ERMƏNİSTANDAN «GÜRCÜ ARZUSU»NA REAKSİYA
Tarix: 6-10-2012, 10:56 |
Çap et
İVANVİŞVİLİ ERMƏNİLƏRİ QORXUDUB
DİA.AZ: - «Gürcü Arzusu»nun lideri Bidzina İvanişvilinin ermənilər haqqında açıqlaması düşmən ölkədə də böyük rezonans yaradıb. DİA.AZ bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Ermənistan parlamentinin komissiya sədri Artak Zakaryan İvanişvilinin bu açıqlamasına həyəcan dolu reaksiya verib: «Bizim üçün anlaşılmazlıqdır və ümid edirik ki, seçkilərdə Avropa dəyərlərinə üstünlük verəcəyini bəyan edən İvanişvili yalnız söz oyunu xətrinə belə deyib. Hər halda, bu daha çox Qamsaxurdiyanı xatırladır. Onun dövründə belə bir şüar var idi: Gürcüstan gürcülər üçün. İndi də həmin dövrün fəsadları Gürgüstanda hiss olunur».
Xatırlada ki, “The New Times” qəzetinin müxbiri Bidzina İvanişliyə nə üçün Fransadan Gürcüstanda qayıtdığını soruşanda İvanişvili bildirib ki, evə qayıtmaq gürcülərin genetik xüsusiyyətləridir: “Biz gürcülər elə qəribəyik ki, biz öz torpağımıza bağlıyıq. Bizim belə xarakterimiz var. Məsələn, burada bizdə ermənilər yaşayır. Mən heyrətlənirəm. Onların vətəni yaxınlıqdadır, lakin onlar burada yaşayırlar. Sizin üçün güman ki, belə bir məsələ yoxdur. Mənim üçün isə anlaşılmazıdr. Mən Fransada, bir il Amerikada yaşadım. Yuxumda kəndimi, öz torpağımı görməyə başladım...”