Paşinyan Aİ-yə üzvlükdən danışdı .....                     70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? .....                     Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? .....                     İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib .....                     "Bu gün niyə tez parlayanlar tez də sönürlər?" .....                     6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... .....                     Rusiya nüvə silahından istifadə edəcək .....                     Həftəsonu quru sərhədlər AÇILIR? .....                     Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı .....                     4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq .....                     “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” .....                     Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi .....                     Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... .....                     “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” .....                     Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi .....                     Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? .....                     Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş .....                     ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Mətbuat katibinin qızı YÖS imtahanında I oldu .....                     “Huner Group” MMC-nin direktoru dəyişdirilib .....                     “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır .....                     Gəncənin yollarını 10 milyon manata bu şirkət .....                     Bakı həbsxanasında .....                     Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu .....                     Həmin rəislər hakim qarşısına çıxarılır .....                     Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib .....                     FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir? .....                     “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib .....                     “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... .....                     Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının .....                     Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... .....                     Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... .....                     Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ .....                     Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə .....                     Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... .....                     Üçüncü Dünya müharibəsi başladı? .....                     Kommunal xidmətlər bahalaşacaq? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir .....                     "Kabinetdə oturanda belə yırtıq yaranır” .....                 

Sabiq deputat Ruhi Əliyevanı sərt tənqid etdi - "Sizin kimi reklama meylli insanın, müharibədə ön xəttə getməyinə inanmıram..."
Tarix: 3-07-2024, 09:29 | Çap et
Sabiq deputat Ruhi Əliyevanı sərt tənqid etdi
Hamı bilir ki, mən "tərifçi" deyil, daha çox "tənqidçi" jurnalistəm. Jurnalistikada olduğum bu 35 ildə də kiminsə haqda xoş sözlər yazdığım tək-tük halda olub, ya yox. İndi məndən çıxmayan iş; o gün götürüb Ruhi Əliyeva haqda 5-3 cümləlik bir status yazdım.

Yaxşı ki, statusda da Ruhi ilə uzaqdan-yaxından heç bir tanışlığım olmadığını qeyd etmişdim. Yoxsa bu gün bir kimsəni, nəyəsə inandıra bilməzdim.

Dediyim ondadır ki, yazı dərc olunar-olunmaz bu qadın haqda mənə o qədər eybəcər faktlar-sübutlar göndərdilər ki, əlim üzümdə qaldı. Doğrudan da insanları tanımaq nə qədər çətinmiş. Mənə zəng edənlər, ismarıç göndərənlər, təkidlə bircə anlığa YouTube-a, Google-a baxmağı xahiş edirdilər.

Baxdım və dəhşətə gəldim. Mən bu xanım haqda yazılanlarları kənara qoyuram, axı bunun özünün yazdıqları, danışdıqları, etdikləri, sadəcə əttökənlikdi.

Ona göra də Ruhi haqda yazdığım statusu çıxardım. Bir də qələt eləyib tanımadiğım birisi haqda nəsə yazmaram. Bu mənə dərs olar.

Ruhi Əliyeva haqqında deyilənləri, o cümlədən özünün danışıqları, eybəcərlikləri kənara qoyuram. Onların əksəriyyətini heç dilimə də gətirməyi utanıram. Ancaq içərisindən ikisi barədə (videolarını aşağıda qoyuram) soruşmaĝa məcburam:

1. Ruhi xanım guya ki, sizə"Avropanın "Şərəf" ordeni təqdim olunub. Hansı Avropanın, ay xanım? Avropanın da "Şərəf ordeni" ola bilərmi? Mən Google-da axtarış verdim, qarşıma buna bənzər heç bir məlumat çıxmadı.

Videoda da deyildiyi kimi, guya bu Avropa ordeni Azərbaycanda ilk dəfə sizin adıniza gəlib və sizə təqdim olunub. Sual olunur: hardan gəlib, kimin adına gəlib? Bəs bu ordeni kim təsis eləyib? Onu yaxanıza taxan o məddahmı? Bu suallar açıq qalır. Xahiş edirəm, bu barədə bir açıqlama verin.

2. Siz cəbhə bölgələrində dəfələrlə olmusunuz. Əsgərlərimizə yardım da aparmısınız. Bunu ötən yazımda qeyd etmişəm. Bunu danmaq insafsızlıq olardı. Amma məhz cəbhə BÖLGƏlərində. Bu məqamda isə deyirsiniz ki, 44 günlük müharibə dövründə CƏBHƏ xəttində top atmısınız. Bir neçə dəqiqə sonra isə deyirsiniz ki, top atanın yanında dayanmısınız. Və top atılanda gurultunun gücü sizi yuxarı qaldırib, ağzı üstə çevirib.

Daha sonra isə guya Müdafiə Nazirliyi rəsmisi (kimdir o rəsmi?) tərəfindən "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmusunuz. Və ardınca da "İlin qəhrəman topçusu" adı, şerlər, mahnılar, kliplər və bu qəbildən olan bir sıra təmtəraqlı titullar. Əvvəla "Vətənə xidmət görə" ordeni yalnız Prezident tərəfindən təltif olunur. Və sinədə də sol tərəfə taxılır (Sizin halda isə bu səhvən sağ tərəfə taxılıb). Bu yüksək adla təltif olunanların siyahısına baxdım. O siyahıda adınıza rast gəlmədim. Bəs elə isə, sizi kim təltif edib bu saxta ordenlə?

Əvvəla sizin tip, yəni reklama ifrat meylli insanın, müharibə dövründə ön xəttə getməyinə qəti inanmıram. Getsəydiniz, ən azından videosunu-fotosunu paylaşardınız. Və hətta bu baş veribsə, onda sizi ora buraxan "tupoy" mütləq tapılmalı və cəzalandırılmalıdır. Yəni hansısa topçunun yanında dayanmağa görə də adama orden-medal verilər?

Nə isə söhbəti uzatmaq istəmirəm. Hörmətli Ruhi xanım, sizə çoxlu sualım var. Ona görə də sizi redaksiyamızda CANLI EFİRƏ dəvət edirəm. Əgər özünüzə sığışdırıb gəlmirsinizsə, mən gəlim. Toplayın başınıza bütün jurnalistlərinizi, vəkillərinizi, mən isə tək. Ancaq canlı efir olmaq şərti ilə. Bundan imtina da edə bilərsiniz. Bu sizin haqqınızdır (Onsuz da indiyə qədər hansısa müstəqil jurnalistə açıqlama verdiyiniz gözümə dəyməyib).

Və bununla da söhbət bağlanar. Amma nə badə hansısa uşaq-muşağa, gədə-güdəyə cavab yazdırasız. Bax, onda bu "xəmir" çox su aparar.
Sayğılarla..

Etibar HÜSEYNOV,
Jurnalist, keçmiş millət vəkili
Azerbaycanrealligi.Com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04
70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00
Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37
İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34
"Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23
6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20
Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17
Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15
Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05
4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50
Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45
Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02
“Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00
Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14
Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11
ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03
Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01
“Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52
Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44
Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38
FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26
Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18
Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05
Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51
"Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45
Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32
Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Dünən, 15:29
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Dünən, 15:22
Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Dünən, 15:19
Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
"Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 13:58
Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Dünən, 13:26
Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Dünən, 13:13
“Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Dünən, 13:10
“Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Dünən, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru