“Xoşbəxtəm ki, Avropada Rəşid Behbudovun mahnıları ilə"...
Tarix: 2-03-2015, 09:05 | Çap et
Türkiyədə və eləcə də Azərbaycanda tanınmış opera ifaçısı Oya Ergün martın 5-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan qadınları üçün təmənnasız olaraq konsert proqramı verəcək. Təsadüfi deyil ki, o, öz konsertini məhz Mahnı Teatrında həyata keçirmək istəyir. Çünki Oya Ergün bir Rəşid Behbudov heyranıdır.
Yaradıcılığında daha çox Azərbaycan mahnılarına yer ayıran Oya Ergünün dəvəti ilə Bakıda yaşadığı mənzildə qonaq olduq. Bəlli oldu ki, Oya xanım səhnədə olduğu kimi, evində də sadə, gülərüz və mehribandır. Bir sözlə, opera ifaçısının qonaqpərvərliyindən çox razı qaldıq. Onunla olan maraqlı söhbətimizi təqdim edirik:
- Oya xanım, martın 5-də qadınlar üçün konsert verəcəyinizi eşitdik. Necə oldu ki, belə bir qərara gəldiniz?
- 3 ildir ki, Azərbaycanda yaşayıram. Hər il də 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində mütləq qadınlarımız üçün konsert proqrammı ilə çıxış edirəm. Budəfəki konsertimiz isə Rəşid Behbudovun 100 illik yubileyinə təsadüf etdi və bunun üçün özümü çox xoşbəxt hiss edirəm. Onun 100 illik yubileyi ilə bağlı bu il həm Avropada, həm də Türkiyədə konsert proqramları təşkil edəcəm. Bunun ilki isə martın 5-də Azərbaycanda - Mahnı Teatrında həyata keçəcək.
- Konsert hazırlıqları necə gedir?
- Hazırda repertuara daxil etdiyimiz mahnılar üzərində çalışırıq. Konsertdə məni Azərbaycan orkestri müşayiət edəcək. Peşəkar musiqiçilərin yer aldığı həmin konsertdə onların hər birinin solo ifasını da dinləyə biləcəyik. Konsertdə daha çox Azərbaycan musiqilərinə üstünlük veriləcək. Əlbəttə ki, orada türk və Avropa mahnıları da yer alacaq. Çox maraqlı bir konsert proqramı düşünmüşük. Əlimizdən gələni etməyə çalışacağıq. Orada Azərbaycan və Türkiyə sənətçiləri də iştirak edəcək. Qeyd edim ki, saatyarım səhnədə tamaşaçılarla birlikdə olacağam.
- Azərbaycanın istedadlı və tanınmış bəstəkarları çoxdur. Nə üçün məhz Rəşid Behbudovun yaradıcılığına bu qədər maraq göstərdiniz?
- Rəşid Behbudov yaradıcılığında mənə ən çox təsir edən onun səsinin gücüdür. O, çox möhtəşəm səsə malik olub, dünyada az tapılan tenor səsin ən mükəmməlini Rəşid Behbudovda gördüm. Onun səsində Şərq melodiyaları çox mədəni bir şəkildə əks olunur. Rəşid Behbudov yaradıcılığına nəzər saldıqda, görürük ki, təlim görmüş bir səslə gözəl musiqi vəhdət təşkil edir. O, xalq mahnısını opera kimi yüksəklərə qaldırıb və onu qorumağı bacaran sənətkardır. Mən onun pərəstişkarıyam.
- Azərbaycan musiqisinə, opera sənətinə sevgi sizdə necə yarandı?
- Bu, mənim uşaqlığımdan qaynaqlanır. Rəşid Behbudovun səsini eşidəndə 10 yaşım vardı. İlk dəfə radioda onun səsi ilə bir neçə Azərbaycan mahnısını dinləmişəm. O vaxtdan mən R.Behbudovun səsinə, onun musiqilərinə heyran olmuşdum. Radioda eşitdiyim mahnıların adlarını dəftərçəmə qeyd edirdim. Uşaqlıqdan bəri radio dinləyirəm. Ta o vaxtdan radioda eşitdiyim ən gözəl mahnıları qeyd edərdim. Musiqi sənəti ilə məşğul olmağa başladıqdan sonra məndə onun yaradıcılığına maraq daha da artdı. Türkiyədə də Rəşid Behbudovun adını çox eşitmişdim. Ancaq Avropada onun adını eşitməz oldum. Və bu, mənə çox qəribə gəlirdi. Orada deyirdim ki, necə ola bilər ki, siz Rəşid Behbudovu tanımırsınız? Özümü xoşbəxt hiss edirəm ki, uzun müddətdən sonra Avropada Rəşid Behbudovun mahnılarından ibarət konsert proqramı ilə çıxış edəcəyəm.
Əminəm ki, bu konsert onları təəccübləndirəcək. Biz Azərbaycanla qardaş ölkəyik. Müxtəlif dillərdə mahnılar ifa etmişəm. Hesab edirəm ki, musiqi bölünməzdir. Musiqinin vətəni yoxdur. Musiqiçi öz torpağından çox bəhrələnir. Mən Rəşid Behbudovun səsində özgəlik hiss etmirəm. Hesab edirəm ki, bu, mənim öz doğma musiqimdir. Onun mahnıları mənə çox yaxındır.
- Türkiyədə Özgəcanla bağlı bir sosial dayanışma var. Siz Türkiyədə qadın zorakılığına qarşı bir sıra layihələrin müəllifisiniz. Belə bir vəziyyətdə Türkiyəyə gedib qadınlara dəstək olmağı düşünürsünüzmü?
- Türkiyədə yaşadığım illərdə mütəmadi olaraq qadınlarla bağlı layihələrdə iştirak edirdim. Söhbət böyük layihələrdən gedir. Niderlandda yaşayarkən qadınlara qarşı zorakılıqla bağlı bir sıra layihələr həyata keçirdim. Azərbaycanda isə qadınlarla bağlı konsert verməkdən başqa heç nə edə bilmədim. Ancaq hazırda beynimdə qadınlarla bağlı bir sıra layihələr var ki, onları da Azərbaycanda həyata keçirəcəm. Nə qədər ki Azərbaycandayam, bu layihələrlə məşğul olacam. Televiziya vasitəsilə Türkiyədə baş verən hadisələri izləyirəm. Hesab edirəm ki, qadınlara qarşı olan zorakılıqlar cəmiyyətin problemidir. Cəmiyyətin ən kiçik zərrəsi isə ailədir. Hər şey ailədən başlayır. Cəmiyyəti dəyişmək üçün hər şey anadan və atadan asılıdır. Çünki övladı ana ilə ata tərbiyələndirir. Əgər savadlı bir cəmiyyət yetişdirmək istəyrsinizsə, o zaman qadınları savadlandırın. Hər şeyin açarı qadınlardadır. Oğlan övladlarını da biz yetişdiririk. Qadının da sözünün keçdiyi bir cəmiyyət formalaşdırmağa çalışmalıyıq. Avropada buna çox üstünlük verirlər.
- Oya Ergün də bir anadır. O necə bir anadır?
- Mən səbirli və övladı ilə çox maraqlanan bir anayam. İşlərim var deyə, övladımı nəzarətsiz buraxmıram. Bu mövzuda özümü çox şanslı hesab edirəm. Çünki saat 9-dan 6-ya kimi işləmək məcburiyyətində ola bilərdim, ancaq elə deyiləm. Bütün günümü övladıma görə tənzimləyirəm. Gündəlik işlərimi övladımın məktəb vaxtına görə təyin edirəm. Övladıma “sənin üçün darıxıram, hardasan” dedirtməyəcək bir uşaqlıq yaşatmağa çalışıram. Onun hər şeyi ilə yaxından maraqlanıram. O, Azərbaycanı çox sevir. İndi 5 yaşındadır. 3 ildir ki, Azərbaycandadır və özünü azərbaycanlı hesab edir. Azərbaycanlı kimi danışır və burada yaşamaq istədiyini bildirir. Gələcəkdə isə musiqi ifa edən həkim olmaq istəyir (gülürük).
- Bəs siz özünüz necə övlad olmusunuz?
- Mən musiqi düşkünü idim. Xəyal dünyam çox geniş idi. Şeir yazan, mahnılar ifa edən, tez-tez xəyallara dalan uşaq idim. Musiqi ilə bərabər həm də rəqslə məşğul idim.
- Burada hər hansı bir tələbə yetişdirməyi düşünmüsünüzmü?
- Türkiyənin İstanbul şəhərində konservatoriyada müəllim kimi çalışırdım. Bir sıra məktəblərdə də uşaqlara dərs keçirdim. Gənclərlə gün keçirmək və onlara bildiklərimi öyrətmək mənim üçün xoşdur. Mahnı oxumaqla bərabər, öyrətməyi də sevirəm. Əgər burada da mənə belə təklif gəlsə, böyük məmnuniyyətlə qəbul edərəm.
- Opera sənəti ilə pul qazanmaq mümkündürmü?
- Şərq ölkələrində bu, bir az çətindir. Amma Avropada görməmişəm ki, hər hansı opera sənətçisi ac qalsın. Əgər gözəl ifaçıdırsa, pul qazana bilməməsi mümkün deyil. Çünki orada həm dövlət qurumları, həm də özəl opera konsert salonları çoxdur. İnsanlar musiqi ilə yaşayırlar. Təəssüf ki, Şərq ölkələrində belə deyil. İnşallah, ümid edirəm ki, bu ölkələrdə də opera sənəti o cür inkişaf edər. Mən heç zaman konsertlərimin maddi tərəfini düşünmürəm. Əgər mən də pul üçün oxusaydım, toylara gedib oradan qazanc əldə edərdim. Avropadakı konsertlərimdən pul alsam da, Azərbaycandakı konsertlərimdən pul götürmürəm.
- Səbəb?
- Çünki burada pul alaraq konsert vermək çox çətindir. İnşallah, gələcəkdə böyük qurumlar formalaşar, özəl opera səhnələri meydana gələr və opera sənətçiləri müxtəlif yerlərdə konsert vermək şəraiti əldə edərər.
- Azərbaycanda opera sənətini necə dəyərləndirirsiniz?
- Azərbaycan opera sənətini çox bəyənirəm. Operanızda bir-birindən gözəl, möhtəşəm səslər var. Opera sənətində çox inkişaf etmisiniz. Azərbaycan operası Türkiyə opera sənətindən də əvvəl qurulub. Opera sənətinin bundan da gözəl yerlərə çatacağına və səsinizin yüksəklərdən gələcəyinə inanıram.
- Bildiyimiz qədər, Türkiyədə opera sənəti Avropadakı qədər inkişaf etməyib.
- Türk operalarımızın çoxu Avropadakı festivallara qatılır. Vəziyyət tamamilə dəyişib. Son illər türk operası həddindən artıq inkişaf edib. Bizim o qədər çox operamız var ki, böyük şəhərlərdəki opera ustalarımız xaricdəki festivallarda mükafatlar da əldə ediblər. Opera sənətinin daha çox inkişaf etməsi üçün ciddi bir təhsil sistemi formalaşmalıdır. Bunlar da yavaş-yavaş həyata keçəcək.
- Hazırda yeni mahnılar üzərində çalışırsınızmı?
- Mən özüm də yazıram və yeni mahnılarım var. Bəstəkar dostlarımdan yeni bəstələr almışam. Azərbaycan şairələrindən Sona Vəliyevanın yeni bir şeirinə bəstəm olacaq. Siz üçüncü albomumda onu dinləyə biləcəksiniz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
|