Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                 

"Aşıqlar həftədə iki toya gedirdi, birinci, ikinci, üçüncü günü yatıb dincəlirdilər" - VİDEO
Tarix: 24-02-2015, 10:03 | Çap et
"Aşıqlar həftədə iki toya gedirdi, birinci, ikinci, üçüncü günü yatıb dincəlirdilər"
Aşıq Vüqar Mahmudoğlu ilə telefon əlaqəsi yaradıb, “Qoşa həyat” layihəmiz üçün vədə aldıqda bir gün sonraya razılaşdı. Təcili rayona gedəcəyini dedi.

Səhəri gün redaksiyada görüşdük.

- Dünən rayona getdiniz: xeyir ola, rayonun havası sizi çəkdi, yoxsa, “aşıq bir yerdə durmaz”dan?

- Rayonun havası bizi heç tərk etmədi ki... O ki qaldı aşığın bir yerdə durmamasına, aşıq elə xalqın içində olmalıdır. Bu, ata-babadan belədir. Vaxt darlığı var. Srağagün isə Kürdəmirdə idik. “Zəhmətkeş ulduzlar” verilişinin artıq “əməkdar artisti” olmuşam... - zarafat edir.
– ATV-də bir serial nümayiş etdirilir, “Rast” adında. O filmin də bir neçə seriyasına çəkilirəm. Belə, işimiz yetərincədir.

- Demək, aşıqlıqla yanaşı aktyorluq da edirsiz.

- Yox, buna aktyorluq deməzdim, baxmayaraq ki, aşıqlıq elə hardasa aktyorluqdur... Aşıqda aktyorluq qabiliyyəti olmasa, o, kütlənin qarşısında çıxış edə, insanların diqqətini öz üstündə saxlaya bilməz.

Aşıq sənəti XIX əsrdən XXI əsrə

- Aşıq, gənc də olsanız, tanınırsız. Uzun illərdən bəri sənətdəsiz, ustadlar görübsüz. Aşıq sənətinin dünənindən bu gününə nələr gəldi, nələr qaldı, unuduldu...

- Əslində, dünənin aşıq sənəti bu günə olduğu kimi gəlib çatmayıb. 19-cu əsrin aşıq sənəti ilə 21-ci əsrin aşıq sənəti arasında çox böyük fərq var.

- Nədir bu fərq?

- Çoxdur. Bunun görünən tərəfi də var, görünməyən tərəfi də. Əsas fərqlilik, əlbəttə, inkişafdadır. Bütün sahələrdə olduğu kimi, aşıq sənətində də inkişaf olmasa, zəmanə ilə ayaqlaşa bilməz. Əvvəllər mağarlarda dastanlar deyilirdi, ustadnamələr səslənirdi. Bugünkü kimi TV bolluğu, internet və başqa təbliğat vasitələri yox idi. İnsanların əsas informasiya mənbəyi və ideoloji təbliğat aşıq idi. Səbirsizliklə gözləyərdilər ki, hansısa toyda dərvişlər, aşıqlar gələcək, dastanlar danışacaq, dini-ürfani bilgilər verəcək, dünyanın gərdişini anladacaq, onlar da qulaq asacaqlar...

- Aşıqlar həm də fikir, ideya daşıyıcısı idi...

- Əlbəttə. Elə aşıqlığlın mayasında da ideya dayanır... Aşıqlar öz ifaları ilə əslində ideologiyanı, elmi-ürfanı xalqa çatdırır, onları maarifləndirirdilər. İndi isə dövr, baxışlar dəyişib: dünyəviləşmə güclənib, açığın məclis aparmaq funksiyası üzə çıxıb. Məclisləri aparanlar isə çoxdur, çeşidlidir. Belə şəraitdə aşıq sənətini saxlamaq, sevdirmək asan olmur. Yeni texnologiya, repertuarın genişlənməsi və müasirləşmə klassik aşıq missiyasını, repertuarını istər-istəməz dəyişir.

- Demək müasirlik sazın əleyhinə işləyir.

- Bəli!

- Bəs aşıq sənətinin özündə yenilik nə dərəcədədir?

- Əsas yenilik zahiridir – səsgücləndirici aparatdan istifadə, müxtəlif repertuarların bizim repertuarımıza daxil edilməsi, əhalinin istəyinə uyğun müasirləşmə və s. Bütün bunlarla yanaşı, daxili – batini deyək də - dəyişikliyin, mahiyyət dəyişikliyinin çox olduğunu deməzdim. Azacıq şərait kifayətdir ki, o dediyimiz zahirə çıxsın. Bundan ötrü isə bir fərqli – şoudan, şoulaşmadan kənar, amma hazırkı verilişlərdən daha dinamik təbliğat mexanizminə ehtiyac var. Azərbaycan tele-məkanında aşıqlıq sənəti ilə bağlı iki veriliş var. Mənim bildiyimə görə, biri İctimai TV-də “Ozan” verilişidir, digəri isə AzTV-də. Musiqinin digər sahələri ilə bağlı, şou xarakterli verilişlər isə həddindən artıq çoxdur və bu da bizim milli varlığımızın atrubutlarından olan aşıq sənətinin təbliğatına imkan vermir.

Ayaqlaşa bilməsən, geri qalacaqsan

- Aşıq sənəti özündə nəyi ehtiva eləyir?

- Yaradıcı aşıq, ifaçı aşıq və ustad aşıq (ifaçı-yaradıcı) var. Məsələn, Aşıq Şakir həm ifaçı, həm də yaradıcı aşıq idi. Aşıq Mahmud, Aşıq Pənah da həm yaradıcı, həm də ifaçı idilər. Dastanlar söyləməklə bərabər, söz qoşardılar, mahnı yazardılar. Ona görə də onlar ustad adını alıblar. Bir məqam da var ki, sənətkarı xalq yetişdirir. Onlara, onların sənətinə diqqət çox böyük idi, onlardan klassik ifanı da, mükəmməl sözü də xalq tələb edirdi. Ancaq indi əhali daha çox “maral-maral” istəyir. Bir məclisdə ilahi eşqi təbliğ edən dastanı danışsan, sonacan dinləyərlərmi? Xalq bu gün nəyi tələb eləyirsə, onu da onlara verməliyik. Amma sənətkarın missiyası da odur ki, xalqın istədiyi ilə barəbar, ənənəni qorusun, klassikanı yaşatsın. Ona görə də aşıq sənətinin hazırkı durumunu qənaətbəxş saymıram.


Aşıq sənətini itirə-itirə gəlmişik

- Amma son vaxtlar aşıqların görüntüləri də çox olur...

- Olur. Mən özüm Avropada bir neçə rəsmi mərasimdə iştirak etmişəm, dövlət xətti ilə. Çox yaxşıdır bunlar. Gedirik, tədbirlərdə aşıq geyimini, papağını, sənətini təbliğ edirik. Amma siz düşündüyünüz qədər də keçmişdən bu günə olanları daşıya bilməmişik. Biz aşıq sənətini itirə-itirə gəlmişik.

- Bu yaxınlarda hansısa TV-də gənc, istedadlı aşıqların seçimi, axtarışı oldu. Bu da aşıq sənətinə ayrılan diqqətdir.

- Hə oldu, ötən ilə qədər davam elədi. Bu saat aşıq sənətinə gələn uşaqların sayı çoxalıb. Çox istedadlı, ümidverici aşıqlar yetişməkdədir.

- Bəlkə bu sənətə meyil həm də ona görədir ki, arada dolanışıq, populyar olmaq, tanınmaq var? Sizcə, dediyiniz istedadlı gənclərin bu sənəti seçməkdə məqsədi dolanışıqdır, yoxsa sənəti yaşatmaq?

- Əksəriyyətində dolanışıq dalıyca getməkdi.

- Deyim var: sənətkarı el yaşadar. Sizi dolandıran bu sənətdir? O dövr rəhmətlik Aşıq Mahmudun dolanışığı yaxşı idi, yoxsa bu gün onun övladı, həm fiziki, həm də mənəvi varisi Aşıq Vüqarın?

- Gəlin, etiraf edək ki, Sovet dönəmində maddiyata bu qədər ehtiyac, tələbat yox idi. Aşıqlar həftədə iki toya gedirdi. Birinci, ikinci, üçüncü günü yatıb dincəlirdilər. Heç toy da götürmürdülər. Səsini qoruyurdular. Ayda 8 toy ona bəs edərdi. Bəlkə də loru çixar, o vaxtın ən yaxşı avtomobili Qaz-24 idi. Onu minirdilər, iki mərtəbəli evdə otururdular. Biznes qurmaq şansları olmasa da, qazandıqları onlara bəs edirdi. Bir var yaxşı, bir də var çox yaxşı yaşamaq. O dövrün aşıqları öz zamanlarına uyğun çox yaxşı yaşayardı. İki il qazandığına hər işi görürdü. İndi bizim qazancımız onlara baxanda daha çoxdur, ancaq tələbat da böyükdür.


Aşığın prodüseri olmaz, şəyirdi olar


- Bir aşıq olaraq, tutaq ki, sizə bir prodüser lazım oldu, ondan necə istifadə eləyəcəksiz?

- Vallah, heç onun istifadə qaydalarını da bilmirəm. Prodüser o vaxt lazım olur ki, sən işini çatdıra bilmirsən. Mənim köməkçilərim həmişə yanımda olur, onlar tələbələrimdir. Aşığın yanında həmişə şəyirdi olub - həm öyrəniblər, həm də ustadlarına yardım ediblər.

- Kimin şəyirdi olmusuz?

- Mən atamın şəyirdi olmuşam, ondan görüb götürmüşəm.

- O düzdü ki, ustad şəyirdini tam hazır biləndə qəfildən ona ustad şilləsi vurur?

- Düzdür. Amma çox təəssüf ki, mən atamdan aşıqlıq sənətini birbaşa öyrənmədim. Əvvəl qarmon ifaçısı olmuşam. 20 il atamla məclislərdə, dövlət tədbirlərində çiyin-çiyinə iştirak etmişəm. Onun yaradıcılığını, hərəkətini, davranışını əxz eləmişəm.

Mən İncəsənət Universitetini bitirmişəm. Oxuyurdum, aşıq olmağı heç düşünmürdüm. Atam həmişə deyirdi ki, sən oxusan, yaxşı aşıq olarsan. Çox qəribə bir şeydir, dunyasını dəyişməmişdən üç gün qabaq Qobustana məclisə gedirdik. Dedi ki, mənim yaşım keçib, bəlkə sən açıq olasan? Dedim, yox, mən aşıq olmaq istəmirəm, yükü çox ağırdır. Amma müğənni olaram. Dedi ki, səsin şirindi, səndən yaxşı aşıq çıxar… Elə bil, vəsiyyət edirdi. Üç gün sonra rəhmətə getdi.

- Dünyasını dəyişdiyi çox uzun vaxt deyil, amma onun vaxtında da aşıq sənətində dəyişikliklər olub. Necə qarşılayırdı bunları?

- Aşıq Mahmudun özü aşıq sənətinə yenilik gətirən aşıq idi. Yəni aşıq Mahmud hər şeydən əvvəl, həm də bir neçə dastan müəllifidir.

- Hansı dastanlardı?

- “Aşıq Şakirin Tovuz səfəri”, “Aşıq Şakirlə Aşıq Pənahın Nardaran görüşü”... Deyişmələrin, qıfılbəndlərin, sözlərin müəllifi özüdür. Aşıq Mahmud çox böyük sənətkar olub. Nə vaxtsa hamı həyatdan gedəcək, amma Şirvan aşıq ənənəsi də son olaraq Aşıq Mahmudla getdi. Çünki mən də Aşıq Mahmudun davamçısıyam, amma aşıq Mahmud ola bilmərəm.


Tərbiyəm yol verməz


- Axırıncı dəfə hansı dastanı danışıbsız toyda?

- Axırıncı dəfə 2006-ci ildə Cəbirli kəndində “Xəstə Qasım” dastanını danışmışam. Dinləyən olsa, tələb olsa, neçə gözəl dastanlarımızı yaddaşlarda qoruyardıq. Təəssüf ki, yeni nəsil dastan bilmir – çünki onlardan tələb edilmir və onlar da öyrənmir. Beş-on havacat öyrənməklə kifayətlənirlər.

- Niyə qalmaqalda yoxsuz?

- Heç mənim tərbiyəm yol vermir ki, özümü hansısa qalmaqalla tanıdam. Ustad görəsən gərək. Ustad sənə tək oxumağı öyrətmir ki! Necə oturmağı, danışmağı, durmağı, səsini necə qorumağı öyrədir…

Heç kim Alim Qasımova deyə bilməz


- Deyir, ustadlar ustadnaməni bir yox, üç deyərlər... Sizdə neçədi?

- Əvvəllər ustadnamələr başlayar, sonra Peşro ilə davam edərdi. Peşro – məclisin girişidir.

- “Şirvan şikəstəsi”ni aşığın ifa etməsilə xanəndənin ifa etməsi arasında hansısa qohumluq var?

- Ruh eynidir, amma xanəndələr yanlış oxuyur. Heç kim Alim Qasımova deyə bilməz ki, yanlış oxuyursan. O, özünəməxsuz ifa edib və tarixə qovuşdurub bu havanı. Yəni aşıqlar şikəstəni heç vaxt qəzəllə oxumayıb, ümumiyyətlə, aşıq havalarında qoşma, gəraylı, təcnis, müxəmməsdir… İfada digər məqamlar da var – Şirvanda 11 şikəstə var. Xanəndələr oxuyanda bəzən bu şikəstələrin sərhədlərini pozurlar, bir şikəstədə bir neçə şikəstənin nəfəsini edirlər. Bir növ, ümumiləşdiriblər şikəstəni. Ancaq şikəstələrin hər birinin nəfəsi ayrıdır…

- Özünüzü daha çox hansı mahnıları ifa eləyəndə ifadə eləyə bilirsiz?

- Mən bayaq da dedim, indi də deyirəm, publikaya baxıram. Amma mən “Köpək şikəstə”, “Kərəmi” oxumasam, elə bil ki, o toydan əliboş, yarımçıq çıxdım. O qədər olub ki, toydan sonra demişəm: sanki bu toyda oxumadım.

- Bax, aşıq, biz bu məclisimizi, söhbətimizi o ovqatla başa vuraq ki, deməyəsiz, hər şey yarımçıq qaldı. Buyurun, oxucularımız üçün bir “Şirvan şikəstəsi” ifa edin...
\\axar.az\\











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru