11 SENTYABRIN YENİ GÜNAHKARI
Tarix: 11-10-2012, 12:02 |
Çap et
AMERİKALI MƏMURA QARŞI SƏRT İTTİHAM
Amerikanin Liviyadakı səfirliyinin təhlükəsizlik xidmətinin başçısı Erik Nordstrom ABŞ dövlət katibinin ikinci müavini Şarlin Lembin 11 sentyabr faciəsinin əsas günahkarlarından biri olduğunu bildirib. Onun sözlərinə görə, Ş.Lembin diplomatik nümayəndəliyin təhlükəsizliyini möhkəmlətmək barədə çoxsaylı müraciətlərinə rədd cavabı verməyi bu hadisələrə əsas səbəb olub.
Naməlum şəxslər 11 sentabrda ABŞ-ın Benqazidəki konsulluğunun binasını qumbaraatanlardan atəşə tutublar. Nəticədə Liviyadakı səfir, 52-yaşlı Kris Stivens, səfirliyin xəbər departamentinin əməkdaşı və Dövlət Departamentinin iki işçisi həlak olub.
SalamNews RİA-Novosti-yə istinadən xəbər verir ki, çərşənbə günü ABŞ Nümayəndələr Palatasında keçən dinləmələrdə E.Nordstrom bildirib ki, təhlükəsizlik xidmətinin əməkdaşları ölkəni tərk etdikdən sonra Dövlət Departamenti səfirliyin təhlükəsizliyinə dair planı lazım olan qaydada tərtib etməyib. Birinci qrupun ölkədə qalma müddəti bitdiyi zaman gələcək addımlara dair heç bir plan yox idi. Yalnız vəziyyətin yaxşılacağına ümid var idi.
Ş.Lemb isə deyib ki, təhlükəsizliyi təmin edən qruplar hər halda ölkəni tərk eləməliydilər, çünki səfirliyin təhlükəsizliyinə nəzarət Liviya əməkdaşlarına keçməli idi. Nəticədə diplomatik nümayəndəlikdə yalnız 3 amerika əməkdaşı qalıb.