Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Tarix: 16-11-2024, 14:47 |
Çap et
Tanınmış araşdırmaçı jurnalist Heydər Oğuz Naxçıvanda əhalinin sosial durumunun acınacaqlı olmasına işarə edərək növbəti faktı açıqlayıb. "DİA-AZ" bildirir ki, Muxtar Respublikanın mərkəzindəki "57-ci bazar" kimi tanınan ticarət ünvanından hazırki durumu əks etdirən fotofaktı təqdim edən Heydər Oğuz daha məsələyə satiriki şərhi ilə də diqqətə gəlib.
Tanınmış jurnalist yazır:
"Suyu qurumuş dəyirmana oxşayan Naxçıvanın 57-ci məhəllə bazarı... Satıcı var, mal da var, alıcı yox...
Məşhur qaravəllidə deyildiyi kimi:
"Hamamçının tası yox,
Baltaçının baltası yox,
Yoldan bir tazı keçdi
Onun da xaltası yox".
Jurnalist qeyd edir ki, foto bu gün çəkilib...