Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib .....                     Uşaqpulu buna görə verilmir .....                     Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir .....                     Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir .....                     ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: .....                     Baboşun fanatının başı dərddə .....                     Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq .....                     Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib .....                     Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb .....                     Milli Məclisin plenar iclası başlayıb, .....                     Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” .....                     "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" .....                     İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... .....                     Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə .....                     "Niyə görə məni pensiyaya çıxarmırlar?" .....                     Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                     Bu gündən COP29 zolaqları qüvvədən düşüb .....                     İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... .....                     Kredit sənin üçün bitib, bizim üçün yox... .....                     Elmi-Tədqiqat Kardiologiya İnstitutu .....                     AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib .....                     Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI .....                     Vilsondan bəri ən ermənipərəst administrasiya… .....                     Bahar Muradova Faiq Ağayevi təriflədi .....                     İpoteka və Kredit Zəmanət Fondu .....                     Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib .....                     Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik .....                     CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi .....                     Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin .....                     Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... .....                     Yeni iş tapa bilməyən şəxslər üçün... .....                     `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... .....                 

OBAMA MÖVQELƏRİ ƏLDƏN VERİR?
Tarix: 17-10-2012, 12:12 | Çap et
OBAMA MÖVQELƏRİ ƏLDƏN VERİR?
BELƏ DAVAM EDƏRSƏ, ABŞ-DA YENİ BİRİSİ PREZİDENT OLACAQ

ABŞ prezidentliyinə namizədlər - hazırkı prezident Barack Obama ilə Respublikaçıların namizədi Mitt Romney arasında maraqla gözlənilən ikinci debat keçirilib.

ABŞ prezidenti debatlarını canlı yayımlayan və həmçinin ölkə üzrə 1 nömrəli rəy sorğusunu keçirən CNN telekanalının nəticələrinə görə bu dəfə hesab Barack Obamanın xeyrinə 49%:39% oldu.

Bəri başdan demək lazımdır ki, Nyu Yorkun Hemstead nahiyəsində, Hostra Universitetində keçirilən ikinci debat birincidən bütün cəhətləri ilə fərqlənirdi.

FƏRQLİ BİR DEBAT

Əvvəla, bu debatın aparıcısı və yaxud CNN-nin təbirincə desək, moderatoru Candy Crowley son iyirmi ildə prezident debatlarını aparan ilk qadın idi. Hərçənd o, CNN-nin tanınmış müxbiri kimi Clinton-un, hər iki Bush-un və Obamanın seçki kampaniyalarını işıqlandırıb.

Mühüm fərq bundan ibarət idi ki, Candy Crowley bu debatda doğrudan da moderatorluq etməli oldu.

Bu həm də fərqli səhnə quruluşu ilə bağlı idi. Əgər birinci debatda namizədlərin hər birinin öz xitabət kürsüsü vardısa və onlar bu kürsünü tərk etmirdilərsə, ikinci debatda səhnə əsil qladiator arenası kimi düzəldilmişdi. Namizədlər ilk anlardan bir-birinə məsafəcə maksimum yaxınlaşır, bir-birinin sözünü kəsir, ittiham edirdilər.

Belə anlarda, iki ucaboy və çılğın namizədi, onlardan yarım metr dərinlikdə oturmuş aparıcı, sözün əsil mənasında və elə sözlə “ayırmalı” olurdu.
Halbuki sualları aparıcı yox, CNN tərəfindən seçilmiş “tərəddüd edən” seçicilər verirdilər.

FƏRQLİ BİR OBAMA

Prezident Barack Obama böyük hesabla uduzduğu ilk debatda nəyi etməmişdisə, bu dəfə etdi. Həmləyə keçdi, Mitt Romney-nin zəif nöqtələrinə zərbələr endirdi.
Hətta keçən dəfə, nədənsə unutmuş kimi göründüyü məqamaları da yada saldı.
Prezident Obama Mitt Romney-nin ötən may ayında keçirilən fondtoplama mərasimində gizli kamera ilə çəkilmiş ziddiyyətli bəyanatını xatırlatdı.

Həmin bəyanatda Romney Amerika əhalisinin 47 faizinin hökumətin müavinətlərindən asılı olduğunu bildirmişdi. Obama bu sözləri debat səhnəsində “başa qaxdı”. “Görün bir bu kimlər haqqında belə danışır, - dedi president, - bütün ömürləri boyu işləmiş adamlar, özlərini bu ölkəyə fəda etmiş veteranlar, hər gün fədakarcasına çalışan tələbələr və əsgərlər haqqında”…

Obama Romney-nin ilk debatda inamla səsləndirdiyi “beş bəndlik iqtisadi planını” da yerlə yeksan etdi. O dedi ki, bu ,əslində bir bənddən ibarət plandır: “Təki yuxarıdakılar başqa qaydalarla oynasınlar”.

Mitt Romney, “Obamanı seçsəniz dörd ildə baş verənlərin təkrarını görəcəksiniz” və ya “Obama böyük natiqdir, lakin onun iqtisadi siyasəti yerimir” kimi bəyanatlarla əks-həmləyə keçməyə cəhd göstərirdi.

ROMNEY ROMNEY-Ə QARŞI

Müşahidəçilərin fikrincə, ikinci debatda Barack Obama Mitt Romney-nin özü-özü ilə qarşıdurmasına nail ola bilib.

Energetikadan danışarkən Romney-ni “neft və qazın dostu” kimi qələmə verən Obama, özünün daha çox alternativ enerji növlərinə tərəfdar olduğunu elan etdi.

O bildirdi ki, məqsədi Amerikaya neft idxalını mümkün qədər azaltmaqdır.
Romney-nin kömür istehsalını dirçəltmək barədə təşəbbüsündən danışarkən Barack Obama yada saldı ki, “özünü kömür dostu adlandıran bu adam Massaçussetsdə kömür emalı zavodunu bağlatdırıb”.

“LİVİYA” QARŞIDURMASI

Debatın Liviya hadisələrinə aid hissəsi son dərəcə gərgin keçdi.
Benqazidə ABŞ səfiri də daxil olmaqla 4 amerikalının qətlə yetrilməsi məsələsinə toxunan Romney iddia etdi ki, Barack Obama bu hadisəfən yalnız iki həftə sonra onu “terror aktı” adlandırıb.

Bu, Mitt Romney-nin nokdauna düşdüyü anlardan biri idi.
Onun iddiasına cavab vermək üçün artıq yerindən sıçramağa hazırlaşan Obamadan da əvvəl moderator aydınlıq gətirdi və bildirdi ki, prezident bu hadisəni ertəsi gün terror aktı adlandırıb.

QADIN MƏSƏLƏSİ VƏ YA DAHA BİR NOKDAUN

Qadınlara eyni iş üçün kişilərdən daha az maaş verilməsi barədə sualın cavabında Mitt Romney yaxşı başladı, lakin çox pis qurtardı.

O dedi ki, Massaçussets ştatına qubernator gələndə burada əsas vəzifələri kişilər tuturdular, lakin o, bu işə daha çox qadınların cəlb olunmasını təşkil edib.

Bundan sonra Romney bildirdi ki, şirkətlər qadınların işdən sonra evə qaçıb ailələri üçün xörək bişirməli olduqlarını nəzərə almağa çalışmalıdır və onun bu bəyanatı qadınların ikinci dərəcəli və ya yardımçı rola malik olduqları anlamına gəldi.

Barack Obama isə, əksinə, “sarı simə” vurdu və dedi ki, onun özünü tənha ana böyüdüb və qadın fədakarlığının nə demək olduğunu yaxşı başa düşür.

“ELMİ” RƏY SORĞUSUNDA ROMNEY QALİB OLUB

CNN ikinci debatın ümumi rəy sorğusundan başqa bir də ekspertlərdən ibarət qrupun rəy sorğusunu keçirib.

Maraqlıdır ki, “iqtisadiyyatı kim daha yaxşı idarə edə bilərdi” və ya “kimin vergi siyasəti daha cazibədardır” kimi suallarda Mitt Romney üstünlük qazanıb.

CNN-nin az əvvəl keçirdiyi “rəylər rəyi” sorğusu çoxsaylı təşkilatların keçirdikləri rəy sorğularının əsasında formalaşır.

Burada Obama və Romney arasında hesab 48 % - 47%-dir.
Lakin burası da var ki, adi seçicilərin əksəriyyəti “rəqəmlərə” yox, rəğbət və emosiyaya üstünlük verirlər.

Bu mənada ikinci debatın qalibi heç şübhəsiz hazırdkı prezidentdir.

Namizədlər arasında 3-cü və sonuncu debat oktyabrın 22-də Floridada baş tutacaq. Sonra isə söz seçicilərindir. Bütün debatların ən əsas nəticəsi noyabrın 6-da ABŞ-da keçirilən prezident seçkiləridir. \ Azadlıq Radiosu \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru