
Artıq 5 ildir Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan və fəaliyyət göstərən model-müğənni Afaq Aslan xarici görünüşündə dəyişiklik edib.
Dia-az.İnfo-nun StarMagazine.Az - a istinadən xəbərinə görə, ifaçı Azərbaycana məhz bu səbəblə gəlib.
Hər addımı ilə diqqət çəkən, tez-tez imicini dəyişən “Aslan” bu dəfə endoskopik qaş qaldırma əməliyyat yolu ilə xarici görkəmində kiçik bir dəyişiklik edib. Yaxın zamanda yeni imici ilə Afaq Aslan 5 illik sükutu pozmağa və uzun çəkən sükutdan sonra yenidən yeni proyektləri ilə sevenlərinin qarşısına çıxmağa hazırlaşır.