Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                 

“MƏNİM SƏNƏTİM NAXƏLƏFDİR”
Tarix: 5-11-2012, 09:14 | Çap et
“MƏNİM SƏNƏTİM NAXƏLƏFDİR”
KƏMALƏ HÜSEYNOVA: “GET... ÜZÜNÜ ÇEVİR GET...”

Əməkdar artist Kəmalə Hüseynovanın Milli.Az-a müsahibəsi.

- Kəmalə xanım, gününüz necə keçir?

- Günüm yaxşı keçir, şükür Allaha şikayətim yoxdur. Şikayətlənməyə heç haqqım da yoxdur. Düzdür, axır vaxtlar yalnız işim olanda teatra gəlirəm. Yeni tamaşa, hələ ki, yoxdur. Demirəm ki, boş vaxtlarımda gəlib otururam teatrda. Heç boş vaxtım da yoxdur. Dublyaj, məşq, çəkiliş, olanda tamaşa, olanda məşq, bax belə günüm keçir. Hərdən yatmaq üzünə həsrət qalıram, yuxusuzluqdan, vaxtın olmamasından şikayət edirəm. Çoxdandır bədənimin diktə etdiyi qədər yatmamışam, böyük yuxusuzluq var məndə.

- Geriyə qayıdıb nostalji anlar yaşamağı sevirsiniz?

- Yox, qətiyyən keçmişə qayıtmaqı sevmirəm. Heç vaxt... Heç bir santimertrdə geri qayıtmağı istəmirəm. Ömrümün sonuna kimi bu gün ilə qalaram, gələcəyə ümidsizliyin içində yaşasam belə, geri qayıtmaram. Geridə nələr qoymuş olsam belə... Nostalji anlara o insanlar qapanır ki, ondan yaxşısını yaşamayıblar. Mənim hər günüm daha gözəldir. Sabahım günü-gündən daha gözəl açılır. Hərdən mahnıya qulaq asanda fikirlərim harasa uçur, o nostalji anlar deyil, sadəcə, xəyallarımın sərbəstləşməsidir.

- Sənətinizdə istədiyiniz pilləyə, yüksəkliyə çatdığınızı düşünürsünüz?

- Mən doğulandan yüksəklikdəyəm, heç aşağı endiyim dövr olmadı ki. Çox istəyərdim hərdən aşağılara enim. Heç vaxt qanadlarımı sındırmadım, qanadımın sınan vaxtı da olmadı. Düzdü, hərdən olur ki, yuvamda pəjmürdə halda qalıram, amma ki, bir insan kimi həmişə yüksəklikdəyəm. Çünki nə bir insan, nə də aktrisa kimi özümü yerdə dən axtaran quş hesab etmirəm. Buna baxmayaraq bir aktrisa kimi hər zaman özümə inamsızlığım olur. Brüssol deyib ki, aktyorun inamsızlığı onun ləyaqətinin sübutudur. Ancaq ortabablar özlərindən razı ola bilərlər. Mən demirəm ki, bu saat Hollivudda olmalıyam. Yox... Çoxlarının dişi-dırnağı ilə qazanmaq istədiklərini mən oturduğum yerdə almışam.

- Qadın güclü qüvvədir... Qadın ilə kişi arasında fərq qoyursunuz?

- Ümumiyyətlə, insan güclü qüvvədir. Mən heç bir mövzunu qadın və kişiyə ayırmıram. Mənim üçün hamısı bütöv bir insandır. Necə deyə bilərik ki, kişi gücsüzdür? Qol gücündən söhbət gedirsə, əlbəttə ki, kişi güclüdür. Bilirsiniz, zaman-zaman qadınlar haqqında gözəl sözlər deyiblər ki, onlar sınmasınlar, özlərini zəif hiss etməsinlər (gülür). Günah qadınların özlərindədir, niyə özlərini zəif aparırlar ki, onlar haqqında belə sözlər deyilsin. Qadın haqqında zərif sözü deyiləndə mən əsəbiləşirəm. Lazım olanda kişi zərif, qadın isə kobud ola bilər. Hər şeyin öz məqamı var.

- Kəmalə xanım, bildiyimə görə paralel olaraq bir neçə serialda çəkilirsiniz...

- Yalnız “Məhkumlar” serialı haqqında danışa bilərəm, çünki o, artıq efirdə gedir. Serialın mövzusu qadınlara zorakılıq, erkən nikah, qohumluq əlaqələri, övlad sevgisidir. Hələ ki, cəmiyyətimizin həll edə bilmədiyi mövzulardır. Serialın rejissoru Yaşar Əhmədovdur. Serial belədir ki, 5-ci seriyadan artıq öz relsləri üzərində işə düşür. Hələ ki, nəsə demək çox tezdir. Paralel olaraq Nadir Diridağlının “Cənnətə səyahət” serialına da çəkilirəm. Bəhram Osmanovun çəkdiyi “Qarabağnamə” filminə də təsdiqlənmişəm. Dəvətlər çox gəlib, amma bu 3 serialdan sonra mənə ürəyim istədiyim rolu təklif etməyiblər.

- Efirdə gedən serialları izləyirsinizmi?

- O ki, ev işlərim olmayanda, görürəm ki, vaxtım var, oturub izləyirəm. Çünki bu mənim sənət dostlarımın işidir. Pis oldu, yaxsı oldu, evdəyəmsə mütləq baxmalıyam. Mən özüm bu işin içindəyəm, necə baxmaya bilərəm?

- Ev işlərinizə vaxt ayıra bilirsiniz?

- Bəli, bütün ev işlərini özüm görürəm. Arvadların bir sözü var : “Ev işi heç vaxt qurtarmır”(gülür).

- 3 övlad sahibi Kəmalə xanım...

- Bəli 3 övladım var, amma 2-si yanımda deyil, xaricdə təhsil alırlar. Yalnız kiçik oğlum Ayxan mənimlə qalır. Artıq onun da 14 yaşı var.

- Boş vaxtınızı ailənizlə necə keçirirsiniz?

- Boş vaxtım heç vaxt olmur. Bu yay həyat yoldaşım deyirdi ki, səni gəzməyə aparacağam, amma heç cürə vaxt edə bilmədim. Boş vaxtım olanda da yataqdan qalxmaq istəmirəm.

- Yoldaşınız qısqancdır?

- Qısqancdır. Qısqanc olduğu qədər də anlamlıdır. O da rejissordur. Universitetdə bir yerdə oxumuşuq, dram kino rejissorluğunu o bitirib, dram kino aktyorluğu fakültəsini mən. O, öz tamaşalarında mənə rol verdiyinə görə aktrisa olmuşam. Yoxsa heç aktrisa olmaq fikrində deyildim. Yoldaşımın bütün diplom tamaşalarında baş rollarda mən oynamışam.

- Fikirləşirsinizmi ki, etibarsız sənətlə məşğulsunuz?

- Axı o, məni atmayıb, mən necə ona etibarsız deyə bilərəm? Mən küçədə göyərti də sata bilərdim. O zaman kimi qamçılayacaqdım? Məni heç kim məcbur etmir. Sənətinə etibarsız o adam deyə bilər ki, o, sənətdən çox şey gözləyir. Mən bunun üçün sənətə gəlməmişəm. Çox insan bacara bilmir, sənətini qamçılayır ki, mənim sənətim naxələfdir. Get... Üzünü çevir get... Hansı sənət əziyyətsizdir ki? Mən xanım kimi gəlirəm, xanım kimi gedirəm (gülür). Çalış sən nəsə et, qarşındakından heç nə gözləmə. Mən övladlarımla da beləyəm. Onlar nə vaxtsa mənə baxacaqlar deyə, bu gün onlara baxmıram. Sadəcə olaraq, dünyaya gətirmişəm, sevirəm və borcumu yerinə yetirirəm. Özümü bir fərd kimi bu sənətlə ifadə edə bilirəm.

- Kəmalə xanım, çox vaxt problemli qadın rollarını teatrda oynayırsınız... Bunun şahidi özüm olmuşam...

- Gəl indi mən səndən müsahibə alım. Problemsiz kişini necə oynayardın? Ekran, insanlar o hadisələri sevir ki, onlar azdırlar. Yoxsa ki, səhər yuxudan dur, yeməyi ye, çantanı götür, get işə və axşam da o qayda ilə.. Bütün həyatı sınmış, taleyi üzünə gülməmiş və bütün bu hadisələrdən psixoloji sarsıntılar keçirən insanlar çoxdur məgər? Olsa da, bir dənə ya olar, olmaz. Mən inanmıram ki, sağıcı qadını oynaya bilərəm. Hər gün səhər tezdən duranda sən Dezdemona həyatı yaşayan qadın görürsən? Yoxdur, amma Şekspir onu yazıb. Səhnədə intihar mənə bir aktrisa kimi həmişə şirin gəlir. Bilmirəm nəyə görə. Psixoloji rolu oxuyan kimi anlayıram.

- Cülyettanı bu yaşınızda oynamaq istərdinizmi?

- Cülyettanı heç 19 yaşımda da oynamaq istəməmişəm.

- Niyə?

- Bilmirəm. Həmişə özümdən yaşca böyük, kamil qadın rollarını oynamaq arzusunda olmuşam. Mən artıq yaşlı insanın necə düşündüyünü, necə yeridiyini, nə istədiyini, hər şeyi bilirəm. Mehriban Ələkbərzadə mənə “Qatarın altına atılan qadın” tamaşasında rolu verəndə öz-özümə dedim ki, bu qadın artıq mənim içimdə var. Çox az bir məşqə mən bu rolu oynadım.

- Hiss edirsinizmi ki, sizi daha çox gənclər sevir?

- Bəli, hiss edirəm bunu. Bilmirəm nədəndir. Təbii ki, bu, mənə böyük zövq verir. Bir də görürsən ki, tamaşama gül gətirənlər olur, qapıda gözləyirlər. Mən buna görə çox sevinirəm.

- Qadın sənətçilərimiz filmlərimizdə qadın rollarının azlığından şikayətlənirlər. Siz necə?

- Həyatda heç nədən şikayətlənmirəm. Bəxtimə nə düşübsə, ona da şükür edirəm. Kim şikayətlənir bu, onların haqqıdır. Mən onların haqqını tapdalaya bilmərəm. O ki, qaldı kişi rollarına, bu dünyada da belədir. Say etibarı ilə kişilər baş rolda çox olurlar. Elə dublyajda oturursan, 3 nəfər kişi aktyor olur, 1 xanım.

Beləliklə məşq prosesindəki yarım saat fasilə zamanı bu cür söhbətimiz alındı. Kəmalə xanım nostalji anlara qayıtmasa da, səmimi söhbəti ilə məni yalnız ona sakitcə dayanıb qulaq asmağa vadar edirdi. Danışanda da hiss edirdim ki, elə bil səhnədədir, çünki dediyi hər bir sözün mənasını izah edir, məğzini aydınlaşdırmağa çalışırdı.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru