
FƏLƏSTİN MÜŞAHİDƏÇİ DÖVLƏT STATUSU QAZANDI
BMT Baş Assambleyası cümə axşamı keçirilən iclasda Fələstinə müşahidəçi dövlət statusunu verilməsinə səs verib. Bu barədə Trend Euronews telekanalına istinadən məlumat verib.
BMT-nin üzvü olan 193 dövlətdən 138 lehinə, 9 əleyhinə səs verib, qalanlar isə bitərəf qalıb.
İndiyə kimi Fələstin BMT-nin müşahidəçi subyekt statusuna malik idi.