"Bir adamın beyni, zehni, düşüncəsi “kötükləşəndən” sonra onu bərpa etmək çətin olur"
Tarix: 27-02-2024, 08:44 | Çap et
Teleaparıcıların etik davranışı məsələsi yenidən gündəmə gəlib. Bu dəfə aparıcı meyxanaçıya verdiyi suallara görə sosial şəbəkələrdə tənqid olunub (Axşam.az).
Bildirilir ki, meyxanaçı Rüfət Nasosnu “Rəngarəng səhər” verilişində qonaq olub. Meyxanaçı övladlığa uşaq götürmək istəmədiyini söyləyib: “Allah insana ya yaxşısını verir, ya da ondan yaxşısını. Verər nemətdir, verməz hikmətdir”.
Proqramın aparıcısı Zaur Nəbioğlu R.Nasosnudan “Fani həyatdır, istəməzsən sən və ya xanımın dünyanızı dəyişəndə tabutunuzun, məzarınızın başında bir övlad kimi göz yaşı axıtsın”, - deyə soruşub.
Rüfət sualı cavablandırmağa çalışıb: “Heç kimin ölüsü yerdə qalmır. Bu günə kimi eşitməmişəm ki, kiminsə meyiti yerdə qalıb”. Zaur onun sözlərini “Kimsəsiz məzarlıqlar var” fikrini səsləndirərək kəsib.
Meyxanaçı isə nitqinə belə davam edib: “Elə dövrdür ki, özündən sonra vəsait qoydun səni dəfn edəcəklər. İkincisi də istəyir Vaşinqtonda, Ağ Evin qabağında, istəyir Müşfiqabaddan çıxanda, çöllükdə basdırsınlar. Əsas o biri dünyada cavab verməkdir. 46 yaşım var. İnsan arzuları ilə bilinir. İnsanı danışdır, arzusu nədirsə, o da o boydadır. Mənim ən böyük arzum ata olmaq deyil. Ən böyük arzum yaxşı övlad olmaqdır. Öz atama yaxşı övlad olmağı bacarmadım, amma anama oldum. Onun problemi yoxdur. Nə bacarıramsa, edirəm”.
Daha sonra isə aparıcı Rüfətdən “Qorxursan ananı itirməkdən”, - deyə soruşub. Meyxanaçı sualı “Kim qorxmaz ki? Ancaq həyat belədir, gərək insan özünü hər şeyə hazırlasın. Bilmək olmur, kim-kimdən əvvəl ölər”, - şəklinə cavablayıb.
Aparıcının verilişin qonağına bu cür suallar ünvanlaması sosial media izləyiciləri tərəfindən müzakirə olunub və onu buna görə tənqid ediblər. İzləyicilər Zaurun suallarını qeyri-etik kimi qiymətləndiriblər.
Qeyd edək ki, daha əvvəl “7 tamam” proqramında aparıcı Nanə Ağamalıyeva Rüfətdən niyə övladının olmadığını soruşmuşdu.
Bəs teleaparıcı efirdə qonağa etik çərçivədən kənar hansı sualları verə bilməz? Bəlkə onlara arada mütəxəssisin iştirakı ilə etik davranış kursu keçmək lazımdır? Yaxud “ustad dərsi”.
Mövzu ilə bağlı teletənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb. Ekspert təəssüflə qeyd edib ki, verilişlərdə bu cür hallara tez-tez rast gəlinir: “Xüsusən şou proqramlarına dəvət olunmuş qonağa sürpriz, etikadan kənar suallar verilir ki, bu da, əlbəttə, müəyyən dərəcədə narazılıq yaradır.
Prinsipcə, sual vermək bir yaradıcılıq işidir. Sualın konkret məqsədi olur, sual o məqsədlə verilir ki, ona cavab alınsın. Yox, əgər sual verməyi də şouya çevirirlərsə, artıq başqa çalarlar özünü göstərməyə başlayır.
İlk növbədə verilişə dəvət olunmuş adamın şəxsiyyətinə, ailə həyatına, açıqlanması uyğun olmayan mövzularla bağlı sual verilməsi etik deyil. Sual var ki, hər hansı mövzuya münasibət bildirmək üçündür və yaxud şəxsin uğurları və yaxud uğursuzluqları ilə bağlıdır. Ümumiyyətlə, sual verəndə müəyyənləşdirmək lazımdır ki, məqsəd nədir, siz şəxsi sənətkar kimi təqdim edirsiz, ya onun portretini çizməyə çalışırsız, ya şəxsi həyatı ilə bağlı onu verilişə dəvət etmisiniz. Təbii ki, bütün bunlarla bağlı verilişə dəvət olunan adama bilgi verilməlidir, yəni adam əvvəlcədən məlumatlı olmalıdır ki, ona hansı mövzuda suallar veriləcək. Üstəlik, adam ictimai fiqur deyilsə, cəmiyyətdə ictimai yükü yoxdursa, onun cavabdeh olmadığı, ona aid olmayan məsələlərlə bağlı sualların verilməsi etik sayılmır.
Sözün birbaşa mənasında müəyyən əxlaqi, etik nöqtələr var ki, onunla bağlı suallar verərkən düşünmək və həssas olmaq lazımdır.
İndi həmin aparıcılara nə qədər “ustad dərsi” keçirməyə çalışsaq da, düşünmək lazımdır ki, onların beyni konstruksiya olaraq artıq o cür formalaşıb. Yaxşısı odur ki, onlar əvvəl bu dərsləri keçib öyrənsinlər, sonra efirə çıxsınlar. Çünki bir adamın beyni, zehni, düşüncəsi “kötükləşəndən” sonra onu bərpa etmək çətin olur.
Çox təəssüf edirəm ki, bu tip suallar çox zaman sensasiya, qalmaqal qopartmaq xətrinə verilir və bu da hesab edirəm ki, sözün həqiqi mənasında nə aparıcıya, nə də həmin verilişə ciddi şöhrət qazandırmır".
Yazıçı-kulturoloq Aydın Xan Əbilov isə qeyd edib: “Verilişlərdə istər qonaq, ekspert, tamaşaçılar, istərsə də öz problemlərini efirə daşıyan, başqalarına yükləyən, heç nə etmədən varlanıb, bu problemini həll etmək istəyən, arvadı ilə aralarında olan gərginliyi yumşaltmaq istəyən şəxslər əgər rəva bilirlərsə, əlbəttə ki, onlara istənilən sualı vermək olar, təbii ki, müəyyən etik çərçivələri gözləmək şərti ilə.
Məlum məsələdir ki, indi aparıcılar çalışır ki, reytinq qazansınlar, çünki indi Azərbaycanda hazırda 10-a yaxın müstəqil televiziya kanalları var və etiraf edək ki, xeyli sayda maraqlı verilişlər hazırlanır, tamaşaçılar oturub onları maraqla izləyirlər, bu baxımdan artıq digər ölkələrin kanallarına o qədər də maraq göstərmirlər. Yəni artıq daha çox milli məhsula baxmağa çalışırlar. Bu zaman teleaparıcılar sosial mediada olan estetikanı televiziyalara daşıyırlar. Bu nə dərəcədə doğrudur, onu konkret olaraq demək çətindir, amma reytinq və daha çox tamaşaçı qazanmaq baxımından qəbulolunandır. Necə olur ki, tamaşaçı sosial şəbəkələrdə şit süjetlərə baxa bilir, amma televiziyada bunun mədəni formada təqdim edəndə, o saat hamı televiziyanın üzərinə düşür? Biz illərlə tamaşaçıları efirlərə qaytarmaq üçün müxtəlif formatlar təklif etdik, amma tamaşaçı bunu qəbul etdimi? Əlbəttə ki, yox. Tamaşaçı qalmaqal, dava, ekspertlər arasında gərginlik istəyir və yaxud tele-aparıcılarla gələn qonaqlar arasında beyin düşüncəsi davası, hətta konflikt istəyir. Bu baxımdan televiziyada bəzən bizə qeyri-etik görünən, amma əslində normal olan suallar verilə bilər.
Əlbəttə ki, yaxşı olardı ki, tele-aparıcılar şəxsi həyatla bağlı məsələlərə getməsinlər. Və yaxud efirdə hansısa müğənni ilə şit zarafat etmək, onu qaldırıb öpmək və yaxud bu kimi qeyri-etik hərəkət etmək düzgün deyil. Bunu etmək istəyən gedib öz evində və yaxud otellərdə etsin. Yəni, minlərlə tamaşaçının hansı ki, onların arasında uşaq, yaşlı, qoca var, bunu etmək olmaz. Dəyərlərimizi bu qədər adiləşdirmək yolverilməzdir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|