Güneyli fəal həbs edildi .....                     "Siz kimdən çəkinirsiniz? Fuad Nəcəflidən?" .....                     Dövlət fondu ofis icarəyə götürdü .....                     Taksi şirkətlərinin PUL OYUNU... .....                     Emin Ağalarov qonorarını açıqladı .....                     Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... .....                     "İşlə təmin olunmağıma sevinsəm də, bu sevincim uzun çəkmədi..." .....                     Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub .....                     “Nar”dan “Sərfəli cümə” təklifi .....                     Moskva Ukraynaya qarşı yeni silahlar işə salır .....                     Polkovnikin oğlu ev dustaqlığına buraxıldı .....                     Sərkisyan Bakının hədəfində: .....                     “Şeirlərim dərsliklərə düşür, kitablarım hamısı alınıb” .....                     “Lotu Quli”yə “pul atan” “Rafiq Masallinski”nin qulağı kəsildi .....                     "BMT-nin qətnamələrini görməzdən gələn müstəmləkəçilər... .....                     Azərbaycan büdcəsinə neft gəlirləri azalacaq: .....                     “Alim olan da, olmayan da eyni maaş alır” .....                     Ermənistan Qarabağdan gedən erməniləri qoynuna alır .....                     Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında .....                     Naxçıvandakı həbsə İLGİNC REAKSİYA .....                     Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı .....                     Nərimanov İH və “Gold Məkan” yenidən hakim qarşısında .....                     "Vətəndaş A" serialında söyüş açıq formada verilib? .....                     ABŞ səfiri söylədi, İrəvan etiraf etdi .....                     “Səmimi fransız dostluğunun” acı meyvələri .....                     Oğuzda Şəhid ailəsi buna görə narazıdır .....                     Xalq artisti Dubayda belə dincəlir .....                     "Elmi adlara əsaslanan mövcud sistemin ciddi problemləri var" .....                     “Milli azlıqlar hesabatı”nın arxasındakı qara niyyət .....                     Xanəndə Ramiz Bəşirov vəfat edib .....                     Balıqçılar nazirdən şikayətçi düşüb... .....                     Yediyimizi ZƏHƏRƏ DÖNDƏRİRLƏR... .....                     Ustanı döyən “Chrysler”in sahibinin cəzası azaldıldı .....                     Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR .....                     Zəngəzur dəhlizi sülh sazişindən çıxarılıb? .....                     Yeni təcavüz planı belə imiş: Sağ qalmaq üçün ayrılmaq... .....                     Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyülüb .....                     "Dili korlayan ilk növbədə mövcud akademik mühitdir..." .....                     “Modern Construction Group”un kapitalından 1.6 milyon manat geri götürüldü .....                     İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... .....                 

“Niyə Qarabağ müharibəsi haqqında çəkilən filmə Müdafiə Nazirliyi pul vermir?” - Aqil Abbasdan ETİRAZ
Tarix: 6-09-2024, 10:06 | Çap et
“Niyə Qarabağ müharibəsi haqqında çəkilən filmə Müdafiə Nazirliyi pul vermir?”
İtaliyada 81-ci Venesiya Film Festivalı keçirilir.

Venesiyanın Lido adasında gerçəkləşən dünyanın ən qocaman beynəlxalq film festivalında Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) rəhbərliyi də iştirak edir.

İkinci Qarabağ müharibəsi haqqında rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və rejissor Şamil Əliyevin XX əsr Azərbaycan memarlığından bəhs edən “Yaradanlar” filmləri festival çərçivəsində nümayiş olunub. Görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda “Yaradanlar” filmində mərhum prezident Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq, onların yaşayıb-yaratması üçün xidmətləri və memarlığın inkişafına göstərdiyi qayğı əks olunub.

Bundan başqa, festival gedişində ARKA-nın keçirdiyi müsabiqədə qalib olmuş layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb edilməsi ilə bağlı təqdimatlar da reallaşıb. Rejissor İlqar Nəcəfin “Quşlar susanda” film layihəsi ilə yanaşı, ARKA-nın maliyyə dəstəyi ilə çəkiləcək digər film layihələri də xarici prodüserlərə təqdim olunub.

Venesiya Film Festivalı ekran əsərlərinin birgə istehsalı baxımından xarici şirkətlər və prodüserlərlə təmaslar qurmaq baxımından olduqca əhəmiyyətli platformadır.

Qeyd edək ki, vaxtilə bu nüfuzlu festivalın tarixində azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də əsas müsabiqə proqramında yer alıb. Xatırladaq ki, avqustun 28-dən start götürən festival sentyabrın 7-dək davam edəcək.

Emin Əfəndiyevin 52 dəqiqəlik “Tənha insanın monoloqu” filminin premyerası ötən ay Milli Kino Günündə keçirilib. Filmdə klassik ata-oğul əhvalatı əks olunur. Birinci Qarabağ müharibəsi qazisi olan ata kontuziya alıb, əsirlikdə olub, əsəbləri korlanıb. Qayğıkeş, sevgi dolu atanı müharibə sərtləşdirərək tamam başqa bir adama çevirib. Ata və oğul arasında yaranan konfliktlərin səbəbləri arasında mental, patriarxal faktorlar var, amma ümumilikdə, bir ailənin dağılmasının səbəbkarı atanın müharibədə aldığı psixoloji yaralardır.

İkinci Qarabağ müharibəsinə çağırılan oğul yataq xəstəsi, nitq qabiliyyətini demək olar ki, itirmiş, sözləri yarımçıq deyən atanı həkimin məsləhəti ilə qocalar evinə qoymağı planlaşdırır. Ata isə qocalar evində yaşamaq istəmir, ölümü seçir. Yeməkdən, dərmandan imtina edir və beləcə, oğulu öz yükündən azad edir ki, müharibədə ikən ondan nigaran qalmasın.

“Qısametrajlı da olsa İkinci Qarabağ müharibəsi haqqında olan filmin Venesiya Festivalında nümayiş olunması sevindirici haldır və bu, milli kinomuzun uğurudur. Buna görə filmin rejissoruna, həmçinin bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm”. Bu sözləri millət vəkili, yazıçı, jurnalist Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən deyib. Aqil Abbas həmçinin qeyd edib ki, özü də İkinci Qarabağ müharibəsi haqqında ssenari yazıb: “Ssenarini artıq təhvil vermişəm. İndi bəyənib, nə zaman film çəkəcəklər, bu artıq məndən asılı məsələ deyil. Ümumiyyətlə, kinonun böyük auditoriyası var. Bir əsər yazanda onu maksimum 50 min adam oxuyar, amma yaxşı bir film çəksən, ona milyarda yaxın adam baxa bilər. Çünki müxtəlif televiziyalarda nümayiş olunur, festivallara çıxır və sairə.

Bu baxımdan, İkinci Qarabağ müharibəsinin həqiqətləri, Azərbaycanın qələbəsi, igid oğullarımız necə döyüşüb, hansı çətinliklərdən keçmişik, bütün bunların dünyada nümayişinə böyük ehtiyac var. Niyə “Rembo”ya və yaxud digər xarici filmlərə baxmalıyıq? Qəhrəmanlıq haqqında öz filmlərimiz olmalıdır və dünya bizə baxmalıdır. O ki qaldı dünyanı özünə cəlb edə biləcək filmlər çəkə biləcəyimizə, hesab edirəm ki, buna hələ var. Doğrudur, bu məsələdə dövlətin böyük dəstəyinə ehtiyac var, amma gəlin baxaq görək, nə qədər özəl şirkətlərimiz var. Onların arasında milyonlar deyil, milyardlar qazananlar da var. Həmin şirkətlər sanballı filmlər çəkilməsinə dəstək ola bilərlər. Və yaxud niyə Qarabağ müharibəsi haqqında çəkilən filmə Müdafiə Nazirliyi pul vermir? Biz görürük ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi öz filmlərini çəkir, eləcə də Müdafiə Nazirliyi də Qarabağ müharibəsi haqqında çəkilən filmi maliyyələşdirə bilər".

Kinotənqidçi Sevda Sultanova isə deyir ki, Kino Agentliyinin rəsmi facebook səhifəsində, həmçinin saytlarda festivalda iştirakla bağlı yayılan informasiyada manipulyativ məqamlar var: ""Azərbaycan kinosu tarixində ilk dəfə olaraq, festivalda iki film nümayiş olunub. Bunlar İkinci Qarabağ müharibəsinə həsr olunmuş rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və XX əsr Azərbaycan memarlığını əks etdirən rejissor Şamil Əliyevin “Yaradanlar” filmləridir". Birinci cümlədəki “Azərbaycan kinosu tarixində ilk dəfə olaraq” hissəsi oxucuları və festivallar haqda detallı bilgiləri olmayan saytları asanlıqla tələyə salır. Təsəvvür yaranır ki, Azərbaycan ilk dəfə Venesiya festivalında iştirak edir və hər iki film festivalın hansısa mühüm proqramında iştirak edir. Hətta bəzi saytlarda məlumat belə başlıqla yayılıb: “Filmlərimiz ilk dəfə Venesiya festivalında”.

Venesiya festivalında əsas müsabiqə, horizontlar, qısametrajlı filmlər müsabiqəsi, müsabiqədənkənar baxış, Venesiya klassikası, Sconfini və digər proqramlar var. Bəs bizim filmlər hansı proqramdadır? Təbii ki, əsas müsabiqədə, horizontlarda, hətta qısametrajlı film müsabiqəsində də yoxdur. Çox güman ki, sadəcə, müsabiqədənkənar nümayiş olub. Amma bu məlumat belə dəqiq deyil. Bəlkə heç nümayiş də olmayıb. ARKA-nın rəsmi səhifəsində isə belə yazılır: “Festivalda Azərbaycan kinosu tarixində ilk dəfə olaraq üç film təqdim olunub”. Yenə “ilk dəfə” sözü manipulyativ xarakter daşıyır. Və hansı üç filmdən söhbət gedir? Məlumatda daha sonra yazılır: “Festival çərçivəsində ARKA-nın təşkil etdiyi müsabiqədə qalib gələn layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb olunması məqsədilə təqdimatlar da keçirilib. Rejissor İlqar Nəcəfin "Quşlar susanda" film layihəsi ilə yanaşı, ARKA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək digər film layihələri də xarici prodüserlərə təqdim edilib". Hansı prodüserlərlə görüş olub? Bu barədə də heç bir məlumat verilmir.

Azərbaycan kino tarixində ilk dəfə Elçin Musaoğlunun “Nabat”ı bu festivalın horizontlar proqramında göstərilib. Daha sonra yenə də ilk dəfə Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” (müştərək layihədir) Venesiya festivalının əsas müsabiqəsinə düşüb. Amma ARKA-nın Facebook səhifəsində bu faktlar qeyd olunmur. Daha bir məsələ, xatırladım ki, 2003-cü ildə Murad İbrahimbəyovun “Neft” filmi (Azərbaycan, Rusiya) Venesiya kinsofestivalında “Ən yaxşı qısametrajlı film”ə görə “Gümüş Şir” mükafatını alıb".

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Güneyli fəal həbs edildi
Bu gün, 12:09
"Siz kimdən çəkinirsiniz? Fuad Nəcəflidən?" - BU NƏDİ BELƏ?..
Bu gün, 12:07
Dövlət fondu ofis icarəyə götürdü - MƏBLƏĞ
Bu gün, 12:01
Taksi şirkətlərinin PUL OYUNU... - necə qorunaq?
Bu gün, 11:58
Emin Ağalarov qonorarını açıqladı - 100 000 avro...
Bu gün, 11:55
Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
Bu gün, 11:52
"İşlə təmin olunmağıma sevinsəm də, bu sevincim uzun çəkmədi..." - NARAZILIQ VAR...
Bu gün, 11:45
Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub - FOTO
Bu gün, 11:40
“Nar”dan “Sərfəli cümə” təklifi – 50% endirimlə smartfon əldə et!
Bu gün, 11:34
Moskva Ukraynaya qarşı yeni silahlar işə salır - VİDEO
Bu gün, 11:27
Polkovnikin oğlu ev dustaqlığına buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24
Sərkisyan Bakının hədəfində: - İrəvandan həbs mesajı gəldi
Bu gün, 11:23
“Şeirlərim dərsliklərə düşür, kitablarım hamısı alınıb” - Elza Seyidcahan
Bu gün, 11:07
“Lotu Quli”yə “pul atan” “Rafiq Masallinski”nin qulağı kəsildi - həkimlər zorla xilas edir…
Bu gün, 11:00
"BMT-nin qətnamələrini görməzdən gələn müstəmləkəçilər... ada dövlətlərinin sərvətlərini istismar edir"
Bu gün, 10:58
Azərbaycan büdcəsinə neft gəlirləri azalacaq: - bunun iqtisadiyyata təsiri necə olacaq?
Bu gün, 10:57
“Alim olan da, olmayan da eyni maaş alır” – Deputatdan nazirin fikirlərinə REAKSİYA
Bu gün, 10:54
Ermənistan Qarabağdan gedən erməniləri qoynuna alır - Bitdi bu iş...
Bu gün, 10:52
Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında hər hansı ekstremizm faktı aşkar etməyib
Bu gün, 10:49
Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
Bu gün, 10:48
Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR
Bu gün, 10:36
Nərimanov İH və “Gold Məkan” yenidən hakim qarşısında - BUNA GÖRƏ...
Bu gün, 10:34
"Vətəndaş A" serialında söyüş açıq formada verilib? - Rejissordan CAVAB
Bu gün, 10:33
ABŞ səfiri söylədi, İrəvan etiraf etdi - ŞƏRH
Bu gün, 10:30
“Səmimi fransız dostluğunun” acı meyvələri - bəs “balaca bacını” necə aldada bildin?
Bu gün, 10:25
Oğuzda Şəhid ailəsi buna görə narazıdır - "...ayrıseçkilik edilir"
Bu gün, 10:20
Xalq artisti Dubayda belə dincəlir - VİDEO
Bu gün, 10:12
"Elmi adlara əsaslanan mövcud sistemin ciddi problemləri var" - FAKT BUDUR!
Bu gün, 10:09
“Milli azlıqlar hesabatı”nın arxasındakı qara niyyət - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:04
Xanəndə Ramiz Bəşirov vəfat edib - VİDEO
Bu gün, 10:00
Balıqçılar nazirdən şikayətçi düşüb... - "Qaydalar sərtləşdikcə..."
Bu gün, 09:56
Yediyimizi ZƏHƏRƏ DÖNDƏRİRLƏR... - bu gün mühakimə olunacaq...
Bu gün, 09:51
Ustanı döyən “Chrysler”in sahibinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:41
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
Bu gün, 09:38
Zəngəzur dəhlizi sülh sazişindən çıxarılıb? - Görünəni odur ki...
Bu gün, 09:35
Yeni təcavüz planı belə imiş: Sağ qalmaq üçün ayrılmaq... - Şok faktlar ortaya çıxdı
Bu gün, 09:33
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyülüb - “Azad İran”
Bu gün, 09:26
"Dili korlayan ilk növbədə mövcud akademik mühitdir..." - Akademşəbəkəyə NÖVBƏTİ İTTİHAM
Bu gün, 09:21
“Modern Construction Group”un kapitalından 1.6 milyon manat geri götürüldü
Bu gün, 09:07
İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
Bu gün, 09:06
Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
Bu gün, 09:00
Bu sual həm də o səbəbdən maraqlıdır ki... - Ekspert danışır...
Bu gün, 08:56
Nazirin sensasion eyhamı: cərimələr yığılıb hara gedir? - GƏLİŞMƏ
Bu gün, 08:52
"Məndən 1000 manat RÜŞVƏT İSTƏYİR..." - İTTİHAM VAR...
Bu gün, 08:49
Putin bunu əvvəldən bilməli idi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:39
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi, uduzdu - TƏFƏRRÜAT
Bu gün, 08:36
Aİ deşifrə olunmuş kəşfiyyatçıları sərhədimizdən qaçırır? - İLGİNC...
Bu gün, 08:34
Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd edilib - FOTO
Bu gün, 08:30
"Klarneti həmin aparıcının ağzına soxacağam..." - Hüseyn HƏDƏLƏDİ
Bu gün, 07:44
Ermənistan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamaq olmaz - Başqa cür ola da bilməz...
Bu gün, 07:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru