TEHRANDAN BAKIYA DAHA BİR İTTİHAM
Tarix: 10-11-2011, 11:48 |
Çap et
İSRAİL AZƏRBAYCANDA İRANA QARŞI FƏALİYYƏTDƏDİR
İran parlamentinin üzvü Qərb və İsrail xüsusi xidmət orqanlarının Azərbaycan ərazisində İrana qarşı fəaliyyət göstərdiklərini bəyan edib.
“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, iranlı deputat Zöhrə Elahian bildirib ki, “Mossad” (İsrail), Mərkəzi Kəşfiyyat İdarəsi (ABŞ) və Mİ 6 (Britaniya) Azərbaycan, Türkmənistan və İran İslam Respublikası ilə həmsərhəd olan digər ölkələrdə casus mərkəzləri təsis ediblər və İran barədə məlumat toplayırlar. O qeyd edib ki, bu mərkəzlər İranla sərhəd bölgələrində yerləşdirilib.
İran parlamentinin Təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü olan Zöhrə Elahian deyib ki, bu mərkəzlər İran vətəndaşlarına və İran dövlətinə qarşı təxribatlar təşkil edir.