"Tək yaşamaq onda artıq vərdiş halına çevrilmişdi"
Tarix: 13-02-2024, 08:49 | Çap et
“Zərnigar xanımın tək qalmağının səbəbi var idi. Qubanın Rustov kəndində rus məktəbində oxuyub, natamam orta təhsillə kənddən çıxıb. Sonra Bakıdakı texnikomda təhsil alıb. Ailədən erkən ayrılıb getdi. O gənc yaşlarından tək yaşayıb. Universitetə daxil oldu, Moskvaya getdi, sonra gəlib teatrda işlədi. Tək yaşamaq onda artıq vərdiş halına çevrilmişdi. Deməzdim ki, tək yaşamaq ona xoş idi. Hansı qadın tək qalmaq istərdi ki?! Rəhmətlik nənəm də həmişə deyirdi ki, qızım tez Bakıya köçdü. Üzünə də deyirdi ki, “16 yaşında çıxıb getmisən, heç səndə ana məhəbbəti yoxdur?!”. Anasına çox bağlı idi. Babamda da təkliyə qapılmaq var idi. Xasiyyəti atasına bənzıyirdi. İnsanlarla məsafə saxlayırdı, heç kimi yaxınına buraxmırdı, gəl-get sevmirdi”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Zərnigar Ağakişiyevanın qardaşı qızı Fəxriyyə İsrafilova deyib. O daha sonra əlavə edib. “Nənəm, yəni Zərnigar xanımın anası Böyük Vətən müharibəsi illərində ailə həyatı qurub. O insandan iki oğlan övladı dünyaya gəlib. Sonra babam müharibəyə yollanıb, qayıtmayıb. Nənəm iki azyaşlı oğlan uşağı ilə dul qalıb. İkinci dəfə Fatı adlı kişi ilə ailə həyatı qurub. Onun da bu evliliyindən Zərnigar xanım dünyaya gəlib. Nənəm oğlan övladının birini müharibə illərindəki şəraitsizliyə görə itirib. Bibim Zərnigar xanımla atam tək qalıb. Uşaqlıqdan bir evdə böyüyüblər. Düzdür, aralarında ogey-doğmalıq olub. Amma Fatı babam övladları arasında fərq qoymayıb. Pul qazanıb, evi saxlayıb. Bibim də, atam da kənddə dünyaya gəlib. O vaxt bütün gənc oğlanlar kimi atam da mühafizəkar olub. Bibimi qısqanıb, ona bəzi şeyləri qadağan edib. Zərnigar bibimin də özünəməxsus xarakteri var idi. Xoşlamırdı ki, ona nəyisə qadağan etsinlər. Buna görə aralarında bir az soyuqluq yaranıb. Bibim həmişə atamı gözəl xatirələrlə yad edirdi. Deyirdi ki, “günah atanda deyil, nənəndədir ki, onu ərköyün böyüdüb”. Nənəm-babam sağ olanda Zərnigar xanım kəndə gəlib-gedirdi” deyə sənətkarın qohumu bildirib.
Fəxriyyə xanım bibisi ilə bağlı bir faktın üstünü də illər sonra açıb. “Gözəl qadınların bəxti həyatda gətirmir. Zərnigar xanım çox gözəl-göyçək idi. İstedadına, sənətinə söz ola bilməzdi. Şəxsi həyatda taleyi üzünə gülmədi. Bibim bir dəfə ailə həyatı qurub. Gəncədə Əli müəllim adlı ziyalı bir şəxs idi. Hündürboy, qıvrımsaç bir oğlan idi. Bibimi özü istəyib, evlənmişdi. Uzun müddət arxasınca düşüb. Vətəndaşlıq nikahında yaşayıblar, rəsmi nikahda olmayıblar. Bir-birlərini o qədər sevirdilər ki.. Yeni il bayramı günü bizə qonaq da gəlmişdilər. Nənəm onlara yaxşı süfrə açmışdı. Mən 2-ci sinifdə oxuyurdum. Bibimin xoşbəxt günləri idi. Bir neçə il birlikdə yaşayıblar. Bibimin o vaxt bir otaqlı evi var idi. Təəssüf ki, övladları dünyaya gəlməyib. Zərnigar xanım hətta bir neçə dəfə ona həkimə də getməyi təklif edib. Çünki övlad istəyirdi. Günlərin bir günü bibim qastrol səfərinə yola düşüb. Qayıdıb gələndə ona xəbər veriblər ki, yoldaşını filankəslə görmüşük. O bibimə xəyanət etmişdi. Çox gəlib-getmişdi, yalvar-yaxar etmişdi, amma bizim onun xəyanətini bağışlamamışdı. Mən yenə də nə bibimi, nə də Əli müəllimi günahkar görürəm. Mənim fikrimcə günahkar bu söhbəti bibimə çatdıran şəxs idi. Bibimin evini yıxdılar. Bəlkə də xoşbəxt yaşayacaqdılar, övladları olacaqdı. Bibim ondan sonra ailə həyatı qurmadı.. İllər sonra Əli müəllimin ölüm xəbərini də bibimə demişdilər. Həmin şəxsdən sonra ailə həyatı qurmadı. Baxmayaraq ki, ona evlilik təklifləri çox gəlirdi, amma qəbul etmirdi. Ailə həyatı qurmaq məsələsində çox kaprizli idi. Onun üçün seçim etmək çətin idi. Özünə uyğun insan axtarırdı. O hər kəsi bəyənməzdi, sevməzdi. Özündə-sözündə düz adam axtarırdı. Onu hansısa mövzularda başa düşürəm. Özünəməxsus idi, heç kimin qarşısında əyilməzdi” deyə o bildirib. Sənətkarın qardaşı qızı bildirib ki, hər zaman bibisinin yanında olub. “Mən texnikomda oxuyanda bibimin yanında qalırdım. Bütün meylini mənə salmışdı. 20 yanvar hadisələri baş verən günü də bibimgildə idim. Bu gün də bəzən fikirləşirəm ki, nə yaxşı ki, o günü mən bibimin yanında idim, o evdə tək olsaydı ürəyi partlayardı. Həmin gecə bir-birimizə sarılıb evdə oturmuşduq. Evimiz də 20 yanvar metrosuna yaxın idi. Texnikomu bitirib kəndə qayıtdım. Sonra mənimlə də məsafə saxlayırdı. Bir əmisi qız var idi, bibimə demişdi ki, evin sənədlərini mənə ver. Bibim o vaxt tək otaqlı evdə yaşayırdı. Bibimgilə gedəndə mənə dedi ki, “Fəxriyə, əmimqızı xəstələnməyimdən istifadə edib, evin sənədlərini götürüb, öz adına keçirmək istəyir”. Bibim onu evdən qovmuşdu. Biz onun yanında heç vaxt ev söhbəti etməmişdik. Mənə bibimin evi yox, özü lazım idi. Heç kim evi bu dünyadan özü ilə aparmır! Özünə də dedim ki, səni görüm bu evin içində 100 il yaşayasan! Dedi ki, “bilirəm sən anam kimisən, nəyim varsa sənindir. Anamın ruhu məni bağışlamaz”. Dövlət ona Elmlər metrosunun yanında ev hədiyyə etmişdi. Bibim birotaqlı evdən həmin binaya köçdü. Mənə də deyirdi ki, №gedərik orada birlikdə qalarıq”. Zərnigar xanım fikirlərini tez-tez dəyişirdi. Mətbəxə girib qayıdana qədər o qədər fikir dəyişdirirdi ki. Bir az xofları çox idi. And olsun Allaha ki, o xoflara əsas yox idi. Bu söhbətdən sonra 2009-cu ildə biz ayrıldıq. Yeni evə köçdü, heç bizə xəbər də etmədi. Sonra eşitdik ki, ev mübarəkinə gələnlər də az olmayıb. Bibimin sağlığında ondan evin sənədlərini istəyən əmisi qızı da barışıb həmin evə gəlmişdi. Bibimin bir qohumu var, Eldar müəllim. O vaxt notariusda işləyirdi. Bibimdən soruşub ki, “bu ev kimə qalacaq?!” Mənə bunu teatrda pomrej işləyən Xanım xanım danışıb. Bir qohum o tərəfdən deyib ki, nəvəmin adına yazdır, biri bu tərəfdən deyib ki, oğlumun adına keçir. Həmin insanlar mənim bibimin xarakterini yəqin ki, bilməyiblər. Zərnigar xanımın yanında yanında onun evinin müzakirəsini etməzlər. Əsla! O elə şeyləri heç vaxt qəbul etmirdi. Ona görə də həmin insanları həyatından sildi! O özü deyə bilərdi ki, evimi kimə verirəm. Necə ki, köhnə evdə özü mənə demişdi ki, nəyim varsa sənindir. Bibimin qəlbinə dəymişdilər. Ona görə də heç kimin üzünə qapı açmırdı. Biz o görüşdə olmamışdıq. Bibim özü də mənə deyirdi ki, onsuz da mən dünyada olmayandan sonra dövlət evi kimə lazımdır verəcək. O vaxt heç mən nə varisliklə, evin kimə qalması ilə maraqlanmırdım. O ev hazırda bizimdir. Evə gedib çıxınca 3 il məhkəmələri gəzdim. Çox zülmlər, zillətlər başıma gəldi. Həmin bu əmiqızı ilə böyük problemlər yaşadıq. Allahın rızası olmadan bu həyatda ağacdan yarpaq belə düşə bilməzdi. Bəlkə də bibim çox yaşayardı, amma evdə tək qaldığı üçün dünyasını dəyişdi. Köməyinə çatan olmadı. Bu hələ də bizi yandırır” deyə sənətkarın qardaşı qızı deyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Dünən, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Dünən, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Dünən, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Dünən, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Dünən, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Dünən, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Dünən, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Dünən, 10:10 |
|
|
|
|