Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                 

“BİRİNCİ HƏYAT YOLDAŞIM QIZ ÇIXMADI...”
Tarix: 30-10-2012, 10:32 | Çap et
“BİRİNCİ HƏYAT YOLDAŞIM QIZ ÇIXMADI...”
“BU QADIN MƏNİM TANIDIĞIM SAMİRƏ DEYİL”

Saleh Məmmədov 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. Uşaqlıq və yeniyetməlik illəri doğma şəhərdə keçib. 1980-ci ildə orta məktəbi bitirən Saleh Bakı Yüngül Sənaye Texnikumuna daxil olub. 1981-83-cü illərdə Rusiyanın Surqut vilayətində hərbi xidmət keçib. 1983-cü ildə “gənclər şəhəri”nə dönən Saleh texnikumda oxuya-oxuya ayaqqabı tikməyi də öyrənib. Hazırda Sumqayıt şəhərində yaşayan Saleh Məmmədov köhnə ayaqqabıları təmir etməklə dolanır.

Toy gecəsi uğursuz olub

Saleh deyir ki, tale heç vaxt onun üzünə gülməyib. Çoxuşaqlı ailədə doğulduğu üçün bir qarnı ac, bir qarnı tox böyüyüb. Yaxşı işi, imkanlı valideynləri olmadığı üçün bir qədər gec ailə həyatı qurub: “İlk dəfə evlənəndə 30 yaşım vardı. Anamdan olsaydı, məni 20 yaşında evləndirərdi. Amma mən razı olmurdum. Deyirdim ki, qızları ərə ver, sonra mənə toy edərsən. Yazıq arvad dörd qızı köçürənə kimi mən 30 yaşıma gəlib çatdım”.

Anası Salehə qız tapmaq üçün çox əziyyət çəkməyib. Simuzər arvad qonşu binada yaşayan Elnarəni evinə gəlin gətirib: “Mən o qızı yaxşı tanımırdım. Məndən 10 yaş kiçik idi. Anam dedi ki, başıaşağı uşaqdır, gözümün qabağında böyüyüb. Etiraz eləmədim. El adəti ilə toy edib, Elnarəni evimizə gəlin gətirdik. Elə həmin vaxtdan da mənim “qara günlərim” başladı”.

Elnarə Salehin münasibətdə olduğu ilk qadın olub. Saleh deyir ki, 30 yaşı olmasına baxmayaraq, o vaxta kimi əli heç bir qızın əlinə dəyməyib: “Toy gününün səhəri anam məni çağırıb dedi ki, a bala, gül kimi uşaqdır, niyə o qıza toxunmamısan? Əvvəlcə heç nə başa düşmədim. Üzüm ayağınızın altına, gecə Elnarə ilə yaxınlıq etmişdim. Amma anam məni inandırmaq istəyirdi ki, mən ona toxunmamışam. Anam məni zorla yenidən yataq otağına salıb, qapını da arxadan bağladı. Bir az sonra o, məni bayıra çıxarıb, Elnarənin yanına girdi. Otaqdan çıxanda anamın rəngi qaralmışdı. O, qorxa-qorxa üzümə baxıb, belə dedi: “İndi başa düşdüm ki, sən niyə evlənmək istəmirdin...” Açığını deyim ki, anamın nə demək istədiyini başa düşmədim. O, tez geyinib evdən çıxdı. Mən ondan hara getdiyini soruşanda dedi ki, Coratda yaxşı bir molla var, sənə dua yazdırmağa gedirəm. Mənə gülməyin, amm yenə onun nə etmək istədiyini başa düşmədim. Anam iki saat sonra geri qayıdıb, əlindəki duanı balışıma tikdi. Sonra isə məni yenidən yataq otağına itələdi. Bu minvalla Elnarə ilə növbəti dəfə münasibətdə olduq. Mənim qapıdan çıxmağımla anamın yenidən yataq otağına girməyi bir oldu. Təxminən yarım saat ondan səs-soraq çıxmadı. Mən onun arxasınca yataq otağına girəndə gördüm ki, anam başını əllərinin arasına alaraq, dərin fikrə gedib. O, daha mənə heç nə demədi. Beləliklə, aradan 3 gün keçdi. Bu üç gündə anam balışıma daha 3 dua tikdi. Hiss edirdim ki, qüssə anamı için-için yeyir. Axırda dözməyib, onunla açıq danışdım. Dədəmin goruna and içdim ki, heç bir xəstəliyim yoxdur. Bu sözləri eşidəndə anamın sifətində qəribə ifadə yarandı. O, sanki yuxudan ayıldı. Dedi ki, gəlinə xəbər elə hazırlaşsın, sizi həkimə aparacam. Anamın bizi həkimə aparmaq istədiyini eşidəndə Elnarə özünü itirdi. O, anamın ayağına düşüb dedi ki, qurbanın olum ay xala, məni biabır eləmə. Yalnız bundan sonra anam məsələnin nə yerdə olduğunu anladı. Arvad dərhal zəng vurub, Elnarənin ata-anasını çağırdı. Sən demə, valideynləri Elnarənin qız olmadığını bilirmişlər. Anası ağlaya-ağlaya dedi ki, ay Simuzər, bizi qonşuların içində rüsvay eləmə. Onlar anamdan xahiş etdilər ki, 3 ay Elnarəni qovmayaq, sonra özləri gəlib qızlarını aparacaqlar. Anam xeyli götür-qoy edəndən sonra Elnarənin 3 ay bizdə qalmağına razı oldu. Elə həmin gün mən evi tərk edib, kirayədə qalan bir dostumun yanına köçdüm. Elnarənin valideynləri sözlərinin üstündə dayanaraq, 3 ay sonra gəlib qızlarını apardılar”.

İkinci həyat yoldaşı doğuş zamanı ölüb

Bu hadisədən 6 ay sonra Saleh ikinci dəfə ailə həyatı qurub. O, indi haqq dünyasında olan Arzunu böyük ehtiramla xatırlayır: “Arzu əslən Quba rayonundan idi. Onu bizim ailə ilə anamın rəfiqəsi tanış etmişdi. Çox sakit, mədəni qadın idi. Biz 9 ay bir yerdə yaşadıq. Bu 9 ayda onun bir dəfə də yüksək səslə danışdığının şahidi olmadım. Bəzən bacılarım gəlib bir həftə bizdə qalırdılar. Arzu uşaqla uşaq, böyüklə böyük kimi davranırdı. Arzu ilə yaşadığım 9 ayı həyatımın ən xoşbəxt dövrü sayıram. Təəssüf ki, bu xoşbəxtliyin ömrü uzun olmadı. Doğuş zamanı Arzu vəfat etdi. Valideynləri Arzunu Qubada dəfn etsələr də, ildə ən azı iki dəfə onun məzarını ziyarət edirəm”.

Saleh həyat yoldaşını itirsə də, həkimlər uşağı xilas edə bilirlər. O, dünyaya gələn qızının adını Arzu qoyur. İndi Arzu Məmmədovanın 17 yaşı bar. Dörd uşaq atası olan Saleh övladları içərisində ən çox Arzunun xətrini istədiyini etiraf etməkdən çəkinmir.

Ögey ananın qəzəbi

Həyat yoldaşını itirəndən sonra Saleh Məmmədov beş il subay qalır. Amma anası yaşlandığı, qohum-əqrəba isə çox israr etdiyi üçün Saleh üçüncü dəfə evlənməyə razı olur: “Üçüncü həyat yoldaşım kənd qızı olsa da, Bakıda yaşayırdı. Mən onun üzünü ilk dəfə toy günü görmüşəm. Bu işi bacımın baldızı düşüb-qoşmuşdu. Toy günü Samirəyə dedim ki, əgər sən Arzuya yaxşı baxsan, mən də sənə yaxşı baxacam. Bz üç il bir yerdə yaşadıq. Mən evdən səhər çıxıb axşam gəldiyim üçün onun anamla, Arzuyla necə rəftar etdiyini bilmirdim. Anam sakit arvaddır. Bilirəm ki, gəlin onu döysə də, səsini çıxarmaz. Elə bilirdim ki, evdə işlər qaydasında gedir. Bir gün işdən qayıdanda gördüm ki, Arzunun kefi yoxdur. Amma nə qədər elədimsə, mənə heç nə demədi. Hiss etdim ki, uşaq bərk ağlayıb. Birdən gözüm Arzunun əynindəki paltarlara sataşdı. Avqust ayı olsa da, o, uzunqol köynək geyinmişdi. Uşağın əynindəki köynəyi çıxaranda gördüm ki, qolları gömgöydür. Elə bildim ki, dünya başıma fırlandı. Samirənin qızımı döydüyünə zərrə qədər də şübhəm qalmadı. Həmin gün mən də Samirəni döydüm. O vaxta kimi birinci dəfəydi qadına əl qaldırırdım. Amma bununla da ürəyim soyumadı. Uşağı da qoltuğuna verib, onu Bakıya atasının evinə göndərdim”.

Salehlə Samirə bir ay küsülü qalırlar. Amma anası və bacıları çox israr etdiyi üçün bir gün Saleh həyat yoldaşının arxasınca gedir: “Dostumun maşını ilə Samirənin arxasınca getmişdim. Evdə ancaq qayınanam idi. Baxdım ki, uşaq ağlayır, arvad isə onu sakitləşdirə bilmir. Qayınanamdan Samirənin harda olduğunu soruşdum. Əvvəlcə dedi ki, dayısıgilə gedib. Sonra isə sözünü dəyişdi. Belə məlum oldu li, Samirəni 8-ci kilometr bazarına göndərib. Samirənin telefonunu yığsam da, ona zəng çatmadı. Bu işdən əməlli-başlı şübhələnməyə başladım. Dostuma gecə qayınanamın evində qalacağımı deyib, onu Sumqayıta göndərdim. Özüm isə oturub Samirəni gözləməyə başladım. O, gecə saat 12-də evə gəldi. Sərxoş olduğu üçün ayaq üstdə güclə dayanırdı. Bu bir ayda onun geyimi, hərəkətləri xeyli dəyişmişdi. Başa düşdüm ki, bu qadın mənim tanıdığım Samirə deyil. Elə həmin gecə ordan çıxıb, bir də geri qayıtmadım. Samirəni atdığım üçün əvvəllər vicdan əzabı çəkirdim. Bir gün eşitdim ki, Samirə bir İran vətəndaşı ilə ailə həyatı quraraq, Tehrana köçüb. Uşağı anasına vermişdi. Məhkəmə yolu ilə uşağı qayınanamdan aldım. Samirin indi 11 yaşı var”.

...və xoşbəxt sonluq

2003-cü ildə Samirədən ayrılan Saleh Məmmədov 2004-cü ildə yenidən ailə həyatı qurub. Bu izdivacdan bir oğlan, bir qız doğulub. Müsahibimiz deyir ki, həyatının axarını dəyişdiyi üçün Çimnaz xanıma borcludur: “Çimnazla 8 ildir evliyik. O, ilk gündən Arzuya da, Samirə də öz doğma övladı kimi baxır. Arzu ali məktəbə hazırlaşdığı üçün onu çox yormuruq. Amma Samir özündən kiçik qardaş və bacısının dərslərinə kömək edir. Elvin 2-ci, Gülçin isə 1-ci sinif şagirdidir. Həmişə Allaha yalvarıram ki, bu mehribançılığı bizim əlimizdən almasın. Axı, mən xoşbəxt bir yuva qurmaq üçün düz 11 il mübarizə aparmışam...”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14
Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru