Yeni qlobal pul ideyası qorxuya saldı .....                     "İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." .....                     Gürcüstanda parlament seçkiləri başlayıb .....                     Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi .....                     Gürcüstanda baş tutacaq seçkilər... .....                     Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... .....                     Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... .....                     İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib .....                     "COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." .....                     “Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” .....                     Qərbin Rusiya və Azərbaycan planı .....                     Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? .....                     "İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar" .....                     Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit .....                     “Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” .....                     "Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" .....                     Azərbaycan güləşçisi dünya çempionu olub .....                     Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? .....                     "Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" .....                     Şarl Mişel Azərbaycanı haqlı çıxardı .....                     Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək .....                     “Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” .....                     Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir .....                     Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib .....                     “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” .....                     Şoltsun Putinlə gizli ittifaqı? .....                     Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir .....                     Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! .....                     Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU .....                     Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? .....                     Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib .....                     Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini .....                     Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub .....                     Ararat Mirzoyan COP29-a dəvət alıb .....                     "MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... .....                     Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” .....                     Bakıda şirkət rəhbəri həbs edildi .....                     QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR .....                     "Qısa zamanda sülh müqaviləsi imzalana bilər” .....                 

"Düzdür, oxudum, amma səsim yoxdur, bilirəm"
Tarix: 15-07-2014, 10:16 | Çap et
"Düzdür, oxudum, amma səsim yoxdur, bilirəm"
Teatrallar Günel Məmmədovanı Cülyetta (“Romeo və Cülyetta”), Reyhan (“M.S.S”), Sarıköynək (“Sarıköynəklə Valehin nağılı”), Viktoriya (“Viktoriya”) kimi obrazlardan, kinosevərlər “Yalan”, “Ləkə”, “Sirr”, “Həyat çiçəyi” kimi film və seriallardan tanıyır.

Kulis.az Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova ilə müsahibəni təqdim edir.

- Günel xanım, məncə elə yaşıd olarıq, sizə Günel desəm olar?

- Olar, əlbəttə.

- Bayaq dediniz məşqdəyəm. Mövsümün sonunda nəyin məşqləridir belə?

- “Qoğalın nağılı”nı hazırlayırıq. Yeni mövsümdə, sentyabrda təqdim edəcəyik.

- Aktrisa Kəmalə Müzəffərli ilə oxşarlığınız var. “M.S.S.” tamaşasında da sizin ananızı oynamışdı....

- (Gülür) Hə, oxşadan çoxdur. Xətrini çox istəyirəm, amma qohumluğumuz yoxdur.

- Günel, necə bir ailədə doğulub böyümüsünüz?

- Ailədə incəsənətlə bir mən məşğulam. Anamın yaxşı səsi olub, amma oxumağa meyl etməyib. Beş yaşımdan rəqsə getmişəm, uşaqlıqdan filmlərə çəkilmişəm. İncəsənət gimnaziyasında oxumuşam. Bu sənəti seçməyim ailəmin sayəsindədir. Vaxtında dərnəklərə qoymasaydılar, yəqin mən də başqa sahənin adamı olardım. Sağ olsunlar. Amma sənət seçmə məqamında valideynlərim o qədər də razı deyildilər, düşünürdülər ki, bu həvəs keçicidir. Amma mane də olmadılar. Əvvəl o qədər dəstəkləmirdilər məni, indi tamaşalarıma da baxırlar, hətta, anam o dəfə mənə dedi ki, səninlə fəxr edirəm. Hazırda mənə böyük dəstək olurlar.

- Dəstək deyəndə nəyi nəzərdə tutursunuz?

- Elə problemlər olur ki, insan kiməsə sığınmaq istəyir. Bir də maddi dəstək təbii... Mənim sponsorlarım valideynlərimdir. Sağ olsunlar.

- İşlərinizə qarışırlar?

- Mən hər istədiyimi eləmirəm, ailəmi nəzərə alıram. Seriallara, filmlərə dəvət alanda ilk növbədə anamla məsləhətləşirəm. Ssenarini evdəki heyətə - rejissor, prodüser-redaktora təqdim edirəm...

- Senzuraya...

- Bəli (gülür), razı olsalar çəkilirəm...

- Cülyetta “Romeo və Cülyetta”, Sarıköynək “Sarıköynəklə Valehin nağılı”, Viktoriya (“Viktoriya”), Nərgiz (“Yalan” filmi)... Hamısı sevən, sevilən gözəl qızlardır... Bu səpkidə rollardan bezməmisiniz?

- Bezmək deməzdim, amma rəngarənglik olsun istəyərdim. İki-üç fərqli rolum olub, qalanları sevgili qəhrəman... Mənə elə gəlir ki, rejissorlar üçün mənə belə rollar tapşırmaq rahatdır. Elə rejissorlar var ki, işləməyi sevmirlər, hazır materialı götürmək istəyirlər. Bu səpkili qəhrəman alınıbsa, deməli hazır baza var. Ona görə də, belə rolu mənə tapşırırlar. Eyni motivli olsa da, o obrazları fərqli yaratmışam.

- Məsələn, sizin Cülyettanın əvvəlkilərdən fərqi nədir?

- Onu siz deyə bilərsiniz. Mən bilən, biri dram teatrında olub (Barat Şəkinskaya-A), biri bizim teatrda (Fatma Qədiri)... Biri də mən! O birilərini görməmişəm. Mən Cülyettaya ürəyimi qoymuşam, Günel olaraq fərqliyəmsə o da fərqlidir. Həm də bizim “Romeo və Cülyetta”nı Cənnət xanım müasirləşdirib.

- Dediniz ki, Cülyettanız fərqlidir. Cülyetta, Viktoriya, Sarıköynək hamısı sizin həyat təcrübənizdən, yaşadığınız hisslərdən qaynaqlanır?

- Müşahidə və mütaliə deyim. Çünki hələ belə dərin hiss yaşamamışam, açığını desəm.

- Mütaliə dediniz. Nə mütaliə edirsiniz?

- Rus bölməsini bitirmişəm, rusca oxuyuram. Viktor Hüqonun “Səfillər” romanını...

- Sizi sarsıdan əsər?

- Çox sevdiyim roman var - “Qürur və qərəz”. Bir də “Həyat” filmindən təsirlənmişəm. Uşaqlar mənə adətən xəbər verirlər - filan filmə bax. Amma iki ildir nə Oskar nə də Kanndan mükafat alan filmləri izləyə bilmirəm.

- Günel, səhnədə və ya çəkilişdə hansı kompleksləriniz var?

- Ən böyük kompleksim oxumaqla bağlıdır. Məncə, səsim yoxdur. Səhnədə oxumağa kompleksim var. Bu tamaşada məni oxutmaq üçün daha nələr etdilər... Düzdür, oxudum, amma səsim yoxdur, bilirəm. Mən istəyirəm oxuyuramsa qüsursuz, mükəmməl oxuyum. Bir də bəlli bir kompleksim, daha doğrusu, çərçivəm var - açıq-saçıq səhnələrə çəkilə bilmərəm.

- Özünüzdən gələn kompleksdir, yoxsa rejissorların yaxşı film ortaya qoya biləcəyinə inanmırsınız?

- Daha çox cəmiyyətdən gələn kompleksdir. Mən bu mühitdə yaşayıram, valideynlərim var. Valideynlərimi fikirləşirəm, özümü fikirləşirəm.

- Buna görə hansısa filmdən imtina etmisiniz?

- Rövşən İsax “Aktrisa” filmində baş rola məni çəkmək istəyirdi. Məhz açıq-saçıq səhnələr var deyə, imtina etdim. Amma filmə baxanda peşman oldum. Orada Açıq-saçıq səhnələr elə də qabarıq deyil. İndi elə bir layihə olsa, çəkilərəm.

- Obrazlarınızla bağlı maraqlı fikir bildirən varmı?

- “Ləkə” serialında mənfi bir obraz yaratmışdım. Ələlxüsus yaşlı tamaşaçılardan belə reaksiyalar alırdım: “İfritə” deyirdilər, qarğış edirdilər: “Onu görüm...” (gülür)

- Sadiq pərəstişkarlarınız varmı?

- Şəxsi həyatda yoxsa sənətdə?

- Hər ikisi.

- Təbii ki, var.

- Sizə nələr yazırlar, ya da göndərirlər?

- Onlardan çox danışmaq istəməzdim (gülür). Amma onu deyim ki, hədiyyələr edirlər. Ən sevdiyim hədiyyə kukladır. Həm də “Monstr hay” (gülür). Deyəsən hələ böyüməmişəm.

- Gənc bir aktrisanın rastlaşdığı ən böyük problem?

- Axmaq adamlar, pis adamlar.

- Gənc aktrisaya qarşı intriqalar olur, eləmi?

- Nə yalan deyim, heyətlə problemlər olur.

- Cəbhələşmə necə olur - yaşlı aktrisalar gənclərə qarşı, yoxsa...

- (Gülür) Hər cür olur. Məncə başları işə qarışsa heç də belə problemlər olmaz. Demirəm işləmirlər, amma bir də var özünü qalmaqallara yox, tamamən işinə həsr edəsən.

- Qısqanclıqdan nə kimi tələlər qururlar?

- Elə şeylər olub ki... Olub ki, paltarlarımı cırıblar, kəsiblər. İndi hamısını xatırlayıb, qanımı qaraltmaq istəmirəm. Belə şeylərə verdikləri enerjini işə həsr etsələr, xalq artisti adını almışdılar indi.

- Xarici layihələrdə işləriniz olurmu?

- “Bakı, mən səni sevirəm” müştərək kinolayihəsinə çəkilmişəm. Bir də Türkiyədən serial təklifi gəlmişdi, hələ bir xəbər yoxdur amma.

- Seriallarda nə problemlərlə qarşılaşırsınız - təbii, qonorardan başqa...

- Düzü mən qonorarı necə istəmişəm elə də almışam. Məbləğ qane etməyəndə çəkilmirəm. Bu qədər sadə. Amma yaradıcılıq baxımından mətnlə bağlı problemlər olur. Cümlələr çox ədəbi olur. Bayaq dediniz ki, seriallara baxmıram. Haqlısınız. Necə baxasınız axı? Elə layihələr var ki, orada mətnə əməlli-başlı düzəlişlər edirəm. Mümkün deyil onu olduğu kimi oynamaq.

- Bayaq eyni ampluadan danışdıq. Gənc, gözəl görkəm fərqli rollar almağa mane olur. Gözəlliyiniz başqa nəyə mane olur?

- Elə bir məqam yoxdu deyim. Fərqli rollarım da olub e, amma eyni səpkili çox olub, dediyim kimi. Fərqli rollar da olub. Məsələn, “Çimnaz xanım yuxudadır” kimi komediya oynamışıq.

- Heç tamaşada öz aranızda oyunlar getdiyi olurmu?

- Olur (gülür). Cülyettanın ölüm səhnəsini oynayırdıq. Mən də dəhşət qıdığı gələn adamam. Tamaşa gedə-gedə Elnur Kərimov da (Romeo) mənim ayağımı qıdıqlayır. Mən özümü zorla saxlayıram...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni qlobal pul ideyası qorxuya saldı - Dolların “qatili” bazar girir?
Bu gün, 08:25
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." - "Nyu-York Tayms"
Bu gün, 08:22
Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün, 08:20
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:05
Gürcüstanda baş tutacaq seçkilər... Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq
Bu gün, 08:03
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... - "Tasnim"
Bu gün, 07:54
Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... - GİLEY
Bu gün, 07:50
İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib - "Hədəflərə dəqiq və hədəfli zərbələr..."
Bu gün, 07:39
"COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:36
“Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” – Putin
Bu gün, 07:32
Qərbin Rusiya və Azərbaycan planı – Hərəkətə keçdilər
Bu gün, 07:20
Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? - Trampın qəfil ermənipərəstliyi
Bu gün, 07:15
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar"
Bu gün, 00:34
Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit - AKTUAL
Bu gün, 00:30
“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” - deputat
Bu gün, 00:02
"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" - deputat
Dünən, 21:38
Azərbaycan güləşçisi dünya çempionu olub
Dünən, 21:34
Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? - AKTUAL
Dünən, 19:00
"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" - deputat
Dünən, 18:56
Şarl Mişel Azərbaycanı haqlı çıxardı - DETALLAR
Dünən, 18:10
Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var
Dünən, 18:08
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” - GƏLİŞMƏ
Dünən, 18:05
Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir - Rusiyalı eksperti
Dünən, 18:03
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib - KİV
Dünən, 17:43
“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” - Fəzail Ağamalı
Dünən, 17:39
Şoltsun Putinlə gizli ittifaqı? – Rusiya Avropanı belə parçalayır
Dünən, 17:36
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Dünən, 17:29
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Dünən, 17:15
Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU - ÖZBAŞINALIĞA ACİL MÜDAXİLƏ...
Dünən, 17:12
Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib - RƏSMİ
Dünən, 17:04
Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:01
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini İŞDƏN ÇIXDI
Dünən, 17:00
Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 16:57
Ararat Mirzoyan COP29-a dəvət alıb - KİV
Dünən, 16:55
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... - Sabirabad sakini nəvələrinin qəyyumluğunun oğluna verilməsini istəyir...
Dünən, 16:50
Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” - TƏFƏRRÜAT
Dünən, 16:48
Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq fırıldaq
Dünən, 16:46
QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR - Atası səlahiyyətli şəxslərdən kömək istəyir
Dünən, 16:41
"Qısa zamanda sülh müqaviləsi imzalana bilər” - deputat
Dünən, 16:37
Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir - BARIŞIQ İSTƏMİRLƏR...
Dünən, 16:34
Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? - AKTUAL
Dünən, 16:33
Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:31
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir - FOTO
Dünən, 16:27
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb - FOTO, VİDEO
Dünən, 16:21
Paşinyan COP29-da iştirak üçün dəvət alıb - Ermənistan XİN
Dünən, 16:19
ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... - FOTO
Dünən, 16:17
DEM partiyasının baş ofisinə hücum olub
Dünən, 15:04
Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir - Başqa yolu yoxdur...
Dünən, 14:00
Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru