BÖYÜK BRİTANİYA KİÇİLƏ BİLƏR
Tarix: 10-10-2012, 11:40 | Çap et
ŞOTLANDİYA MÜSTƏQİLLİK REFERENDUMUNA GEDİR
Birləşmiş Krallıq və onun bir hissəsi olan Şotlandiyanın hökuməti arasında müstəqillik referendumu barədə razılaşma əldə olunub.
Britaniya hökumətində Şotlandiya məsələlərinə cavabdeh olan birinci nazirin (bu təxminən SSRİ respublikalarındakı birinci katib vəzifəsinə uyğun gələn vəzifədir) müavini Nicola Sturgeon və Şotlandiya üzrə dövlət katibi (bu isə SSRİ respublikalarında yerli adam olan birinci katiblərin yanında, adətən milliyyətcə rus olan ikinci katib kimi bir şeydir) Michael Moore tərəfindən imzalanmış birgə bəyanatda deyilir ki, bu istiqamətdə «nəzərəçarpacaq irəliləyiş» əldə olunmuşdur.
Bu barədə xəbər verən BBC bildirir ki, Şotlandiyanın müstəqilliyinə dair referendumun keçirilməsi üçün bir sıra kiçik məsələlərin müzakirəsi getsə də, başlıca razılaşma hazırdır. Beləliklə, indi Britaniyanın baş naziri David Cameron-la Şotlandiyanın birinci naziri Alex Salmond arasında birbaşa danışıqlar üçün son maneələr aradan qaldırılıb.
Bu görüşün gələn bazar ertəsi Şotlandiyanın paytaxtı Edinburqda keçiriləcəyi gözlənilir. Baş nazir və birinci nazir referendumun yeganə sualı barədə planı qəbul etməlidirlər. Bülletenlərdə yalnız bir sualın olacağı gözlənilir: «Siz Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılmasını istəyirsinizmi?» Cavab ya «bəli», ya da «yox» ola bilər.
BBC-nin siyasi redaktorlarından Nick Robinson bildirir ki, razılaşma hər iki tərəfdən edilmiş güzəştlərin məhsulu kimi ortaya çıxıb.
London referendum üçün iki sual nəzərdə tutmuşdu. İkinci sual – «Siz Şotlandiya parlamentinə Birləşmiş Krallıq tərkibində daha böyük səlahiyyətlər verilməsini istəyirsinizmi» sualı Şotlandiya Millətçi Partiyasının (SNP) tələbi ilə gündəlikdən çıxarılıb. Əvəzində, millətçilər Londonun tələbi ilə referendumda 16 və 17 yaşlılara səsvermə hüququ verilməsi təşəbbüsündən geri çəkiliblər.
İlkin razılaşmaya əsasən, Şotlandiyanın müstəqilliyinə dair referendum 2014-cü ilin axırlarında keçiriləcək.
LONDON ŞOTLANDİYANIN MÜSTƏQİLLİYİ ƏLEYHİNƏ KAMPANİYA APARACAQ
«The Daily Telegraph» qəzeti yazır ki, istər hakim koalisiyaya daxil mühafizəkarlar və liberal-demokratlar, istərsə də müxalif leyboristlər Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılmasına qarşı qızğın kampaniya aparacaqlarını vəd ediblər.
«The Guardian» yazır ki, baş nazirlə əldə olunmuş ilkin razılaşma şotland millətçilərinin lideri Alex Salmond-a bir neçə gündən sonra Pert şəhərində SNP-nin illik qurultayını keçirmək və orada partiyasının Britaniyadan qopmaq uğrunda iki illik kampaniyasının uğur gətirdiyini elan etmək imkanı verəcək.
Bununla, belə, referendumun keçirilməsi üçün Britaniya parlamenti Şotlandiya parlamentinə səlahiyyət verməlİdir.
AYRILMAQ ASAN DEYİL
Alex Salmond-un təşəbbüsü ilə keçirilmiş imzatoplama kampaniyasında 100 min nəfər müstəqilliyə «bəli» desə də, Şotlandiyanın müstəqil olması hələlik real görünmür.
Bu həftə keçirilmiş rəy sorğusu şotlandiyalıların 53 faizinin müstəqillik əleyhinə səs verəcəklərini göstərib. Müstəqillik tərəfdarları üçün bu rəqəm 28 faiz olub.
Halbuki bir il əvvəl bu nisbət 44 – 38 idi.
Bu gün Şotlandiyadakı reallıq Hollivudun «Mərd ürək» filmindən ciddi şəkildə fərqlidir. Britaniya boyunca, yüz minlərlə qarışıq ingilis-şotland ailələri var.
Bu isə o deməkdir ki, milyonlarla britaniyalının damarlarından hər iki qan axmaqdadır.
Əslində, bəzi ingilis millətçiləri Şotlandiyanın Britaniyadan ayrılmasını istərdilər.
Onlardan bəziləri sosial şəbəkələrdə yazırlar ki, «şotlandlar Uestministerdən çıxıb getsəydilər, nəhayət İngiltərənin də öz müstəqil parlamenti olardı»…
Elə ən incə məqam da budur ki, şotland siyasətçiləri Uestministerdən getmək fikrində deyillər.
Hələ bir neçə il bundan əvvəl Britaniya qəzetlərindən birində «Şotland istilası» sərlövhəli və millətçi ruhlu bir məqalə dərc olunmuşdu.
Məqalədə deyilirdi ki, Britaniya hökumətində əsas nazirlərdən 17-si şotlanddır.
Britaniyanın hazırkı hökuməti də bu mənada fərqli deyil.
İndi bu nazirlərin ailələrini, qohum-qardaşlarını və tanış-bilişlərini göz önünə gətirin.
Bu adamlar referendumda böyük bir ehtimalla müstəqilliyə «yox» deyəcəklər.
FUTBOL FAKTORU
Britaniya yeganə ölkədir ki, onun ərazi-inzibatı hissələrinə futbol üzrə dünya çempionatlarında müstəqil ölkələr kimi iştirak etmək icazəsi verilib.
Şotlandiya, Şimali İrlandiya, Uels və İngiltərənin öz müstəqil futbol assosiasiyaları, komandaları, çempionatları var.
Görünür, futbolla yaşayan, futbolla yeyib-içən və futbolla yatıb-duran ölkədə futbolda müstəqil olmaq, elə əsil müstəqillikdir.\ Azadlıq Radiosu \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
|