Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                     Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır .....                     Azərbaycanda bu deputatlara mənzil verildi .....                     DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... .....                     Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? .....                     "Səni 12 ildir mən gözəlləşdirmişəm" .....                 

"35 illik səhnə fəaliyyətimdə ilk dəfə bir layihədə ədalət gördüm" - xalq artisti
Tarix: 6-02-2024, 07:24 | Çap et
"35 illik səhnə fəaliyyətimdə ilk dəfə bir layihədə ədalət gördüm"
Ötən gecə İctimai Televiziyada dünyaca məşhur, 50-dən çox ölkədə yayımlanan beynəlxalq lisenziyalı “Maska” şousunun Azərbaycan versiyasının final buraxılışı tamaşaçılara təqdim olunub.

Finala qalan 4 - "Canavar", "Cırtdan", "Qorilla" və "Alov" maskasının altındakı məşhurların kimliyi tamaşaçıların da səsverməsi ilə müəyyənləşdirilib.

"Alov" maskası altındakı tanınmış müğənni Nadir Rüstəmli, "Qorilla" maskasında Xalq artisti Mir Yusif, "Cırtdan" maskasında müğənni Eldar Qasımov və nəhayət qalib "Canavar" maskasında isə müğənni Dilarə Kazımova olub.

İlk buraxılışı ötən ilin dekabrında yayımlanan "Maska" şouda 12 tanınmış müxtəlif maskalar altında, fərqli ifalarla səhnəyə çıxıb. Bazar günləri tamaşaçıların görüşünə gələn "Maska"da final gününə qədər hər həftə bir məşhurun maskası açılıb.

Müsabiqənin “detektivlər”i Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Nigar Camal, Murad Arif və aparıcı Kamilə Babayeva maska altındakı məşhurları ifalarından, dəyişdirdiyi səslərdən, xarici görünüşlərindən, ipuclarından və doğru/yalan faktlardan müəyyənləşdirməyə çalışıblar.

İndiyədək bir çox müsabiqələrin münsifi olan Xalq artisti Faiq Ağayev "Maska" şou barədə fikirlərini "Cebhe.info" ilə bölüşüb.

-Faiq bəy, "Maska" şounun final bölümündən də sonra proqram barədə ümumi təəssüratlarınız maraqlıdır...

- Bu, böyük peşəkarlıqla həyata keçirilən layihədir. İctimai Televiziya gördüyü işlə tam fəxr edə bilər. Çünki bu işin içində olan bir insan kimi görürdüm ki, nə qədər insan çalışır, layihənin qayda-qanunlarına necə riayət olunur, peşəkarlıqla davranılır. Bizim bir buraxılışı çəkmək üçün 6-8 saat vaxtımız gedirdi. Final isə ümumiyyətlə, 13 saat çəkdi. Bütün bu işlərin hədəfi tamaşaçının ləzzəti idi, tamaşaçıya şou zövqü vermək idi.

12 iştirakçının hər biri canla-başla bacarıqlarını göstərirdi, çalışırdı. Bir neçəsinin peşəkar çalışması bizi sözün əsl mənasında təəccübləndirdi. Bu böyüklükdə proyekti "yağ kimi" həyata keçirmək, 10 efirin onunu da rəngarəng, əlvan etmək böyük əzmkarlıq və peşəkarlıq tələb edirdi. Bu işdə inanılmaz xidməti olan Balakişi müəllimə təşəkkür edirəm. Çəkilişə hamıdan tez gəlib, hamıdan gec çıxırdı, inanılmaz xidmətləri oldu.

Bu şou mənim həyatımda çox gözəl təcrübə idi, çox məmnunam ki, gözəl hadisənin iştirakçısı, üzvü oldum.

- "Maska" ötən il Türkiyədə yayımlananda "Görəsən, nə zaman bizdə də bu layihə ekranlarda olacaq?" deyə düşünürdüm. Sizcə, müqayisəsi necə olardı?

-Türkiyədəki "Maska" həm keyfiyyəti, həm ümumi televiziya görüntüsü, həm dedektivlərin işi, həm aparıcı baxımdan Azərbaycan "Maska"sı ilə müqayisə oluna bilməz. Rusiyadakı isə keyfiyyətli təşkil edilmişdi.

-"Canavar" qədər "Cırtdan"ın da qalib olmasını istəyənlər çox idi. Siz necə düşünürsünüz?

-Finalda tamaşaçılar tərəfindən çox ədalətli seçim oldu. 4 maskanın hər biri qalibiyyətə doğru gedirdi. Şəxsən məncə, “Molla Nəsrəddin” və “Güzgü” də finalda olmalı idi. Amma tamaşaçılar belə seçim etdilər. Maskanın çıxarılmasında bizim heç bir iştirakımız yox idi, biz sadəcə xilas edə bilirdik.

- "Canavar"ın çıxışları da hər dəfə daha fərqli olurdu. Çıxışlarından dolayı maska altında bəzən kişi, bəzən qadın məşhur olduğunu düşünürdük...

-Dilarə dişi ilə, dırnağı ilə bu qələbəni tam haqq etdi. "Canavar" hər buraxılışda daha çoxunu göstərirdi, tamaşaçını daha çox heyrətləndirirdi. Hər həftə performansı yüksələn xətlə irəliləyirdi. Qələbəyə layiq çıxış etdi.

-Faiq bəy, bəs sizin favoritləriniz kimlər idi?

-Layihə boyunca 3 maskanın favoritim olduğunu deyirdim-"Molla Nəsrəddin", "Cırtdan", "Canavar".

- Bəs hansı maska sizi təəccübləndirdi?

-Məni heç kəs təəssücəbləndirmədi. Bəziləri var idi ki, onlardan daha rəngarəng çıxışlar gözləyirdim.

-Bəs "Nar"? Çoxları üçün bu maskada Aşıq Samirənin gizlənməsi gözlənilməz idi. Elə şəxsən mənim üçün də...

-2000-ci illərin əvvəllərində Samirə ilə birgə çalışmışam. Onun səsini çox gözəl tanıyıram. Amma Samirə bizi necə çaşdırdısa, biz sona yaxın onun adını çəkməyə başladıq. Bu da çox böyük peşəkar iş idi. Samirəni alqışlayıram.

-Şou sizin üçün daha çox nə ilə yadda qaldı?

- 35 ildir səhnədəyəm, həmkarlarımın arasında müsabiqələrdə ən çox münsif olanlardan biri də mənəm. Heç kəs məndən inciməsin, amma 35 illik səhnə fəaliyyətimdə ilk dəfə idi ki, bir layihədə sonuna qədər ədalət gördüm. Çox ədalətli yarışma idi.

- "Cırtdan" "Gələcəyəm", "Qorilla" "Bərəyə bax", "Xarıbülbül" "Dağlar qızı Reyhan" və digər maskalar bəzi mahnılarımızı fərqli aranjimanla təqdim etdi. Bunu hər zaman edərək retro mahnılarımıza yeni nəfəs vermək olar. Necə düşünürsünüz?

- Bəli. Razıyam. Həqiqətən aranjiman cəhətdən də komanda böyük iş gördü. Musiqi heyəti bizim iştirakçıların mahnı seçimində əsal rolu oynayırdı. Layihənin musiqi rəhbəri Keytarman çox gözəl iş gördü, bizim də xoşumuza gəldi, tamaşaçıların da xoşuna gəldi.

- İpucları təqdim olunan zaman siz detektivlərin bir-birilə söhbəti, tapmağa çalışmağınız, bəzən zarafatyana atışmalarınız da şouya maraq qatırdı...

- Bu layihənin uğurunun böyük bir hissəsi həm də xəfiyyələrin seçimi idi. Balaş müəllim çox gözəl seçimlər etmişdi. 5 müxtəlif fikirli detektiv bir-birini tamamlayırdı. Mənim üçün Kamilə Babayeva, Murad Arif, Nigar Camal, Coşqun Rəhimovla çalışmaq böyük zövq idi.

Ümumilikdə, bu layihədən böyük zövq aldım. Teleməkanda bu cür layihələrin təşkili hər birimizi sevindirir, zövq verir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Dünən, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Dünən, 10:32
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Dünən, 10:30
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Dünən, 10:27
Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Dünən, 10:21
"The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 10:19
ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Dünən, 10:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru