AMERİKA XALQI OBAMA DÖVRÜNƏ NÖQTƏ QOYUR?
Tarix: 7-11-2012, 08:26 | Çap et
MİT ROMNİ SEŞKİLƏRDƏ LİDERDİR ABŞ-dakı prezident seçkilərində yeli vaxtla saat 21:40-a olan nəticələrə görə Mit Romni səsvermədə liderdir.
APA-nın verdiyi xəbərə görə, Romni səslərin əksəriyyətini İndiana(11), qərbi Virciniya (5),Kentukki (8), Tennessi (11), Cənubi Karolina (9), Corciya (16), Alabama (9), Missisipi (6), Liziana(8), Arkanzas (6), Texas (38), Oklahoma (7), Kanzas (6), Nebraska (5), Vayominq (3), Cənubi Dakota (3), Şimalı Dakota (3) ştatlarında qazanıb.
Romni Seçicilər Kollegiyasının 154 üzvünün, Obama isə 94 üzvünün dəstəyini təmin edib.
Obama Men (4), Vermont (3),Nyu-York(29), Massaçusets (11), Konnektikut (7),Rod Aylend (4), Konnektikut (7), Delaver(3), Merilend (10), Kolumbiya dairəsi (3), İllinoys (20) ştatlarında qələbə qazanıb.
Hazırda ABŞ-dakı seçicilərin 50,4%-i Romniyə, 48,4% isə Obamaya səs verib.
Obamanın Pensilvaniya və Florida ştatlarında lider olmaq ehtimalı yüksəkdir.
Səsvermə davam edir.
|