DİN-NİN KEÇMİŞ ƏMƏKDAŞI QƏTLDƏ İTTİHAM OLUNUR
Tarix: 15-11-2012, 10:59 | Çap et
SABİRABADDA BAŞ VERMİŞ BİR FACİƏDƏ ŞOK YARADAN MÜƏMMALARDİA.AZ: - Redaksiyamıza Sabirabad rayonunun Qasımbəyli kənd sakini Əhmədova Zinyət Rəşid qızının dövlət başçısına ünvanlanmış müraciəti daxil olub. DİA.AZ-a daxil olan müraciətdə bildirilir:
"Hörmətli cənab Prezident!
25 oktyabr 2009-cu il tarixdə səkkiz aylıq hamilə olan qızım Xoşbəxt Əhmədovanı Cəfərov Rövşən Əhməd oğlu, anası Qəmbərova Səriyyə Əmiraslan qızı və bacısı Cəfərova Gülər Əhməd qızı birlikdə qətlə yetiriblər.
Həmin vaxt prokurorluq ölüm faktı üzrə Azərbaycan Respublikası CM-nin 120-ci maddəsi ilə cinayət işi başlamaq əvəzinə, Rövşən Cəfərovla anası Səriyyə Qəmbərovanın "Xoşbəxt Əhmədova özü-özünü bıçaqla vuraraq öldürüb" deməsi ilə CM-nm 125-ci maddəsi ilə cinayət işi açaraq, müəyyən edib ki, guya qızım Rövşən Cəfərovun ofisinə gələrək orada özü-özünü bıçaqla vurub öldürüb.
İş materiallarında olan fotolara baxanda aydın görünür ki, ofisdə yerdə 1 kv.m ərazidə qan gölməçəsi var. Deməli, qızımı bıçaqla vurduqdan sonra qanının tam axmasını gözləyiblər ki, həkimlər onu həyata qaytara bilməsin.
Məhkəmədə Rövşən Cəfərov və anası dedilər ki, guya Xoşbəxt həm taksidə, həm təcili yardımda, həm də xəstəxanada özü-özünü bıçaqla vurduğunu deyib. Məhkəmədə isə taksi sürücüsü, təcili yardımın işçiləri və həkimlər dedilər ki, qızım özündə deyilmiş və danışa bilmirmiş.
Şahidlər Sidiqə Quliyeva və Yelena Karasavidi dedilər ki, Xoşbəxtin bədənində və paltarında qan qurumuşdu və özündə deyildi. Yelena Karasavidi hətta bildirdi ki, Xoşbəxtin yanında Rövşən Cəfərov və anası Səriyyə olublar, Onlar əvvəlcə yaralını tanımadıqlarını, sonra onlarda işlədiyini və onu yoldan yaralı vəziyyətdə tapdıqlarını, sonra isə onlarda əvvəllər işlədiyini deyiblər. Bu da onu deməyə əsas verir ki, qızımı onlar vurub öldürüb.
Özünə ev almaq üçün qızıma 17500 ABŞ dolları vermişdik və o da pulu Rövşənə vermişdi. O vaxt Xoşbəxt Rövşəndən hamilə idi. Başqa bir qadınla - Cəmilə Babayeva ilə evlənən Rövşən Cəfərov qızımı öldürməkdə məqsədi həm uşaqdan, həm də torpaq və daş almaq üçün qızımın ona verdiyi 17500 ABŞ dollarını ört-basdır etmək idi. İstintaq orqanı qızımın yatağının altından onun yazdığı bir məktub tapmışdı. Məktubun mətnindən bəlli olur ki, o, Rövşən Cəfərovun diktəsi ilə yazılıb. Məktubu isə qızımın döşəyinin altına qətldən 6 gün əvvəl kəbin kəsdirdiyi və 29 avqust 2010-cu ildə rəsmi nikaha girdiyi Cəmilə Babayeva tərəfindən qoyulub. Cəmilə ifadəsində yazıb ki, guya Rövşənin telefonuna təhqirli mesajlar gəlirmiş. O da kimdən olduğunu soruşanda, Rövşən deyib ki, vaxtilə əlaqə saxladığı Xoşbəxt adlı bir qadındandır. Cəmilə buna tam əmin olmaq üçün Xoşbəxtlə görüşmək istədiyini bildirəndə, Rövşən guya hər şeyi etiraf edib. Buna isə prokurorluq tam inanıb.
Məhkəmədə şahid qismində ifadə verən qızımın kirayədə qaldığı evin sahibi Elmira Babayeva dedi ki, "Xoşbəxt heç bir zaman özü-özünü öldürməzdi. O, çox ağıllı qadın idi... Xoşbəxt mənə demişdi ki, Rövşənə pul vermişəm mənə torpaq alıb. Bir gün də dedi ki, daş almaq üçün Rövşənə yenə də pul vermişəm".
Rövşən, anası və digər qohumları deyir ki, Xoşbəxt yalnız daş üçün 1500 ABŞ dolları verib, daş alınaraq Rövşənin atası Əhməd Cəfərova məxsus Yeni Suraxanı qəsəbəsindəki 4 sotluq torpaq sahəsinə boşaldılıb. Torpaq olmadığı halda, daşın alınması nə qədər inandırıcıdır? Həmin 4 sotluq torpaq sahəsinin həqiqətən də Xoşbəxtə satılması Rövşənin bacısı Gülər Cəfərova ilə danışığı zamanı tam sübuta yetir.
Gülər Cəfərovanın Rövşənlə və dayısı oğlu Fərman Qəmbərovla olan telefon danışıqları var. Telefon danışıqları qanuni şəkildə məhkəmənin icazəsi ilə MTN tərəfindən yazılıb.
Gülər Rövşənə zəng edib deyir ki, onu müstəntiq çağırıb. Rövşən də Gülərə izah edir ki, metronun "28 may" stansiyasının yanında Baş Prokurorluğun istintaq idarəsi var, getsin ora müstəntiq Ceyhunun yanına və ifadə versin.
Gülərin Rövşənə "məndən onlar sənin o yerini soruşsalar nə deyim?" sualı nə deməkdir? O deməkdir ki, qızım Xoşbəxt həqiqətən də Rövşənə torpaq almaq üçün pul verib və bəhs olunan həmin 4 sot torpağı da Rövşən qızıma satıb.
Rövşən Güləri öyrədir ki, "denən ki, mən o haqda heç nə bilmirdim... Amma denən ki, ailədir, pul verilsəydi, torpaq satılsaydı, mən də bilərdim... De ki, bizim 4 sot torpağımız var idi, onlar da demişdi ki, satsanız alarıq. Bizdə də satılıq torpaq-zad yoxdur deyərsən".
Əgər qızımı öldürdükləri vaxt Gülər orada olmayıbsa. nə üçün Rövşənə deyir ki, "Bəs soruşsalar ki, o ölən vaxt orada olmusan, onda nə deyim, əsas onu soruşacaq da...". Rövşən isə Güləri öyrədir ki, "de ki, xəbərim olmayıb, axşamı ya da sabahı bilmişəm. İşdə olmuşam, xəbərim olmayıb, axşam bilmişəm".
Gülər Cəfərova qardaşı Rövşənə deyir ki, "deyəcəm ki, anası deyirdi ki, mən adam-zad öldürənəm, mənlik deyil, mən hüquq işçisiyəm. O da deyirdi ki, sən öldürməsən, onda mən öldürəcəm, hətta deyirdi ki, qıza demişəm, getsin özü-özünü öldürsün". Gülərin bu cümləsi tam qənaətə gəlməyə əsas verir ki, bu məsələdən Cəmilənin də xəbəri olmuşdur, ona görə ki, o da ifadəsində guya ki, Zinyətin Xoşbətə gedib ofisdə özünü öldürsün deməsini o da eşidib.
Gülər Cəfərovanın dayısı oğlu Fərman Qəmbərovla telefon danışığından aydın olur ki, Rövşənlə anası qızımı öldürəndə Gülər də orada olub və istintaqdan bunu gizlədərək, yalan ifadə verib. Gülər Fərmana deyir ki, "...gəlirəm onları ana-bala doğruyam. Mən kim çıxsa qabağıma öldürəcəm, Allah haqqı, ya anası, ya balası, alçaqlar. Onu prokurorluqda birtəhər etmək mənə borc olsun. Onları prokurorluğa çəkdirmək mənə borc olsun. Darıxmasın. Gedib mən izahatı dəyişim, ana-bala aparıb ağlatsınlar, onda onlar bilərlər. Qatil, adam öldürən əclaflar..." deməsinin səbəbini məhkəmədə belə izah etdi ki, "...bu mənə aid tamam başqa bir şeydir, başqa ölüm işidir, mən bunu deyəndə, anam Səriyyəni və qardaşım Rövşəni nəzərdə tutmamışam..."
Müstəntiq Gülər Cəfərovanın yuxarıda bəhs etdiyimiz telefon danışıqları zamanı "qardaşı Rövşəni və anası Səriyyəni təhdid etməsi, hədələməsi" ilə bağlı məsələləri araşdırmışdır. Bu araşdırmanı aparanda yəqin müstəntiq fikirləmişdir ki, yəqin bunu oxuyan adamlar yazılanları başa düşməyəcəklər.
Müstəntiq Gülərə sual verir: "İş materiallarından görünür ki, sizinlə dayınız oğlu Fərman Qəmbərov arasında 27 may 2011-ci il tarixdə saat 00:03-00:04 də telefon danışığınız olub və ona ana və balası dediyiniz şəxsləri hədələyən sözlər demisiniz. Həmin vaxt ana və bala deyəndə kimləri nəzərdə tutmağınız, həmin şəxslərə qarşı o sözləri deməyinizin səbəbləri barədə nə deyə bilərsiniz?"
Gülərin cavabı: "Mən ana-bala deyəndə kimi nəzərdə tutduğumu xatırlamıram. Onda hirsləndiyimdən hədələyici sözlər demişdim, əsəbiləşməyimə səbəb ailədaxili məsələ olduğundan bu bərədə heç nə demək istəmirəm".
Sonra müstəntiq Gülər Cəfərovanın dayısı oğlu Fərman Qəmbərovla danışarkən işlətdiyi "Allah haqqı, ya anası, ya balası, alçaqlar, onu prokurorluqda birtəhər etmək mənə borc olsun. Səhər onları prokurorluğa çəkdirmək mənə borc olsun. Darıxmasın. Mən gedib izahatı dəyişim, ana-bala aparıb ağlatsınlar, onda onlar bilərlər. Qatil, adam öldürən əclaflar" deməsinin səbəbini soruşur.
Gülərin cavabını olduğu kimi yazmağa məcburam: "...anama və qardaşım Rövşənə hirslənmişdim, həmin gün işlədiyim "Azneftyağ"da işdə olmuşam, hadisəni görməmişəm, həmin gün qardaşım Elşən mənə onlara getməyi dedi. Mən də getmədim, gecə anam evə gələndə ondan eşitdim ki, Xoşbəxt özü-özünü bıçaqla vurub, onu xəstəxanaya aparıblar, orada ölüb".
Müstəntiqin verdiyi sual hara, bu cavab hara? Görünür, bu cavab müstəntiqi tam qane edib, sanki verdiyi suala lazımli cavabı alıb.
Müstəntiqin Gülərə son sualı: "Nə qədər əsəbi olsanız da, qardaşınızın ünvanına "qatil" sözünü deməyinizin əsası olub, bu barədə nə deyə bilərsiniz?"
Cavab: "Mən Azərbaycan Respublikası DİN-də işləyəndə iş yerində başımdan xəsarət almışdım. Konkret tarixi xatırlamıram, həm də həmin vaxt mən şikayət etmədim, amma bir ay DİN-nin Ayna Sultanovanın heykəlinin yaxınlığında yerləşən hospitalında müalicə aldım. O vaxtdan sonra əsəbiləşəndə ağzıma gələni deyirəm və həmin vaxt da o sözləri işlətməyimə heç bir əsas olmamışdı, əsəbiləşib demişəm".
Məgər bu araşdırmadır? Həm prokurorluq, həm də məhkəmə bu məsələlərə nə səbəbdən biganə qalır, niyə tam araşdgrma aparmaq istəmir?
Rövşən Cəfərova AR CM-nin 125-ci maddəsindən başqa, 178.3.2 və 180.3.2 maddələri ilə də ittiham elan edilmişdir. R.Cəfərov CM-nm 178.3.2-ci maddəsi ilə ona görə ittiham edilmişdir ki, vətəndaş İsrafil Cəfərovu Zeytunluq Sovxozunda 0,20 hektar torpaq sahəsini satmaq adı ilə aldadaraq 15500 ABŞ dollarını ələ keçirmişdir, CM-nın 180.3.2-ci maddəsi ilə isə ona görə təqsirləndirilir ki, soyrunçuluq yolu ilə özgəsinin yəni, Reyhan Atayevanın 12600 manat pulunu və 50 manat dəyərində mobil telefonunu talamışdır. İş materiallarından da görünür ki o, bu cinayətlərdən başqa, əvvəllər də dələduzluq əməllərinə görə iki dəfə məhkum olunmuşdur.
Deməli, Rövşən Cəfərovun qızımı öldürməkdə bir məqsədi də olub, törətdiyi digər cinayətləri ört-basdır etmək. Xoşbəxtin ölümündən sonra bizə gələn Rövşən Cəfərov dedi ki, indi vəziyyəti pisdir, bizim torpaq üçün verdiyimiz pulun 10000 manatını iki-üç günə qaytaracaq. Hətta bu barədə qəbzdə yazıb verdi. Əgər o torpaq üçün qızımdan pul almamışdısa, niyə bizə 10000 manat verəcəyi barədə qəbz yazırdı?
Azərbaycan Respublikası CPM~nin 318.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərinin əlamətlərinin mövcud olmasına görə Cəfərov Rövşən Əhməd oğluna, başqa daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün cinayət işini ibtidai araşdırmaya, prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə verdiyim vəsatəti dövlət ittihamçısı müdafiə etmədi, məhkəmə isə təmin etmədi".
Şikayətçi sonda dövlət başçısından bu işin nəzarətə götürülməsini, günahkarların məsuliyyətə cəlb edilməsini və layiqli cəza almalarını xahiş edir.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
|