BƏŞƏR ƏSƏDDƏN GÖRÜNMƏMİŞ VƏHŞİLİK
Tarix: 27-11-2012, 10:10 |
Çap et
UŞAQ BAĞÇASI BOMBARDMAN EDİLDİSuriyada 10-a yaxın azyaşlı uşağın qətlini göstərən dəhşətli görüntülər yayımlanıb. Hadisə paytaxt Dəməşq yaxınlığında yerləşən Deyr-əl-Əsafir kəndində baş verib. Yerli bağçanın Suriya ordusu tərəfindən bombardmanı nəticəsində 8 azyaşlı həlak olub. Üsyançılar hücum zamanı, olduqca təhlükəli olan kaset bombalardan istifadə olduğunu əyani olaraq göstərib. İnqilab Kommanda şurası isə kəndin bombardmanı nəticəsində bağçanın həyətində oynayan 10 uşağın öldüyünü bildirir. Həvəskar görüntülərdən, qadınların ah-naləsi ilə qan içində olan uşaqların ərazdinə aparıldığını görmək olur.
Bu arada Türkiyə sərhədinə yaxın şimal Rəs-əl-Əyn qəsəbəsində Suriyalı üyançılarla, Kürd döyüşçülər atəşkəs haqqında razılığa gəlib. Məlumata görə, Kürdüstan Demokratik Birlik Partiyasının üzvləri kənara çəkilməyə və bir daha Azad Suriya Ordusuna qarşı vuruşmamağa razı olub. “PKK və Demokratik Birlik Partiyası bizim inqilab mübarizəmizə qarşı çıxmayacaqlarına söz verdi” Rəs Əl Əyn qəsəbəsinin üsyançı komandiri Nizar Əbu Əkkar bildirib.
PKK terrorçuları ilə əlaqəsi olan Demokratik Birlik partiyasının fəalları, Türkiyənin cənub şərq bölgəsində muxtariyyətə nail olmağa çalışır. Bəşər Əsədə sadiq hökümət qüvvələri iyul ayında şimal şərqi Suriyanı tərk etdikdən, qıza sonra kürd döyüşçülər ərazini nəzarətə alıb və Azad Suriya Ordusunun daxil olmasına imkan verməmək üçün üsyançılara qarşı vuruşub.Qeyd edək ki, Rəs-Əl Əyn qəsəbəsi uğrunda kürdlərlə - azad suriya ordusu fəalları arasında son günlər gedən döyüşlərdə hər iki tərəfdən onlarla insanın həlak olduğu bildirilir.