ƏSGƏR ÖLÜMLƏRİ ARAŞDIRILIR
Tarix: 4-11-2011, 16:41 |
Çap et
HƏRBİ PROKURORLUQ CİNAYƏT İŞİ AÇDI
Azərbaycan Ordusunda əsgərlərin xəstəlikdən ölməsi faktı ilə əlaqədar cinayət işi başlanıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri, ədliyyə polkovnik-leytenantı Əfrahim Təhməzov məlumat verilib.
O, qeyd edib ki, qeyd olunan ölüm faktları ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Milli Ordunun əsgərləri - Azər Abbaszadə, Röyal Ağayev və Ruslan Kərimov xəstəlikdən dünyasını dəyişiblər.