BAŞ REDAKTORU KİMLƏR “İFŞA EDİR”?
Tarix: 8-11-2011, 13:34 | Çap et
“ƏVƏZ ZEYNALLI İŞİ”NİN ŞOK TƏFƏRRÜATLARI
Respublika Prokurorluğu «Xural» qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallıya qarşı irəli sürülən növbəti ittihamlarla bağlı açıqlama yayıb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, cinayət işi üzrə aparılan istintaqla Əvəz Zeynallı tərəfindən digər cinayətlərin törədilməsi halları da müəyyən edilib. Belə ki, istintaq dövründə vətəndaş Məmmədov Akif Şamil oğlu və Muxtarov Xanoğlan İsa oğlu əriz ilə prokurorluğa müraciət edərək, Əvəz Zeynallının onlardan hədə-qorxu ilə rüşvət alması barədə məlumat veriblər. Prokurorluq iddia edir ki, baş redaktor Həmkarlar İttifaqı Konfederasiyasının təsis etdiyi «Kurort» ASC-nin prezidenti Akif Məmmədovun barəsində 2006-cı ilin sonundan başlayaraq şəxsi və işgüzar nüfuza xələl gətirən silsilə məqalələr dərc edib. Bu materialların dərcinin dayandırılması xahişi ilə müraciət edən A.Məmmədov və onun dostu X.Muxtarovdan qəzetin bir neçə ay müddətg çap xərcinin ödənilməsini və kompüter dəsti almalarını tələb edən baş redaktor Əvəz Zeynallı bildirib ki, əks halda məqalələrin dərci davam edəcək və materialları hüquq-mühafizə orqanlarına göndərəcək. Bununla da hədə-qorxu tətbiq edib, materialların qəzet səhifələrində çapının dayandırılması müddətində 2008-ci ilin əvvllərində X.Muxtarovdan 4 min ABŞ dollarını rüşvət kimi alıb. Prokurorluğun məlumatına görə, həmin faktla bağlı aparılmış istintaqla müəyyən olunub ki, Əvəz Zeynallı Yevlax rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri barəsində «Xural» qəzetində məqalələrin dərcinin dayandırılmasını xahiş edə iş adamı Sabir Tarverdiyevdən materialların çapının dayandırılması müqabilində 2010-cu ilin əvvəlində Sumqayıt şəhəri ərazisində yerləşən ofisində 200 manat, daha sonra ardıcıl olaraq hər həftə 100 manat olmaqla, cəmi 500 manat pulu rüşvət kimi aldıqdan sonra, əlavə olaraq 2 min manat pul və ya iki kompüter dəstinin alınmasını tələb etməklə, səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, şəxsən maddi nemət olan həmin məbləğdə pulu təkrarən rüşvət kimi istəyib.
Toplanmış sübütlar əsasında Əvəz Zeynalova Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə yeni ittiham elan edilib. Əvəz Zeynallının «üzəduran»ları kimlərdir?
Gülər Əhmədovadan sonra Əvəz Zeynallının “üzünəduran”lardan biri, Həmkarlar İttifaqı Konfederasiyasının təsis etdiyi «Kurort» ASC-nin prezidenti Akif Məmmədovdur. Akif Məmmədov Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qudası Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, Ramiz Mehdiyevin «deputat»ı Səttar Mehbalıyevin uzun illər icraatında işləyib və onunla çox yaxın münasibətləri olub. Akif Məmmədovun «üzəduranlar» axtarışında olan Əli Həsənovun birbaşa göstərişi ilə şikayət etdiyi haqda səhih məlumatlar var.
Digər tərəfdən, Akif Məmmədovu daha yaxından tanımaq üçün Google.az -da axtarış vermək kifayətdir. Şəxsi və işgüzar nüfuzuna xələl gətirilməsindən çəkinən Akif Məmmədov hələ bir neçə il əvvəl doğma oğlunun müəmmalı ölümündə təqsirli bilinmişdi və bu haqda məlumatlar birinci mənbə vasitəsilə mətbuata ötürülmüşdü. Akif Məmmədov haqqında 2008-ci ildə mətbuatda yayılan bu informasiya tək «Xural»da deyil, digər müstəqil qəzetlərdə də dərc olunmuşdu. Hətta bir çox hallarda Akif Məmmədovun prezidenti olduğu «Kurort» ASC-də jurnalist araşdırmaları aparılmış və hüquq -mühafizə orqanları üçün maraqlı ola biləcək dəlillər də mətbuatda yer almışdı. Zamanında hüquq-mühafizə orqanlarının «görməməzlikdən» gəlməsi Akif Məmmədovun daha «möhkəm» kanallara sığındığından xəbər verirdi. Bu kanal isə məhz Səttar Mehbalıyevin, dolayısı ilə Əli Həsənovun tutduğu kanal idi.
Xanoğlan Muxtarova gəlincə isə o, Daxili İşlər naziri Ramil Usudovun restoranlar zəncirinin aparıcı adamlarındandır. Onun R.Usubovun restoran biznesinin «inkişaf»ında xüsusi xidmətləri var. R.Usubovun R.Mehdiyev haqqında «Xural»da yazılar dərc edilməməsilə bağlı Əvəz Zeynallıdan etdiyi xahiş onu göstərir ki, onun R.Mehdiyevlə çox yaxın dostluq münasibətləri və ümumi maraqları var. O baxımdan da, Ə.Zeynallının uşaqlıq dostu, «Xəmsə» restoranının müdiri Mürvət Həsənovla bir yerdə işləyən Xanoğlan Muxtarovun da bu «üzədurma» əməliyyatına hansı kanallarla qatıldığı tam anlaşılandır.
Dördüncü «üzəduran» Sumqayıt maşın bazarının müdiri, Milli Dövlətçilik partiyasının sədri Sabir Tarverdiyevdir. O, iş adamı olmaqla yanaşı həm də partiya sədri olduğundan bir vaxtlar mətbuatın maraq obyektində olub. Sabir Tarverdiyevin itihamları da əsassızdır. Prokurorluğun məlumatından elə başa düşülür ki, Sabir Tarverdiyevin Sumqayıt şəhəri ərazisindəki ofisi ardıcıl olaraq kimlərəsə gündəlik, həftəlik, aylıq, illik «dolya» vermək üçün xidmət göstərib. Başqa bir məqam. Əgər Əvəz Zeynallı həqiqətən də ondan hər həftə 100 manat (?!) rüşvət alırdısa, nədən «Xural» qəzetinin 03 oktyabr 2011-ci il tarixində «Sumqayıt Maşın bazarı vergidən yayınır» adlı məqalə dərc olunub? Məqalənin internet variantı «Xural»ın http://www.xural.com/?p=7864 səhifəsindədir. Belə bir tənqidi araşdırma yazısının dərc olunması o zaman Ə.Zeynallının nəyinə lazım idi? Yəni iddia olunduğu kimi hər həftə «Xural»a maddi yardım göstərən bir adamın əleyhinə yazmaq nə dərəcədə doğru olardı?
Maraqlıdır ki, Sabir Tarverdiyev Əvəz Zeynallıdan Yevlax rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri barəsində «Xural» qəzetində məqalələrin dərcinin dayandırılması ilə bağlı xahişlər etdiyini də söyləyib. Baş prokurorluğun adını çəkmək istəmədiyi həmin vəzifəli şəxs hazırda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdir. Yevlax rayonu ilə bağlı «Xural» qəzetində dərc olunan araşdırma yazılar zamanında icra başçısını narahat etmiş və o «Xural» qəzetinə qarşı məhkəmə iddiası qaldırmışdı. «Xural» qəzeti məhkəmə qərarını icra etmiş və bu iş də tamamlanmışdı. Buradan məntiqli bir sual yaranır – Əgər həqiqətən də Sabir Taprverdiyev Elmar Vəliyevlə Əvəz Zeynallının arasındakı münasibətləri «düzəldir»disə, o zaman «Xural»ın çəkdiyi «cəza» nə idi? Bir də bu məsələyə Elmar Vəliyevin özü aydınlıq gətirməlidir ki, «Xural» onunla bağlı hansı məqalələri dərc etmişdi və Sabir Tarverdiyev həqiqətənmi onunla Əvəz Zeynallı arasında vasitəçi olub?
Digər bir məqam. Bütün Azərbaycan mətbuatı Sabir Tarverdiyevin hansı təfəkkürə sahib olduğunu yaxşı bilir. Belə bir təfəkkürdə olan adamla Əvəz Zeynallının nə kimi ortaq münasibətləri ola bilərdi?
Ən əsas sual. Əgər Əvəz Zeynallı həqiqətən də bu adamları təhdid edərək rüşvət tələb etmişdisə nədən 3-4 il sonra, Gülər Əhmədova ortaya salınandan sonra «meydana» çıxıblar, təhdid olunduqları indiyədək yada düşməyib? Bütün hadisənin görünən tərəfi birmənalı olaraq odur ki, Əvəz Zeynallı məhz Ramiz Mehdiyevin sifarişi əsasında həbs olunub. Məhz onun əli ilə baş prokurorluq plan cızıb və bu gün də cızır. Korrupsiyaya qarış Mübarizə İdarəsi də həmin planı «baş-ayaq» yerinə yetirir. Növbəti addım da bəllidir. Gülər Əhmədovanı ortaya atmaqla Ramiz Mehdiyev öz adının hallandırılmasının qarşısını necə almağa çalışmışdısa, oyuna əlavə «üzəduranlar» qatmaqla Gülər Əhmədovanın da adını həmin yolla çıxarmaq niyyətindədir.
Məsələ tam çılpaqlığı ilə faş olur.
«Xural» qəzeti yarandığı gündən tərəf bilmədən müstəqil fəaliyyət göstərib. İstər müxalifət, istərsə də hakim düşərgədə olan neqativlikləri qələmə alıb və öz tənqidi fikirlərini çəkinmədən qəzet səhifələrinə çıxarıb. Bütün demokratik dövlətlərdə mətbuatın bu cür yanaşması hakimiyyət tərəfdən dəstəklə qarşılanır, 4-cü hakimiyyətin istiqamət verdiyi bütün məqamlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və cəmiyyət üçün təhlükə yaradan amillərin qarşısı vaxtında alınır. Lakin Azərbaycanda bu mexanizm nəinki işləmir, əksinə daha ağır fəsadlar törətmək üçün işə salınır. Hakim strukturların neqativ fəaliyyətini işıqlandıran «Xural» qəzeti təbii ki, məmurların rəğbət bəslədiyi mətbu orqan ola bilməzdi. O zaman «Xural» qəzeti 9 illik fəaliyyəti dövründə səhifələrinə çıxardığı vəzifə səlahiyyətlərini aşan bütün məmurlar «üzədurma» əməliyyatında yaxından və çox həvəslə iştirak etməyə başlayacaqlar.
Amma bu məmurlara sual verən tapılmayacaq ki, Əvəz Zeynallı onları niyə bu qədər narahat edir? Bu adamlar hansı qanunsuz hərəkətlərilə Əvəz Zeynallının obyektinə düşüblər? Onların iddia etdikləri kimi «şəxsi və işgüzar» nüfuzlarına xələl gətirən və qəzet səhifələrinə çıxarmaq istəmədikləri əməlləri nədir ki, bunun müqabilində hətta rüşvət verməyə də hazır olublar?
Qeyd: Hüquqi, demokratik dövlətlərdə bir qəzetin baş redaktorunun üzərinə əsası olmayan ittihamlarla gəlməzdən əvvəl, ilk növbədə onun haqqında yazdığı məmurların fəaliyyəti dövlətin hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Əgər həqiqətən də həmin məmurların əməllərində cinayət yoxdursa, o zaman baş redaktor «cəzalandırılır». Azərbaycanda isə göründüyü kimi tam əksinədir. Əvvəlcə qəzetin baş redaktoru həbs edilir, sonra isə əslində öz əməllərində cinayət olan məmurlar baş redaktorun üzünə «dururlar».
XURAL-TAC
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
Dünən, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
Dünən, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
Dünən, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
Dünən, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
Dünən, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
Dünən, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
Dünən, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
Dünən, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
Dünən, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
Dünən, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
Dünən, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
Dünən, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
Dünən, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
Dünən, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
Dünən, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
Dünən, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
Dünən, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
Dünən, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
Dünən, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
Dünən, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
Dünən, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
Dünən, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
Dünən, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
Dünən, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
Dünən, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
Dünən, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
Dünən, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
Dünən, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
Dünən, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
Dünən, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
Dünən, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
Dünən, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
Dünən, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
Dünən, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
Dünən, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
Dünən, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
Dünən, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
Dünən, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
Dünən, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
Dünən, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
Dünən, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
Dünən, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
Dünən, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
Dünən, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
Dünən, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
Dünən, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
Dünən, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
Dünən, 11:49 |
|
|
|
|