ASTARADA CƏBHƏÇİ TƏHDİD OLUNUR
Tarix: 23-11-2012, 12:27 |
Çap et
AXCP FƏALININ AİLƏSİ VƏ QOHUMLARI HƏDƏLƏNİR“Astara rayon icra hakimiyyətinin rəsmiləri, onların sifarişini həyata keçirən polislər valideynlərimə, yaxınlarıma təzyiqlər edir” bu sözləri “Azadlıq”a açıqlamasında AXCP fəalı Rüfət Əliyev deyib. Onun sözlərinə görə, təzyiqlərin səbəbi noyabrın 17-də keçirilən aksiyadır. Belə ki, Rüfət Əliyev sonuncu və ondan əvvəlki aksiya və piketlərdə, o cümlədən sosial şəbəkələrdə fəal olduğu üçün rayonda yaşayan ailəsinə və qohumlarına təzyiqlər artıb.
“Siyasətə yenicə qədəm qoymuş gənci susdurmağa səfərbər olmaqdansa, özlərinin saxta seçki yoluyla seçdikləri deputat Aslan Cəfərovu seçicilərə tanıtdırsınlar. Mən ”Saxta parlament buraxılsın!" tələbilə keçirilən aksiyada iştirak etmişəm. Bu mənim konstitusion hüququmdur. Valideyinlərimin üstünə getməklə mənə təzyiq göstərməsinlər. Təzyiq eləməyə cəsarətləri, polemika aparmağa siyasi savadları çatırsa, mən hazıram", - deyə Rüfət Əliyev bildirir.