"
Bu gün, 14:02
Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
“Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur – Məhkəməyə verilib
Bu gün, 13:56
İrəvandan sülh açıqlaması: - “Yaxşı şeylər olur, tezliklə...”
Bu gün, 13:50
“Bunlar nə yeyir, nə içir, görəsən?!”
Bu gün, 13:44
"Əminəm ki, bu terror aktını törədənlər... tezliklə türk əsgəri tərəfindən cəzalarını alacaqlar"
Bu gün, 13:38
Ermənilər Hindistan vətəndaşlarından bezdilər
Bu gün, 13:31
İran Azərbaycandan xahiş etdi - “Nasr News”
Bu gün, 13:24
"Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." - Aqil Abbas
Bu gün, 13:15
Astana sanksiyalardan yan keçməyin əleyhinədir
Bu gün, 13:05
Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər – Şahnazaryan
Bu gün, 13:03
“Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir
Bu gün, 13:01
Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb - VİDEO
Bu gün, 12:58
Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:57
Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi - FOTO
Bu gün, 12:54
Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! - ÇAĞIRIŞ
Bu gün, 12:49
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi - BU NƏDİ BELƏ?..
Bu gün, 12:43
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? - İLGİNC FAKTLAR...
Bu gün, 12:26
Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu - SƏBƏB
Bu gün, 12:22
Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? - FOTO
Bu gün, 12:16
ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı - “Past”
Bu gün, 12:14
Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - DETALLAR
Bu gün, 12:11
“Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı”
Bu gün, 12:08
Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR - "Evə yalnız şagirdlər girib-çıxırdı"
Bu gün, 12:05
"Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." - FAKT BUDUR!
Bu gün, 12:00
Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək - AKTUAL
Bu gün, 11:51
Röyal Axundov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:50
"Bu nə fırıldaqdır?" - ETİRAZ
Bu gün, 11:48
SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... - Cəzalarını çəkəcəklər
Bu gün, 11:42
ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib - FOTO
Bu gün, 11:39
“Bioloji müxtəlifliyin mühafizəsi: - Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir
Bu gün, 11:36
Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:24
NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır - TASS
Bu gün, 11:22
BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər - AÇIQLAMA
Bu gün, 11:22
"Atam komada deyil, səhv məlumat verilir" - Təhminə Mustafayeva
Bu gün, 11:14
Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... - ABŞ-ın növbəti İKİÜZLÜLÜYÜ
Bu gün, 11:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru