"Atam komada deyil, səhv məlumat verilir" .....                     Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... .....                     “Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” .....                     Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar .....                     Ermənistanda qorxu, təlaş və ümidsizlik: .....                     EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... .....                     Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... .....                     Pezeşkian Kazanda Paşinyanla görüşüb .....                     `Azəriqaz`da AYRISEÇKİLİK... .....                     İrəvanın SÜLH PƏRDƏSİ .....                     Ermənistan tələsir, Azərbaycan səbirlə davranır .....                     Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək .....                     Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? .....                     "Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır .....                     TRAMP DA SƏRSƏMLƏDİ: `ARTSAX`dan danışdı... .....                     Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir .....                     "Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." .....                     Bu günlərdə iş və dərs olmayacaq .....                     “Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir .....                     "Xaçmaz düşmədi yadınıza?" .....                     Rövşən Rüstəmovun başı cəncəldən açılmır... .....                     ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... .....                     "Avtobus zolaqları yol kənarındakı sahibkarlıq obyektlərini bankrot edir .....                     KAPİTAL BANK müştərinin başına OYUN AÇDI .....                     Ankaradakı terror KİM(LƏR)İN işinə yarayır... .....                     Ağadadaş Ağayevlə “Medera Hospital” şərəf, ləyaqət və nüfuz davası aparır .....                     Direktor xadimə ilə RƏQABƏTDƏ... .....                     Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir .....                     Onlarda yerli... bizdə isə miqrant... .....                     Paşinyandan SÜLH açıqlaması... .....                     Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar .....                     Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir .....                     Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi .....                     Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! .....                     "Sən düşəndə bilirsən ki, dostların kimdi..." .....                     Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? .....                     Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! .....                     Dövlət qurumu İKT malları aldı .....                     Nazirliyin 1,5 milyonluq tenderinin qalibi .....                     Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı .....                 

“Xalq artisti adını alanlar arasında bu ada layiq olmayanlar da var” - HƏQİQƏTƏN DƏ...
Tarix: 11-01-2024, 08:36 | Çap et
“Xalq artisti adını alanlar arasında bu ada layiq olmayanlar da var”
Məşhur müğənni Filip Kirkorovun bloger Anastasiya (Nastya) İvleyevanın təşkil etdiyi “Çılpaq gecə” adlı tədbirdə iştirakına görə bütün Yeni il şoularından uzaqlaşdırıldı. Buna səbəb Rusiya ictimaiyyətinin “mavi gecəyə” kəskin reaksiyası səbəb olub. Hətta aralarında deputatların da olduğu bir sıra şəxslər Kirkorovun “xalq artisti” adının məsuliyyətinə yaraşmayan hərəkətlərinə görə bu adın ondan geri alınmasını tələb edib.

Qeyd edək ki, Azərbaycanda bəzi xalq artistləri də zaman-zaman xüsusi geyimləri ilə bağlı cəmiyyətin ciddi narazılığına səbəb olurlar.

Deputat Sabir Rüstəmxanlı Kult.az-a açıqlamasında deyib ki, bu gün bəzi xalq artisti adı daşıyıcıları bu titilu yüngülləşdirib:

“Bu gün ekranın, sosial şəbəkələrin, medianın cəmiyyətin aşınmasında ciddi rolu var. Boşanmalar, intiharlar, əhali artımının dayanması, milli əxlaqla düz gəlməyən yaşayış tərzi birbaşa bu kimi şeylərdən qaynaqlanır. Düşünürəm ki, bu adların verilib-alınması məsələsi incəsənət aləmində söz-söhbətə səbəb olan mübahisəli mövzudur. Hər halda, dövlət, xalq sənətkara etimad göstərir, ona fəxri ad verirsə, o da təkçə ekranda yox, həyatda da bu adın şərəfini, yüksəkliyini qorumalıdır”.

Xalq artisti Nurəddin Mehdixanlı da sayta açıqlamasında bu məsələdə ümumi cəmiyyət qınağının vacibliyini vurğulayıb: “Əgər bir nəfərə fəxri ad verilirsə, bilməlidir ki, ona verilən bu ad sıradan titul deyil, xalqın məsuliyyəti, dövləti təmsil edən şəxsin imzası ilə verilən bir addır və özünü buna uğun aparmalıdır. Bu adı doğrultmayanlara ümumi cəmiyyət qınağı da olmalıdır. Hamı bilməlidir ki, dövlətin, millətin, xalqın mənafeyinə, adət-ənənəsinə, mədəniyyətinə, dəyərlərinə zidd olan davranış və əməllərinə görə cəzalandırılıb, aldıqları adlardan, orden və medallardan, rütbələrdən məhrum edilən hərbi rütbəlilər, ədəbiyyat, sənət adamları var. Təcrübədə bu varsa, demək, hüquqi bir presedent, qanun, nizam var və buna uyğun davranmaq lazımdır”.

Bəs Azərbaycanda da Xalq artisti adına yaraşmayan hərəkətlər edən şəxslərə qarşı hansısa tədbirlər görülə bilərmi? Bəziləri, ümumiyyətlə, fəxri ad məsələsinin sovet dövründən qalan ənənə olduğunu bildirir, artıq onun ləğv edilməsini təklif edir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, hazırda ümumilikdə 4862 nəfər “Xalq” və “Əməkdar” fəxri adlarına görə aylıq Prezident təqaüdü alır.sSonuncu dəfə Xalq artisti fəxri adı 2021-ci ildə bir nəfərə verilib - bu titula S.Vurğun adına Rus Dram Teatrının aktyoru Fuad Osmanov layiq görülüb.

2020-ci ildə də bir nəfərə Xalq artisti adı verilib - bu, tarzən, Azərbaycan Milli Konservatoriyasının müəllimi Elçin Həşimovdur.

2019-cu ildə Xalq artisti fəxri adına layiq görülənlər isə 10 nəfər olub ki, onlardan 5-i müğənni idi - Miri Yusif, Röya Ayxan, Tünzalə Ağayeva, Cavan Zeynallı, İlqar Muradov.

Hazırda “Xalq” fəxri adına görə 259 nəfərə ayda 200 manat təqaüd ödənilir.

4603 nəfər isə “Əməkdar” fəxri adına görə ayda 150 manat təqaüd alır.

Mövzu ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Fəxri adların ləğv edilməsi məsələsinə birmənalı fikir bildirmək çətindir. Çünki bu adların ləğv olunması özü ilə həm də böyük problemlər ortaya çıxarır. Ayrı-ayrı insanlar artıq bu fəxri adları alıblar və cəmiyyətdə bu bir sosializm yarışına çevrilib. Biri fəxri ad alanda digəri də bunu istəyir. Əsl sənət artıq bu adların müqayisəsində aparılır. Məsələn, kimin Xalq artisti fəxri adı varsa, o deməkdir ki, sənət aləmində bir pillə yuxarıdadır, Əməkdar artist adını alan ondan bir az aşağıdadır. Ümumiyyətlə, fəxri ad ala bilməyən isə özünü diskomfortda hesab edir. Ona görə də bu ənənəni başdan yaratmamaq lazım idi. Belə ki, müstəqillik dövründən başlayaraq bu ənənəni sovet ənənəsi kimi müəyyən dərəcədə arxa plana atmalı idik. Daha çox nominasiyalar üzrə real qaliblərin mükafatlandırılması və onların həm də yaxşı imkan sahibinə çevrilməsini təmin etməli idik. Amma artıq dövr keçib.

İndi Xalq artisti adını almış şəxslərin arasında bu ada layiq olmayan insanlar da var. Lakin layiqli olanları da var. Bu layiqliliyi də müəyyən etmək subyektiv yanaşma ilə ola bilər.

Bu məsələlərdə düşündürücü amil odur ki, hər kəs aldığı ada uyğun da müəyyən davranışlar sərgiləməlidir. Amma onu da düşünək ki, hansısa mədəni səviyyəsi yetərincə olmayan adamları bu mərtəbəyə qaldıranda onlar da nə etməli idi, gözlədiyimiz mədəni davranış göstərəkdilər? Öz vərdişləri nədirsə, onu da nümayiş etdirirlər. Hansısa fəxri ad almaq insana əlavə mədəniyyət bəxş etmir. İnsan təbiətən necə formalaşıbsa, ona uyğun da davranır. Kimsə soyunursa və yaxud qeyri-etik davranışlar nümayiş etdirirsə, fəxri ad məsələsində nəzərə almaq lazımdır. Fikrimcə, onların davranışlarını proqnozlaşdıraraq, addım atmaq daha doğru olardı.

Amma bir məsələ də var. Xarici ölkələrdə də müəyyən sənət adamları hansısa belə bir soyunma və yaxud filmlərdə hansısa açıq-saçıq epizodlar çəkilir. Burada önəmli olan bunun cəmiyyətlərdə necə qarşılanmasıdır. Əgər bizim cəmiyyətimizdə buna qarşı həqiqətən bir sərt reaksiya, narazılıq varsa, bu nəzərə alınmalıdır.

Bütövlükdə əsas diqqət kiminsə soyunub və yaxud soyunmamasına deyil, sənətə verilməlidir. Sənət peşəkarlıq baxımından dəyərləndirilməlidir. Yoxsa kimsə özünü süni bir formaya salıb, hansısa bir geyimində fərqlilik göstərməyə çalışırsa, bu artıq ikinci dərəcəli məsələ olmalıdır.

Ümumiyyətlə, narahatlıq yaradan məsələ sənəti olmayan, yetərincə bu dəyərləri daşımayan adamların sənətkar adı ilə cəmiyyətə sırınması məsələsi olmalıdır. Çünki biz insanların geyiminə, şəxs həyatına, davranışına bu qədər müdaxilə etsək, onda gərək Çində olduğu kimi, cəmiyyət hamıya bir ölçülü standart versin, bu isə müasir dövrün standartlarına uyğun deyil.

Hər halda, etik davranış tələbləri cəmiyyətdə səslənirsə, sənət adamları da bunu mütləq nəzərə almalıdır".

Qeyd edək ki, Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) ölümü fəxri adlarla bağlı məsələni bir daha gündəmə gətirmiş oldu. Sosial şəbəkələrdəki müzakirələrdə bir çoxları mərhum Aygün Hümmətovaya niyə indiyə kimi Xalq artisti fəxri adı verilmədiyini sual edir, Mədəniyyət Nazirliyini və bu məsələyə dair təqdimat verən məmurları qınaq obyektinə çevirir. Bəzi xəbər saytlarında da da bu tipli yazılar tirajlanır. Həmin yazılarda müəlliflər Miri Yusif, Röya Ayxan, Tünzalə Ağayeva kimi böyük ictimai rəğbətə malik olmayan müğənnilərə Xalq artisti adının hansı məntiqlə verildiyini sorğulayır, onlarla müqayisədə mahir muğam ifaçısı Aygün Hümmətovanın 2002-ci ildən bəri Əməkdar artist statusunda qalmağını ədalətsizlik hesab edir, keçmiş nazir Əbülfəs Qarayevi günahlandırıblar. Əbülfəs Qarayev məsələ ilə bağlı Manset.az-a bildirib:

“Aygün Bəylər istedadlı və mənim hörmət etdiyim musiqiçi idi. O, bütün tədbirlərdə fəal iştirak edirdi. Adın verilməsi mənim yadımda deyil. Amma mən ona böyük hörmətlə yanaşırdım. Allah ona rəhmət eləsin! Ona Xalq artisti adının verilməsinə gəldikdə, hər şeyin qanunu və vaxtı var. Mən ona hansı ad verməliydim ki? Ona Əməkdar artist adı verilmişdi, Xalq artisti adının verilməsi üçün müəyyən vaxt keçməliydi. Bir ad alandan sonra ikinci ad almaq üçün zaman keçməlidir. Onun da yəgin ki, hansısa səbəbləri olub.”

Əbülfəs Qarayev açıqlamasında fəxri adların (Əməkdar, Xalq) verilməsində biri ilə digərinin arasında müəyyən qədər vaxt keçməsi lazım olduğunu bildirib. Aygün Bəylərə 2002-ci ildə Əməkdar artist fəxri adı verilib. Əbülfəs Qarayev mədəniyyət naziri vəzifəsindən 2020-ci ildə azad edilib. O zaman bu məsələdən artıq 18 il vaxt ötmüşdü.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Atam komada deyil, səhv məlumat verilir" - Təhminə Mustafayeva
Bu gün, 11:14
Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... - ABŞ-ın növbəti İKİÜZLÜLÜYÜ
Bu gün, 11:09
“Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” - Firəngiz Əlizadə
Bu gün, 11:06
Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar - FOTO
Bu gün, 10:56
Ermənistanda qorxu, təlaş və ümidsizlik: - son sorğunun nəticələri nə göstərir?
Bu gün, 10:47
EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... - ÖZBAŞINALIĞIN QISA XRONOLOGİYASI...
Bu gün, 10:42
Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... - AXI NİYƏ?..
Bu gün, 10:24
Pezeşkian Kazanda Paşinyanla görüşüb
Bu gün, 10:17
`Azəriqaz`da AYRISEÇKİLİK... - Bəzi işçilər ezamiyyətə buraxılmır...
Bu gün, 10:16
İrəvanın SÜLH PƏRDƏSİ - NƏ İŞLƏR ÇEVRİLİR?
Bu gün, 10:08
Ermənistan tələsir, Azərbaycan səbirlə davranır - GƏLİŞMƏ
Bu gün, 09:53
Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək - FOTO
Bu gün, 09:49
Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 09:45
"Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır - SƏRƏNCAM
Bu gün, 09:42
TRAMP DA SƏRSƏMLƏDİ: `ARTSAX`dan danışdı... - "120.000 erməni xristianı dəhşətli şəkildə təqib ediləndə..."
Bu gün, 09:37
Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir – Zakaryan
Bu gün, 09:34
"Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." - “Vətəndaş A”nın Almazı
Bu gün, 09:31
Bu günlərdə iş və dərs olmayacaq - SİYAHI
Bu gün, 09:27
“Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir - Yığımları azalmaqda davam edir
Bu gün, 09:24
"Xaçmaz düşmədi yadınıza?" - Sakinlər başçıdan soruşur...
Bu gün, 09:14
Rövşən Rüstəmovun başı cəncəldən açılmır... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:05
ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... - İTTİHAM VAR...
Bu gün, 08:59
"Avtobus zolaqları yol kənarındakı sahibkarlıq obyektlərini bankrot edir - FAKT BUDUR!
Bu gün, 08:45
KAPİTAL BANK müştərinin başına OYUN AÇDI - Elə bil dədələrinin puludur...
Bu gün, 08:42
Ankaradakı terror KİM(LƏR)İN işinə yarayır... - İNCƏLƏMƏ
Bu gün, 08:33
Ağadadaş Ağayevlə “Medera Hospital” şərəf, ləyaqət və nüfuz davası aparır - TƏFƏRRÜAT
Bu gün, 08:25
Direktor xadimə ilə RƏQABƏTDƏ... - GİLEY
Bu gün, 08:22
Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir - Gözlənilən "gələcək"...
Bu gün, 08:18
Onlarda yerli... bizdə isə miqrant... - AXI NİYƏ?..
Bu gün, 08:12
Paşinyandan SÜLH açıqlaması... - “COP29 bizim üçün fürsətdir”
Bu gün, 08:09
Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar - NƏ ETMƏLİ?
Bu gün, 07:14
Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir - deputat
Bu gün, 07:09
Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi - FOTO
Bu gün, 07:04
Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! – Manukyandan Paşinyana sərt sual
Bu gün, 07:01
"Sən düşəndə bilirsən ki, dostların kimdi..."
Bu gün, 06:59
Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? - AKTUAL
Bu gün, 06:56
Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! - NƏ BAŞ VERİR?
Bu gün, 06:53
Dövlət qurumu İKT malları aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
Nazirliyin 1,5 milyonluq tenderinin qalibi - BƏLLİ OLDU
Bu gün, 00:02
Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı - DİQQƏT
Dünən, 23:54
Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır - KİV
Dünən, 23:49
O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? - İLGİNC FAKTLAR
Dünən, 23:40
Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur - Sukiasyan
Dünən, 23:36
"Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?"
Dünən, 23:34
Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 23:33
“ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” - deputat
Dünən, 23:28
Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" - Biz müttəfiqik?
Dünən, 19:02
Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... Qərbin qərəzli bəyanatlarla təzyiq göstərməsinə çoxdan hazır idi"
Dünən, 18:56
Qaya parçasının düşdüyü evin sahibəsi: - "Qardaşımın durumu ağırdır"
Dünən, 18:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru