Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                 

XALQ ARTİSTİNİ TƏLƏBƏSİ MASAJ EDƏNDƏ GİZLİ ÇƏKİBLƏR
Tarix: 10-11-2012, 10:46 | Çap et
XALQ ARTİSTİNİ TƏLƏBƏSİ MASAJ EDƏNDƏ GİZLİ ÇƏKİBLƏR
"QUZĞUN İTLƏR MƏNİM LEŞİMƏ DƏ YAXIN GƏLƏ BİLMƏZ"

Həyat opera səhnəsinə bənzəyir. Bu səhnənin Məcnunları da var, Şah İsmayılları da, Aşıq Qəribləri də. Operanın musiqisi mələklər tərəfindən yazılsa da, librettosu hər kəsin özünə aid olur. Yəni hərə öz həyat tərzi, danışıq qabiliyyəti, dünya görüşü ilə tale yolunu, missiyasını müəyyən edir.

Bugünkü qonağım zaman-zaman həyat səhnəsinin Məcnunu da olub, Şah İsmayılı da, qərib aşiqi də. O, istər səhnədə, istərsə də gündəlik həyatda yaratdığı obrazlarla baş rol ifaçısına çevrilə bilib. Çünki həqiqi sənətkardır. Sənətkar isə xalqın sənətini yaşadan, qəhrəmanlarını canlandıran şəxsə deyirlər.

- Özünüz haqda məlumat verərdiniz?

- 1940-cı il martın 10-da Lənkəranın Tükəbilə kəndində musiqiçi ailəsində anadan olmuşam. Ailədə on dörd uşaq olmuşuq. Atam, babam xanəndə olub. Hazırda iki qardaşım da musiqi ilə məşğul olur. Amma estrada janrında ifa edirlər. Çox gözəl səsləri də var. Adları Cəfər və Telmandır. Onların da ilk müəllimi mən olmuşam. Beş övladım, on üç nəvəm, səkkiz nəticəm var. Əlli ildir ailəliyəm. İncəsənət Universitetində Muğam kafedrasının müdiriyəm, xalq artistiyəm, “Şöhrət”, “Şərəf” ordenləri ilə təltif olunmuşam. Çox sevinirəm ki, Dövlət tərəfindən yüksək qiymətləndirirlər məni.

- Muğama sizdə maraq haradan yaranıb?

- Mənim ilk müəllimim atam olub. Seyid Şuşinskinin, Əhməd Bakıxanovun təkidi ilə Filarmoniyaya getdim. 1963-cü ildə ilk konsertim oldu. Asəf Zeynallını fərqlənmə diplomu ilə bitirmişəm. Filarmoniyanın solisti olanda bir çox ölkələrdə, kəndlərdə konsertlərdə iştirak etmişəm. Xalqımın sevimlisiyəm, bununla da fəxr edirəm.

- Uşaqlıq illərinizi necə xatırlayırsınız?

- Sakit uşaq olmuşam. Heç yadımdan çıxmaz, kənddə 3 kilometrlik palçıqlı yolu qaloşla dərsə gedirdim, bir o qədər yolu da qayıdırdım. Atam həmişə dərslərimdə iştirak edirdi. Mən dərslərimi əla oxumuşam, hətta güləşlə də məşğul olmuşam.

- Məndə olan məlumata görə, siz xanəndəlikdən başqa həkim kimi də çalışmısınız. Bu məlumat doğrudurmu?

- Çox maraqlı oldu mənim üçün. Bunu haradan bilirsiniz? Heç vaxt mən bu haqda heç bir yerdə danışmamışam. Mən düz on il Lənkəranda alim həkimlərlə birlikdə cərrahi əməliyyatlara girmişəm. İkinci təhsilim - Tibb Texnikumunu bitirmişəm. Amma muğama olan maraq məni uzaqlaşdırdı bu sahədən. Muğam mənim qolum, qanadımdır. Zövq alıram muğamdan. Mən Xan əmini görmüşəm. Məni balası kimi sevib, ailəsinin bir üzvü olmuşam.

- Bəs gənclik illərinizi necə xatırlayırsınız?

- Ağıllı olmuşam. Poeziya eşqi ilə ürəyim döyünüb. Füzulinin, Nizaminin, Bəxtiyarın, Səməd Vurğunun poeziyaları ilə böyümüşəm. İnanın, Səməd Vurğun rəhmətə gedəndə mən saatlarla oturub ağladım.

- Canəli müəllim hansı müğənnilərin ifasını bəyənir?

- Bülbülü, Rəşidi, Mirzə Babayevi, Yalçin Rzazadəni, Mübariz Tağıyevi bəyənirəm. Hanı, indi Bülbül var? Yoxdur. Bunlardan başqa heç kimi bəyənmirəm, ona görə də heç kimə qulaq asmıram. Məni o dövrün sənətkarları maraqlandırır.

- Qalmaqal nə deməkdir sizin üçün?

- Mən efirdə belə qalmaqallara baxmıram. Zövqümü korlamaq istəmirəm. Baxanda da muğamla bağlı verilişlərə baxıram. Bilirsiniz necədir, o dövrdə də sənətkarlar arasında həmişə söz-söhbət olub. Amma heç vaxt efirdə çıxıb, büruzə vermirdilər. İndikilər isə, biri-birinə söz deyən kimi o an çıxır efirə, bir-birlərinə nə gəldi deyirlər. Muğam oxuyanla estrada oxuyanların fərqi böyükdür. Muğamda saf avaz var. İnsana zövq verir, ağlını başından alır. Estradada isə çılğınlıq edirlər. Əlli ildir bu sənətdəyəm, muğamda həmişə həya-abır görmüşəm. Muğam mənim gözümün nurudur.

- Cüt səbrə inanırsınız, tək səbrə?

- Göydə Allaha, yerdə də özümdən başqa heç kimə inanmıram.

- Yaşlı müğənnilər niyə cavan müğənniləri bəyənmirlər? Həmişə də çalışırlar onları alçaltsınlar.

- İnanın, həmişə cavanlara dəstək oluram. Tələbələrim həmişə mənə deyirlər ki, sən bizim mənəvi atamızsan. Çalışıram hamıya kömək olum, yardım göstərim. Elə tələbələrim var ki, çoxdan fəxri ad alıblar. Bu, mənim üçün fəxrdir. Ümumiyyətlə, paxıllıq ta qədimdən qalıb yaşlı sənətçilər arasında. Cavandır, toylara gedib oxuyursa, övladlarına çörək aparırsa, heç vaxt ona bais olmaq olmaz. Günahdır. Qısqanclıq hissidir bu. Dünən bir məclisdəydim, qrip idim. İnanın, xəstə olduğuma görə oxumadım. Neçə-neçə cavanlar qulluğumda dayanırdılar. Necə hörmət bəsləyirdilər mənə. Çox sevinirdim. Bütün paxıl insanlara deyirəm ki, bu sənətdə olanların ayaqlarını qazmayın. Çörəyi ciblərinin gücünə çıxardırlar. Hamının ruzisi Allahın əlindədir.

- Sizcə həyat qırx yaşından sonra başlayır?

- Əlbəttə, qırx yaşından sonra insan daha da müdrikləşir. Yetmiş iki yaşım var, qəlbim insani zənginliklərlə doludur. Gözəllik vurğunuyam. İnsan yaşa dolduqca müdrikləşir.

- Həyatda ən böyük səhviniz nə olub?

- Mən heç vaxt səhv buraxmamışam. Həmişə də tələbkar olmuşam, düzgünlüyü sevmişəm.

- Qadın gözəlliyi nə deməkdir sizin üçün?

- Gözəl dünyadır. Muğamın gözəlliyi həyat gözəlliyidir, təbiətin gözəlliyidir, mikrotəbiətdir.

- Qısqanc insansınız?

- Deməzdim qısqancam.

- Bəs sizi qısqananlara necə reaksiya verirsiniz?

- Çalışmışam özümü o yerə qoymayım.

- İlk məhəbbətinizi necə xatırlayırsınız?

- Məhəbbətin sonu yoxdur. Məhəbbət insanın yol yoldaşıdır. Məhəbbəti ağılla istifadə etməlisən. Çalışmalısan ki, hər şeyi pərdə arxası saxlayasan. Heç vaxt aşkar etmək olmaz, hər şeyin həddi olmalıdır. İlk məhəbbət də heç vaxt yaddan çıxmır. Məhəbbət eşqdir, zövqdür, sevgidir.

- Bəs sevgi nə deməkdir sizin üçün?

- Həyatin zirvəsidir. Sevgi insanın qəlbinin bir varlığıdır. İnsan sevəndə daxilən xoşbəxt olur. Sevgi böyük varlıqdır. Unutmaq da çətin olur.

- Necə düşünürsünüz, xanımınız üçün Canəlinin ömür-gün yoldaşı olmaq asandır, yoxsa çətin?

- Əlbəttə, çətindir bizim sənət. Evə gec gəlirik. Kaprizlərim çox olur. Sağ olsunlar ki, məni başa düşürlər.

- Sevib ailə qurdunuz?

- Yox, o vaxtı sevgi söhbəti yox idi. Ailədə əsas öndə atamın fikri olub. Atamın sözündən çıxa bilməzdim mən. Çox namuslu ailənin qızını aldı mənim üçün. Çox xoşbəxtəm ailəmdə. Təsəvvür edin ki, atamın yanında mən heç vaxt nəvələrimi dindirməmişəm, nə də oynatmamışam. Mənim bacım mənim yanımda nəvələrini oynatmaz. Bizim aramızda böyük pərdə var. Çox gözəl ailə tərbiyəsi görmüşəm.

- Efirlərdə çoxdandır görünmürsünüz. Bunun səbəbi nədir?

- Onu telekanallara sual vermək lazımdır. Bu boyda muğam festivallarında müsabiqələr keçirilir. Mənim tələbələrim münsiflərdə oturur, mən yoxam. Heç vecimə də deyil. Universitetin dərs proqramını mən hazırlayıram. Heç bir yarışmalarda, tədbirlərdə münsif kimi yoxam. Onu Nadir Axundova sual verin. Soruşun ki, niyə mənim adımı siyahıdan çıxardır. Bilmirəm. Heydər Əliyev Fonduna getmişəm. Mehriban xanımın köməkçisi Anara müraciət etmişəm. O da bildirib ki, kimin adları siyahıda olubsa, o, təsdiq olunub və qol çəkilib. Bunları edən Nadirdir. Ayıbdır, Musiqi Departamentində oturub, “bezdarnik”lik etməsin. Hər yerdə adımı “qara siyahı”ya saldırır. Bilmirəm ki, neyləmişəm ona. Əgər bu muğam müsabiqəsidirsə, mən sənətkaram, mən iştirak etməliyəm orda. Yoxsa mənim tələbəm oturur. Bu vicdansızlıqdır. Münsiflərdə də bilirsiniz də kimlər olur: Əlibaba Məmmədov maştağalıdır, Ağaxan Abdullayev bakılıdır, Mənsum İbrahimov qarabağlıdır, Arif Babayev qarabağlıdır, Nadir Axundov balaxanılıdır. Ürəyi kimləri istəyir, onları da ətrafına yığır. Qoy hər bölgədən olsun da. Niyə yerlibazlıq edirlər?! Mənim üçlüklə konsertlərim var. Heç biri imkan vermir ki, efirlərdə səslənsin. “Leyli və Məcnun”da Məcnunu, “Şah İsmayılda” Şah İsmayılı oynamışam. Niyə imkan vermirlər? Səbəbini bilmirəm. Məni sevən tələbələrim var. İnanın, bulvara çıxıram, hamı yaxınlaşıb sevgilərini bildirir, mənimlə şəkil çəkdirirlər.

- Ümumiyyətlə, necə insansınız?

- Çox həssas insanam. Qulaqla yaxşı eşidirəm, arxamı da gözlərimlə görürəm. 1958-ci ildən bəri əmək fəaliyyətində dürüst olmuşam. Yalanı xoşlamıram. Dediyim söz yerində olmalıdır.

- Sənətdə sizin davamçınız olan kimisə görürsünüz?

- Hələ ki nəsildə bir qoçu var, o da mənəm. Tələbələrimi görürəm. Tələbələrim də çoxdur.

- Lap cavanlıqdan diqqət mərkəzində olmusunuz. Unudulmaqdan qorxmursunuz ki?

- Mən elə bir insanam ki, çətin unudularam. Bəhrəli ağaca daş atarlar.

- Tələbələrinizlə münasibətiniz necədir?

- Çox gözəldir.

- Bəs bəzi tələbələriniz niyə danır ki, siz onların müəllimi olmusunuz?

- Məni unudanlara Allah can sağlığı versin. “Balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilər”. Özləri bilmir, Allahları bilsin. Məndən dərs alana kimi min rola girirlər. İşləri keçəndən sonra məni tanımırlar. Belələri kölgə dibində küçüklər kimidir, ətrafda hürə bilmirlər, qıraqda hürüb məni bəyənmirlər. Həmişə demişəm, belələri heç mənim meyitimə yaxın dura bilməzlər. Bir gün varam onlarla.

- Təhlükədən necə, qorxursunuz?

- Baxır təhlükəyə.

- Özünüzü nədə qınayırsınız?

- Hərdən olur. Öz-özümə deyirəm ki, bu işdə mən yaxşı eləmədim. Gərək bu işdə belə edərdim.

- Gənc estrada müğənnilərindən kiminlə duet oxuyardınız?

- Heç kimlə oxumaram. Amma bu yaxınlarda solo-konsertim oldu Muğam Mərkəzində. Mələkxanım Əyyubova ilə “İrəvanda xal qalmadı” mahnısını ifa elədim.

- Sənət aləmində kimlərlə yaxınlıq edirsiniz?

- Xan əminin ailəsinin üzvü olmuşam. Mənə balam deyib. Niyazi, Tofiq Quliyev, Mehdi Məmmədov, Şövkət Ələkbərova, Sara Qədimova evimin qonaqları olub. Hazırda işlədiyim kafedrada iyirmiyə yaxın işçim var. Hamısı ilə də münasibətim yaxşıdır.

- Hansı hadisəni yaddaşınızdan silmək istəyərdiniz?

- Qırx iki yaşında qızım rəhmətə getdi. Hələ də gözlərimin qarşısından getmir. Birdən-birə rəhmətə getdi.

- Bəs yaddaşınızda qalan ən maraqlı hadisə nə olub?

- Altmış illik yubileyim keçirilirdi. Zəlimxan idarə edirdi. Mərhum prezidentimiz Heydər Əliyev Şöhrət ordeni ilə təltif etdi məni. Yetmiş yaşımda da cənab Ali Baş Komandan İlham Əliyev Şərəf ordeni verdi mənə. Hər iki tədbirdə bütün alimlər, deputatlar, sənətkarlar çıxış edirdilər. Bu, mənim üçün böyük uğurdur.

- Toylara gedirsinizmi?

- Dəvət olunanda gedirəm. Amma heç vaxtda pul demirəm.

- Qadınların hansı xüsusiyyətlərinə biganə qala bilmirsiniz?

- Danışığını bilməyəndə, yolda gedərkən güləndə, yolda yemək yeyəndə. Nifrət edirəm belələrinə.

- Bu gün özünüzü tələb olunan xanəndə hesab edirsiniz?

- Əlbəttə, mənə çox tələbat var.

- Tələbələrinizin qarşısına müəllim kimi çıxırsınız, yoxsa xanəndə kimi?

- Hər ikisi kimi.

- Şou-biznesdə bu gün kimi müəllim, kimi şagird görürsünüz?

- Mən şou-biznes bilmirəm, elələrinə də baxmıram. Zövqləri korlayıblar mahnıları ilə. “Ay saçı burma, uzaqda durma” – zövqsüz mahnı budur. “Gedin deyin Xan Çobana, gəlməsin bu il Muğana” – zövqlü mahnı budur. Adama ləzzət edir ifa edəndə.

- Sizcə, bu gün sənətdə tanınmaq üçün şans lazımdır, yoxsa pul?

- Bu sənətdə şans, zəhmət, istedad lazımdır.

- Mətbuatdan uzaq qaçırsınız, səbəb nədir?

- Çünki çox vaxt olmayanı yazırlar. Sizi yeddi ildir tanıyıram deyə, razı oldum.

- Canəli müəllim, bilirəm əsəbiləşəcəksiniz, amma bu sualı mütləq verməliyəm. Canəli Əkbərovun bu yaxınlarda video-görüntüləri yayıldı - “Dərsdə masaj”. Buna necə reaksiya verdiniz?

- İlk dəfə bu haqda sizə açıqlama verirəm. Çox xahiş edirəm, düzgün yazın. Mən çox kövrək qəlbli, təmiz adamam. O hadisə Asəf Zeynallıda baş vermişdi. Bu, mənə qarşı bir həmkarım tərəfindən törədilmiş təxribat idi. Amma heç vecimə də olmadı. Hadisə də belə baş verdi: “Bir gün Nazim müəllim məndən xahiş etdi ki, bir qız var, ağdamlıdır, bununla məşğul ol. Düzü, istəmədim. Dedim, qoy öz yerliləri - Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova məşğul olsun. Dedi, yox, sən məşğul olmalısan. Bir gün dərsdəydim. Uşaq çox idi dərsdə. Boynumdan ağrı çıxdı. Dedim, Şövkət, qızım, gəl boynumu ov, tərpədə bilmirəm. Özümü çox pis hiss edirdim. O da gəlib boynunmu ovdu. Bunu da kim çəkib, bilmədim. Çünki həmin gün iki sinif birləşmişdi, uşaq da çox idi. Çox maraqlandıq, heç kim boynuna almadı. Belə, heç mənim vecimə də olmadı. Kimsə məni xalqımın gözündən, nüfuzdan salmaq istəyirdi. Özü də təxminən bilirəm bunu kim etdirir. Tövbə deyirəm, nə ailəmdə, nə uşaqlarım, nə tələbələrim bu barədə bir kəlmə də demədilər mənə. Söhbət bağlandı. Bilsinlər ki, belə quzğun itlər mənim heç leşimə də yaxın gələ bilməz.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru