
"BU ŞOKU ÖZÜM YAŞADIM"
Məlum olduğu kimi, ötən gün populyar estrada müğənnisi və gitara ifaçısı Çingiz Mustafayev avtomobil qəzasına düşüb.
Əməkdaşımızla telefon söhbətində məlumatı təsdiqləyən müğənni dünənki günü xatırlamaq istəmir:
"Bu şoku özüm yaşadım. Bəli, avtomobildə tək idim. Əsas odur ki, salamatçılıq oldu. Əyləc yaxşı işləmədiyindən idarəetməni itirdim. Avtomobilim elə də ciddi zədələnməyib. Ən qısa zamanda yenidən sükan arxasına keçəcəyəm".