Telekanallar müğənni Günay İbrahimlinin "Dəlisiyəm gecənin" adlı klipini yayımlamaqdan imtina edib.
Axşam.az-ın məlumatına görə, bu barədə sənətçi özü "İncə maraqlar" verilişində qonaq olarkən deyib.
Onun sözlərinə görə, buna səbəb ekran işində açıq-saçıq səhnələrin yer almasıdır:
"Amma internetdə baxış sayı əladır. Klipə görə evdəkilər də mənimlə danışmadılar. Küsüb getdim Sloveniyaya. Daha sonra isə köməkçimin evində qaldım. On gün telefonumu bağladım. Sonra özləri axtardılar. Tərbiyə geyimlə ölçülmür. İndi elə dövrdəyik ki, düşünürük qohum nə deyər, qonşu nə fikirləşər".
Qeyd edək ki, sözləri Nadoya, musiqisi Pərviz Mahmudova aid olan bəstənin klipini rejissor Rza Əsgərov lentə alıb.