Oğuzda Meşə Mühafizə mühəndisi ağac kəsintisinə görə cərimə pulun niyə ödəmir - İLGİNC İDDİALAR...
Tarix: 7-10-2024, 12:21 | Çap et
Ötən ilin iyulun 2-də saytımızda yayımlanan “Əliyev qardaşları Oğuz meşələrində talançılıq işlərini hələ də davam etdirir” başlıqlı yazıda Oğuz meşəbəyliyinin 03 saylı dolayına nəzarət edən meşəbəyi Əliyev Ramiz Bəbir oğlu 04 saylı meşə dolayı ilə həmsərhəd ərazidə 9 ədəd, diametri 44-56 sm olan içlik fıstıq ağaclarını gecə vaxtı qanunsuz olaraq kəsdirərək satmasından bəhs olunurdu. Qanunsuz kəsintini də Oğuz Meşə Mühafizə mühəndisi Məmmədov Valeh Yaqub oğlu tərəfindən aşkarlanaraq sənədləşdirlmişdir. Həmin gündən, yəni, 26 iyundan etibarən meşəbəyi Ramiz Əliyevin qardaşı Eyvaz Əliyev mühəndis Valeh Məmmədova telefon açaraq onu nalayıq söyüşlərlə təhqir etmişdir. Valeh Məmmədov faktı təsdiq edərək bildirmişdir ki, meşəbəyi Ramizin qardaşı Eyvaz hətta gecə saat 1-30-da belə ona zəng edib küçə söyüşləri yağdırır.
Onu da xatırladaq ki, sonuncu dəfə 9 ədəd sağlam işlik material olan fıstıq ağaclarını kəsib satan Ramiz Əliyev bu vəzifəyə təyin olunduqdan sonra Oğuz şəhərinin kənarında, daha dəqiq desək Qlükoza zavodunun yanında böyük bir iribuynuzlu mal ferması yartmışdır. Fermada 60 baş sağılan inək, 35 baş öküz , və 60 başa yaxın südəmər danası vardır. Meşəbəyi Ramiz qanun icazə vermədiyi halda 100-dən çox şəxsi mal qarasını qulluq mövqeyindən süi-istifadə edərək özünün mühafizə etdiyi meşə dolayında otarır və nəticədə minlərlə yeniyetmə ağaclar məhv olur.
Yazıda o da xüsusi qeyd edilmişdir ki, Ramiz Əliyevin digər qardaşı Əhliman Əliyev də hazırda ETSN-nin 6 saylı Dövlət Ekoloji Təhlükəsizlik İdarəsində vəzifədə işləyir. Faktiki orta məktəb savadı olmadığına görə xidməti işi üzrə düzgün sənədləşmə işlərini apara bilmir. Hazırda yaşadığı mənzili qardaşı Ramizin mühafizə etdiyi və qanusuz 9 ağac kəsdiyi yerə çox yaxın olsa da, nədənsə ağaclar kəsilən zaman evində olmasına baxmayaraq 200 metrlikdə doğranan ağacların kəsintisinin qarşısını vəzifə borcu olaraq almamışdır.”
BƏS ƏLİYEV QARDAŞLARININ QANUNSUZLUQLARINI SƏNƏDLƏŞDİRƏN MƏMMƏDOV VALEH NECƏ ƏMƏLİ-SALEH ADAMDIR?
Bəli ötən yazımızda Əliyev qardaşlarının qanunsuz əməlləri barədə məlumat verən Oğuz Meşə Mühafizə mühəndisi Məmmədov Valeh Yaqub oğlunun özü barədə bu dəfə Xaçmaz kəndindən olan mənbəmiz maraqlı məlumatlar təqdim etmişdir. Mənbə onu da bildirmişdir ki, siz tanımadığınız adamın verdiyi xəbərləri işıqlandıranda bir özü barədə də azacıq araşdırma aparıb ictimaiyyətə açıqlama versəniz pis olmazdı. Əgər siz Valehlə bağlı məlumatınız yoxdursa onda biz təqdim edə bilərik:
Sonuncu iş yeri Oğuz Meşə Mühafizə mühəndisi olmuş Məmmədov Valeh özü Xaçmaz kəndində anadan olmuşdur. Qardaşlarının hesabına özünü meşə strukturuna sala bilmişdir. Əvvəlcə Oğuz rayonunda 2012-2020-ci ilədək meşə gözətçisi, sonra 2020-2023-cü ilədək Oğuz meşəbəyliyində sahə rəisi və hazırda da mühafizə mühəndisi olaraq yüksək vəzifələrdə işləmişdir. Ona əsasən ETSN-nin Ekoloji Təhlükəsizlik İdarələrinin müdiri olmuş qardaşı “krışalıq” etmişdir. Maraqlı burasıdır ki, bu adam latın əlifbasında düz əməlli yazıb oxuya bilmir. Yəni, adam öz tərcümeyi-halını yaza bilmir. Bunu rayonda çoxları bilir. Riyazı hesablamalardan isə ümumiyyətlə anlayışı yoxdur. ( Vurma cədvəlini bilirsə bu böyük uğurdur) Doğma Xaçmaz kəndindən Valehdən dost tanışları soruşanda ki, ay Valeh sən hansı institutu oxumusan, tələbə yoldaşın kim olub, sənə dərs deyən müəllim-professorlardan kimləri tanıyırsan? Maddım-maddım camaatın üzünə baxır, cavab verə bilmir. Amma lovğalanır ki, mənim hüquq üzrə ali təhsilim var.
Məmmədov Oğuz meşəbəyliyi üzrə sahə rəisi işlədiyi dövrdə istər, daxili kəndlərdə, istərsə də magistral yola yaxın olan kənd ərazilərindən ( Sincan, Xaçmaz, Mollalı) əsasəbn axşamlar avtomobillə keçmək mümkün deyildi. Hər yeri qatı tüstü bürüyərdi. Niyə ? Çünki, yerli əhali, yaxınlıqdakı meşələrdən ağacları qırıb kömür quyularında kustar üsulla kömür istehsal edərdilər. Hər kömür quyusuna görə aylıq haqq isə 30 manat idi. 2015-ci ildə ( Subayev Nizami Oğuz rayonunda meşə müdiri işləyən zaman) Valeh Məmmədov meşə gözətçisi kimi işlədiyi meşədəki ən yararlı ağacları kəsdirib satdırmışdır. Həmin vaxt yerli sakinlərin çoxsaylı şikayətlərindən sonra Koxnayev Paşa, Qafarov Elşad, Subayev Nizami və digərləri meşə ərazisinə baxış keçirmiş və çoxsaylı qanunsuz kəsintiləri aşkar etsələr də Valeh Məmmədovun qoruduğu meşə dolayı üzrə yalnız iri diametrli qovaq ağacları barədə 43700 manat cərimə aktı tərtib edərək tədbir görülməsi üçün Oğuz Rayon Polis Şöbəsinə göndərmişlər. Lakin sonra Valehin arxalandığı adamların təsirləri nəticəsində həmin sənəd Oğuz RPŞ-dən müəmmalı şəkildə “YOXA” çıxmışdır.
Sonuncu iş yerində də V.Məmmədov öz doğma kəndi olan Xaçmaz kənd Bələdiyyə ərazisində olan yaşı 200-dən çox olan ağacları kəsdirib satdığına görə 2024-cü ildə yenidən 21 300 manat cərimə olunmuşdur. Və törətdiyi bu cinayətə görə onu tutduğu Oğuz Meşə Mühafizə mühəndisi vəzifəsindən müvəqqəti olaraq azad etmişlər.
Valeh Məmmədov haqqında məlumatları təqdim edən mənbə sonda bizdən soruşur ki, meşə gözətçisi Əliyev Ramizin cəmi 9 ədəd ağac kəsdiyinə görə dərhal sənədləşdirən Yaqubun oğlu Valeh niyə illər uzunu özünün meşələrdə qırıb satdığı minlərlə ağaclar barəsində sizlərə məlumat vermir, və yaxud, aşkara çıxan və aktlaşdırlan cərimələri də ödəməmək üçün sənədləri itirdir və cərimə ödəməkdən boyun qaçılrır. Budur sizin əməli-saleh adamınız?
Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|