Həkimlərə 30 xəstə limiti? .....                     Atlantikdən gələn təhlükə: .....                     Ermənistan ordusunda "bardaq" hökm sürür .....                     İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb .....                     MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə .....                     Arabir duman olacaq .....                     İki insanın ölümünə səbəb olan tunel .....                     Bakıda 371 min manatlıq fırıldaq .....                     Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir .....                     Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib .....                     “Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq” .....                     Azərbaycan müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb .....                     Dilarə Aygün Kazımovanı “Eurovision”da görmək istəyir .....                     Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir .....                     Sülh danışıqlarında erməni quyuları: .....                     DİN “ASAN xidmət” mərkəzlərində vakant olan vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edib .....                     "Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" .....                     İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib .....                     Keçmiş deputatdan cinayət işi ilə bağlı açıqlama .....                     Azərbaycan Prezidenti “BRICS+” formatında iştirak etmək üçün .....                     BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu .....                     “Bakı Hərrac Mərkəzi”nə yeni direktor təyin olunub .....                     “Finca Azerbaijan”ın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır .....                     Gürcüstan müxalifəti zorla hakimiyyət dəyişikliyi etmək istəyən .....                     Siqaret tullantılarına görə bu qədər cərimə doğru deyil .....                     Kürdəmir İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin bəzilərinin .....                     Ordumuzun zabiti faciəli şəkildə öldü .....                     Xankəndidə erməniəsilli qadın ölüb .....                     MSK yenidən formalaşacaq: Məzahir Pənahov postunda qalır .....                     Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir .....                     Dövlət Gömrük Komitəsində ÖZBAŞINALIQ .....                     Gəncənin və digər iki rayonun prokuroru dəyişdi .....                     ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir .....                     `Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... .....                     Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında .....                     İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: .....                     Bakıda bahalı yas mərasimi .....                     Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... .....                     “Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub” .....                 

BAZARDA KİFLƏNMİŞ "ROMAŞKA" XAMASI SATILIR
Tarix: 11-11-2011, 13:33 | Çap et
BAZARDA KİFLƏNMİŞ "ROMAŞKA" XAMASI SATILIR

YEVLAXLI İŞ ADAMI "AVRORA" FİRMASININ YERLİ FİLİALINDAN ŞİKAYƏTÇİDİR

DİA.AZ: - Yevlax şəhər sakini, iş adamı Fərzəliyev Cəlil Səfər oğlu "Avrora" şirkətinin yerli filialının fəaliyyətindən şikayəçidir. Qeyd edək ki, Cəlil Fərzəliyev bizneslə məşğuldur, Yevlax şəhərində marketi var.

Şikayətçinin "Dünya" İnformasiya Agentliyinə (dia-az.site) verdiyi məlumata görə, o, uzun müddətdir ki, "Avrora" şirkətinin yerli filialından bir neçə çeşiddə ərzaq məhsulu alır. Bu çeşidlər sırasında Pribaltikanın istehsalı olan "Romaşka" xaması da var:

"10 ildən çoxdur ki, biz o malı satırıq. İndiyə kimi bir dəfə də olsun, şikayət, narazılıq olmamaşdı. Təsəvvür edin ki, Yevlaxda camaat "smetan" sözü işlətmir, "smetan" əvəzinə "Romaşka" deyir. Bir sözlə, "Romaşka" bütün respublika üzrə bazarda özünə yer tutmuş maldır. Ancaq son bir neçə ayda "Romaşka" xamasından şikayətlər gəlməyə başladı. Biz də firmaya bildirdik ki, bu maldan şikayət gəlir. Malı qəbul edəndən sonra onun içindən xarab olanları çıxır. Baxırsan ki, istifadə müddəti keçməyib. Amma açırsan, görürsən ki, xamanın üzündə göyərmiş nöqtələr var. Adətən, vaxtı keçən ərzaq məhsulları o cür kifləyib göyərir".

Cəlil Fərzəliyev alıcıların şikayətləri ilə bağlı firmanın işçilərinə narazılığını bildirsə də, heç bir tədbir görülməyib: "Məcbur olub firmanın regional təmsilçiliyinin rəhbərliyinə şikayət etdim. Onlar etiraf etdilər ki, bəli, xəbərimiz var, satdığımız mallar arasında xarab çıxanı da olur. Dedim, bir halda ki, bilirsiz, onda xarab mallarınızı yığışdırın, əgər bundan bir zəhərlənmə halı olsa, məsuliyyəti bizim üstümüzdə qalacaq, siz heç yada düşməyəcəksiz. Çox çək-çevirdən sonra dedilər ki, biz araşdırdıq, belə başa düşürük ki, 22 sentyabr tarixdə satılan patiyada xarab məhsullar olub. Sizdə həmin tarixə olan nə qədər mal varsa, qaytarın. 22 sentyabr tarixə olan bütün malları yığıb qaytardıq".

Cəlil Fərzəlyev deyir ki, həmin tarixdə satışa buraxılan "Romaşka"ları qaytarıb, yenilərini alsa da, yenə də alıcıların şikayəti kəsilməyib: "Yenə də firmaya müraciət etdim. Biz rayon yerində yaşayırıq, 1000 müştəridən bir-ikisini tanımırıq. Müştərilərdən neçəsi gəlir ki, qardaş, utandım gətiməyə, tulladım zibil qabına, sizin satdığınız "Romaşka" yararsızdır. Təsəvvür edin, mən özüm 2-ni evə apardım, biri yaxşı, biri xarab çıxdı. Bir daha firma rəhbərliyinin nəzərinə çatdırdım ki, sizin xamadan yenə də şikayət var, gəlin, malınızı yığıb aparın, mən bir müddət sizin malınızı satmayacağam. Həmin firma bizə bir neçə çeşddə mal - həm araq, həm makaron, həm də xama satır. Hər dəfə deyirdilər, gəlib götürəcəyik, amma gəlmir, ləngidirdilər. Axırda bir dəfə araq gətirib boşaltdılar, mən məcbur olub pulunu vermədim. Dedim, xamanızı götürün aparın, ondan sonra arağın pulunu verəcəyəm. Yenə razılaşmadılar. Axırıncı dəfə firmanın işçisi bura gələndə dedim ki, qardaş, zorla deyil ki, satmıram da sizin malı, niyə gəlib yığışırıb aparmırsız? Malınız xarab çıxır, özünüz də bilirsiniz. İndi mən nə edim, yığım bunları aparıb şikayət edim?"

Dəfələrlə firmanın işçilərinə və rəhbərliyinə şikayət etdiyini deyən Cəlil Fərzəliyev aldığı arağın pulunu saxlamaqla belə firmaya təsir edə biməyib: "Firmanın rəhbər işçisi dedi ki, arağın pulunu vemirsən, heç vermə, mən onsuz da həmin pulu sürücünün əmək haqqından çıxacağam. Fikir verin, bu adam demir ki, gedin, o malı yığışdırın, deyir, sürücüdən arağın pulunu çıxın. Elə də etdi. Bir gün sürücü gəlib şikayətləndi ki, bəs, arağın pulunu məndən çıxdılar. Mən də bu işdə heç bir günahı olmayan sürücünün haqqını kəsə bilərəm? Əlbəttə, yox. Ona görə də çıxarıb onun pulunu verdim. Amma "Avrora" firmasının yerli filialının rəhbərliyi nə problemi həll edir, nə də gəlib malını yığışdırıb aparır".

Araşdırmaları nəticəsində Cəlil Fərzəliyev nəhayət ki, bəzi qutulardan bir neçə ədəd xarab olmuş "Romaşka" xaması çıxması "sirri"nin üstünü açır: "Əvvəllər o firmada işləyib işdən çıxan uşaqlar var. Onlardan biri mənimlə söhbəti zamanı and içdi ki, müddəti keçmiş və xarab olmuş malların etiketində istifadə müddətini dəyişir, yeni istifadə müddəti "təyin edir", sonra da həmin malları iki-iki, üç-üç təzə mallar olan qutulara yerləşirir və satışa çıxarırlar. Bir qutunun içindən 1-2 xarab mal çıxanda çoxları bunu onlara irad tutmur. Amma söhbət insan həyatından gedir. Ona görə də qəzetiniz vasitəsilə firmanın rəhbərliyinə müraciət edirəm ki, fimanın yerli filialının bu cür fııldaqçılığına son qoysunlar".

Təəssüf ki, iş gününün sonu olduğu üçün aldığımız məlumatla bağlı "Avrora" firmasının rəhbərliyi ilə əlaqə saxlayıb onların münasibətini öyrənə bilmədik. Bununla belə növbəti sayımızda qarşı tərəfin mövqeyinə aydınlıq gətiməyə çalşacağıq.

Qeyd edək ki, sözügedən şirkət 2000-ci ilin aprelindən etibarən Bakı şəhərində fəaliyyətə başlayıb. Firma öz istehsalı olan, həmçinin distributorluğunu etdiyi xarici şirkətlərin məhsullarını marketlərə və istehlakçılara çatdırır. Fəaliyyətə başladığı dövrdən ötən 11 il ərzində "Avrora" firması təkcə paytaxtda deyil, regionlarda da öz fəaliyyətini genişləndirib. Belə ki, hazırda fimanın Gəncə, Quba, Göyçay, Sabirabad, Şəki, Lənkəran, Sumqayıt və Bərdədə filialları açılıb. Firma makaron, peçenye, biskvit kimi məhsullar istehsal etməklə yanaşı Rusiya, Gürcüstan, İspaniya, Latviya və Fransanın bir sıra firma və şirkətlərinin, o cümlədən "Ost-Alko", "Ost-Aqva", "Pernod Riçard", "Podoç-M", "Ttradiçii kaçestva", "San-interbryu", "Transmrk", "Rollton", "Ehrmann", "Baltika", "Lase", "Zaqora", "Lyustdrof", "Ruskiy Resept", "Happyland" və s. şirkətlərin eksklüziv distribüteridir.

Maraqlıdır, hədəfləri sırasında məhsulların keyfiyyətinin daim standartlara uyğunluğunu təmin etmək, idxal etdiyi yüksək reytinqli məhsulların distribüterliyini saxlamaq və artırmaq, rəqabət şəraitində və müştərilərə göstərilən xidmətdə lider olmaq kimi mühüm məqsədlər qoyan "Avrora" nədən yerli filialının rəhbərinin müştərilərə xarab olmuş məhulu sırımasından, firmanın imicinə zərbə vurmasından xəbərsizdir? Yoxsa, alıcıların xarab olmuş xamadan zəhərlənməsi təhlükəsi "Avrora"nın rəhbərliyinin də vecinə deyil?









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həkimlərə 30 xəstə limiti? - RƏSMİ CAVAB
Bu gün, 13:27
Atlantikdən gələn təhlükə: - İki ölkə donacaq, Azərbaycan isə...
Bu gün, 13:24
Ermənistan ordusunda "bardaq" hökm sürür - erməni mediası
Bu gün, 13:15
İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb - məhkəməni də saymır
Bu gün, 13:10
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə MƏHKƏMƏ BAŞLAYIB
Bu gün, 13:08
Arabir duman olacaq - belə deyirlər...
Bu gün, 13:07
İki insanın ölümünə səbəb olan tunel - Günahkar tapılacaq?
Bu gün, 13:05
Bakıda 371 min manatlıq fırıldaq - Şirkət rəhbərinə cinayət işi açıldı
Bu gün, 13:02
Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir - "Euronews"
Bu gün, 12:54
Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:52
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq” - Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT
Bu gün, 12:51
Azərbaycan müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb - FOTO
Bu gün, 12:43
Dilarə Aygün Kazımovanı “Eurovision”da görmək istəyir
Bu gün, 12:39
Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir - VİDEO
Bu gün, 12:36
Sülh danışıqlarında erməni quyuları: - Paşinyanla Simonyan üz dəyişirlər
Bu gün, 12:32
DİN “ASAN xidmət” mərkəzlərində vakant olan vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edib - DİQQƏT
Bu gün, 12:28
"Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" - ETİRAZ VAR...
Bu gün, 12:25
İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib - “Eronews”
Bu gün, 12:17
Keçmiş deputatdan cinayət işi ilə bağlı açıqlama - "İstintaqa cəlb olunmamışam..."
Bu gün, 12:15
Azərbaycan Prezidenti “BRICS+” formatında iştirak etmək üçün Kazana səfər edib
Bu gün, 12:14
BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu - İNCƏLƏMƏ
Bu gün, 12:12
“Bakı Hərrac Mərkəzi”nə yeni direktor təyin olunub - DOSYE
Bu gün, 12:09
“Finca Azerbaijan”ın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - Bununla da...
Bu gün, 12:07
Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır - FOTO
Bu gün, 12:04
Gürcüstan müxalifəti zorla hakimiyyət dəyişikliyi etmək istəyən “5-ci kolon” kimi fəaliyyət göstərir
Bu gün, 11:59
Siqaret tullantılarına görə bu qədər cərimə doğru deyil - ETİRAZ
Bu gün, 11:49
Kürdəmir İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin bəzilərinin müsadirə edilmiş əmlaklarının yarısı geri qaytarılıb
Bu gün, 11:47
Ordumuzun zabiti faciəli şəkildə öldü
Bu gün, 11:45
Xankəndidə erməniəsilli qadın ölüb - Səhiyyə Nazirliyi məlumat YAYDI
Bu gün, 11:40
MSK yenidən formalaşacaq: Məzahir Pənahov postunda qalır - GƏLİŞMƏ
Bu gün, 11:37
Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir - Parlament sədri
Bu gün, 11:27
Dövlət Gömrük Komitəsində ÖZBAŞINALIQ – Görünməyən əllər və milyonluq yeyintilər
Bu gün, 11:25
Gəncənin və digər iki rayonun prokuroru dəyişdi - ƏMR
Bu gün, 11:21
ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:10
`Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... DEYƏSƏN...
Bu gün, 11:07
Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 11:01
İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: - "Nöqsanlar olub-olmadığı barədə heç nə deyə bilmərik"
Bu gün, 10:59
Bakıda bahalı yas mərasimi – Onlarla lüks avtomobil, ucsuz-bucaqsız çadır…
Bu gün, 10:57
Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:51
“Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub” - deputat
Bu gün, 10:44
Xəlil Göyüşov həbs oluna bilər – iki nəfərin ölümü...
Bu gün, 10:41
Əliyev və Paşinyan ilin sonunadək sülh bağlanmasına nail ola bilərmi?.. - Baydenin çağırışı...
Bu gün, 10:36
Sərhədlər Göyçə gölünün ortasından keçir: Tarixi sənədlər masaya qoyuldu - GƏLİŞMƏ
Bu gün, 10:34
Oktyabrın 25-də bütün müavinət və təqaüdlər ödəniləcək - MÜJDƏ
Bu gün, 10:29
Azərbaycanda məşhur karqo şirkətinin xüsusi lisenziyası yoxa çıxdı
Bu gün, 10:27
Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament təsdiqlənib
Bu gün, 10:23
Erməni prezidentin “yuxuları”: Xankəndinə qayıdış, dustaqlar... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:22
Tərtər rayonunda pambıq yığımına start verilib - FOTO
Bu gün, 10:19
ADAU-nun müəllim kollektivi ETİRAZ EDİR - Rektor nə işlər çevirir?
Bu gün, 10:14
Əmək müqaviləsinin müddətli bağlanması? - Ekspert danışır...
Bu gün, 10:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru