
MAŞIN ALTINDA QALAN 5 NƏFƏRDƏN 3-Ü ÖLÜB
Moskva-Peterburq yolunda ağır qəza baş verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, avtomobilin təkərləri altında 5 nəfər qalıb. Bu şəxslərdən üçü hadisə yerində keçinib.
Digər şəxslər isə xəstəxanaya aparılıblar. "Mitsubishi Colt"un sükanı arxasında əyləşən 1989-cu il təvəllüdlü qız yolu piyadalar üçün nəzərdə tutulmayan hissədə qəzə törədib.