GƏNCƏ "QAÇQINKOM"UNDA ÖZBAŞINALIQ
Tarix: 5-12-2012, 09:01 | Çap et
QAÇQIN PULUNA KİMLƏR TAMAH SALIR?Gəncədə məskunlaşan məcburi köçkünlər aldadılır. Onları aldadan isə Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Gəncə şöbəsidir. Daha doğrusu, bu şöbənin rəhbəri Süleyman Abbasovdur. Bu barədə "AzeriNews.org"a məcburi köçkünlər deyir ki, Süleyman Abbasov hə ay onlara verilən ağ nefti mənimsəyir. Qeyd edək ki, hər ay məcburi köçkünlərə 45 litr ağ neft verilir. Amma artıq bir neçə aydır ki, Süleyman Abbasov məcburi köçkünlərə ağ neftin olmadığını deyir. Neftin əvəzinə isə məcburi köçkünlərə pul verilir. Məcburi köçkünlər deyir ki, Süleyman Abbasov onların pulunu da kəsir: "45 litr ağ neftə görə bizə 18 manat pul verilməlidir. Çünki ağ neftin bir litrinin qiyməti 45 qəpikdir. Süleyman Abbasov isə bizə 10 manat pul verir, 8 manatımızı mənimsəyir". Məcburi köçkünlər həmçinin bildiriblər ki, ağ neftin olmadığına inanmırlar. Onların sözlərinə görə, Süleyman Abbasov onlara ayrılan ağ nefti sahibi olduğu yanacaqdoldurma məntəqəsində satdırır. Məcburi köçkünlər onu da əlavə edib ki, Süleyman Abbasov bu maxinasiyada Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun və Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevin adından istifadə edir. Süleyman Abbasov məcburi köçkünlərə deyib ki, guya o, bu iki şəxsin tapşırığı əsasında hərəkət edir: "Bizə deyir ki, Əli Həsənov artıq məcburi köçkünlərə ağ neftin verilməməsi barədə tapşırıq verib. Ona isə bu tapşırığı guya Ramiz Mehdiyev verib. Səbəb də budur ki, guya ölkənin enerji ehiyatları tükənmək üzrədir. Biz isə yaxşı başa düşürük ki, bütün bunlar nağıldır. Dövlət başçısı İlham Əliyev hər yerdə Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olduğunu, heç bir böhranın, fövqəladə halın ölkəmizə təsir edə bilməyəcəyini bəyan edir və biz də buna inanırıq. Amma Süleyman Abbasovun sözlərindən belə çıxır ki, prezident yalan danışır. İndi qoy cənab İlham Əliyev də, Ramiz Mehdiyev də, Əli Həsənov da bu şəxs barədə tədbir görsün". Məcburi köçkünlər "Qaçqınkom"un Gəncə şöbəsində başqa maxinasiyalar barədə bizə məlumat veriblər. Məcburi köçkünlərin sözlərinə görə, şöbə onlara arayışları pulla satır: "Dövlət bizim əvəzimizdən işıq və qaz pulunu ödəyir. Biz də öz növbəmizdə bununla bağlı qaz və işıq idarələrinə arayış təqdim edirik. Süleyman Abbasov həmin arayışı bizə 1-2 manata satır". Özü də Süleyman Abbasov bu maxinasiyaları tək həyata keçirmir. Ona bu işdə qurumun digər rayon şöbələrinin müdirləri yardım edir. Məcburi köçkünlər ümid edirlər ki, dövlət başçısı və müvafiq qurumlar bu şəxsin özbaşınılığına son qoyacaq. Biz isə araşdırmalarımızı davam etdirəcəyik. Növbəti saylarımızda Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Gəncə şöbəsində baş verənlər barədə əldə etdiyimiz faktları dərc edəcəyik. Bizi izləyin...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Dünən, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Dünən, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Dünən, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Dünən, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Dünən, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Dünən, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Dünən, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Dünən, 10:10 |
|
|
|
|