Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                 

Aysel Bayramova: "Onunla hər dəfə qucaqlaşanda..."
Tarix: 17-02-2015, 09:21 | Çap et
Aysel Bayramova: "Onunla hər dəfə qucaqlaşanda..."
DİA.AZ aktrisa Aysel Bayramovanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Aysel xanım, sizi kamera qarşısına keçməyə nə vadar etdi?

- İstək, həvəs...

- Bu həvəs sizdə çoxdan var idi?

- Doğulandan (gülür).

- Bu həvəs sizi haralara apardı?

- Məktəb vaxtı hamı mənə deyirdi ki, sənin bədən ölçülərin və boyun modellik üçün çox yararlıdır. Get özünü sına. Amma mən bir o qədər də ciddiyə almırdım. Elə oldu ki, bu barədə fikirləşdim və “Bes Model of Azerbaijan” yarışmasının seçim turuna qatıldım. Sözün düzü, seçim mərhələsini keçib, əsas tura düşəcəyimə heç ümidim yox idi. Lakin hər şey əksinə oldu. Yüzlərlə iştirakçının arasından seçilənlərdən biri də mən oldum. Həmin yarışmadan sonra bir model agentliyi ilə müqavilə imzaladım. Orada çalışmağa başladım. Rəhbərliyin təkidi ilə “Miss Azerbaijan” yarışmasına qoşuldum. Amma o müsabiqəyə getmək fikrim yox idi.

- Səbəb?

- Çünki mənə xəbər gəlib çatmışdı ki, ilk üçlük əvvəlcədən məlumdur artıq. Kimisi pul gücünə, kimisi adamına görə artıq ilk üç yerə “sahiblənmişdi”...

- Yarışmaya qatılandan sonra zənninizdə yanılmadığınızı gördünüz?

- Yanlımamışdım, fikirləşdiyim kimi oldu (gülür).

- Sonra nə baş verdi?

- Sonra bir müddət bu sahədən uzaqlaşdım. İşlədiyim şirkətlə də müqaviləmi yarıda pozdum. Podiumlara çıxmasam da, ara-sıra müxtəlif jurnallara çəkilirdim. Həmin ərəfədə mənə aparıcılıq təklif olundu. “Bermud üçbucağı” adlı verilişin aparıcılarından biri də mən oldum. Verilişdən sonra “Susmuş vicdan” adlı seriala dəvət aldım. Bu, mənim çəkiləcəyim ilk serial olduğuna görə, bir az ehtiyat edirdim. Əvvəlcə tərəddüdlə yanaşdım, amma rejissorun çoxsaylı təkidlərini nəzərə alaraq, çəkilmək qərarına gəldim. Amma debütüm çox uğurlu alındı...

- Çəkildiyiniz seialın adına uyğun olaraq sizə bir sual verim... Vicdanınız nəyin qarşısında “susur”?

- Çox qəribə olsa da, haqsızlığın. Əslində, mübarizə aparmaq istəyirəm, amma nədənsə həmişə mümkünsüz olur.

- Davam edək...

- Bəli, “Susmuş vicdan” dan sonra “Xəyanət” filminə çəkildim. Daha sonra “Aydın” serialına dəvət aldım. Onu da deyim ki, türk rejissorunun ekranlaşdırdığı bu serialda mənə baş rol – Gültəkin obrazı həvalə olunmuşdu. Həddindən artıq çətin bir çəkiliş prosesi keçdim. Məmməd Səfa müəllim və rejissor mənimlə fərdi şəkildə məşğul olurdular. Təsəvvür edin ki, tərəf müqabilimlə məni bir-birimizə öyrəşdirmək və rola psixoloji olaraq tam uyğunlaşdırmaq üçün hətta yeməyə də bir göndərirdilər ki, üzümüz bir-birinə alışsın. Çünki ondan qabaq mən onunla hər dəfə qucaqlaşanda rejissor “olmadı” deyirdi. Bizim bir-birimizə tam surətdə alışmağımız bir ilə yaxın çəkdi və nəhayət, rejissor dedi ki, hər şey hazırdır, aktyor və aktrisa bir-birlərinə tam öyrəşiblər. Beləliklə də, çəkilişlərə start verdik.

- Bir il çox vaxt deyil?

- Əlbəttə, amma bu o demək deyildi ki, mən aktrisa olaraq rolu oynamağa çətinlik çəkdiyim üçün bir il məşq etdim, sadəcə olaraq, rejissor ortalığa əsl “sənət əsəri” çıxartmaq üçün öz dəyərli vaxtını qurban verdi və bizi rola mükəmməl dərəcədə hazırladı.

- O serialın aqibət necə oldu?

- Hal-hazırda Türkiyədə montaj işləri gedir. Yaxın zamanlarda televiziya kanallarımızdan birində nümayiş olunacaq, inşallah.

- Xeyirli olsun... Ondan sonra, yəqin ki, başqa serial və filmlərdən də dəvət aldınız...

- Bəli, “Ləkə” serialına dəvət almışdım. Amma həmin ərəfədə “Aydın” çəkildiyim üçün ora gedə bilmədim. Bundan başqa “Toy gecəsi” serialından da baş rol üçün təklif gəlmişdi. Düzünü desəm, serialın adı və ssenarisi mənim ürəyimcə deyildi. Amma razılıq vermişdim. Hazırlıq prosesinin son mərhələsində çəkilməkdən imtina etdim. Hətta “Kann” festivalı üçün nəzərdə tutulmuş bir filmdən də təklif gəlmişdi mənə. Amma bir az açıq səhnələr olduğuna görə razılıq vermədim. Baxmayaraq ki, yüksək məbləğdə qonorar vəd olunmuşdu.

- Nə qədər?

- Üç gün üçün on beş min manat...

- Deməli, siz də qəti şəkildə heç bir açıq-saçıq səhnəyə çəkilmərəm deyən aktirsalardansınız?

- Düz vurğulayırsınız.

- Axı “My name is İntigam” filmində sizin canlandırdığınız obraz KİV-də 18+ olaraq təqdim olundu...

- O kimin üçünsə 18+, kimisi üçün də adi bir səhnə kimi görünə bilər. Orada heç bir açıq-saçıq səhnə yox idi. Ola bilər ki, geyimimə və mətnaltı frazalara görə onu elə adlandırıblar.

- O filmə qədər dramatik rolları canlandırmışdınız. Birdən-birə komediya filminə çəkilmək sizin üçün çətin olmadı?

- Əslində, Müşfiq Şahverdiyev mənə zəng edib bu rolu təklif edəndə əvvəlcə imtina etdim. Ancaq o, təkidlə bildirdi ki, məhz sənin çəkilməyini istəyirik. Bu rolda ancaq səni görürük. Sonra rolun gözəlliyindən və mahiyyətindən danışıb məni inandırdı. Belə desək, “saqqızımı oğruladı” (gülür). Düzdür, ona qədər rejissorlar mənə deyirdilər ki, sən komediya filmlərinə çəkilmə, dramatik rollar sənə daha çox yaraşır. Amma mən çox düşündüm, götür-qoy etdim və özümü bu sahədə sınamaq qərarına gəldim.

- Filmdə açıq geyinməkdən çəkinməmisiniz... Kadrarxası da istədiyinizi geyinirsiniz, yoxsa?..

- Bəli, mənim geyimə qarşı heç bir kompleksim yoxdur. İstədiyimi geyinə bilərəm. Qısa, açıq geyimlərdən istifadə etmək mənim üçün problem deyil. Bu baxımdan sərbəst bir insanam.

- Həyatınızda “gözlə qaş arasında” nə baş verdi?

- Həyatımda cərəyan edən hadisələrin çoxu bir göz qırpımında olub. Model olaraq podiuma çıxmağım, aparıcılıq etməyim, aktrisa olaraq fəaliyyətə başlamağım və s.

- Bildiyimə görə, bir nəfərlə ailə qurmağa hazırlaşırdınız, amma alınmayıb. İndi şəxsi həyatınızda vəziyyət necədir?

- “Həri”m alınıb. Amma müəyyən səbəblər və problemlər var. Qorxuram ki, heç alınmasın. Allaha pənah...

- Birinci alınmadı, bu da alınmasa, nə olacaq?

- Gələn dəfə geriyə yol yoxdur artıq, ailə qurub ana olacağam (gülür).

- Bəlkə tam ürəklə sevmədiyiniz üçün sizdə alınmır...

- Mən, ümumiyyətlə, bu yaşıma qədər sevginin nə olduğunu bilmirəm. Amma bunun sevməməklə bir əlaqəsi yoxdur. Hər iki insanla da ciddi münasibət qurmuşdum. Fikrim ailə qurmaq idi...

- İncəsənət həyatınıza necə təsir etdi?

- Bu sənətin həyatıma böyük təsirləri oldu. Bayaq qeyd etdiyim birinci münasibətimin alınmamasında sənətimin təsiri oldu desəm, daha doğru olar. Bu sənətdə çox çirkinliklər olsa da, həmişə yan qaçmağı bacarmışam. Bütün uğurlarımı öz gücüm və istedadım bahasına əldə etmişəm. Yoluma çox sədd çəkmək istəyiblər, lakin iradəmlə o maneələrin hamısını dəf edə bilmişəm. Bir də onu əlavə edim ki, mən çevrəmə çox önəm verən bir insanam. Hər adamı yaxına buraxıb, onunla dostluq etmirəm. Bir halda ki, mənim cəmi bir yaxın rəfiqəm var, yəqin ki, nə demək istədiyim sizə aydın oldu.

- “Ondan ötdü, mənə dəydi...” Kimdən ötüb sizə dəydi?

- Bu vaxta qədər çox zərbələr almışam. Rəfiqə dediyim, dost dediyim, güvəndiyim insanlar məni, mənim öz “silahım”la vurdular. Səmimiliyimdən, dürüstlüyümdən istifadə edib, məni yıxmağa çalışdılar, amma yıxılmadım. Ümumiyyətlə, mən həyatda kimdənsə pislik görürəmsə, Allah mənim qarşıma onun əvəzində həmişə ikiqat yaxşılıq çıxardır...

- Qarşınızda “ikiqat” olanlar çoxdur?

- Kifayət qədər var (gülür).

- Hal-hazırdakı işləriniz barədə bir az danışın, zəhmət olmasa...

- İndi podiumdan tamamilə uzaqlaşmışam. Çünki bizdə modellik sahəsi bir o qədər də inkişaf etməyib və ona qazanc mənbəyi kimi baxa bilmərəm. Düzdür, təkliflər olanda müəyyən jurnallarla əməkdaşlıq edirəm, reklamlara çəkilirəm və s. Əsas gücümü isə aktrisalıq sahəsinə yönəltmişəm. Hal-hazırda “Boyunbağı” serialında əsas rollardan birini canlandırıram. Eyni zamanda, yeni bir verilişdən aparıcılıq üçün təklif almışdı. Onu dəyərləndirdim. Artıq iki veriliş çəkmişik. Bundan başqa, yaxınlarda yeni bir serialın çəkilişinə də başlamışıq. Adı, şərti olaraq, “Qızlar” dır. Ancaq ad üstündə hələ də fikirləşirik (gülür).









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru