"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                 

"Mənim utanmağım başıma bəla oldu, heç nə edə bilmədim, abır-həya güddüm" - Əməkdar artist
Tarix: 10-02-2015, 08:45 | Çap et
"Mənim utanmağım başıma bəla oldu, heç nə edə bilmədim, abır-həya güddüm"
"Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı onu çox məşhurlaşdırdı. İndi hər kəs onu Ələsgər Məmmədoğlu kimi tanıyır. Adımın Əsgər olmasını uzun müddət işlədiyi teatrda da heç kəs bilməyib. Hətta "Əməkdar artist" adını alanda təqdimata teatrın rəhbəri mərhum Əliabbas Qədirov "ay sağ olmuş, sənin adın Əsgər imiş ki!" deyə, təəccübünü gizlətməmişdi...

Beləliklə, bu dəfəki qonağımız tanınmış aktyor Ələsgər Məmmədoğludur. O, "Həftə içi"nin əməkdaşı ilə söhbətə hələ gənc yaşlarından teatr və kino sahəsinə marağından başlayıb:

Təxminən, 14-15 yaşımda Akademik Milli Dram Teatrında Şekspirin "Qış nağılı"na, Cəfər Cabbarlının "Almaz"ına baxdım. Hökumə xanımın, Leyla xanımın, Möhsün Sənaninin sənətkarlığına vuruldum. Elə o vaxtdan aktyor olacağıma qərar verdim. Gəldim o vaxtkı 26-lar adına Mədəniyyət Sarayına. Lütfi Məmmədbəyov Sarayın rəhbəri idi, oradan böyük aktyorlar çıxıb - Həsənağa Turabov, Siyavuş Aslan, Əliabbas Qədirov kimi böyük bir aktyor nəsli oranın məhsuludur.

- Siz elə qəşəng oğlan deyildiz. Hansı ürəklə gəldiniz aktyorluğa?
- Hamı Aydın, Hamlet olmayacaq ki! Məsələn, mən Hamletdə qəbirqazan oynayıram. İnanın, heç o haqda fikirləşməmişəm. Böyük aktyorlarımızın içərisində SSRİ xalq artisti adına epizodik rolları oynamaqla İsmayıl Osmanlı layiq görülmüşdü. 1974-cü ildə biz Moskvada teatrın 100 illik yubileyində bu qədər aktyorlarımızın arasında onun adını çəkdilər.

- Soyadınız da bir də qəribə təsir bağışlayır...
- Bizim soyadımız yoxdur. Atam Məmməd Əkbəroğlu idi, mən də Əsgər Məmmədoğluyam. Oğlum Ceyhun isə Məmmədoğlu gedir, mənim adımla yox.

- Xarakterinizlə bağlı özünüzü narahat edən hansısa bir xüsusiyyətiniz var?
- Mənim ən böyük bədbəxtlyim utancaq olmağımdır. Dünyada bundan pis şey yoxdur. Mən bəlkə də o ad-sanlı aktyorlardan çox iş görmüşəm, onlardan çox tanınmışam, çox da sevilmişəm. İndi də bu sevgi davam edir, adamları yormuram. Aktyor tamaşaçını yorduğunu görəndə səhnədən özü getməlidir. Böyük aktyorumuz Əli Zeynalov 60 yaşında özü ərizəsini yazıb getdi səhnədən. Mən də tutaq ki, sabah işdən çıxdım. Lap tutaq ki, yaşamaq üçün pulum da var. Bəs, səhərlər durum hara gedim? Yer yoxdur gedək. Qabaqlar cəmi bir telekanal vardı, işin əlindən bilmirdik hara qaçaq. İndi 10 telekanal var, hamı da oxuyur. Məni dişlərimlə tanıdılar. S.M.Qənizadənin "Xorxor" tamaşası ilə xalq məni sevdi. "Xəcalət" tamaşası böyük tamaşadır, Nurəddin baş roldadır. O tamaşada mənim 15 dəqiqəlik rolum var, bu roldan mən çox razı qalıram.

- Hansı roldan sonra anladınız ki, məşhursunuz?
- "Xor-xor"dan sonra. 27-28 yaşım vardı. Ümumiyyətlə, nəyə çəkilmişəm yadda qalıb. "Qatar"da narsatan, "Evləri köndələn yar"da şair, "Yaşıl eynəkli adam"da polis, "Qərib cinlər ölkəsi"ndə cin. O Cin mənim balta kimi dişlərimin axırına çıxdı. Əlavə cin dişi taxmaq üçün qabaq dişlərimi yondular. 6 ay ağır çəkilişlərə dözdük o filmdə. Cin paltarında soyuq havalarda. Əlisəttar Atakişiyev nəinki böyük rejissor, həm də böyük rəssam idi. Bütün kostyumların eskizini özü çəkmişdi. Bütün nağıl filmlərimizi də o çəkib. Allah rəhmət eləsin!

- Heç çox əziyyət də çəkmirsniz, bir dəfə güldünüz bəsdir...
- (Gülür) Hə, elədir. Baş rol oynayanlara fəxri ad, mükafatlar halaldır. Zülmdür o rolların sözlərini əzbərləmək, onu oynamaq. Bir tamaşada rolum 20 dəqiqə idi, əzbərləyənə kimi yoruldum. Mənimki elə budur, girim tamaşaya, tamaşaçının əhvalını qaldırıb çıxım. Mən rolu əzbərləməyin yox, mənimsəməyin tərəfdarıyam. Məsələn, mən şerli tamaşalardan əvvəldən imtina etmişəm, yadımda qalmır çünki. Teatrın aşiqi olmuşam. Əgər Moskvaya gedirəmsə, bütün tamaşalara gedirəm, baxıram. Bir dəfə 4 saatlıq tamaşanı yer olmadığından ayaqüstə heyrətlə izlədim. İndi heç qonşu teatrların tamaşalarına baxmıram. Amma mən tamaşaya baxmağın böyük həvəskarı olmuşam. Festivala getdik Yaltaya, almanlara, ukraynlara, ispanlara baxdıq. Çox bəyəndim, bizim tamaşa da zəif deyildi, amma onlar çox güclü idi. Mən rol yaratmaq lazım gələndə hamının məsləhətini dinləyirəm. Eqoizmim yoxdur.

- Bir zamanlar əksər filmlərin yaraşığı olan Əsgər Məmmədoğlu nədənsə indi film səhnələrində görünmür. Niyə?
- İndi filmləri gənc rejissorlar çəkir. Əminəm ki, onlar tamaşalara gəlmir deyə aktyorları da görmürlər. Bir həftədə mənim 5-6 filmim, tamaşam gedir. Mən 15 günün 8 gününü efirdə olmuşam. Amma mənə deyirlər ki, efirdə görünmürsən. Hamı "Bəyin oğurlanması" filmini, hərdən də "Tehran-43" filmindən danışır. "Tehran-43" filmi dünyada daha çox məşhurdur. Məsələn, biz xaricə gedəndə məni digər aktyorlarımızdan daha çox tanıyırlar, məhz bu filmə görə. Orda cəmi 2 epizodum var.

- Nə əcəb sizi seçdilər?
- Biz "Qəribə adam" filminə çəkilirdik. "Mosfilm"in rəhbərlərindən olan Əjdər müəllim xahiş etdi ki, məni yoxlasınlar. Məni Qala qəbiristanlığına dəvət etdilər. Gürcü aktyoru Beloxvostikov gəldi, bir erməni artisti vardı, o gəlmədi, Mobil Əhmədov da kürək tərəfdən çəkildi. Əgər burda çəkdiklərini tam versəydilər, mən filmdə çox düşərdim. Amma vermədilər. Amma filmin Avropa variantında mən çox görünürəm, nə qədər axtarıram o variantı tapa bilmirəm.

- Həmin filmdən qonorarınız nə qədər oldu?
- Rus pulu ilə 1900 rubla qədər. Əla məbləğ idi, biz yaxşı qazanırdıq.

- Son filminiz hansıdır?
- 1985-ci ildə "Bəyin oğurlanması"na çəkildim, vəssəlam, arada "Mozalan"a filana da çəkilirdim. Arada seriallara da çəkildim, "Məhəllə", "Toy", "Qırmızı qar", "Canavar balası" və s. Bu da 1990-cı illərin sonu idi. 2013-cü ildə Ənvər Əbluc məni "Mozalana" çəkdi. İndi rejissorlar günü 50 manata çəkirlər, mən dava ilə 100 manata çəkilirəm, deyirlər daş daşımırsan ki! 4-5 saat işıq altında durmaq azdır, bəyəm? Guya, xaricdəkilər daş daşıyır?

- Axı, filmə çəkilmədikcə illərinizi itirirsiniz...
- Təbii. İndi çayxanada o qədər otururam ki, çoxları zarafatla deyir burda işləyirsən? Bulvara isə 65 nömrəli marşrutla gedib-gəlirəm. Məni ən ən əsəbiləşdirən məsələ də camaatın niyə maşınımın olmadığını soruşmalarıdır.

- "Əməkdar artist" adını da 56 yaşınızda aldınız. Gec deyil...
- Hələ yaxşı ki, verdilər. Heydər Əliyev "Hamlet" tamaşasına baxmağa gəlmişdi. Əliabbas müəllim xahiş etdi, prezident isə dedi ki, kim yaddan çıxıb verin. Həmin vaxt 27 nəfərə fəxri ad verildi. Amma belə ad almırlar, ha! Əvvəllər əla bir tamaşa, ya film oynayana fəxri ad verirdilər.

- Amma "Bəyin oğurlanması" filmindən sonra sizə fəxri ad verilməli idi...
- Amerikada partlayan filmlərdəki epizodlara "Oskar", Rusiyada "Nikra" verirlər. Bunlar böyük mükafatlardır. Mən heç "xalq artsiti"ni də gözləmirdim.

- Dolanışığınız necədir?
- Mən ümumiyyətlə şikayət etmirəm. Yaş pensiyası alıram - 170 manat. Prezident mükafatı aldım 3-4 il. Sonra çıxardılar. Sağ olsunlar.

Bəzi aktyorlarımız bəzən susduqları məqamlarla bağlı etiraflar edirlər. Qazancı normal olmayan bəzi aktyorların qapılar döydüyü, bir az reketliyə yaxın yolla pul qazandığı məlumdur. Bu siyahıda nə zamansa sizin də adınız çəkilirdi..
- Qəzetdə bu mövzu hallandı. Jurnalistlə görüşdüm, o qəzet oxunmaq xatirinə yazmışdı. Qabaq gedib 4 nəfər məktəblərdə tamaşa oynayardıq, qazanardıq, indi bir rayona getmək üçün 50 manat yolpulu lazımdır. Daha o imkan da kəsilib.

- Səsinizlə avtomobillər üçün siqnallar yaradılıb. Bu, yaxşıdır, ya pis? İncimirsiniz belə siqnallardan?
- Bir dəfə bir cavan oğlan mənə dedi ki, sizin səsinizlə siqnal yığıdırmaq üçün 300 manat vermişəm. Dedim, elə o 150 manatı mənə verərdin, maşının qabağında özüm oturardım da (gülür). "Parni iz Baku" da bunu çəkmişdi. Bir oğlan bu siqnalla gəzəndə polis 3 dəfə onu cərimələyir, dördüncüsündə isə saxlamaq istəyəndə pəncərənin şüşəsini aşağı salır və görürlər ki, mən oturmuşam, səs mənim səsimdir. Heç nə edə bilmir. Görün kiçik bir rol necə yayıldı. "O olmasın, bu olsun" filmində Lütfəli Abdullayevin də sözü yoxdur, amma necə yadda qalıb? Bəyəm Çarli Çaplinin sözü olub?

- Övladlarınızın sizin sənətinizə münasibətləri necədir?
- 1976-cı ildə evlənmişəm, bir oğlum, bir qızım var. Heç vaxt onlar məni incitməyiblər. Bir nəvəm də var - Rəna adında qız. Doğrudan da ən gözəl övlad nəvədir. Mən uşaqlarımı əzizləməmişəm, amma nəvəm Rənadan doymuram. Balaca, dilli qızdır. Aktrisa olmasına etiraz etmərəm, lakin çətin işdir, başqa sənətlə məşğul olsa, daha yaxşı olar. Yaxşı ki, uşaqlarım bu sənətə gəlməyi arzulamadılar.

- Bu dünyada aktyor olmağa dəyərmi?
- Bizim ölkədə yox. Bu istedadla xaricdə ən azından adam kimi yaşayardıq. Mənim utanmağım başıma bəla oldu, heç nə edə bilmədim, abır-həya güddüm. Nə isə... Bu da bir həyatdır. Gəldi keçdi. Ancaq bir arzum var ki, həmişə belə sağlam olum. Başqa heç nə. "Əməkdar artist"dən başqa dövlət tərəfindən mənə heç nə verilməyib. Müğənnilərin böyük evlərinə baxanda adam qorxur, elə evlərdə yaşatmaq olar?! Bir çarpayıda yaşayacaqsan da? (Gülür) Allah-təala nə yazıb gözəli odur, nə qismətdirsə, elə də olacaq. Heç nəyin dalınca qaçmaq lazım deyil.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Bu gün, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Bu gün, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Bu gün, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Bu gün, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Bu gün, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Bu gün, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Bu gün, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Bu gün, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Bu gün, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Bu gün, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Bu gün, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Bu gün, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Bu gün, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Bu gün, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Bu gün, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Bu gün, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Bu gün, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Bu gün, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru