"Hamı deyir qıjısan, kəntoşsan, eybi yox, əcəb edirəm, balalarıma çörək qazanıram"
Tarix: 4-02-2015, 09:08 | Çap et
Kulis.az “Sevimli şou”nun aparıcısı Mikayıl Güləddinoğlundan müsahibə götürüb.
dia-az.life həmin müsahibəni təqdim edir: - Siz Mədəniyyət və İncəsənət Universitetini bitirmisiz. Öz istəyinizlə qəbul olunmuşduz, yoxsa, təsadüfən belə alındı? - İstəyimlə qəbul olmuşdum. Birinci jurnalistikanı yazmışdım. İkinci ədəbi yaradıcılıq və ekran dramaturgiyası idi. İxtisasım da odur. Rafiq Həşimovun vurğunu idim. 11-ci sinifdə oxuyanda onu məhəlləmizdə gördüm, dükanda. Mənə qəribə gəlirdi onu görmək. Yaxınlaşıb dedim ki, məndən jurnalist olar? Başımı sığallayıb dedi ki, niyə olmur ki. Tale elə gətirdi ki, İncəsənət Universitetində oxuyanda bizi Az.TV-yə praktikaya apardılar. Kart verdilər ki, bir ay müddətində gələ bilərsiniz. Uşaqlardan kimsə ora getmədi. Həvəsləri olmadı. Getdim, rejissor Nazim Abbası tapdım. Dedim ki, mənə kömək edin, aparıcıların yanına gedim. Diktorluq sənətinin incəliklərini öyrədən Sabir Axundov rəhmətlik dedi ki, səni kim göndərib? Onda da tapşırıqla idi. Mənim kimsəm yox idi. Atam tramvay sürücüsü olub. Dəstəyim olmayıb. Sağ olsun, Sabir müəllim kömək elədi. Üç ay praktikaya getdim. Amma nəticəsi olmadı. Çünki bilirdim ki, kimsə tapşırmalıdır. Sonra sınaq oldu. Sabir müəllim dedi ki, sən girmə ora. Dedim, niyə? Dedi ki, kiminsə əli ilə getməlisən. Bir adam var, adını çəkməyəcəyəm. İndiyə kimi içimdə ona nifrət hissi var, bilmirəm, bəlkə də dünyasını dəyişib. İndi də yadıma düşəndə pis oluram. İkinci kursda oxuyanda yenə getdim dövlət televiziyasına. Dedim, radiodan başlayım. Həmin adam radioda işləyirdi, kobud şəkildə mənə dedi ki, əəə, qapını çöldən bağla. Pərt oldum. İçəridə qızlar da vardı. Niyə mənimlə elə danışmalıydı ki... - Deyəsən Aydın Dadaşovun tələbəsi olmusuz. - Aydın Dadaşov çox ünsiyyətcil adamdır və sözü birbaşa deyəndir. Əslində mənə əvvəl elə gəldi ki, Aydın müəllim hamını pərt eləməyə çalışır. Sonra gördüm ki, yox, həqiqəti deyir. İncəsənət Universitetinə təzə daxil olmuşdum, ilk dərs günüdür, bizdə Fərahim adlı oğlan vardı, indi Şəkidə mədəniyyət şöbəsinin müdiridir. Nəsə ondan xoşum gəlmirdi, heç nə eləmirdi, sadəcə, xoşum gəlmirdi, onu döydüm. Aydın müəllim məni tənbeh elədi, amma sonra onunla möhkəm dostluq elədik. Hətta bir dəfə ona dərdimi dedim ki, atam qəzaya uğrayıb. O da tutdu qolumdan məni auditoriyaya gətirdi, dedi ki, bu, yazıqdır, yazıq adamdır, atası da “avariya” edib, pulları da yoxdu. Mən də məəttəl qaldım ki, o niyə belə edir. Çox qəribə, bənzərsiz adamdır. Yazılarını oxuyuram. Yazıları da bənzərsizdir. Ümumiyyətlə, İncəsənət Universiteti qısa zaman kəsiyində məni çox dəyişdi. - Nə mənada dəyişdi? - Sakit adam deyildim, şuluq idim, kimisə döyməliydim. İncəsənət Universiteti məni rəndələdi. Qısa müddətdə dünya ədəbiyyatı ilə tanış oldum, Bunindən tutmuş Markesə kimi. - Kulis.az-da aparıcıların hansı kitabları oxuması ilə bağlı sorğu olmuşdu. Maraqlı əsərlərin adını çəkmişdiniz. Belə anladım ki, vaxtaşırı mütaliə edirsiz. Kütləvi şounun aparıcısı və ciddi ədəbi nümunələr. Sizcə, buna təəccüblənməliyik? - Bəli. Bilirsiz, mən televiziya qayda-qanunlarını çox gözəl bilirəm. Qulu Məhərrəmlinin, Aydın Dadaşovun bütün kitablarını oxumuşam. Amma bu kitablarda oxuduğumu praktikaya tətbiq eləmək uşaqlarım üçün çörək pulu qazandırmaz. Mən bu dəqiqə şou aparıram, yaxşı edirəm, toya gedirəm, yaxşı edirəm, uşaqlarımı dolandırıram, əcəb edirəm. Çünki mənim publikama dünya ədəbiyyatı lazım deyil. Mən verilişdə Markesdən danışsam reytinqim bir olar. Amma orda Telli ilə qol-boyun oynasam reytinq olacaq on.
- Amma oxuyursuz axı... - Nə olsun. Özümü sakitləşdirirəm. Mən Zəlimxan Yaqubdan başqa oğul istərəm ki, mənimlə üzbəüz dayanıb 24 saat şeir desin. Ramiz Rövşəndən, İlham Qəhrəmandan, Salam Sarvandan, Nizamidən şeir deyərəm. Nə olsun, məgər bununla bağlı qarın doyacaq? Hamı deyir qıjısan, kəntoşsan, eybi yox. Əcəb edirəm. Balalarıma çörək qazanıram. Zamanın tələbidir. Maarifləndirici veriliş açsam, o mənə çörək gətirməz. Mümkünsüzdür. Hamı yalandan pafosla danışa bilər. Amma mən zamanın nəbzini tutub gedirəm. Mənim oxuduqlarım məndən başqa kiməsə lazım deyil. - Amma qazandığınız pulla qızlarınıza yaxşı təhsil verə bilərsiniz ki, məsələn, “Sevimli şou”nun publikasına oxşamasın. Yoxsa, istərdizmi qızlarınız o publika kimi olsun? - Yox, əlbəttə, istəmərəm. Amma reallıq var da. Toylara gedirəm. Bu biznesdə üç ildir ki, varam. Özüm də istəmədən. Məni indiyə kimi toyda oynayan görməyiblər. Qonaq çağırıldığım toylarda oynamıram. Çünki içimdən gəlmir. Amma verilişdə oynayıram, publikaya hesablanmış şeydir. Oynayıram, deyirlər ki, toylarda gör, nətəhər oynayır da. Əslində heç nə yoxdur ey, ay bədbəxt. Sadəcə oynayıram. - Yəni bir növ rol kimi yanaşrısız? - Eynən. - Ekrandakı rolunuz bitdi və kadr arxasındakı gerçək Mikayıl necədir? - Bir dəfə verilişimə gəlin, görün. Verilişə Bahar Lətifqızını, Mətanət Əsədovanı dəvət eləmişdim. Reklam fasiləsi olanda ciddiləşdim. Bunlar da reklamda gülürlər. Deyirəm, nəyə gülürsüz? Deyirlər, sən nə qəribə adamsan. O ekranda gördüyünüz Mikayıl əslində ciddi Mikayıldır. Mənim dostluq etdiyim adamlar da tamamilə fərqli adamlardır. - Müğənnilərlə dostluq eləmirsiz yəni. - Müğənnidən adama dost olar? Ciddi deyirəm. Bir şeyi də deyim. “Kanal D”-də “Beyaz Şou”ya baxırdım. Birdən ağlıma gəldi ki, nə var, bu adamı tapmağa. Uçaram beşinci gün İstanbula. Gedərəm “Kanal D” yə. Elə də elədim. “Olduğu kimi” verilişində onunla müsahibəm oldu. Operator Pərvizə zəng elədim. “Kanal D” nin qabağında 8 saat gözlədim. Bəyaz gəldi, maşından düşdü, dedim ki, yetim oğlanam, heç kəsim yoxdu, sizdən müsahibə almasam, məni işdən qovacaqlar. Acun, Bəyaz kimi aparıcı olmağa nə var. İyirmi prodüseri var. Hazır materialla çıxırlar efirə. Yoxsa mən son tamaşaçını da otuzudurub verilişə qan-tər başlayıram.
- Hansı verilişləri izləyirsiz? - Marağımda olan əyləncəli verilişlərə baxıram ki, rəqiblərim kimlərdir. Necə aparırlar. Sırf işə görə baxıram. - İstərdizmi televiziyaların mövcud konsepsiyası dəyişilsin? - Büsbütün. Amma elə dəyişilsin ki, dolana da bilək. - Söhbət yaxşı şərtlərdə işləməkdən gedir. Dəyişilsəydi, necə bir veriliş aparmaq istərdiz? - Xəbərləri. Əgər əqidəlisənsə, kişiliyin varsa, minsifətlilik yoxdursa, dünyanın ən çətin şeyi müğənnilərlə işləməkdir. Çünki müğənnilər burda bir söz, orda başqa söz deyirlər. Mən o qədər müğənniləri döyməyə getmək istəmişəm. Dostum, gitarist Nofəl məni saxlayıb. Yarı yoldan qaytarıb. - Ümumiyyətlə, kitabı niyə oxuyursuz? Buna katarsis kimi baxırsız, yoxsa? - Əsasən də toylardan sonra oxuyuram. Buna mənəvi xilas kimi baxıram. Çünki toylarda elə danışırlar ki... Amma sən balalarına görə dözməlisən. Əgər toya gedirsənsə, bu sənət lotuluğu sevmir. Lotusansa toya getmə. Udmalısan deyilən sözləri. Yol boyu uzaq rayondan gələndə Ramiz Rövşənin şeirlərini deyirəm. Meditasiya edirəm. Özümə gəlirəm, olanları beynimdən silirəm ki, onlar yoxdu. Ora uşaqlara görə gedirəm. - Cəbhə bölgəsində üç əsgər şəhid oldu yaxında. Həmin gün də sizin verilişdə çal-çağır vardı. Buna görə sosial mediada çox qınandınız. - Veriliş yarım saat idi ki, başlamışdı. Canlı yayımda idim. Mənə bu xəbəri dedilər. (Müdafiə nazirliyi xəbəri günorta saatlarında yaymışdı-red.) Canlı yayımda müğənnilərdən xahiş elədim ki, lirik notlarda mahnı oxuyun. Yarıda saxladım onu. Ondan sonra çal-çağır olmadı. Facebooka bilirsiz niyə girmirəm? Qan-xətadı. Avqustda bir hadisə olmuşdu. Mən Qubadlıdanam axı. Ayın 31-i Qubadlının işğalı gün verdilər verilişi. Ağadadaşın ad günü idi. Əvvəldən çəkilib. Verdilər şənbə günü. Mən də Əkbərin əvəzinə aparırdım. Axı, mənim nə günahım var bu efirə o zaman verilib. Haqqımda hər şey yazılmışdı, hər şeyə dözmək olar. Amma biri yazmışdı ki, qeyrətsizdir, çox əsəbiləşdim. Əsli Füzulidən idi, Qazaxda hərbi qulluqdaydı. Fərəcov idi soyadı, adını unutmuşam. Ünvanını tapdım. Sumqayıtda yaşayır. Evlərinə getdim. Atası açdı. Dedim, məni tanıyırısız? Təəccübləndi. Dedim, oğlunuz lazımdır. Dedi, Qazaxda əsgərlikdədir. Sıxdım özümü ki, demək bu hərbi qulluqçudur, belə reaksiyası təbiidir. Telefonunu alıb zəng elədim ki, atanla üzbəüz dayanmışam. Mən qeyrətsiz deyiləm. Səni də ona görə bağışlayıram ki vətənimizi qoruyursan. Səhəri Facebookda da üzr istədi. Mən də Füzulidə ermənilərlə sərhəddə qulluq eləmişəm. - Siz sənətşünaslıq fakültəsini bitirmisiz. Belə verilişi aparanda özünüzü sənətə xəyanət etmiş sayırsız? - Edirəm, amma barışdım. - Müsahibələrinizdən birində demisiz ki, “Sevimli şou”nu təklif edəndə tərəddüd eləmisiz. Nəylə bağlı idi tərəddüdünüz? - Verilişin alınıb-alınmamağı ilə bağlı. Çünki başqa formatlı proqramdan birdən-birə çevriliş edib şou aparmalı oldum. - Ara sıra verilişinizə göz atıram. Orda müğənnilərin özünü şit apardığı situasiyalar olur. Bəzən hiss olunur ki, bundan sıxılırsız... - Üzr istəyirəm, adamın əti tökülür. Aparıcı kimi nəyə əsəbiləşirəm? Müğənnilərin çoxunu, daxili aləmini, həyatını bilirəm, əxlaqdan dərs deyir. Həmişə deyirəm ki, ölsəm şəkərdən öləcəm. - Bir də onları tərifləyəndə sanki boğazdan yuxarı tərifləyirsiniz. - Verilişdi də. Nəsimi olmaq istəmirəm. - Nəsimi Nəbizadə? - Yox (gülür), dərisi soyulan Nəsimi. Babək də olmaq istəmirəm. - Daha nə demək istərdiz, verilişdəki publikanıza yox. Sizi qınayan insanlara? - Qoy, mənim üzümə desinlər. Bu vaxta kimi üzümə gəlib deməyiblər. Diogen sevdiyim filosofdur. Əslində eyni xarakterdə olmuşuq. Çünki o da mənim kimi axmaq camaatla barışıb. Diogendən sitat gətirmək istəyirəm. Ona bir gün deyirlər ki, səni bazarda tərifləyirdilər. Dilxor olur ki, gör, nə gündəyəm ki, məni bazarda tərifləyirdilər. Sabahı gün deyirlər ki, mötəbər ziyalı məclisində tənqid edirlər. Sevinir ki, deməli mənim irəliləyişim var ki, ziyalılar tənqid edir. Qoy məni ziyalılar tənqid eləsin. - Tənqidə münasibətiniz necədir? - Əladır. Amma təhqir olmasın. - Ailədə münasibət necədir verilişinizə? - Atam və anam dəstəkləyir. Gəlirəm evə verilişdən sonra, həyat yoldaşıma deyirəm ki, filan şeyə baxdın. Deyir ki, seriala baxırdım. Sevmir. Verilişimə epizodik baxır ki, necə görünürəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
|