Məmur İntiqam Məmmədovun “topdağıtmaz” SƏRVƏTİ - İLGİNC FAKTLAR
Tarix: 9-10-2024, 11:38 | Çap et
Mercedes CLS-Class, BMW X5M Black, Toyota Land Cruiser, Porsche Panamera 4S... Xeyr, bu hansısa avtomobil qalareyası deyil, nə də lüks avtomobil markalarının sərgisi. Bu, İntiqam Məmmədovun oğlu Elgiz Əhmədlinin avtomobil kolleksiyasıdır və qiymətlərini hesabladıqda ortaya milyonlarla manatlıq sərvət çıxır. Bu sətirləri oxuyan hörmətli oxucu haqlı olaraq sual edəcək:
İntiqam Məmmədov kimdir, bu ölkə, bu xalq üçün hansı xidmətləri olub? Bu qədər sərvəti necə qazanıb?
Xeyr, İntiqam Məmmədov nə onu məşhur edəcək xidmətə sahibdir, nə də biznesmen deyil. Bu şəxs məmurdur. Əvvəllər Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Regional Miqrasiya İdarəsinin rəisi olub. 2018-ci ildən isə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru vəzifəsini daşıyır. Oğlu Elgiz Əhmədlinin hansı işə məşğul olduğu məlum deyil, sosial şəbəkələrdə yayılan avtomobil kolleksiyası ilə məşhurlaşıb. Direktorun oğlunun idarə etdiyi avtomobillərin nömrəsinin 10 EX 002 və 99 TZ 555 olduğu deyilir. Necə deyərlər, belə kolleksiyaya belə nömrələr yaraşır.
Sual yaranır: məmur olan İntiqam Məmmədov bu sərvəti necə toplayıb?
Məlumatlara görə, İntiqam Məmmədov Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi Firudin Nəbiyevlə kirvədir. Onu miqrasiya xidmətinə gətirən də mərhum general Firudin Nəbiyev olub. F.Nəbiyev 2018-ci ildə xidmət rəisi postundan uzaqlaşandan sonra İ.Məmmədov də oradan çıxaraq, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru vəzifəsinə keçib. İ.Məmmədovla F.Nəbiyevin ailəsi ilə biznes ortağı olduğu haqda məlumatlar var. Yasamal rayonunda “Beşmərtəbə” yeraltı keçidində ticarət mərkəzi, Binəqədi rayonunda yerləşən üçmərtəbəli “Ata” supermarketi, “Elay” şadlıq evi (Bayılda), “Ata” market (Montində), Novxanıda restoran və Nabranda “Orxan” İstirahət Mərkəzi, “Fashion Club” gözəllik salonu və Otel (Teymur Əliyev küçəsində), Xudatda fermer təsərrüfatı (500 ha) və çoxsaylı kafelər, dayanacaqlar, yeni tikilən binalar (Masazırda) və yanacaqdoldurma məntəqələri. Onun biznesinə bunlar daxildir, lakin bunlar yalnız bilinənlərdir, bilinməyən nələri var, onu da bir özləri bilir, bir Allah.
Məlumdur ki, İntiqam Məmmədov Miqrasiya Xidmətində işləyərkən, miqrasiya işləri ilə yox, bizneslə məşğul olub. Sirr deyil ki, bu biznesin “mayası” da məhz dövlət büdcəsindən ayrılan vəsaitlərdir. İntiqam Məmmədov 2018-ci ildə direkroru olduğu Bakı Şəhər Ticarət və Xidmət Departamentində də öz biznesini idarə etmək və böyütməklə məşğul olub. İntiqam Məmmədovun direktoru olduğu idarəni şəxsi biznesi kimi idarə etdiyi, sahibkarları taladığı haqda məlumatlar var. Oğlunun avtomobil kolleksiyasına və özünün biznes şəbəkəsinə diqqət etdikdə də bu məlumat – sahibkarlara zülm etdiyi təsdiqlənir. Misal üçün, departament rəhbəri sahikbarlardan “haqq” alır, o cümlədən, qanunsuz küçə ticarətini maddi maraq qarşılığında inkişaf etdirir, kim haqq vermirsə, həmin yerləri bağlatdırır. Ötən ay mediada yayılan məlumatlara görə, İntiqam Məmmədov “20 Yanvar” metrostansiyasının keçidlərində və küçədəki ticarət obyektlərini ələ keçirməyə çalışır. Hətta, “20 Yanvar” metrosyansiyasının keçidindəki sahibkarların bu məsələ ilə bağlı şikayətləri mediada yayılıb. Həmçinin, İntiqam Məmmədov özünə məxsus olan “Beşnərtəbə” və “28 May” yeraltı keçidlərində ticarəti saxlatdırır, ancaq “20 Yanvar” yeraltı keçidində çalışan yüzlərlə sahibkarın çörəyinə bais olaraq, onları dövlətdən narazı salmağa çalışır.
İntiqam Məmmədovun bu qədər qanunsuzluğuna, korrupsiya və dövlət büdcəsini talamasına baxdıqda, oğlunun milyonluq avtomobil kolleksiyasının olması heç də təəcüblü deyil!
Kommersant.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|